“Suriya müharibəsinin əsl səbəbi bəlli oldu”
| |||
Tarix: 06.09.2013 | Saat: 15:32:00 | E-mail | Çapa göndər | |||
Norveçli mütəxəssislər Suriya ərazisində dünyanın ən böyük qaz
yatağını kəşf ediblər. ABŞ və Rusiya buna görə mübarizə aparırlar
İspaniyanın “El Confidencial” nəşri qeyd edir ki, Suriyada davam edən vətəndaş müharibəsi 100 mindən çox insanın həyatına son qoyub: “Orada yandırıcı və fosforlu bombaların tətbiq edilməsi ilə yanaşı kimyəvi silahdan istifadə ilə bağlı da xəbərlər yayılmaqdadır. Buradan isə sual doğur: niyə Dəməşqə qarşı beynəlxalq hərbi əməliyyat aparılması məsələsi uzanır? Birincisi, sadəlövhcəsinə düşünmək olar ki, beynəlxalq hərbi əməliyyat ona görə yubanır ki, Qərb İraqa müdaxilə zamanı yol verdiyi səhvləri təkrarlamaq istəmir. Bundan başqa, Qərb ölkələri suriyalıların həlak olması ilə bağlı məsuliyyəti öz çiyinlərinə yükləmək istəmirlər. Halbuki müxtəlif konspiroloji nəzəriyyələr Suriya üçün bu zaman az uyğun gəlir və bir o qədər də inandırıcı görünmür. Biz tez-tez eşidirik ki, Suriya Liviya deyil, onun böyük neft və qaz ehtiyatları yoxdur. Bununla yanaşı, “El Confidencial”a məlumat verən Yaxın Şərq Beynəlxalq Karneqi Mərkəzinin təmsilçisi Usama Monahid göstərib ki, Suriya neft-qaz ölkələri arasında əslində 4-cü yeri tutur. Belə ki, norveçli mütəxəssislər onun ərazisində dünyanın ən böyük qaz yatağını kəşf ediblər. Belə ki, Aralıq dənizinin şərq hövzəsində ən böyük qaz ehtiyatları yerləşir. Bu isə 3 ölkə - İsrail, Livan və Suriya arasında böyük mübahisələrə səbəb olub. Ekspert bütün bunları əsaslandırıb. O, təxmin edir ki, nə qədər ABŞ və Rusiya Suriyadakı enerji resurslarının istismar edilməsi barədə razılığa gəlməyiblər, həmin ərəb ölkəsində vətəndaş müharibəsi davam edəcək”. Niyə də olmasın? Qəzet yazır ki, tamamilə inandırıcıdır ki, Suriyada gedən hazırkı müharibə birbaşa olaraq Aralıq dənizinin şərq hövzəsindəki qaz yataqlarına nəzarət etmək uğrunda aparılır: “Bir məsələyə diqqət edin ki, Bəşər Əsədin müttəfiqləri və düşmənləri kimdir. Türkiyə tamamilə Əsədə müxalif olan tərəfin yanındadır və Dəməşq rejiminin devrilməsində çox maraqlıdır. ABŞ və Fransa da analoji mövqedə dayanırlar. Bu dövlətlər cəhd edirlər ki, yenidən Yaxın Şərqdə aparıcı mövqedə olsunlar, Suriyanı nəzarətə götürsünlər, necə ki, az öncə bunu Liviyada həyata keçirdilər”. ABŞ-ın layihəsi: Nabucco Qəzet qeyd edir ki, Suriyada baş verənləri anlamaq və onların arxasında kimin durduğunu bilmək üçün ABŞ tərəfindən təklif edilmiş Nabucco qaz kəmərinin tikintisini diqqətə götürmək lazımdır: “Dünyada neft ehtiyatlarının tükənməyə başladığını nəzərə alsaq, qaz 21-ci əsrdə əsas enerji mənbəyinə çevrilib. Bundan başqa, qaz neftdən fərqli olaraq ətraf mühiti çirkləndirmir. ABŞ isə qaz uğrunda yarışa xeyli gec qatıldı, çünki buna qədər artıq Rusiya qaz üzrə dünya liderinə çevrilib. Uzun müddət Vaşinqton Yaxın Şərqdə öz xarici siyasətini əsasən neft ölkələri ilə əməkdaşlıq üzərində qurmuşdu, bu zaman isə Rusiya üçün bu məsələdə praktiki olaraq yer saxlamamışdı. Rusiya isə bu situasiyada qaz sferasına Mərkəzi Asiya və Çinə çıxışla qoşulmuşdu. Rusiya qaz nəhəngi “Qazprom” 2009-cu ildə bəyan etdi ki, Avropada mövcudluğunu genişləndirəcək və bunun üçün Şimal və Cənub axınını təmin edən inşa reallaşdıracaq. Bundan isə Vaşinqtonun burnuna qızartma qoxusu dəydi. Şimal axını Baltik dənizinin dərinliyi ilə uzandı. Cənub axını isə Qara dənizin dibi ilə Rusiyadan Bolqarıstana uzanacaq. ABŞ isə alternativ qaz mənbəyinə malik olmaq istəyən Avropa Birliyinin dəstəyi ilə alternativ qaz kəməri olan Nabucco layihəsini elan etdi. Hesab edilir ki, Rusiya ən böyük qaz ehtiyatına malikdir və Avropa qaz bazarına nəzarət edir, belə bir situasiyada Moskvanın nüfuz sferasından çıxan Mərkəzi Asiya və Azərbaycan qalır. Buna görə də qərara alındı ki, qaz kəməri Azərbaycandan Türkiyəyə və sonra da Bolqarıstana, Çexiyaya, Xorvatiyaya, Sloveniyaya və İtaliyaya uzadılsın. 2012-ci ildə isə Şimal axını tam gücü ilə işləməyə başladı, Cənub axınının tikintisi isə 2015-ci ildə tamamlanacaq. Bununla belə, Nabucco layihəsi hələ də işıq üzü görməyib. Əvvəlcə, ABŞ qaz kəmərini 2014-cü ildə buraxmalı idi, sonra isə onun istismarının işə salınması 2017-ci ilə keçiirldi. Türkiyənin mövqeyi və onun digər ölkələrlə dartışması bu Nabucco layihəsinin reallaşması vaxtının dəyişməsində az rol oynamadı”. Ərəb inqilabları - dönüş anı Qəzet qeyd edir ki, Moskva və Vaşinqton öz nəzərlərini indi Aralıq dənizinin şərqinə dikiblər: “Birləşmiş Ştatlar İranı Nabucco layihəsinə cəlb etməyə ümid edirdilər, Türkiyə ərazisində - Ərzurumda isə qaz saxlancı tikməyi planlaşdırırdılar. Planlaşdırılıb ki, Misirdən “Arab Gas Pipeline” vasitəsilə İordaniya, İsrail, Livan və Suriyaya təbii qaz nəqlinin həcmi artırılsın, bu isə həmin xəttin modernləşdirilməsi ilə təmin edilsin. Bundan başqa, plana bu qaz kəmərinin Ərzurumdakı qaz saxlancı ilə birləşdirilməsi də daxil edilib. Amma “ərəb baharı” Dəməşqlə Ankara arasında bu razılaşmaya mane olub. Livan Universitetinin geopolitik məsələlər üzrə eksperti Bassam Lahud isə hesab edir ki, Rusiya Suriyada özünün imtiyazlı mövqeyini əldən vermək istəmir: “Bu mövqe təkcə Suriya ilə hərbi kontraktların bağlanması və Suriyadakı Tartus limanında hərbi bazanın olması ilə məhdudlaşmır. Əsas odur ki, Kreml üçün suriyalıların enerji resurslarını nəzarətdə saxlamaq çox vacibdir”. Məhz bu səbəbdən Rusiya və onun müttəfiqi Çin BMT Təhlükəsizlik Şurasının Suriya ilə bağlı qətnaməsinə veto qoyub. Nahaq yerə deyil ki, belə söyləyirlər: “Kim Suriyaya nəzarət edirsə, o da bütün Yaxın Şərqə nəzarət edəcək”. İlkin AĞAYEV | |||
|
Комментарии
Отправить комментарий