Сообщения

Сообщения за января 27, 2019

Kirayə

Изображение
Kirayə qalanlar necə mənzil sahibi ola bilər? – Əsas tələblər “Prezident İlham Əliyev “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydasını” təsdiq edib. Bu, ölkəmizdə sosial kirayə fondunun yaradılması deməkdir” Minval.info  xəbər verir ki, iqtisadçı-ekspert Vüqar Bayramov deyib. Onun sözlərinə görə, ölkə vətəndaşları ipoteka kreditləri ilə yanaşı, həmçinin evləri kirayə götürmək hüququna malik olacaqlar. “Yeni mexanizmə əsasən, vətəndaşlar mənzili kirayə götürdükdən sonra ona sahib ola biləcəklər. Mənzili kirayə edən vətəndaşmızın aylıq ödənişləri evin xərcindən çıxılacaq. Müqavilə bağlanandan 3 il sonra isə kirayəçi mənzilin sahibinə çevrilmək imkanı qazanacaq. Bu zaman o daha çox ödəniş etməklə müqaviləyə vaxtından əvvəl xitam verib mənzilə sahib olar. Və ya ödənişi davam etdirib 25 il ərzində ona sahib ola bilər”. Ekspert formalaşmaqda olan kirayə mənzil fondu ilə bağlı ən vacib məqamlara da toxunub