Azərbaycan türkçülüyü ideyası-IX

Azərbaycan türkçülüyü ideyası-IX
 07.07.2012, 15:03

Faiq Ələkbərov (Qəzənfəroğlu)
20-ci əsrin əvvəllərində milli liberalizmin Azərbaycanda ən tanınmış nümayəndəsi olan Əlimərdan Topçubaşov nə Əhəməd bəy Ağaoğlunun «islam millətçiliyi»ni, nə də Əli bəy Hüseynzadənin «osmanlı türkçülüyü»nü əsas ideya kimi qəbul etmişdir. O, bu iki ideyanı ideallaşdırmaqdan yan qaçaraq, daha çox diqqəti liberal-demokratik dəyərlərə, o cümlədən Rusiya türklərinin birliyinə və onların milli məhəlli muxtariyyatına yönlətmişdir. Bu baxımdan «Kaspi», «Həyat» və b. qəzetlərdə Rusiya müsəlmanlarının-türklərinin hüquqlarını müdafiə edən Topçubaşovun «Ümummilli haqq istəyi» layihəsində (1905) iştirakı da diqqəti cəlb edir. Bu layihəyə görə, türklərə-müsəlmanlara da ruslarla eyni siyasi, mədəni, dini hüquq verilməli, onlara aid bütün məhdudiyyətlər aradan qaldırılmalıdır. Eyni zamanda layihədə Qafqazda yerli idarələrin yaradılması və onların müstəqil olması, Qafqaz müsəlmanlarının şəxsiyyət və ərazi toxunulmazlığı, türk dilində məktəblərin olması, fikir, söz, mətbuat azadlığı verilməsi və s. tələb olunurdu. 

Çar Rusiyasının 1-ci çağırış Dövlət Dumasında «Müsəlman fraksiyası»nın rəhbəri olan Ə.Topçubaşov 1905-1907-ci illərdə mövcud olmuş «Rusiya Müsəlmanları İttifaqı» Partiyasının (Y.Akçuraoğlu yazır ki, bu qurumun «Rusiya Müsəlmanları İttifaqı» adlanması, o zaman türk ellərinə ortaq adın tapılmaması ilə bağlı olmuş və məcburiyyətdən «müsəlman» anlayışına müraciət edilmişdir) yaranmasında fəal iştirak etməklə yanaşı, bu siyasi təşkilatın nizamnaməsini, proqramını şəxsən hazırlamışdır. Topçubaşov tərəfindən hazırlanan proqramda məhkəmə, siyasi məqsədlər, fəhlə məsələləri, məhəlli muxtariyyət, dini qaydalar, maliyyə işləri, dövlət quruluşu və s. öz əksini tapmışdır. Ə.Topçubaşovın hazırladığı və qurultaya tədqim etdiyi bu proqramda açıq şəkildə yazılır ki, «İttifaq»ın siyasi məqsədi Rusiya müsəlmanlarını əməli işdə birləşdirməkdir. Rusiyanın dövlət quruluşunu Konstitusiyalı monraxiya kimi görmək istəyən Topçubaşov yazır ki, bu idarə üsulunda vəkillər monarxa nəzarət edərlər. Xalq vəkilləri isə, bir məclis - Dövlət Duması olmaqla, ümumi, gizli, bərabərlik prinsipi ilə seçiləcək, müsəlmanların vəkilləri əhalinin ümumi sayına mütənasib olacaqdır.

Əhalinin sayına və ərazinin böyüklüyünə görə fərqlənən millətlərə məhəlli muxtariyyət verilməsi müəddəasını irəli sürən Ə.Topçubaşov proqramın 34-35-ci maddələrində qeyd edir ki, vilayətə aid məsələlərin hamısı məhəlli muxtariyyət idarələrinin səlahiyyətlərinə görə, vilayət məclislərində müzakirə edildikdən sonra dövlətin icraiyyə orqanları tərəfindən həyata keçirilməlidir. Vilayətdə hər hansı bir millət çoxluq təşkil edərsə bu vilayətin idarələrində həmin millətin dili ümumi dil olmalıdır. Rus dili isə ümumdövlət dili olmaq şərtilə mərkəzi idarələrdə, dəniz və quru qoşunlarında işlədilməlidir. Proqramın 36-cı maddəsində isə Topçubaşov yazır: «Bütün xalqlar mədəni, siyasi hüquq baxımından bərabər olmaqla yanaşı, dövlətin əsas qanunları xalqların hamısını mədəni hüquqlaral təmin etməlidir, yəni hər dildə və hər məhəlli dialektdə danışmaq, məktəb, mədrəsələr inşa etmək, uşaqları tərbiyə etmək, dil və ədəbiyyat cəmiyyətləri, müəssisələri yaratmaq xüsuslarında millətlərin hər birinə tam azadlıq verilir».

Göründüyü kimi, Topçubaşov tərəfindən hazırlanan bu proqram daha çox Rusiya türklərinin maraqlara uyğun milli demokratik səciyyə daşımış, demək olar ki, panislamizm və pantürkizm ideyaları burada çox az yer tapmışdır. H.Baykaraya görə, buna səbəb Ə.Topçubaşovun Ə.Ağaoğlu ilə müqayisədə panislamizm ideyasına son dərəcədə bağlı olmaması idi. O yazır: «Ə.Topçubaşovda Ə.Ağayevin geniş və dərin teosentrik panislamizmi yox idi. Sanki o, belə bir ideyanın müvəffəqiyyətlə başa çatmayacağını qabaqcadan hiss etmiş və analmışdı. Bu məqsədlə o, 1905-ci il inqilabının gətirdiyi azadlıq nemətlərindən Azərbay­can xalqı üçün əlindən gələn qədər daha çox pay qoparmaq istəyirdi».

H.Baykaranın fikrinə görə, bu baxımdan Ə.Topçubaşov Ə.Ağaoğlu və Ə.Hüseynzaddəən fərqli olaraq, islamçılıq və türkçülük kimi «utopik axınların heç birində iştirak etməmişdir. Dərin biliklə hüquqşünas və siyasətçi olan Əlimərdan bəy həyatı boyu realist və uzaqgörən bir şəxs kimi tanınmışdır. «Rusiya Müsəlmanları İttifaqı» türklərin tarixində ilk dəfə birlik fikrini irəli sürmüşdür». Fikrimizcə, burada H.Baykaranın qeyd etməsi ki, Ə.Top­çu­baş­ov ümumiyyətlə, islamçılıq və türkçülük axınlarında iştirak etməmişdir, doğru deyildir. Sadəcə, Topçubaşov Ağaoğlu və Hüseynzadə ilə müqayisədə daha çox realist mövqedən çıxış edərək, milli ideyanı mücərrəd və ümumi mahiyyət daşıyan nə «islam birliyi», nə də «Osmanlı türkçülüyü» olaraq qəbul etməmiş, onu daha çox Rusiyanın əsarəti altında olan türk xalqlarının azadlıq hərəkatında və bu hərəkatın əldə edəcəyi milli-mədəni muxtariyyətlər çərçivəsində görmüşdür. Bu isə daha çox, liberal-demokratizmə əsaslanan milli baxış idi. Bu baxımdan M.Ə.Rəsulzadə qeyd edir ki, Rusiya türkləri arasında ilk dəfə milli-mədəni muxtariyyətdən və başqa hüquqlardan çıxış edən Ə.Topçubaşov olmuşdur.

Y.Akçuraoğlunun fikrinə görə, 1905-1907-ci illərdən etibarən Quzey və Qafqaz türkləri arasında qəbiləvi fərqlər azalaraq milli birlik fikrinə dayalı ciddi bir «milli şüur» formalaşmağa başlamış və bu məsələ də ən mühüm rollaradn birini Topçubaşov oynamışdır. O yazır: «1905-1907 hərəkatları, zahirən Rusiya müsəlmanları adı altında yürüdülmüşdürsə də, həqiqətdə bu milli bir hərəkat idi. Rusiyada türkləri, məzhəb baxımından ikiyə, sünni və şiə qisimlərinə ayıran ixtilafın qaldırılmasına da bu zəmanə ciddi surətdə çalışılmışdır. Bütün Rusiya müsəlmanlarının III konqresində, qəbul olunan qərarlardan biri də bu idi: «Müxtəlif məzhəblər arasındakı fərqlər önəmli deyildir. Bu fərqlər Rusiya müsəlmanlarının ruhani işləri üçün ümumi bir müəssisənin vücuduna dini baxımdan bir maneə törədə bilməz». Bu qərarı şiə məzhəbindən olan azərbaycanlı Əli Mərdan bəy Topçubaşoğlu təklif etmiş, üzvləri arasında bir çox sünni və şiə ruhanilər konqres isə bu təklifi «sünilik, şiəlik yoxdur, Yetsin ixtilaf!» sədaları ilə və dəqiqələrcə sürən alqışlarla, səs birliyi ilə qəbul etmişdir». M.B.Məmmədzadə də hesab edir ki, milli liberallar dini-ruhani idarə birliyi bayrağı altında millətçi bir proqramın tətbiqinə girişmişdi.

M.Ə.Rəsulzadə, H.Baykara, Y.Akçuraoğlu və M.B.Məmmədzadənin mülahizələri də bir daha təsdiq edir ki, doğrudan da, Topçubaşov «İttifaq»ın timsalında Rusiya türklərinin milli-mədəni birliyinin yaranmasına inanmış və türk-müsəlman «ittifaqçı»ların bir araya gəlməsini də milli bayram kimi qəbul etmişdir. Bunu, Topçubaşovun «İttifaq»ın Nijni-Novqorodda Oka çayı üzərində keçirilən üçüncü qurultayının sonundakı çıxışı da göstərir: «Mən bu günü heç vaxt xatirəmdən çıxartmayacağam. Bu günün, bundan sonra Ümumrusiya müsəlmanları üçün milli bayram günü olacağı şübhəsizdir. Biz türk balaları, əslimiz bir, nəslimiz bir, dinimiz birdir. Günbatandan gündoğana qədər bizim babalarımızın mülki idi. Babalarımız qəhrəman millət olduqları halda, Qafqaz dağlarında, Krım bağlarında, Kazanın çöllərində - ata və babalarımızın mülki olan öz vətənimizdə, öz torpağımızda, öz ehtiyaclarımız barədə danışmağa ixtiyarımız qalmadı. Şükürlər olsun Allaha ki, bu qədər çətinliklərə, zəhmətlərə baxmayaraq, bu gün sular üzərində ürəklərimizi açıb, bir-birimizi üz-üzə görüb, qucaqlaşıb, hal-əhval tutmağa müvəffəq olduq».

Fikrimizcə, bütün bunlar bir daha təsdiq edir ki, Topçubaşov ümumi və utopik xarakter daşıyan türkçülüyü (türk birliyini) və islamçılığı (islam birliyini) idealaşdırmaqdansa, ilk növbədə konkret olaraq Rusiya ərazisində məhkum həyat yaşayan müsəlman türklərinin milli birliyini vacib saymışdır. O, bu zaman reallıqlardan çıxış edərək Rusiya türklərin müəyyən məhəlli muxtariyyət və başqa azadlıqlara sahib olmasına çalışmışdır. Bu baxımdan H.Baykara doğru qeyd edir ki, Ə.Topçubaşovun rəhbəri olduğu «Rüsiya Müsəlmanları İttifaqı» partiyası əsarətdə yaşayan türklərin liberal-demokratik burjua hərəkatıdır.

Əlbəttə, milli ideologiyanın formalaşması məsələsini kompleks şəkildə götürsək, bu zaman Ə.Ağaoğlu («islam millətçiliyi»), Ə.Hüseynzadə («osmanlı türkçülüyü»), Ə.Topçubaşov (Rusiya müsəlmanlarının-türklərinin milli-mədəni birliyi) və başqa milli ideoloqların siyasi-ideoloji və milli-fəlsəfi fikirlərinədki oxşarlıqlarla yanaşı, ziddiyyətlərin də tədqiq olunmasına zərurət var. Bu faktoru inkar etmədən hesab edirik ki, bu milli ideoloqların Azərbaycan türk millətinin taleyi ilə bağlı irəli sürdükləri ideyalar arasındakı fərqlər və ziddiyyətlər, bəzi mənfi çalarlarına baxmayaraq, ümumilikdə milli ideologiyanın formalaşması nəzər nöqtəsindən müsbət rol oynamışdır. Ə.Hüseynzadənin təbrincə desək, eyni ideya uğrun­da mübarizə aparan insanlar arasındakı fikir ixtilafları, ziddiyyətlərin olması milli-dini birliyin pozulmasına dəlalət edə bilməz. Əksinə fikir ixtilafları nəticə­sində həqiqət meydana çıxar və millət də əsil həqiqətin arxasınca gedər.
Bizə elə gəlir ki, həmin dövrdə milli ideyaya yaxınlığı baxımından türkçülük (Ə.Hüseynzadə və b.) və milli liberalizm cərəyanları (Ə.Topçubaşov və b.) Azərbaycan türkçülüyü ideyasının yaranmasında daha mühüm rol oynamışdır. Belə ki, türkçülər və milli liberallar milli özünməxsusluğa daha çox diqqət yetirərək, Azərbaycan türklərinin bir millət kimi formalaşmasına, milli kimliyni və mədəniyyətini dərk etməsinə çalışdıqları halda, islamçılar və marksist-leninçilər beynləmiləlçilik adı altında, əksər hallarda bunu islamiyyətin və sinfi mübarizənin içərisində əritməyə cəhd göstərmişlər. Məhz marksizmin (sinfi mübarizə birliyi) və islamçılığın («islam birliyi») milli konkretlikdən çox uzaq olmasının nəticəsi idi ki, sonralar (1910-1920-ci illərdə) milli sosial-demokrtalar (M.Ə.Rəsulzadə, N.Yusifbəyli, A.Kazımzadə və b.) və milli islamçıların (Ə.Ağaoğlu və b.) xeyli bir qismi həmin ideyalardan üz döndərərək türkçülük, o cümlədən Azərbaycan türkçülüyü (Ə.Topçubaşov, M.Ə.Rəsulzadə, N.Yusifbəyli və b.), Türkiyə türkçülüyü ideyası ətrafında (Ə.Ağaoğlu, Ə.Hüseynzadə və b.) toplaşdılar.

Digər məqalələr

Biz kimin varisiyik: Milli Azərbaycanın, yoxsa Sovet Azərbaycanın? (07.07.2012, 15:03)
Azərbaycanda «Türk dili»nin əcnəbləşdirilməsi siyasətinin gizlinləri… (07.07.2012, 15:03)
İran Azərbaycanda 20 ildir nə axtarır: əmin-amanlıq, yoxsa anarxiya? (07.07.2012, 15:03)
Demokrat, patriot, türkçü, maarifçi - mənəviyyatımızın və ruhumuzun heykəli (07.07.2012, 15:03)
İstiqlal abidəsi - kiçik bir meydançaya sığışdırılan millət… (07.07.2012, 15:03)
Milli tarixi yarımçıq yazılmış millət… (07.07.2012, 15:03)
Türklərin Yaz bayramı necə Novruza çevrildi? (07.07.2012, 15:03)
Azərbaycan və Türkiyə: tək millət, tək bayraq, tək dövlət… (07.07.2012, 15:03)
Türk Cümhuriyyətinə nədən «Azərbaycan» adı verildi? (07.07.2012, 15:03)
Azərbaycan bayrağının mənəvi-ideoloji mənası - BUNLARI BİLMƏK MARAQLIDIR (07.07.2012, 15:03)
Türkçülük: Azərbaycan və Türkiyə türklərinin vahid milli ideyası (07.07.2012, 15:03)
Azərbaycanın türksüzləşdirilməsi kimlərin marağındadır? (07.07.2012, 15:03)
Azərbaycan türkçülüyü ideyası - I (07.07.2012, 15:03)
Azərbaycan türkçülüyü ideyası - II (07.07.2012, 15:03)
Azərbaycan türkçülüyü ideyası -III (07.07.2012, 15:03)
Azərbaycan türkçülüyü ideyası - IV (07.07.2012, 15:03)
Azərbaycan türkçülüyü ideyası - V (07.07.2012, 15:03)
Azərbaycan türkçülüyü ideyası - VI (07.07.2012, 15:03)
Azərbaycan türkçülüyü ideyası - VII (07.07.2012, 15:03)
Azərbaycan türkçülüyü ideyası - VIII (07.07.2012, 15:03)
Azərbaycan türkçülüyü ideyası - X (07.07.2012, 15:03)
Azərbaycan türkçülüyü ideyası - XI (07.07.2012, 15:03)
Azərbaycan türkçülüyü ideyası - XII (07.07.2012, 15:03)
Azərbaycan türkçülüyü ideyası - XIII (07.07.2012, 15:03)
Azərbaycan türkçülüyü ideyası - XIV (07.07.2012, 15:03)
Azərbaycan türkçülüyü ideyası - XV (07.07.2012, 15:03)
Azərbaycan türkçülüyü ideyası - XVI (07.07.2012, 15:03)
Azərbaycan türkçülüyü ideyası - XVII (07.07.2012, 15:03)
Azərbaycan türkçülüyü ideyası - XVIII (07.07.2012, 15:03)
Azərbaycan türkçülüyü ideyası - XIX: Əhməd Cəfəroğlu (07.07.2012, 15:03)
Azərbaycan türkçülüyü ideyası - XX (07.07.2012, 15:03)
Azərbaycan türkçülüyü ideyası - XXI - Yusif Çəmənzəminli (07.07.2012, 15:03)
Azərbaycan türkçülüyü ideyası - XXII - Əbdürrəhman Fətəlibəyli-Düdənginski (07.07.2012, 15:03)
Azərbaycanda türk dili hansı statusa malikdir? (07.07.2012, 15:03)
Azərbaycan türkçülüyü ideyası – XXIII - Hüseyn Baykara (07.07.2012, 15:03)
Azərbaycan türkçülüyü ideyası – XXIV- Əlabbas Müznib (07.07.2012, 15:03)
Türk-milli azərbaycançılığı və sovet-kosmopolit azərbaycançılığı (07.07.2012, 15:03)
Azərbaycan türkçülüyü ideyası - XXV: Bəxtiyar Vahabzadə (07.07.2012, 15:03)
Nizami Gəncəvinin irsində türklük və islamlıq (07.07.2012, 15:03)
Azərbaycan türkcəsindəki ilk Quranı Osmanlı sultanına təqdim edən azərbaycanlı (07.07.2012, 15:03)
Türk dili Azərbaycan dilinə necə çevrildi? (07.07.2012, 15:03)
Türk dili Azərbaycan dilinə necə çevrildi? - II yazı (07.07.2012, 15:03)
Türk dili Azərbaycan dilinə necə çevrildi? - III yazı (07.07.2012, 15:03)
Milli ideologiya probleminə ikili baxış: milli və kosmopolit - I yazı (07.07.2012, 15:03)
Milli ideologiya probleminə ikili baxış: milli və kosmopolit - II yazı (07.07.2012, 15:03)
Milli ideologiya probleminə ikili baxış: milli və kosmopolit - III yazı (07.07.2012, 15:03)
Milli ideologiya probleminə ikili baxış: milli və kosmopolit - IV yazı (07.07.2012, 15:03)
Milli ideologiya probleminə ikili baxış: milli və kosmopolit - V yazı (07.07.2012, 15:03)
Turan yolçusu Əhməd Cavad: «Turan öylə bir müqəddəs Kəbədir ki» (07.07.2012, 15:03)
Azərbaycan mühafizəkarları və «ittihadçı»ların «islam birliyi» ideyası (07.07.2012, 15:03)
Türkçülük və azərbaycançılıq: alternativlik, yoxsa eynilik? (07.07.2012, 15:03)
Türkçülük və azərbaycançılıq: alternativlik, yoxsa eynilik? II Yazı (07.07.2012, 15:03)
Novruz barədə bilmədiklərimiz... (07.07.2012, 15:03)
“Yazıq və bədbəxt millət”in 31 mart və 26 fevral günahları… (07.07.2012, 15:03)
Milli dil məsələsi: Türk dili, yoxsa Azərbaycan dili? (07.07.2012, 15:03)
Türkiyədə «Azərbaycan variantı» baş tutacaqmı? (07.07.2012, 15:03)
Türkçülüyü azərbaycançılığa qarşı qoyanlar… (07.07.2012, 15:03)
«Azəriçilik» nəzəriyyəsi (07.07.2012, 15:03)
Azərbaycançılıq türkçülükdən ayrı tutula bilməz… (07.07.2012, 15:03)
Azərbaycanda milli əlifba probleminin ideoloji yönləri - I yazı (07.07.2012, 15:03)
Azərbaycanda milli əlifba probleminin ideoloji yönləri - II yazı (07.07.2012, 15:03)
Azərbaycan xalqı mədəniyyətə qarşı təcavüzün sancılarını çəkir (07.07.2012, 15:03)
Cəfər Cabbarlının Elxanı və Məhəmməd Əmin Rəsulzadə (07.07.2012, 15:03)
Niyə sadəcə deyə bilmirsən ki, mən türkəm? (07.07.2012, 15:03)
100 il öncə Azərbaycanda Ramazan (07.07.2012, 15:03)
«Birləşəlim, türk oğlu, bu yol millət yoludur» (07.07.2012, 15:03)
«İndi naxoşdu-milləti-İslam» (07.07.2012, 15:03)
«İttihadçı» və türkçü Sultan Məcid Qənizadə (07.07.2012, 15:03)
«Osmanlıcadan türkə tərcümə» nə deməkdir?!. (07.07.2012, 15:03)
«Özü türk oğlu türk, amma deyir türki cəhalətdir» (07.07.2012, 15:03)
«Nə qədər dolandım Turan elini» (07.07.2012, 15:03)
«Türk milləti, türk ölkəsi, türk dili» (07.07.2012, 15:03)

Şərhlər
ertogrul
07-07-2012
Ey oğuz bəyləri ! Türk xalqı,eşidin ! Üstdən göy çökmədikcə,Altdan yer dəlinmədikcə bilki,Türk ulusu,Türk yurdu,Türk dövləti,Türk törəni pozulmaz. Su kimi axıtdığın qanına,Dağ kimi yığdığın sümüklərinə layiq ol !Ölümsüz Türk ulusu özünə dön.

Nazim Nəsrəddinov
08-07-2012

***Gəlin hamıya layiq olduğu qiyməti verək***

Bu silsilədən olan yazıların , demək olar ki, hamısını oxumuşam.Müəllifin yazı qabiliyyəti bəyəniləndir:elmilik, sığallı cümlələr, inandırıcı faktlarıın yerində işlədilməsi,mövzuya vurğunluğu....
Müəllif yeni söz deməyə çalışmalıdır.Mən Azərbaycan türkçülüyündən geniş şəkildə söz açan müəllifdən Səid Ünsizadə haqqında da danışacağını gözləyirdim. Yazıların xronoloji ardıcıllığından hiss edirəm ki, müəllifin belə fikri yoxdur.İnanıram ki, Türkiyə elmi mənbələrinindən xəbərdar olan müəllif bu məsələyə də öz fikrini yeni faktlar əsasında bildirə bilər.
Sonralar akademik olan Mirzə İbrahimovun cavanlığında -30-cu illərdə

"Səid Ünsizadə hər məsələyə dini mövqedən yanaşırdı"

sözləri türk dünyasının bu böyük dahisini kölgədə saxlayıb.

Gəlin insanlara layiq olduğu qiyməti verməkdə inadlı olaq. Səid Ünsizadəsiz Azərbaycan türkçülüyü yoxdur.

Hörmətlə ,

Nazim Nəsrəddinov,

Azərbaycan Respublikasının əməkdar müəllimi,
Təhsil Nazirliyinin Elmi-Metodiki Şurasının bölmə üzvü, "Ən yaxşı müəllim " müsabiqəsinin qalibi.

Bakı,08.07.2012. s.10:23.


Комментарии

Популярные сообщения из этого блога

Глава четвертая Служба пограничных нарядов

Наставление по охране государственной границы (пограничный наряд)

Глава вторая Основы охраны государственной границы пограничными нарядами