Сообщения

Сообщения за октября 6, 2013

Paulo Kasasa: Azərbaycanda prezident seçkiləri bəzi Qərb ölkələrinə nümunə ola bilər

Изображение
Paulo Kasasa: Azərbaycanda prezident seçkiləri bəzi Qərb ölkələrinə nümunə ola bilər 12 Oktyabr 2013 [19:40] Oktyabrın 11-də ABŞ-ın “Sharnoff's Global News“ analitik portalında İnsanlar Arasında Əməkdaşlığın Yenilənməsi Alyansının icraçı direktoru Paulo Kasasanın “Azərbaycan demokratiyaya doğru yolda” sərlövhəli məqaləsi dərc olunmuşdur. Gün.Az AzərTAc-a istinadən xəbər verir ki, prezident seçkilərinə nəzarət edən müşahidəçilər missiyasının tərkibində bu yaxınlarda Azərbaycanda olmuş müəllif Bakıda seçkilər zamanı təəssüratlarından söz açır. P.Kasasa yazır ki, minlərlə müşahidəçidən biri kimi o, 25 seçki məntəqəsində prosedurları və qalan məntəqələrdə səslərin hesablanmasını əsaslı şəkildə yoxlamışdır. Bütün məntəqələr bəxtə-bəxt seçilmişdir. Müəllif yazır ki, beynəlxalq standartlarla azad və ədalətli seçkilərə zəmanət verən qaydalar bir çox cəhətdən bəzi Qərb ölkələri üçün örnək ola bilər. Məsələn, gözdən zəif olanlar üçün xüsusi ...

Elşad İskəndərov məktəblərdə dini təhsil haqqında danışdı

Изображение
Elşad İskəndərov məktəblərdə dini təhsil haqqında danışdı 02 Oktyabr 2013 [14:23] Məcburi dini təhsildən söhbət gedə bilməz. Gün.Az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlama verən dini qurumlarla iş üzrə dövlət komitəsinin sədri Elşad İskəndərov jurnalistlərə açıqlamasında orta məktəblərdə dərsliklərdə istər İslam dininin əsasları, istərsə də müxtəlif dinlərin tarixləri bağlı bilgilər verildiyini söyləyib. Bununla əlaqədar həm “Həyat bilgisi” fənnində, həm də fakültətiv səviyyəli dəsrlər keçirildiyini də xatırladan E.İskəndərov, İslam Konfransı Gənclər Forumunun bu istiqamətdə bir proqramı olduğunu sözlərinə əlavə edib: “Bu yaxınlarda həmin forum məktəb müəllimləri üçün təlimlərin keçirilməsini nəzərdə tutublar. Şübhəsiz ki, bu könüllü əsasda olmalıdır. Burada hər hansı məcburi dərsdən söhbət gedə bilməz. Valideynlərin və şagidlərin razılığı olduğu təqdirdə fakültətiv şəkildə həmin fənnin həyata keçiriməsi istiqamətində proq...