Azərbaycan türkçülüyü ideyası - VIII

Azərbaycan türkçülüyü ideyası - VIII
 30.06.2012, 10:35

Faiq Ələkbərov (Qəzənfəroğlu)
Milli Azərbaycan ideyasının siyasi müəllifi: Nəsib bəy Yusifbəyli
Azərbaycan türkçülüyü ideyasının yaranmasında və formalaşmasında ən mühüm xidmətlər Məhəmməd Əmin Rəsulzadədən sonra Nəsib bəy Yusifbəyliyə məxsusdur. Çünki, bu iki böyük idealist, millətpərvər və demokrat milli və müstəqil Azərbaycan ideyasının əsas müəllifləridir. Doğrudur, bu məsələ ilə həm nəzəri, həm də təcrübi baxımdan M.Ə.Rəsulzadə daha çox uğraşmış, daha böyük mənəvi-ideoloji və siyasi-fəlsəfi irs qoyub getmişdir. Xüsusilə, M.Ə.Rəsulzadənin mənəvi-ideoloji irsi ilə müqayisədə N.Yusifbəylinin bu sahədə zəngin bir irsindən danışmaq mümkün deyildir.
Bütün bunlara baxmayaraq, Nəsib bəy Yusifbəylinin milli və müstəqil Azərbaycan ideyasının müəlliflərindən biri olması da danılmazdır. Öncə qeyd edək ki, Nəsib bəy də M.Ə.Rəsulzadə, Ü.Hacıbəyli və başqa bir çox tanınmış ziyalılarımz kimi, ilk dövrlərdə maarifçliklə uğraşmış və daha çox solçulara (sosial-demokratlara) meyil göstərmişdir. Onun ilk qələm təcrübələrindən olan «Təslim» hekayəsinin məzmununda da türk millətinin maariflənməsi, başqa millətlər kimi inkişaf etməsi və s. məsələlər təşkil etmişdi. O qeyd edirdi ki, başqa millətlərin dili zəngin, əlifbaları mükəmməl, qrammatikaları müəyyən olub, dövlət məktəblərin tərəqqisinə, maarifə nəzarətə çalışdığı halda müsəlman-türk xalqlarında vəziyyət əksinədir. O yazır: «Zavalı bizlər! Bu vəzifələrin həpsini öz öhdəmizdə bulunduruyoruz… Bu mədrəsədə, bu müqəddəs binada xidmət etmək üçün yalnız müəllim olmaq kafi deyildir, fədakar olmaq lazımdır». N.Yusifbəyli hesab edirdi ki, xalqın nicatına nail olmaq üçün, artıq millətin övladlarına mühafizəkar, dindar ruhanilər deyil, millətini, vətənini sevən, eyni zamanda tərəqqipərvər dünyagörüşlü müəllimlər dərs verməlidir. Yalnız bu halda millətdə milli amal, milli mədəniyyəti, milli tərbiyə və s. yarana bilər.
Bütün bunlarla yanaşı, o, ilk dövrlərdə sosial-demokratların bütün millətlərin bərabər hüquq və azadlıqlara malik olması ilə bağlı ideyalarına da müəyyən qədər meyil göstərmişdi.  Belə ki, Nəsib bəy Odessda tələbə olarkən (1902-1906) və «Tərcüman»da çalışdığı ilk illərdə (1906-1907) siyasi cərəyanlar arasından sosial-demokratlara meyil göstərmişdir. Hətta Yusifbəyli 1906-1907-ci illərdə «Tərcüman»da yazdığı məqalələrdə Bakıda nəşr olunan «İrşad» və b. milli-dini yönlü qəzetlərdə sosial-demokratizmdən və onların nümayəndələrindən (Marks, Plexanov, Jores, Bebel və b.) bəhs olunmasını təqdir etmişdi. Xüsusilə, o, «İrşad» da N.Nərimanovun sosial-demokratlarla bağlı məqaləsini şərh etmiş, müəyyən dərəcə də onun fikirləri ilə razılaşdığını ifadə etmişdi. Onun fikrincə, yalnız sosial-demokrat cərəyanı dövrünün başqa şovinist «pan»izmlərindən fərqlənir və yalnız ona ləkə yaxmaq doğru deyildir: «Panslaviyanizm, panxristianizm, panermənizm, panyəhudizm və qeyri panizmlər ancaq qarnı tox ağaların xam xəyallarıdır və füqarayi-kasibəyə böylə böhtan atmaq pəva deyil!.. Doğrudur, Yer üzünün cəmi ictimaiyyun ammiyyunların (sosial-demokrat­larının) da bir «panizmi» var, ona dəxi panxristianizm deməzlər, bunu adı «panfüqarayi-kasibizm»dir».
N.Yusifbəyli ilk dövrlərdə, sosial-demokratizmə meyilli bir şəxs kimi hesab edirdi ki, çar Rusiyası Avropa ölkələrindən fərqli olaraq baş vermiş inqilabdan düzgün nəticə çıxarmır: «Avropada təcrübə və timsali olub keçmiş inqilab və hərəkatlardan Rusiya dövləti ibrət almaq gərək idi. Qaynayıb axan bir suyun önünü kəsmək mümkün olmadığı kimi oyanmış, qəlyanə gəlmiş xalqın hüquq və vəzifəsini anlamış camaatın da önündə durub toxtatmaq mümkün olamayacağını düşünmək və bilmək gərək idi». Çar Rusiyasının inqilabın önünü kəsmək üçün müxtəlif hiylələrə əl atdığını qeyd edən Yusifbəyli yazır ki, artıq bu hiylələr baş tutmayacaq. Onun fikrinə görə, çar Rusiyasının qarşısında iki yol var: ya qəsb olunmuş hüquqların hamısını qaytarmaq, ya da əvvəlki istibdad yolu ilə davam etmək.
Ancaq çox keçmir ki, N.Yusifbəyli sosial-demokrat təlimindən uzaqlaşaraq türkçülük, daha sonra onun bir qolu olan Azərbaycan türkçülüyü uğrunda uğraşmışdı. Nəsi bəy də türkçülük ideyasının yaranmasında və formalaşmasında isə ilk olaraq, böyük türkçülərdən İsmayıl bəy Qaspıralının mühüm rolu olmuşdu. Ancaq Yusifbəyli də türkçülük məfkurəpsinin yaranmasında 1908-1909-cu illərdə Türkiyədə yaşaması və burada «Türk dərnəyi» üzvləri ilə birgə apardığı mübarizə mühüm rol oynamışdır.
1910-cu illərdən etibarən əsasən, Azərbaycanda (Gəncədə) yaşayan N.Yusifbəyli etnik-milli türkçülüyün əsas dava adamlarından biri olmuşdu. Məhz bunun nəticəsidir ki, 1917-ci ilin martında yaranan «Türk ədəmi-mərkəziyyət» partiysının lideri kimi N.Yusifbəyli Rusiyanı federativ şəkildə görmış, bu federasiya çərçivəsində isə Azərbaycanın muxtariyyətini tələb etmişdir. Bu faktordan çıxış edərək M.Ə.Rəsulzadə mühacirət dövründə (1920-1930-cu illərdə, Türkiyədə) yazırdı ki, N.Yusifbəylinin Azərbaycan istiqlalı hərəkatındakı rolu yalnız maarif naziri və baş nazir olmaqla kifayətlənməmişdir: «Onun hərəkatdakı həqiqi rolu sonra tutduğu bu rəsmi  mövqelərdən çox əvvəl başlamışdır. Bu rol onun Gəncədə 1917-də «Türk ədəmi mərkəziyyət xalq firqəsi» namıyla təsis edilən siyasi Azərbaycan firqəsinin təşkilinə təşəbbüs etməsiylə başlayır. Azərbaycan ideyasını siyasi bir tələb maddəsi şəklində formulə etmək şərəfi mərhum Nəsib bəyindir». M.Ə.Rəsulzadə daha sonra qeyd edir ki, əslində Azərbaycan-türk milli ideyası onların tanışlığının ilk illərindən (1914-1915-ci illər) hər ikisində yaranmışdı: «Bu dostluğu bu qədər mətin bağlarla bir görüşmədə bağlayan şey, şübhəsiz, müştərək bir qayə, müştərək bir ruh daşıdığımızı mütəqabilən kəşf edişimiz idi. Bu ruhi-müştərək Gəncədə Nəsib bəyə siyasi bir firqə maddəsinin yazılmasını təlqin etdiyi bir zamanlarda, mənə də Bakıda «Açıq söz» qəzetəsinə eyni tezisi müdafiə edən bir baş məqalə yazdırmışdı».
Qeyd edək ki, Nəsib bəy 1917-ci il aprelində Bakıda keçirilən Qafqaz Müsəlmanlarının 1-ci qurultayında «kim dava edə bilər ki, biz kəndini (özünü - F.Ə.) idarəyə səlahiyyətdar bir millət deyilik!» demişdir. Beləliklə, Rəsulzadənin də yazdığı kimi, o, bu qurultayda milliyyətçilük (Azərbaycan türkçülüyü), türkçülük, xalqçılıq və modernələşmə (yeniləşmə) prinsiplərini müdafiə etmişdi. Hətta, bununla kifayətlənməyərək eyni prinsiplərlə çıxış edən iki partiyanın birləşməsinə təşəbbüs göstərmiş və həmən bunun tətbiqini istəmişdi. Rəsulzadə yazır: «Bir tərəfdən Nəsib bəy, digər tərəfdən də M.Ə.Rəsulzadə ilə A.Kazımzadə tərəfindən təmsil olunan Gəncə və Bakı milliyyətçi Azərbaycan istiqlalçılıq hərkatında çox mühüm əsərləri sonradan meydana çıxan bu ittihadın hüsulunda Nəsib bəyin zəka və səmimiyyətinin qəti rol oynadığını burada təsbiq etməliyəm».
Azərbaycan Cümhuriyyətinin qurulmasında mühüm işlər görmüş Nəsib bəy bu dövrdə bir baş nazir kimi bəyan edirdi ki, Azərbaycan türklərinin yeganə ideyası Azərbaycanın milli istiqlalıdır. N.Yusifbəylinin fikrinə görə, bu dövrdə Azərbaycan türkçülüyü ideyasının tamamilə ziddinə olan isə bolşevizm olmuşdur. «Bolşevizm bizim üçün bir təhlükədir, bəlkə də daha böyük təhlükədir» deyən, Nəsib bəy daha sonra qeyd edir: «Əgər bu saat mənə desələr ki, səni tanıyıb və istiqalını təsdiq edirəm, mən sabah burada bir bolşevik qoymaram. Çünki bolşeviklərin təhlükəsini biz öz istiqlalımız ilə ölçürük. Biz hürriyyəti-vicdan tərəfdarıyıq». N.Yusifbəylinin bildirirdi ki, milli istiqlalçı kimi bütün qüvvələrə bir nəzər ilə baxır: «Mənim tutduğum nə bolşevik, nə də menşevikdlir. Mən  yalnız vətənimizin, istiqalliyyətimizin düşmənlərini tuturam. Onlar öylə adamlardır ki, hər zaman fikirləri bizim hüququmuza və istiqlalımıza təcavüz etməkdir və yaxud idarə tərzimizi dəyişmək üçün çalışmaqdır. Bunlar bizim düşmənlərimizdir».
Bütün bunları gözə alaraq sonralar böyük türkçü M.Ə.Rəsulzadə yazırdı ki, ümumilikdə, Nəsib bəy xalqçı, idealist, millətpərvər, demokrat və liberal bir şəxsiyyət olmuşdu: «O, milli Azərbaycan demokratiyasının yetişdirdiyi ən tipik müməssilərindən biridir. Elə bir müməssil ki, milli Azərbaycan hərəkatının istiqlala müncər olan qayəsini formulə etmək onun ismi ilə mərbutdur».
Fikrimizcə, M.Ə.Rəsulzadənin silahdaşı, məsləkdaşı Nəsib bəy haqqında dedikləri o qədər doğru, dürüst və səmimidir ki, bu deyilənlərə əlavə bir söz demək çox çətindir. Rəsulzadənin Yusifbəyli ilə bağlı dediklərində diqqəti çəkən məqamlardan biri də, Nəsib bəyi milli Azərbaycan ideyasının müəllifi kimi göstərməsidir. Bu onun göstəricidir ki, Rəsulzadə memarı olduğu Azərbaycan Cümhuriyyəti ideyasında Nəsib bəyin rolunu daha üstün verməklə öz ləyaqətinin ucalığını ifadə etmişdir. Başqa sözlə, Rəsulzadənin bu fikirlərindən belə nəticə çıxarmaq olar ki, milli və müstəqil Azərbaycan ideyasının mənəvi-ideoloji müəllifi Rəsulzadə, siyasi-praktiki hədəfçisi isə Nəsib bəy olmuşdur. Nəsib bəy Rəsulzadənin nəzəri şəkildə irəli sürdüyü milli və müstəqil Azərbaycan ideyasını siyasi bir tələb kimi ifadə etmişdir. Deməli, Azərbaycan Cümhriyyəti iki böyük liderin nəzəri-ideoloji və siyasi praktiki əməllərinin nəticəsidir. Bu mənada bu iki böyük Azərbaycan Türkünün Azərbaycan Cümhuriyyətinin yaranması və inkişafında göstərdiyi xidmətlər misilsizdir.
Çox təəssüflər olsun ki, N.Yusifbəyli Azərbaycan Cümhuriyyəti Sovet Rusiyası tərəfindən işğal edildikdən qısa bir müddətdən sonra (1920-ci ilin iyun-iyul aylarında) naməlum şəkildə şəhid olmuşdu. Burada onun hansı şəkildə şəhid olması ilə bağlı geniş müzakirə açmadan yalnız onu qeyd etmək istərdik ki, bütün hallarda Nəsib bəy Yusifbəyli Azərbaycan-türk millətinin, Azərbaycan Cümhuriyyətinin böyük şəhid oğullarından biridir. O, yalnız Azərbaycan Cümhuriyyətinin baş naziri kimi deyil, milli Azərbaycanın siyasi istiqlalının ilk müəlliflərindən biri və şəhid oğlu olaraq sonsuz sevgiyə və hörmətə layiqdir.
Bu mənada hesab edirik ki, Nəsib bəy Yusifbəyli bu gün Azərbaycanın ən böyük şəhərlərində (Bakı, Gəncə və b.) və həmin şəhərlərin ən görkəmli yerlərində abidəsi ucaldılmalı olan ən layiqli dövlət xadimlərindən, mütəfəkkirlərindən biridir. Ən azı ona görə ki, o bugünkü Azərbaycan Respublikasının (Cümhuriyyətinin) müstəqilliyi uğrunda şəhid olmuş baş nazirdir. Bu gün torpaqları rus-erməni hərbi birləşmələri tərəfindən işğal altında olan bir dövlət və millət üçün Nəsib bəy Yusifbəyli örnəyini öyrənmək və tanımaq son dərəcə zəruridir. Hər halda Azərbaycan xalqı bilməlidir ki, onun milli varlığı və müstəqilliyi uğrunda şəhid olan Nəsib bəy Yusifbəyli kimi baş nazir də olmuşdur!!!

Digər məqalələr

Biz kimin varisiyik: Milli Azərbaycanın, yoxsa Sovet Azərbaycanın? (30.06.2012, 10:35)
Azərbaycanda «Türk dili»nin əcnəbləşdirilməsi siyasətinin gizlinləri… (30.06.2012, 10:35)
İran Azərbaycanda 20 ildir nə axtarır: əmin-amanlıq, yoxsa anarxiya? (30.06.2012, 10:35)
Demokrat, patriot, türkçü, maarifçi - mənəviyyatımızın və ruhumuzun heykəli (30.06.2012, 10:35)
İstiqlal abidəsi - kiçik bir meydançaya sığışdırılan millət… (30.06.2012, 10:35)
Milli tarixi yarımçıq yazılmış millət… (30.06.2012, 10:35)
Türklərin Yaz bayramı necə Novruza çevrildi? (30.06.2012, 10:35)
Azərbaycan və Türkiyə: tək millət, tək bayraq, tək dövlət… (30.06.2012, 10:35)
Türk Cümhuriyyətinə nədən «Azərbaycan» adı verildi? (30.06.2012, 10:35)
Azərbaycan bayrağının mənəvi-ideoloji mənası - BUNLARI BİLMƏK MARAQLIDIR (30.06.2012, 10:35)
Türkçülük: Azərbaycan və Türkiyə türklərinin vahid milli ideyası (30.06.2012, 10:35)
Azərbaycanın türksüzləşdirilməsi kimlərin marağındadır? (30.06.2012, 10:35)
Azərbaycan türkçülüyü ideyası - I (30.06.2012, 10:35)
Azərbaycan türkçülüyü ideyası - II (30.06.2012, 10:35)
Azərbaycan türkçülüyü ideyası -III (30.06.2012, 10:35)
Azərbaycan türkçülüyü ideyası - IV (30.06.2012, 10:35)
Azərbaycan türkçülüyü ideyası - V (30.06.2012, 10:35)
Azərbaycan türkçülüyü ideyası - VI (30.06.2012, 10:35)
Azərbaycan türkçülüyü ideyası - VII (30.06.2012, 10:35)
Azərbaycan türkçülüyü ideyası-IX (30.06.2012, 10:35)
Azərbaycan türkçülüyü ideyası - X (30.06.2012, 10:35)
Azərbaycan türkçülüyü ideyası - XI (30.06.2012, 10:35)
Azərbaycan türkçülüyü ideyası - XII (30.06.2012, 10:35)
Azərbaycan türkçülüyü ideyası - XIII (30.06.2012, 10:35)
Azərbaycan türkçülüyü ideyası - XIV (30.06.2012, 10:35)
Azərbaycan türkçülüyü ideyası - XV (30.06.2012, 10:35)
Azərbaycan türkçülüyü ideyası - XVI (30.06.2012, 10:35)
Azərbaycan türkçülüyü ideyası - XVII (30.06.2012, 10:35)
Azərbaycan türkçülüyü ideyası - XVIII (30.06.2012, 10:35)
Azərbaycan türkçülüyü ideyası - XIX: Əhməd Cəfəroğlu (30.06.2012, 10:35)
Azərbaycan türkçülüyü ideyası - XX (30.06.2012, 10:35)
Azərbaycan türkçülüyü ideyası - XXI - Yusif Çəmənzəminli (30.06.2012, 10:35)
Azərbaycan türkçülüyü ideyası - XXII - Əbdürrəhman Fətəlibəyli-Düdənginski (30.06.2012, 10:35)
Azərbaycanda türk dili hansı statusa malikdir? (30.06.2012, 10:35)
Azərbaycan türkçülüyü ideyası – XXIII - Hüseyn Baykara (30.06.2012, 10:35)
Azərbaycan türkçülüyü ideyası – XXIV- Əlabbas Müznib (30.06.2012, 10:35)
Türk-milli azərbaycançılığı və sovet-kosmopolit azərbaycançılığı (30.06.2012, 10:35)
Azərbaycan türkçülüyü ideyası - XXV: Bəxtiyar Vahabzadə (30.06.2012, 10:35)
Nizami Gəncəvinin irsində türklük və islamlıq (30.06.2012, 10:35)
Azərbaycan türkcəsindəki ilk Quranı Osmanlı sultanına təqdim edən azərbaycanlı (30.06.2012, 10:35)
Türk dili Azərbaycan dilinə necə çevrildi? (30.06.2012, 10:35)
Türk dili Azərbaycan dilinə necə çevrildi? - II yazı (30.06.2012, 10:35)
Türk dili Azərbaycan dilinə necə çevrildi? - III yazı (30.06.2012, 10:35)
Milli ideologiya probleminə ikili baxış: milli və kosmopolit - I yazı (30.06.2012, 10:35)
Milli ideologiya probleminə ikili baxış: milli və kosmopolit - II yazı (30.06.2012, 10:35)
Milli ideologiya probleminə ikili baxış: milli və kosmopolit - III yazı (30.06.2012, 10:35)
Milli ideologiya probleminə ikili baxış: milli və kosmopolit - IV yazı (30.06.2012, 10:35)
Milli ideologiya probleminə ikili baxış: milli və kosmopolit - V yazı (30.06.2012, 10:35)
Turan yolçusu Əhməd Cavad: «Turan öylə bir müqəddəs Kəbədir ki» (30.06.2012, 10:35)
Azərbaycan mühafizəkarları və «ittihadçı»ların «islam birliyi» ideyası (30.06.2012, 10:35)
Türkçülük və azərbaycançılıq: alternativlik, yoxsa eynilik? (30.06.2012, 10:35)
Türkçülük və azərbaycançılıq: alternativlik, yoxsa eynilik? II Yazı (30.06.2012, 10:35)
Novruz barədə bilmədiklərimiz... (30.06.2012, 10:35)
“Yazıq və bədbəxt millət”in 31 mart və 26 fevral günahları… (30.06.2012, 10:35)
Milli dil məsələsi: Türk dili, yoxsa Azərbaycan dili? (30.06.2012, 10:35)
Türkiyədə «Azərbaycan variantı» baş tutacaqmı? (30.06.2012, 10:35)
Türkçülüyü azərbaycançılığa qarşı qoyanlar… (30.06.2012, 10:35)
«Azəriçilik» nəzəriyyəsi (30.06.2012, 10:35)
Azərbaycançılıq türkçülükdən ayrı tutula bilməz… (30.06.2012, 10:35)
Azərbaycanda milli əlifba probleminin ideoloji yönləri - I yazı (30.06.2012, 10:35)
Azərbaycanda milli əlifba probleminin ideoloji yönləri - II yazı (30.06.2012, 10:35)
Azərbaycan xalqı mədəniyyətə qarşı təcavüzün sancılarını çəkir (30.06.2012, 10:35)
Cəfər Cabbarlının Elxanı və Məhəmməd Əmin Rəsulzadə (30.06.2012, 10:35)
Niyə sadəcə deyə bilmirsən ki, mən türkəm? (30.06.2012, 10:35)
100 il öncə Azərbaycanda Ramazan (30.06.2012, 10:35)
«Birləşəlim, türk oğlu, bu yol millət yoludur» (30.06.2012, 10:35)
«İndi naxoşdu-milləti-İslam» (30.06.2012, 10:35)
«İttihadçı» və türkçü Sultan Məcid Qənizadə (30.06.2012, 10:35)
«Osmanlıcadan türkə tərcümə» nə deməkdir?!. (30.06.2012, 10:35)
«Özü türk oğlu türk, amma deyir türki cəhalətdir» (30.06.2012, 10:35)
«Nə qədər dolandım Turan elini» (30.06.2012, 10:35)
«Türk milləti, türk ölkəsi, türk dili» (30.06.2012, 10:35)
 
Oxunub: 873
Çap variantı
Məktub göndər
Facebook-da paylaş

Комментарии

Популярные сообщения из этого блога

Глава четвертая Служба пограничных нарядов

Наставление по охране государственной границы (пограничный наряд)

Глава вторая Основы охраны государственной границы пограничными нарядами