MTN-nə işləyən agentlər:
MTN-nə işləyən agentlər: keçmiş nazir, QHT sədri, baş redaktor – Kod adı “Terminator”, “Qəhrəman”… Cəmiyyət , Manşet 12 May, 2017 [12:01] Həbsdə olan MTN generalı Elçin Quliyev və polkovnik Azər Mehdiyevin dövlət büdcəsindən 7,7 milyon dollar mənimsəmələri ittihamı üzrə yeni detallar məlum olub. Avropa.info “qafqazinfo”ya istinadən xəbər verir ki, təqsirləndirilən MTN vəzifəliləri bu pulların agentlərə verildiyini bildirsələr də, şahid ifadələrində vəsaitin əksər hissəsinin mənimsənildiyi üzə çıxır. Belə ki, istintaqa şahid qismində ifadə verən polkovnik M.A bildirib ki, pullar kassadan, əsasən, “Şimal küləyi” və “Qütb gecəsi” işi üzrə çəkilirdi. M.A ifadəsinin əvvəlində “Şimal küləyi” əməliyyat işi üzrə pulların necə bölüşdürülməsi haqda ətraflı məlumat verib. İfadəsinin davamında “Qütb gecəsi” işindən danışan polkovnik prosedurun eyni qayda ilə aparıldığını, pulların 1 nəfərin adına yazılan raportla götürülüb, 8 nəfərə verildiyini deyib. Lakin əlavə edib ki,...