İnternet firmalarının Amerikan kəşfiyyatı ilə gizli maliyyə əlaqələri
İnternet firmalarının Amerikan kəşfiyyatı ilə gizli maliyyə əlaqələri Silikon Vadisindəki ən məşhur internet firmalarının Amerikan kəşfiyyatından milyonlarca dollar pul aldığı ortaya çıxıb. ABŞ-dakı Silikon Vadisindəki bir çox firmanın Amerikan Kəşfiyyat Xidməti Təşkilatı NSA ilə təsəvvür ediləndən daha yaxın əlaqələrinin olduğu ortaya çıxıb. İngiltərənin nüfuzlu "The Guardian" qəzetindəki məlumata görə Google, Yahoo, Microsoft və Facebook texnologiyalarını cəsusluq proqramına uyğunlaşdırmaq üçün NSA-dan milyonlarla dollar pul alıb. Guardian-ın məlumatına görə internet firmaları xarici məlumat bazasını daxildəkindən ayırmaq üçün texniki dəyişiklər etmək məcburiyyətində qaldılar və bunun üçün də NSA-dan külli miqdarda pul aldılar. Amerikada ilk dəfə kəşfiyyat xidməti orqanlarının internet firmaları-Google, Facebook, Yahoo və Microsoft ilə maliyyə əlaqələrinin olduğu da ortaya çıxıb.