Ermənilər 1905-də niyə hücuma keçdi?
Ermənilər 1905-də niyə hücuma keçdi? Yanvar 20 16:33 2017 Yazını çap et 600 dəfə baxılıb Ermənilərin 1905-ci ildə Azərbaycanda törətdikləri qırğınlar Türkiyə tarixşünaslığında 1905-ci il qanlı hadisələri sovet tarixşünaslığında demək olar ki, öyrənilməmiş mövzulardan hesab olunmaqdadır. Yalnız Azərbaycan müstəqil olduqdan sonra hadisələrin hərtərəfli araşdırılmasına başlanılıb və mövzu ilə bağlı yazılar işıq üzü görüb. Bəhs edəcəyimiz həmin hadisələr Azərbaycan tarixində dərin iz qoymuş, baş vermiş qırğınlar yaddaşlara həkk olunub. Hadisələrin nəticəsi çox ağır olub, yüzlərlə kənd dağıdılıb, minlərlə insan məhv olub və on minlərlə soydaşımız öz yurd-yuvasından didərgin düşmək məcburiyyətində qalıb. Baş vermiş qırğınların əsas səbəbkarı şovinist erməni millətçiləri, onların təmsil olunduqları “Daşnaksütyun” və digər erməni...