Azərbaycan türkçülüyü ideyası - VI

Azərbaycan türkçülüyü ideyası - VI
 13.06.2012, 11:17

Faiq Ələkbərov (Qəzənfəroğlu)
AMEA Fəlsəfə, Sosiologiya və Hüquq
İnstitutunun böyük elmi işçisi, fəlsəfə üzrə
fəlsəfə doktoru
 
Şeyx Cəmaləddin Əfqani: islamçılıqdan türkçülüyə gedən yol
Orta əsrlərdə, xüsusilə XIV-XVIII əsrlərdə müsəlmanların get-gedə mənəvi baxım­dan deyil, daha çox zahirən islama bağlılığının önə çıxması türk mütəfəkkirlərini, o cümlədən Cənubi Azərbaycandan olan böyük şəxsiyyət, filosof Şeyx Cəmaləddin Əfqanini (1839-1897) ciddi şəkildə narahat etmişdir. Bu baxımdan o, islamda islahatların aparılması, daha doğrusu isla­ma olun­muş əlavələrlə bağlı müzakirələrin aparılması təklifi ilə çıxış etmişdir. Eyni zamanda türk mütəfəkkirləri arasında ilk dəfə, Əfqani islamın əsil mahiyyətindən uzaqlaşmaya ciddi şəkildə etiraz etmiş və ən əsası islamda formal, zahiri qaydalara əməl edil­mə­sindən daha çox, mənəvi məsələlərə bağlılığın vacibliyini irəli sürmüşdür.
İslamçılığın siyasi-fəlsəfi təlim kimi konsepsiyasını yaradan və bu mənada «panislamizm»in banisi hesab olunan Ş.C.Əfqani öz xələflərinə deyirdi ki, nəhəng bir vücud olan islam başını İstanbulda yerə qoyub, qolları isə Şimali Afrika, Krım və Orenburq üzərindən Çinə uzadıb, ayaqları isə bütün Qərbi Asiya boyunca dolaşır. Belə bir vəziyyətdə olan islam dünyasının xilası müsəlmanların ilkin islamı mənimsəmək və əməl etməklə yanaşı, milli mədəniyyətlərinə sahib çıxmaları, həmçinin milli varlıqlarını qoruyub saxlamalarıdır. Əfqani islam dünyasının yaşaya bilməsini, inkişafını, müsəlman millətlərinin şüurlu milliyyətçi olmaları və milliyyətləri daxilində tərəqqi etmələri ilə bağlı görmüşdü.
Həmin dövrdə Azərbaycan türk mütəfəkkirlərindən Əhməd Ağaoğlu da qeyd edirdi ki, islamın və Quranın özündə «İttihadi-islam»ın inkişafı üçün əlverişli zəmin olmasına baxmayaraq, o yalnız Ş.C.Əfqaninin ideyaları sayəsində meydana çıxmışdı. Belə ki, Əfqani müsəlman xalqlarını ilkin islama qayıtmağa, ləyaqətsiz hökmdarlara qarşı açıq mübarizəyə qoşulmağa çağırırdı. Eyni zamanda o, ikiüzlü ruhaniləri amansızcasına tənqid edir, onların «boş dialektika və sxolastikasını» məsxərəyə qoyur, onların riyakarlığına və həyasızlığına gülürdü. O, öz mühakimə və mülahizələrini Qurandan gətirilən iqtibaslarla, müsəlman tarixinə aid misallar və əfsanələrlə əsaslandırırdı. Onun bütün gücü də məhz belə «uyğunlaşmaq» bacarığında idi. Bütün ölkələrin müsəlmanları onun səsində nə isə tanış, eyni zamanda yeni çalarlar hiss edirdilər. Əfqaninin bu ideyalarını müsbət dəyərləndirən Ə.Ağaoğlunun fikrincə, Şərqdə nümunəvi ictimai xadim olan bu şəxs, eyni zamanda özünün gələcək davamçılarının fəaliyyəti üçün proqram tərtib etmiş və bu davamçıların inkişaf etdirməli olduqları ideyaları göstərmişdir.
Ümumiyyətlə, Ş.C.Əfqaninin yaradıcılığında din və millət bir-birinə ziddiyyət yox, əksinə bərabərlik təşkil edir. İslam əsasında dini birliyi vacib saymaqla yanaşı, Əfqani hesab edirdi ki, hər bir müsəlman milləti öz tərəqqisinə nail olmaq istəyirsə, ilk növbədə özünü tanımalı, soyuna, kökünə bağlanmalı, dilinə sarınmalıdır. Onun fikrincə, orta əsrlərin ilk çağlarında türk­lər­in və başqa millətlərin həyatına daxil olan islam heç vaxt müsəlman millətlərinin tərəqqisinə əngəl olmamışdır. Lakin zaman keçdikcə despotizm islamı dünyəvi elmlərə qarşı qoymuş və islamla demokratik ideyalar arasında ziddiyyət yaratmışdır. İslama edilmiş əlavələrin müsəlman xalqlarının prob­lem­inə çevrildiyini görən Əfqanin fikrincə, bundan çıxış yolu islamda islahatların aparılmasıdır: «Dini hərəkat­da məqsədimiz islam dinini islah etmək olduğu məlumdur. Dini islahın mənası Rəsulallah gətirməyən bir şeyi dinə artır­maq, yainki islam qaydalarını batırmaq deyil, bəlkə Rəsul­allah gətirmiş dinə sonradan və sonrakı adamlar tərəfin­dən əlavə olunan şeyləri götürüb də dini əsri-səadət­dəki rövşənə salmaq deməkdir. Bunu isə çətin yollar ilə deyil, bəlkə vəz, nəsihət, mətbuat ilə ümumi müsəlmanlara anladıb islam əmrlərini də mənasız şeylərdə deyil, bəlkə din və dünya üçün lazım olacaq və istiqballarında fayda gör­üləcək şeylərlə etmək gərəkdir».
İslam dininə zülmə və ədalətsizliyə qarşı dura bilən yeganə ideologiya kimi baxan C.Əfqani M.F.Axund­zadədən fərqli olaraq bu dinin əsasların tənqid etməkdən çəkinmiş və onu yüksəlişin həqiqi zəmanətverici kimi göstərmişdir: «Əgər müsəlmanlardan bir adam desə ki, mənim dinim bütün bu elmlərə ziddir, onda o öz dininə qarşı çıxmış olur. İnsanın ilk tərbiyəsi onun dini tərbiyə­sidir, fəlsəfi dünyagörüşü sonra yaranır». İslamın əsas kitabı olan Quran da tamamilə azadlıq, bərabərlik və ədalət prinsipinə əsaslanır, bütün müsəlmanları tərəqqiyə çağırır. Quranın mahiyyətini düzgün başa düşmək və ona əməl etmək isə islam dünyasının nicat yoludur.
Ş.C.Əfqani «Renana cavab» məqaləsində islam və Qərb demokratiyası məsələlərinə münasibətini bildirmişdi. Onun fikrinə görə, Avropa alimi E.Renanın islamın dünyəvi elmlərin inkişafına əngəl olması fikri ilə razılaşmaq olmaz. Çünki islam və Qərbin mütərəqqi ideyaları sanki bir-birini tamamlayır. O yazır: «Quranın həqiqi ruhu azadlıqdır və həm də müasir fikirlərə uyğun gəlir. İndiki nizam-intizamsızlığın islam qanunlarına qətiy­yən dəxli yoxdur. Bunlar nadan və cahil təfsirçilərin islama etdikləri əlavələrdir. Tarixi təkamül və inkişaf onların bu səhvini islah edəcək. Demək, bir müsəlman ziyalısı və alimi Avropa demokratik məfkurəsinə tamam aşina olsa, o, Quranın təlimlərinə əsaslanaraq xalqı müasir mütərəqqi demokratik məfkurələrlə tanış edə bilər».
Bu məqalədə açıq şəkildə hiss olunur ki, Əfqani də M.F.Axundzadə kimi islamda islahatların aparılmasının tərəfdarıdır. Ancaq M.F.Axund­zadə­dən fərqli olaraq C.Əfqani məsələni radikal şəkildə qoymur və ümumiyyətlə, islamın islahatlar yolunda əngəl olması fikrini rədd edir. Onun fikrincə, islahatları ilk növbədə xristianların nail olduğu «yasaq edilmiş fəlsəfənin və elmi metodların» öyrənilməsindən, bir sözlə elmi həqiqətin aşkar edilməsindən başlamaq lazımdır. Ən əsası Axundzadədən fərqli olaraq Əfqaniyə görə islahatlar isla­mın mahiyyəti, ilkin mənşəyi ilə bağlı deyil, sonralar bu dinə olunmuş əlavələrlə əlaqədar aparılmalıdır.
Bununla yanaşı M.F.Axundzadə kimi Ş.C.Əfqani də hesab edirdi ki, dinlə fəlsəfə arasında barışmaz ziddiyyət mövcuddur: «Dinlər hansı adı daşıyırlarsa daşısınlar, hamısı bir-birinə bənzəyir. Bu dinlərlə fəlsəfə arasında heç bir anlaşma və barışıq mümkün deyildir. Din insana inam və inanc təlqin edir. Halbuki fəlsəfə insanı tamamilə və qismən dindən uzaqlaşdırır». Hətta o qeyd edir ki, vaxtilə xristianlıq Avropa xalqları üzərində təsirli olduğu dövrdə elm və fəlsəfəni kölgədə qoymuş, onu aradan qaldırmışdır; eyni aqibəti islam ölkələri də yaşamışdır. Ancaq zaman keçdikcə xristianlar islahatlar apararaq elm və fəlsəfəni yüksəyə qaldıra bilsələr də, islam ölkələri hələlik bu məsə­lə­də çətinlik çəkirlər. Hər bir ölkədə din üstün olduğu zaman fəlsəfəni, fəlsəfə isə üstün olduğu zaman dini aradan qal­dırmaq istəmişdir. Əfqani yazır: «Bəşəriyyət durduqca məz­həb ilə vicdan azadlığı, din ilə fəlsəfə arasındakı mübarizə bitməyəcəkdir. Bu kəskin mübarizədə vicdan azadlığının qalib gələ bilməyəcəyindən ehtiyat edirəm. Çünki böyük həqiqət xalqın xoşuna gəlmir və həqiqət haqqındakı biliklər yalnız bir qism seçilmiş zəkalar tərəfindən anlaşılır. Çünki elm nə qədər faydalı olursa-olsun, insanlığı tamamilə təmin etməməkdədir. İnsanlıq ideala sığınır, filosof və alimlərin görmədikləri və şərh etmədikləri uzaq və qaranlıq yerlərdə faydalı olmağı sevir». Qeyd etmək lazımdır ki, Əfqaninin din və fəlsəfə haqqında söylədikləri tamamilə hə­qi­qə­tə uyğundur. Doğrudan da fəlsəfənin, elmin aciz olduğu yer­­də din önə keçir və bir çox hallarda cəmiyyət üçün xoşa­gəl­məz durumun yaranmasına səbəb olur.
C.Əfqani İstanbul həbsxanasından iranlı məsləkdaş­larına yazdığı sonuncu məktubda sağlığında əkdiyi toxumların çürüyüb cücərmədiyini desə də, ancaq ümid bəsləyirdi ki, bir gün əkdiyi toxumların bəhrəsi olacaqdır. O haqlı olaraq yazırdı ki, cəmiyyətin inkişafı üçün hər bir millətin daxilində faydalı elmləri yayan ziyalılar, cəmiyyət üçün xeyirli fənnləri təsis edən yaradıcı alimlər, insan hüququnu mühafizə edən siyasi xadimlər, fəzilətin və ədalə­tin keşikçiləri olan qanunşünaslar, lətif və şairanə kəlamlarlı ilə «yatmışları» oyadan və xalqın xarakterini möhkəmlən­di­rən ədiblər və şairlər, öz sənətlərini elmi əsas­lar üzrə inkişaf etdirən sənayeçilər, torpağını əkinçilik üsulu əsasında əkib-becərən əkinçilər, iqtisadiyyat qanunları əsasında millətin ticarət yollarını arayıb tapan tacirlər təbəqəsi olmalıdır. O, daha sonra qeyd edir ki, hər hansı bir millətdə bu təbəqələr mövcud olmasa, o millətin fərdləri arasında məişət və həyati əhəmiyyətli əlaqələr get-gedə qırılar və millət məhv olar.
Bizə elə gəlir ki, XIX əsrin sonlarına doğru islamçılıqdan türkçülüyə-türk birliyinə gedən yolda da  Ş.C.Əfqani mühüm rol oynamışdır. Burada yalnız onu qeyd edə bilərik ki, Əfqani  islamlığın və müsəlmanlığın milliyyət deyil, «ümmətçilik» ifadə etdiyini irəli sürərək milliyyəti də qabartmağa çalışmışdır. Onun fikrincə, milliyyət isə din üzərində deyil, dil və mədəniyyət birliyi üzərində qurulur, bu mənada milli diriliyin təməlini milli mədəniyyətin ünsürləri təşkil edir. Bir sözlə, onun fəlsəfəsində din, dil, mədəniyyət və s. amillər bir yerdə milli vəhdəti təşkil edir. Bu mənada Y.Akçuraoğlunqun da qeyd etdiyi kimi, Əfqani yalnız böyük bir müsəlman deyil, həm də böyük bir türkçüdür.
Fikrimizcə, bir sıra Azərbaycan türk aydınlarının formalaş­ma­sın­da  Ş.C.Əfqaninin rolu danılmazdır. Xüsusilə, M.Ə.Rəsulzadə 1911-1913-cü illərdə Ş.C.Əfqaninin yazılarının təsiri altında türkçülük hərəkatına qoşulmuş və Azərbaycanda bu ideyanın əsas ideoloqu olmuşdur. Mühacir Azərbaycan türk mütəfəkkirlərindən Mirzə Bala Məmmədzadə, Hüseyn Baykara və başqaları yazırlar ki, Şeyx Cəmaləddin Əfqani kimi M.Ə.Rəsulzadə də islamiyyətin və müsəlmanlığın milliyyət deyil, «ümmətçilik» ifadə etdiyini, milliyyətin isə din üzərində deyil, dil və mədəniyyət birliyi üzərində qurulduğunu və bu milli diriliyin təməlini təşkil edən milli mədəniyyətin ünsürlərini izah edərək milli hərəkatın ictimai fəlsəfəsini yaratmışdır.

Digər məqalələr

Biz kimin varisiyik: Milli Azərbaycanın, yoxsa Sovet Azərbaycanın? (13.06.2012, 11:17)
Azərbaycanda «Türk dili»nin əcnəbləşdirilməsi siyasətinin gizlinləri… (13.06.2012, 11:17)
İran Azərbaycanda 20 ildir nə axtarır: əmin-amanlıq, yoxsa anarxiya? (13.06.2012, 11:17)
Demokrat, patriot, türkçü, maarifçi - mənəviyyatımızın və ruhumuzun heykəli (13.06.2012, 11:17)
İstiqlal abidəsi - kiçik bir meydançaya sığışdırılan millət… (13.06.2012, 11:17)
Milli tarixi yarımçıq yazılmış millət… (13.06.2012, 11:17)
Türklərin Yaz bayramı necə Novruza çevrildi? (13.06.2012, 11:17)
Azərbaycan və Türkiyə: tək millət, tək bayraq, tək dövlət… (13.06.2012, 11:17)
Türk Cümhuriyyətinə nədən «Azərbaycan» adı verildi? (13.06.2012, 11:17)
Azərbaycan bayrağının mənəvi-ideoloji mənası - BUNLARI BİLMƏK MARAQLIDIR (13.06.2012, 11:17)
Türkçülük: Azərbaycan və Türkiyə türklərinin vahid milli ideyası (13.06.2012, 11:17)
Azərbaycanın türksüzləşdirilməsi kimlərin marağındadır? (13.06.2012, 11:17)
Azərbaycan türkçülüyü ideyası - I (13.06.2012, 11:17)
Azərbaycan türkçülüyü ideyası - II (13.06.2012, 11:17)
Azərbaycan türkçülüyü ideyası -III (13.06.2012, 11:17)
Azərbaycan türkçülüyü ideyası - IV (13.06.2012, 11:17)
Azərbaycan türkçülüyü ideyası - V (13.06.2012, 11:17)
Azərbaycan türkçülüyü ideyası - VII (13.06.2012, 11:17)
Azərbaycan türkçülüyü ideyası - VIII (13.06.2012, 11:17)
Azərbaycan türkçülüyü ideyası-IX (13.06.2012, 11:17)
Azərbaycan türkçülüyü ideyası - X (13.06.2012, 11:17)
Azərbaycan türkçülüyü ideyası - XI (13.06.2012, 11:17)
Azərbaycan türkçülüyü ideyası - XII (13.06.2012, 11:17)
Azərbaycan türkçülüyü ideyası - XIII (13.06.2012, 11:17)
Azərbaycan türkçülüyü ideyası - XIV (13.06.2012, 11:17)
Azərbaycan türkçülüyü ideyası - XV (13.06.2012, 11:17)
Azərbaycan türkçülüyü ideyası - XVI (13.06.2012, 11:17)
Azərbaycan türkçülüyü ideyası - XVII (13.06.2012, 11:17)
Azərbaycan türkçülüyü ideyası - XVIII (13.06.2012, 11:17)
Azərbaycan türkçülüyü ideyası - XIX: Əhməd Cəfəroğlu (13.06.2012, 11:17)
Azərbaycan türkçülüyü ideyası - XX (13.06.2012, 11:17)
Azərbaycan türkçülüyü ideyası - XXI - Yusif Çəmənzəminli (13.06.2012, 11:17)
Azərbaycan türkçülüyü ideyası - XXII - Əbdürrəhman Fətəlibəyli-Düdənginski (13.06.2012, 11:17)
Azərbaycanda türk dili hansı statusa malikdir? (13.06.2012, 11:17)
Azərbaycan türkçülüyü ideyası – XXIII - Hüseyn Baykara (13.06.2012, 11:17)
Azərbaycan türkçülüyü ideyası – XXIV- Əlabbas Müznib (13.06.2012, 11:17)
Türk-milli azərbaycançılığı və sovet-kosmopolit azərbaycançılığı (13.06.2012, 11:17)
Azərbaycan türkçülüyü ideyası - XXV: Bəxtiyar Vahabzadə (13.06.2012, 11:17)
Nizami Gəncəvinin irsində türklük və islamlıq (13.06.2012, 11:17)
Azərbaycan türkcəsindəki ilk Quranı Osmanlı sultanına təqdim edən azərbaycanlı (13.06.2012, 11:17)
Türk dili Azərbaycan dilinə necə çevrildi? (13.06.2012, 11:17)
Türk dili Azərbaycan dilinə necə çevrildi? - II yazı (13.06.2012, 11:17)
Türk dili Azərbaycan dilinə necə çevrildi? - III yazı (13.06.2012, 11:17)
Milli ideologiya probleminə ikili baxış: milli və kosmopolit - I yazı (13.06.2012, 11:17)
Milli ideologiya probleminə ikili baxış: milli və kosmopolit - II yazı (13.06.2012, 11:17)
Milli ideologiya probleminə ikili baxış: milli və kosmopolit - III yazı (13.06.2012, 11:17)
Milli ideologiya probleminə ikili baxış: milli və kosmopolit - IV yazı (13.06.2012, 11:17)
Milli ideologiya probleminə ikili baxış: milli və kosmopolit - V yazı (13.06.2012, 11:17)
Turan yolçusu Əhməd Cavad: «Turan öylə bir müqəddəs Kəbədir ki» (13.06.2012, 11:17)
Azərbaycan mühafizəkarları və «ittihadçı»ların «islam birliyi» ideyası (13.06.2012, 11:17)
Türkçülük və azərbaycançılıq: alternativlik, yoxsa eynilik? (13.06.2012, 11:17)
Türkçülük və azərbaycançılıq: alternativlik, yoxsa eynilik? II Yazı (13.06.2012, 11:17)
Novruz barədə bilmədiklərimiz... (13.06.2012, 11:17)
“Yazıq və bədbəxt millət”in 31 mart və 26 fevral günahları… (13.06.2012, 11:17)
Milli dil məsələsi: Türk dili, yoxsa Azərbaycan dili? (13.06.2012, 11:17)
Türkiyədə «Azərbaycan variantı» baş tutacaqmı? (13.06.2012, 11:17)
Türkçülüyü azərbaycançılığa qarşı qoyanlar… (13.06.2012, 11:17)
«Azəriçilik» nəzəriyyəsi (13.06.2012, 11:17)
Azərbaycançılıq türkçülükdən ayrı tutula bilməz… (13.06.2012, 11:17)
Azərbaycanda milli əlifba probleminin ideoloji yönləri - I yazı (13.06.2012, 11:17)
Azərbaycanda milli əlifba probleminin ideoloji yönləri - II yazı (13.06.2012, 11:17)
Azərbaycan xalqı mədəniyyətə qarşı təcavüzün sancılarını çəkir (13.06.2012, 11:17)
Cəfər Cabbarlının Elxanı və Məhəmməd Əmin Rəsulzadə (13.06.2012, 11:17)
Niyə sadəcə deyə bilmirsən ki, mən türkəm? (13.06.2012, 11:17)
100 il öncə Azərbaycanda Ramazan (13.06.2012, 11:17)
«Birləşəlim, türk oğlu, bu yol millət yoludur» (13.06.2012, 11:17)
«İndi naxoşdu-milləti-İslam» (13.06.2012, 11:17)
«İttihadçı» və türkçü Sultan Məcid Qənizadə (13.06.2012, 11:17)
«Osmanlıcadan türkə tərcümə» nə deməkdir?!. (13.06.2012, 11:17)
«Özü türk oğlu türk, amma deyir türki cəhalətdir» (13.06.2012, 11:17)
«Nə qədər dolandım Turan elini» (13.06.2012, 11:17)
«Türk milləti, türk ölkəsi, türk dili» (13.06.2012, 11:17)
 
Oxunub: 1081
Çap variantı
Məktub göndər
Facebook-da paylaş

Комментарии

Популярные сообщения из этого блога

Глава четвертая Служба пограничных нарядов

Наставление по охране государственной границы (пограничный наряд)

Глава вторая Основы охраны государственной границы пограничными нарядами