Azərbaycan türkçülüyü ideyası - XIV

Azərbaycan türkçülüyü ideyası - XIV
 11.08.2012, 11:40

Faiq Ələkbərov (Qəzənfəroğlu)
AMEA Fəlsəfə, Sosiologiya və Hüquq
İnstitutunun böyük elmi işçisi, fəlsəfə üzrə
fəlsəfə doktoru

Cəlil Məmmədquluzadə: «Məhəmməd Əmin Rəsulzadə həmişəki kimi çalış-vuruş, çalış-vuruş nə var, nə var, mən millətin əlindən yapışacağam»
20-ci əsrin əvəllərində «Molla nəsrəddinçilər»in əsas siması olan Cəlil Məmmədquluzadənin (1869-1932) də milli-türk Azərbaycan idey      ası uğrunda mübarizədə müəy­yən əməyinin olması danılmazdır. Doğrudur, Məmmədquluzadə Ə.Ağaoğlu, Ə.Hüseynzadə, M.Ə.Rəsulzadə və başqaları ilə müqayisədə Azərbaycan türkçülüyü ideyasına bir qədər fərqli yöndən yanaşmış, xüsusilə islama münasibətdə tənqidi mövqe tutmuşdur. Müsəlmanların geriliyinin əsas səbəblərindən biri kimi islamın adından çıxış edən ruhanilər və din alimlərini görən C.Məmmədquluzadə hesab edirdi ki, onlarla bir araya gəlib millətin inkişafına nail olmaq mümkün deyildir. Bu baxımdan C.Məmmədquluzadə müsəlmanları islam və millət əsasında birliyə çağıranları - Ə.Ağaoğlu, Ə.Hüseynzadə və b. tənqid etmişdir. Onun fikrincə, «islam birliyi» adı ilə bəylə kəndli, varlı ilə yoxsul birləşə bilməz. Bu mənada, o, «türk-islam birliyi» vəhdətini qəbul etmir, daha çox milli və sinfi birliyi önə çəkirdi.
C.Məmmədquluzadənin bu dövrdə milli-dini birlikdən çıxış edənlərlə razılaşmadığı əsas məsələlərdən biri də dil birliyi ilə bağlı olmuşdur. Türk dilini qorumağı, onu yaşatmağı ilk vacib məsələlərdən biri hesab etməklə yanaşı, Məmmədquluzadə Ə.Hüseynzadənin, Ə.Kamalın və başqalarının osmanlı türkcəsinin türklərin ortaq ədəbi dili ideyasına qarşı çıxmışdır. Məmmədquluzadə «Molla Nəsirəddin» jurnalının ilk sayındaca (1906) bəyan etmişdir ki, o «türk dili» dedikdə xalqın danışdığı dili nəzərdə tutur: «Məni gərək bağışlayasınız, ey mənim türk qardaşlarım ki, mən sizlə türkün açıq ana dili ilə danışıram». Deməli, C.Məmmədquluzadə millətin canlı danışıq dilinin ədəbi dil olması tərəfdarı idi.
Bu baxımdan C.Məmməd­quluzadənin istər islamla bağlı tutduğu radikal mövqeyi, istərsə də osmanlı dili və ədəbiyyatının Azərbaycan türkləri arasında təbliğinin tənqidi və s. də onun marksist-leninçilərlə yaxınlığı kimi izah olunur. Çünki həmin dövrdə marksist-leninçilərin çarizmlə yanaşı, əsas mübarizə apardığı qüvvələr məhz islamçılar və türkçülər olmuşdur.  Bütün bunları nəzərə alaraq, sovet ədəbiyyatında C.Məmmədquluzadə inqilabçı-demokrat kimi qələmə verilmiş və marksizmə rəğbət göstərildiyi qeyd olunmuşdur.
Bu baxımdan onun 1905-ci ildə bolşeviklərə aid bir qəzetdə «Binəsiblər», «Xeyir-dua» və s. kimi məqalələri diqqəti daha çox cəlb edir. O, bu məqalələrində göstərir ki, İranda olduğu kimi, Rusiyada da fəhlələr və kəndlilər istismar olunur. Ancaq İrandan fərqli olaraq, Rusiyada fəhlələr və kəndlilər ayğa qalxaraq, birləşərək onları istimar edənlərə qarşı çıxırlar. Məmmədquluzadə İran fəhlələrinə tövsiyə edirdi ki, onlar da dini və etnik mənsubiyyyəti bir kənara qoyaraq istimarçılara qarşı birləşsinlər. O, yazırdı ki, İran fəhlələri Rusiyadakı öz yoldaşlarının yolu ilə gedərək İran zalımları, xanları, mollaları, şahzadələri və sairləri tərəifndən boyunlarına salnmış öoyunduruqdan azad olmaq istəsələr, «o zaman onların Rusiyadkı yoldaşları, yadigar olaraq onlara öz bayrağını və bu bayraqda yazılmış müqəddəs şüarını verərlər. Qoy məzlum, bədbəxt İran zəhmətkeş xalqı bu şüarı oxusun: «Bütün ölkələrin proletarları birləşin!». Qoy oxusunlar və birləşsinlər».
Bizə elə gəlir ki, 1900-1917-ci illərdə C.Məmmədquluzadə marksizmə meyil göstərsə də, birmənalı şəkildə sol cəbhəyə keçməmiş, hətta sonralar, xüsusilə 1917-ci il fevral burjua inqilabından sonra onun bir qanadı olan bolşevizmin əsil mahiyyətini müəyyən dərəcədə anlayaraq milli-demokratizmə meyil göstərmişdir. Belə ki, 1917-ci ildə yazdığı «Cümhuriyyət» məqaləsindəndə o, xalq hakimiyyətinin - demokratik respublikanın prinsiplərini və azadlıqlarını: etiqad, yığıncaq, birləşmək, çap etmək, danışmaq, siyasi partiyalar yaratmaq, dil bir olub-həmtədbir olmaq göstərmişdi. O, yazır: «Vətəndaşlar! Padşahlıq taxtından yıxılan Nikolayın zalım və xain idarəsi dağılandan sonra Rusiya məmləkətində yaşayan millətləri və o cümlədən də biz müsəlmanları məşğul edən tək bircə məsələdir. Vətəndaşlar! Belə olan surətdə biz tək Avropa aləmindən və mətbuatından az-çox xəbərdar olanların borcudur ki, qardaşlarını yoxlamaq babətdən… onları bir yerə cəm edib, belə-belə məsələlərdən söhbət açsın, taki bilməyənlər bilib, eşitməyənlər eşidib, dünyanın övzasından (vəziyyətindən- F.Ə.) və əhvalından… xəbərdar olsunlar. Vətəndaşlar! Cümhuriyyət, yəni latınca «respublika» elə bir hökumətə deyirlər ki, orada məmləkətin idarəsi camaatın öz öhdəsində və ixtiyarındadır, necə ki, məsələn, Firəngistan, İsveçrə və qeyriləri».
Hətta, o, bu dövrdə milli-demokratik qüvvələrə meyil edərək yazırdı ki, bir insan üçün vətən, dil və millət anlayışlarından kənar nicat yolu yoxdur. Onun üçün, vətən Azərbaycan, dil və millət isə türk demək idi. Məsələn, «Hənalı fitnəçilər» məqaləsində C.Məmmədquluzadə Azərbaycan xalqının milli birliyi və istiqlaliyyəti uğrunda mübarizə aparan M.Ə.Rəsulzadəyə üzünü tutaraq yazırdı: «İndi də Bakıda seçki məcəlləsi düşüb ortalığa və Məhəmməd Əmin Rəsulzadə həmişəki kimi çalış-vuruş, çalış-vuruş nə var, nə var, mən millətin əlindən yapışacağam. Çox əcəb, yapış, vuruş qəzet yaz, nitq söylə, o şəhərə get, yenə yaz, yenə yaz, yenə danış, amma, - bu işlərin iki nəticəsi var: biri budur ki, atalar demişkən «el üçün ağlayanın gözü kor olar», nə qədər çalışrsan çalış, yenə axırda sənə qalacaq haman yazmaq, yazmaq və hələ çox danışsan və ata və analarından xəbəri olmyan müsəlman qardaşların arzusu yerinə yetsə - bəlkə dustaqxanalarda millət yolunda çəkdiyin günləri yenə ziyarət etmək». C.Məmmədquluzadə daha sonra sözlərinə belə davam edir: «İkinci nəticəsi budur ki, indi sən, əzizim doğrudur ki, çalışırsan və bu çalışmaqdan da söz yox millətə də az-çox mənfəət gətirirsən və özünə də şöhrət qazanırsan, buna sözüm yox - amma burası var ki, sənin bu çalışmağın mənə xoş gəlmir, səbəb budur ki, əvvala mənim məsləkimə ziddir (çünki həqiqi millətçlik, həqiqi vətənpərvəprlik, həqiqi islamçılıq olan yerdə yalançı islamçılığa, yalançı vətənpərvərliyə və yalançı millətçiliyə yer qalmır - F.Ə.) və ikincisi mənim fitrətim ilə düz gəlmir ki, sən millətçi olub şan və şöhrət qazanasan, mən də kənardan durub baxım».
C.Məmmədquluzadə doğru olaraq qeyd edir ki, sözün həqiqi mənasında millətin arasından M.Ə.Rəsulzadə kimi bir şəxsiyyət tapılıb milli ideoloqa çevrilirsə, gözü götürməyənlər müxtəlif yollarla onu ləkələməyə çalışacaqlar. C.Məmmədquluzadənin dili ilə desək: «Yox belə ola bilməz, mən səni qoymaram məqsədinə çatasan, mən səni peşman elərəm, mən səni sındıraram, mən səni yox elərəm və bundan da asan iş mənim üçün yoxdur, bir istəkan su içməkdən asandır. Məhz lazımdır saqqalımı qaraldıb daxil olum mollalar məclisinə və bir ovqat yalandan məsciddə görsənim və sonra orada-burada səs buraxım ki, Məhəmməd Əmin Rəsulzadə istəyir yeddi cüzini çıxardıb atsın». Deməli, C.Məmmədquluzadə sonralar anlamışdır ki, millətin nicatı onun öz əlindədir və bunu həyata keçirmək üçün millətin həqiqi rəhbərə ehtiyacı var.  Dövründə belə bir rəhbərin M.Ə.Rəsulzadənin olmasına şübhə etməyən C.Məmmədquluzadə müsəlmanları-türkləri onu ləkələməyə deyil, əksinə müdafiə etməyə çağırmışdı.
C.Məmmədquluzadə 1917-ci ildə qələmə aldığı «Azərbaycan» məqaləsində də açıq şəkildə ifadə etmişdir ki, Vətəninin adı Azərbaycan, millətinin və dilinin adı isə türkdür:
- Dilim nə dilidir?
- Türk dilidir.
- Yəni vətənim haradır?
- Azərbaycan vilayətidir.
- Haradır Azərbaycan?
- Azərbaycanın çox hissəsi İrandadır ki, mərkəzi ibarət olsun Təbriz şəhərindən. Qalan hissələri də Gilandan tutmuş qədim Rusiya hökuməti ilə Osmanlı hökuməti daxilindədir.
Fikrimizcə ki, milli-demokratik ideyaya rəğbətin davamı olaraq o, «Anamın kitabı» (1920) pyesində də həmvətənlərinə milli qürur, vətənpərvərlik hissi oyatmağa çalışmışdır. Bu əsərində C.Məmmədquluzadə Azərbaycan türk ailəsində böyümüş üç qardaşın Rusiya, İran və Osmanlı Türkiyəsi tərbiyəsi altında milli köklərindən, milli adət-ənənələrindən, milli dilindən və s. uzaq düşməsinin, yəni ruspərəst, iranpərəst və osmanlıpərəst olmalarının səbəblərini göstərmişdir. Maraqlıdır ki, qardaşlar milli köklərindən uzaq düşsələr də, çar senzoru onları min il yuxuda olan camaatı hökumət əleyihnə birləşidirb, müstəqil Azərbaycan hökuməti əmələ gətirməkdə şübhəli bilir. Əsərin sonunda Gülbaharın qardaşlarının Rusiya, İran və Osmanlıya aid kitablarını yandıraraq, «anamın kitabı» - «milli kitabı» saxlamasında milli özünüdərkə, müstəqil və milli Azərbaycan dövlətinin qorunmasına bir çağrış var. Məhz milli-demokratik ideyaya bağlılğın nəticəsi idi ki, Azərbaycan Sovet Rusiyası tərəfindən işğal olunduqdan sonra Vətənə dönən C.Məmmədquluzadə marksizm-leninzmin kommunizm ideyasına bağlana bilməmişdir.

Digər məqalələr

Biz kimin varisiyik: Milli Azərbaycanın, yoxsa Sovet Azərbaycanın? (11.08.2012, 11:40)
Azərbaycanda «Türk dili»nin əcnəbləşdirilməsi siyasətinin gizlinləri… (11.08.2012, 11:40)
İran Azərbaycanda 20 ildir nə axtarır: əmin-amanlıq, yoxsa anarxiya? (11.08.2012, 11:40)
Demokrat, patriot, türkçü, maarifçi - mənəviyyatımızın və ruhumuzun heykəli (11.08.2012, 11:40)
İstiqlal abidəsi - kiçik bir meydançaya sığışdırılan millət… (11.08.2012, 11:40)
Milli tarixi yarımçıq yazılmış millət… (11.08.2012, 11:40)
Türklərin Yaz bayramı necə Novruza çevrildi? (11.08.2012, 11:40)
Azərbaycan və Türkiyə: tək millət, tək bayraq, tək dövlət… (11.08.2012, 11:40)
Türk Cümhuriyyətinə nədən «Azərbaycan» adı verildi? (11.08.2012, 11:40)
Azərbaycan bayrağının mənəvi-ideoloji mənası - BUNLARI BİLMƏK MARAQLIDIR (11.08.2012, 11:40)
Türkçülük: Azərbaycan və Türkiyə türklərinin vahid milli ideyası (11.08.2012, 11:40)
Azərbaycanın türksüzləşdirilməsi kimlərin marağındadır? (11.08.2012, 11:40)
Azərbaycan türkçülüyü ideyası - I (11.08.2012, 11:40)
Azərbaycan türkçülüyü ideyası - II (11.08.2012, 11:40)
Azərbaycan türkçülüyü ideyası -III (11.08.2012, 11:40)
Azərbaycan türkçülüyü ideyası - IV (11.08.2012, 11:40)
Azərbaycan türkçülüyü ideyası - V (11.08.2012, 11:40)
Azərbaycan türkçülüyü ideyası - VI (11.08.2012, 11:40)
Azərbaycan türkçülüyü ideyası - VII (11.08.2012, 11:40)
Azərbaycan türkçülüyü ideyası - VIII (11.08.2012, 11:40)
Azərbaycan türkçülüyü ideyası-IX (11.08.2012, 11:40)
Azərbaycan türkçülüyü ideyası - X (11.08.2012, 11:40)
Azərbaycan türkçülüyü ideyası - XI (11.08.2012, 11:40)
Azərbaycan türkçülüyü ideyası - XII (11.08.2012, 11:40)
Azərbaycan türkçülüyü ideyası - XIII (11.08.2012, 11:40)
Azərbaycan türkçülüyü ideyası - XV (11.08.2012, 11:40)
Azərbaycan türkçülüyü ideyası - XVI (11.08.2012, 11:40)
Azərbaycan türkçülüyü ideyası - XVII (11.08.2012, 11:40)
Azərbaycan türkçülüyü ideyası - XVIII (11.08.2012, 11:40)
Azərbaycan türkçülüyü ideyası - XIX: Əhməd Cəfəroğlu (11.08.2012, 11:40)
Azərbaycan türkçülüyü ideyası - XX (11.08.2012, 11:40)
Azərbaycan türkçülüyü ideyası - XXI - Yusif Çəmənzəminli (11.08.2012, 11:40)
Azərbaycan türkçülüyü ideyası - XXII - Əbdürrəhman Fətəlibəyli-Düdənginski (11.08.2012, 11:40)
Azərbaycanda türk dili hansı statusa malikdir? (11.08.2012, 11:40)
Azərbaycan türkçülüyü ideyası – XXIII - Hüseyn Baykara (11.08.2012, 11:40)
Azərbaycan türkçülüyü ideyası – XXIV- Əlabbas Müznib (11.08.2012, 11:40)
Türk-milli azərbaycançılığı və sovet-kosmopolit azərbaycançılığı (11.08.2012, 11:40)
Azərbaycan türkçülüyü ideyası - XXV: Bəxtiyar Vahabzadə (11.08.2012, 11:40)
Nizami Gəncəvinin irsində türklük və islamlıq (11.08.2012, 11:40)
Azərbaycan türkcəsindəki ilk Quranı Osmanlı sultanına təqdim edən azərbaycanlı (11.08.2012, 11:40)
Türk dili Azərbaycan dilinə necə çevrildi? (11.08.2012, 11:40)
Türk dili Azərbaycan dilinə necə çevrildi? - II yazı (11.08.2012, 11:40)
Türk dili Azərbaycan dilinə necə çevrildi? - III yazı (11.08.2012, 11:40)
Milli ideologiya probleminə ikili baxış: milli və kosmopolit - I yazı (11.08.2012, 11:40)
Milli ideologiya probleminə ikili baxış: milli və kosmopolit - II yazı (11.08.2012, 11:40)
Milli ideologiya probleminə ikili baxış: milli və kosmopolit - III yazı (11.08.2012, 11:40)
Milli ideologiya probleminə ikili baxış: milli və kosmopolit - IV yazı (11.08.2012, 11:40)
Milli ideologiya probleminə ikili baxış: milli və kosmopolit - V yazı (11.08.2012, 11:40)
Turan yolçusu Əhməd Cavad: «Turan öylə bir müqəddəs Kəbədir ki» (11.08.2012, 11:40)
Azərbaycan mühafizəkarları və «ittihadçı»ların «islam birliyi» ideyası (11.08.2012, 11:40)
Türkçülük və azərbaycançılıq: alternativlik, yoxsa eynilik? (11.08.2012, 11:40)
Türkçülük və azərbaycançılıq: alternativlik, yoxsa eynilik? II Yazı (11.08.2012, 11:40)
Novruz barədə bilmədiklərimiz... (11.08.2012, 11:40)
“Yazıq və bədbəxt millət”in 31 mart və 26 fevral günahları… (11.08.2012, 11:40)
Milli dil məsələsi: Türk dili, yoxsa Azərbaycan dili? (11.08.2012, 11:40)
Türkiyədə «Azərbaycan variantı» baş tutacaqmı? (11.08.2012, 11:40)
Türkçülüyü azərbaycançılığa qarşı qoyanlar… (11.08.2012, 11:40)
«Azəriçilik» nəzəriyyəsi (11.08.2012, 11:40)
Azərbaycançılıq türkçülükdən ayrı tutula bilməz… (11.08.2012, 11:40)
Azərbaycanda milli əlifba probleminin ideoloji yönləri - I yazı (11.08.2012, 11:40)
Azərbaycanda milli əlifba probleminin ideoloji yönləri - II yazı (11.08.2012, 11:40)
Azərbaycan xalqı mədəniyyətə qarşı təcavüzün sancılarını çəkir (11.08.2012, 11:40)
Cəfər Cabbarlının Elxanı və Məhəmməd Əmin Rəsulzadə (11.08.2012, 11:40)
Niyə sadəcə deyə bilmirsən ki, mən türkəm? (11.08.2012, 11:40)
100 il öncə Azərbaycanda Ramazan (11.08.2012, 11:40)
«Birləşəlim, türk oğlu, bu yol millət yoludur» (11.08.2012, 11:40)
«İndi naxoşdu-milləti-İslam» (11.08.2012, 11:40)
«İttihadçı» və türkçü Sultan Məcid Qənizadə (11.08.2012, 11:40)
«Osmanlıcadan türkə tərcümə» nə deməkdir?!. (11.08.2012, 11:40)
«Özü türk oğlu türk, amma deyir türki cəhalətdir» (11.08.2012, 11:40)
«Nə qədər dolandım Turan elini» (11.08.2012, 11:40)
«Türk milləti, türk ölkəsi, türk dili» (11.08.2012, 11:40)

Şərhlər
Fəxrəddin
12-08-2012
Məni hər zaman rahatsız edən odur ki.azərbaycanda yaşayan hər kəs açıq millətini deyir və yazır.Nədənsə əsas toplumun belə hüquqi yoxdur.Əgər söhbət zamanı türk dilli olduğumu və nürkəm desəm digər etnik qrupun nümayəndələri irad bildirirlər.Xalqın kimlik mənsubiyyətinin özünə qaytarılması vaxtı çaymışdır.Bu məsələ konustitutsiya səviyyəsində bərpa olunması deputatlarımız tərəfindən qaldırılmasın birmənalı tələb olunmalıdır. Milli mənsubiyyəti məlum olmayan xalq kimi yaşamaq çox ayıbdır.Azərbaycanda yaşayan xalqlara hörmətlə yanaşıldığı kimi onlar da bizim türk olduğumuzu qəbul etməli hörmətlə yanaşmağa bocludurlar.ümid edirəm ki,xalqın birliyi məsələnin həllində özünü göstərəcəkdir.




Şərh əlavə et

   Adınız:
   Email ünvanınız:

* Şərh:

  
 



 



















24.09.2013, 15:34
 Sərkisyan Putin qarşısında Bakının gücünü etiraf etdi
24.09.2013, 15:22
 Rəsul Quliyevlə Sülhəddin Əkbərin şok telefon danışığı - AUDİO
24.09.2013, 15:05
 Məcburi köçkünlərin köçürülməsi başa çatdı
24.09.2013, 14:56
 İlham Əliyev ATƏT rəsmisi ilə seçki hazırlığını müzakirə edib
24.09.2013, 14:47
 Gənclər Cəmil Həsənlini sorğu-sual edəcək
24.09.2013, 14:40
 Fuad Muradov Avropa Parlamentində görüş keçirəcək
24.09.2013, 14:38
 Azərbaycanda korrupsiya faktlarının yeni STATİSTİKASI
24.09.2013, 14:28
 İrandan Azərbaycana ciddi xəbərdarlıq: “Seçkilərə müdaxilə yolverilməzdir”
24.09.2013, 14:23
 Rövnəq Abdullayev klubları cərimələdi
24.09.2013, 14:15
 Uşaqlarda özünə güvənc...
24.09.2013, 13:54
 Kukla Teatrının direktoru: “Orta məktəbə gedib teatrı gözdən saldılar" - MÜSAHİBƏ
24.09.2013, 13:49
 Yazıçılar Birliyi Nəriman Nərimanova “yiyə durdu”
24.09.2013, 13:44
 Deputatlar yağışın bölgələrə vurduğu zərərlə maraqlanıblar?
24.09.2013, 13:31
 Namizədlərin mitinq hazırlığı: Araz Əlizadə mitinq edənləri “dar düşüncəlilər” adlandırdı
24.09.2013, 13:28
 Milli Şura regionlara çıxır: Cəmil Həsənli Şirvanda mitinq təyin ETDİ
24.09.2013, 13:24
 TQDK rezidenturanın boş yerlərinə qəbul elan etdi
24.09.2013, 13:05
 İTV-dən namizədlər üçün ödənişli təşviqat vaxtı ilə bağlı AÇIQLAMA

Müəlliflər
Elza Alışova Demirdağ

 Uşaqlarda özünə güvənc...

Mahir Qabiloğlu

 Arvadla kişinin fərqi öləndə olur

Vüqar Tofiqli

 Ağdamın təhsil sistemi - Xatirələr yada düşür...

Anzulə Əmirova

 Azyaşlı övladlarınızı “xəstəliyə” yoluxdurmayın!

Yolruh Atalı

 Səmimilik - Yaxşılıq - Pislik

İşıqlı Atalı

 Üzeyir Hacıbəyli fədakarlığı

Faiq Ələkbərov (Qəzənfəroğlu)

 «Türk milləti, türk ölkəsi, türk dili»

Fazil Mustafa

 “Mən müxalifəti dəstəkləyəcəyəm”

Aqil Camal

 Ölməyə Suriya yaxşı?!.

Elman Cəfərli

 Satrap təfəkkürü

Elmin Nuri

 Kodların məxfi dili


Abunə
Email ünvanını daxil edin
 

 
   

Комментарии

Популярные сообщения из этого блога

Глава четвертая Служба пограничных нарядов

Наставление по охране государственной границы (пограничный наряд)

Глава вторая Основы охраны государственной границы пограничными нарядами