Azərbaycan türkçülüyü ideyası – XXIII - Hüseyn Baykara

Azərbaycan türkçülüyü ideyası – XXIII - Hüseyn Baykara
 17.10.2012, 09:37

Faiq Ələkbərov (Qəzənfəroğlu)
AMEA Fəlsəfə, Sosiologiya və Hüquq
İnstitutunun böyük elmi işçisi, fəlsəfə üzrə
fəlsəfə doktoru

«Azərbaycana milliyyətçilik fikrini Əhməd Ağaoğlunun Fransadan, Əli bəy Hüseynzadə, Məhəmməd Əmin Rəsulzadənin İstanbuldan gətirdiyi düşüncəsi yanlış və əsassızdır»
Azərbaycan türkçülüyü ideyasını, milli azərbaycançılığı türk ideoloqları Məhəmməd Əmin Rəsulzadə, Mirzə Bala Məmmədzadədən sonra, Azərbaycan-türk ictimai-siyasi və mədəni-fəlsəfi irsində yaşadan, bu mənada Azərbaycanın istiqlal davası tarixində mühüm yer tutan mühacir aydınlarımızdan biri də Hüseyn Baykaradır (1904-1984). 1927-ci ildən Türkiyədə mühacirət həyatı yaşamağa məcbur olan H.Baykaranın «Azəri-Türk», «Odlu Yurd» və b. qəzet-jurnallarda Azəbaycan xalqının mədəniyyəti, ədəbiyyati və onun ziyalıları ilə bağlı elmi-publisistik məqalələri dərc edilmişdir. Azərbaycanın milli azadlıq hərəkatına xüsusi yer verən H.Baykara yazırdı ki, ona aid «Azərbaycan mədəniyyəti tarixi» ilə «Azərbaycan istiqlal mübarizəsi tarixi» kitabları Azərbaycanın azadlıq mübarizəsinin əlifbasıdır. Sonuncu kitabında Azərbaycanın istiqlal savaşı tarixi ilə yanaşı, H.Baykara milli azadlıq hərəkatının siyasi-ideoloji, siyasi-fəlsəfi mahiyyətini də göstərməyə çalışmışdır.
M.Ə.Rəsulzadə, M.B.Məmmədzadə və başqa Azərbaycan-türk mütəfəkkirləri kimi H.Baykara da əmindir ki, Azərbaycan milli azadlıq hərəkatının ilk rüşeymləri XIX əsrin ilk «millətçiləri», yəni A.A.Bakıxanov, M.F.Axundzadə, H.Zərdabi və başqaları tərəfindən ortaya atılmışdır. H.Baykaranın fikrinə görə, Mirzə Fətəli və H.Zər­­dabinin o dövrdəki yazılarında, mübarizələrində Azər­­­baycan üçün istədikləri bunlardır: «Azad siyasi bir həyat, xalq demokratiyası, məhsul vasitələrinin inkişaf etdi­ril­məsi, təbii sərvətlərdən xalqın rifahı üçün geniş surətdə fayda təmin edilməsi… Bütün bu nemətlərin xalq üçün əldə edilməsi tezisinin başında, onların ən öndə gələn ideoloji arzuları «feodal monarxiya» rejimini zorla devirmək istəyi vardır. Bu iş yerinə yetirilmədən o biri işlərin həyata keç­məy­cəyini daha çox Mirzə Fətəli başa düşmüş və an­la­mış­dır». Beləliklə, H.Baykaraya görə, «millət» anla­mını ilk dəfə M.F.Axundzadə işlətmiş, Azərbaycanda ilk millətçilik ruhunu H.Zərdabi «Əkinçi»də, Ünsizadə qar­daş­ları isə «Kəşkül» və «Ziya» qəzetlərində aşılamışdır.
Azərbaycan xalqının milli şürundakı inkişafı göstərmək məqsədi ilə o qeyd edirdi ki, Azərbaycan ziyalıları XIX əsrin birinci yarısında daha çox fars dilində əsərlər yazdığı halda, həmin əsrin ikinci yarısında vətənpərəvərlik duyğularının və millətçiliyin qüvvətlənməsi nəticəsində elmi-ədəbi əsərlərini, artıq Azərbaycan türk dilində qələmə almışlar. 1890-cı illərdə çar Rusiyasının Azərbaycan türklərinin türk dilində qəzet nəşrinə qadağa qoymasına baxmayaraq, artıq azəri türk cəmiyyəti bir millət olaraq meydana çıxma şüuruna çatmışdır. H.Baykara yazır: «Çünki miladdan öncə min illə­rə varan dövrdən bəri ata və babalarının yaşadıqları bir tor­paq parçası - «Vətən» vardı, bu torpaqda yaşayan və za­ma­nın axarı ilə inkişaf edən bir Azəri türk cəmiyyəti vardı. Üçüncü ünsür, bu cəmiyyətin haqqını, iradəsini, varlığını, malını, canını qoruyan, kültür və mədəniyyətini yaradan ziyalı liderləri idi. Onların rəhbərliyi altında tarixin səh­nə­si­nə çıxmaq və üzərlərinə düşən «millət» rolunu oynamaq la­zım gələcəkdi. Beləliklə, sözdə deyil, işdə azadlıq uğrunda mübarizə aparmaq lazım gəlirdi». Bununla da, XX əsrin əvvəllərində etnik birliyə malik Azərbaycan xalqı, coğ­rafi sərhədlərə malik Azərbaycan ölkəsi və xalq, o cümlədən ziyalılar arasında müstəqilliyə, azadlığa qovuşmaq şüuru ol­duğu halda, yalnız siyasi hakimiyyət və azadlıq yox idi.
H.Baykara qeyd edirdi ki, siyasi hakimiyyət və azadlıq uğrunda mübarizədə, 20-ci əsrin əvvəllərində Azərbaycan-türk ziyalıları əsasən, üç: 1) islamçılıq və türkçülük (Ə.Ağaoğlu, Ə.Hüseyn­zadə və b.); 2) liberal-demokratik (Ə.Topçu­başov və b.); 3) və sosial-demokratik (marksizm) (M.Ə.Rəsulzadə və b.) cəbhədə təmsil olunublar. O, ilk iki cərəyanı milli müxalifət adlandıraraq hesab edirdi ki, sonralar (1910-cu illərdə) sosial-demokratlardan bir çoxu, o cümlədən M.Ə.Rəsulzadə də milli-demo­kratik cəbhəyə keçmişdir.
Onun fikrincə, həmin dövrdə «panislamist» Ə.Ağaoğlu geniş və dərin, teoretik şəkildə «islam millətçiliyi»ni, «pantürkist» Ə.Hüseynzadə osmanlı türkçülüyünü təbliğ etdiyi zaman, «liberalist» Ə.Topçubaşov «Rusiya müsəlmanlarının birliyi» devizi altında, daha çox Azərbaycan türk xalqının milli-mədəni muxtariyyəti üçün çalışmışdır. O yazır: «Ə.Topçubaşovda Ə.Ağayevin geniş və dərin teosentrik panislamizmi yox idi. Sanki o, belə bir ideyanın müvəffəqiyyətlə başa çatmayacağını qabaqcadan hiss etmiş və anlamışdı. Bu məqsədlə o, 1905-ci il inqilabının gətirdiyi azadlıq nemətlərindən Azərbay­can xalqı üçün əlindən gələn qədər daha çox pay qoparmaq istəyirdi».
H.Baykaranın fikrinə görə, bu baxımdan Ə.Topçubaşov Ə.Ağaoğlu və Ə.Hüseynzadədən fərqli olaraq, islamçılıq və türkçülük kimi «utopik axınların heç birində iştirak etməmişdir. Dərin biliklə hüquqşünas və siyasətçi olan Əlimərdan bəy həyatı boyu realist və uzaqgörən bir şəxs kimi tanınmışdır. «Rusiya Müsəlmanları İttifaqı» türklərin tarixində ilk dəfə birlik fikrini irəli sürmüşdür». Fikrimizcə, burada H.Baykaranın qeyd etməsi ki, Ə.Top­çu­baş­ov ümumiyyətlə, islamçılıq və türkçülük axınlarında iştirak etməmişdir, doğru deyildir. Sadəcə, Topçubaşov Ağaoğlu və Hüseynzadə ilə müqayisədə daha çox realist mövqedən çıxış edərək, milli ideyanı mücərrəd və ümumi mahiyyət daşıyan nə «islam birliyi», nə də «Osmanlı türkçülüyü» olaraq qəbul etməmiş, onu daha çox Rusiyanın əsarəti altında olan türk xalqlarının azadlıq hərəkatında və bu hərəkatın əldə edəcəyi milli-mədəni muxtariyyətlər çərçivəsində görmüşdür. Bu isə daha çox, liberal-demokratizmə əsaslanan milli baxış idi.
Beləliklə, H.Baykara belə bir doğru qənaətə gəlir ki, ümumilikdə 20-ci əsrin əvvəllərində milli ideologiya baxımından mübahisələr «avropalaşmaq, türkləşmək və islamlaşmaq» ətrafında getmiş və bu mübahisələrin ətrafında Azərbaycan türklərinin milli azadlıq hərəkatı dayanmışdır.
H.Baykaranın fikrincə, Qafqaz müsəlmanlarını «ümmətçilik»dən «millətçiliy»ə yönəldən, onları «türkçülük-millətçilik», «Azərbaycan» ideyası ətrafında birləşdirən və «Açıq söz» qəzetində bunu təbliğ edən «Müsavat»ın lideri M.Ə.Rəsulzadə olmuşdur. O qeyd edir ki, ilk dövrlərdə sosial-demokratlarla eyni cəbhədə çalışmış M.Ə.Rəsulzadə 1911-1913-cü illərdə Ş.C.Əfqaninin yazılarının təsiri altında türkçülük hərəkatına qoşulmuş və Azərbaycanda bu ideyanın əsas ideoloqu olmuşdur: «M.Ə.Rəsulzadənin Azərbaycan istiqlalının elanında və Azərbaycan dövlətinin yaradılmasında xidmətləri əvəzsizdir».
H.Baykara yazır ki, «Müsavat» və Bitərəf demokratik qrup öncə milli ərazi və milli muxtariyyət tərəfdarı olsalar da, 1-ci və 2-ci rus inqilablarının gedişi, Qfaqaz hadisələri onları özlərinin öncədən «uzaq məqsəd» olaraq planlaşdırdıqları Azərbaycan istiqlalı yoluna sürkləmişdi: «Azərbaycan istiqlal mübarizəsi tarixində «Azərbaycan istiqlalına» nə rast gəlinmiş, nə də baş verən siyasi hadisə olmuşdur. Azərbaycan xalqının ruhundan doğan bu istiqlal hadisəsi tarixin axarı içində öz yerini tapmışdır».
H.Baykaraya görə, siyasi türkçülərlə yanaşı, Azərbaycanın milli azadlıq hərəkatında romantizim (H.Cavid, M.Hadi, A.Səhhət, A.Şaiq və b.) və realist (C.Məmmədquluzadə, Ö.F.Nemanzadə, M.Ə.Sabir, F.B.Köçərli və b.) ədəbi məktəbin nümayəndələri də mühüm rol oynamışlar: «Azərbaycan türklərinin milli azadlıq, mütərəqqi mədəniyyət mücadiləsində bu romantik ədib və şairlər xalqın arzularını, ideyalarını və bu ideyaları gerçəkləşdirmək, həyata keçirmək üçün səy edən, hətta həyatlarını qurban verən millət qəhrəmanlarını bədii əsərlərində dilə gətirib, xalqı ruhlandıraraq onlara milli azadlıq mübarizələrini həyata keçirmək üçün rəhbərlik etmişdilər. Azərbaycanda romantizm cərəyanı ilə yanaşı çox qüvvəli, realist və Azərbaycan xalqının coğrafi çevrəsindən xarici aləmə köçmək həvəsi göstərmədən, öz kökü üzərində tarixi keçmişi və ənənələrilə qaynaşaraq öz milli azadlıq və mütərəqqi mədəniyyət məsələlərini həll etməkdə böyük səy göstərən, düha dərəcəsində enerji və qabiliyyətə sahib ədib, şair və yazarların təmsil etdikləri realist ədəbi məktəbi vardı».
H.Baykara onu da doğru qeyd edir ki, ancaq milli romantizmin nümayəndələri Azərbaycan türklərinin təkcə mütərəqqi elmə yiyələnməsi və onu mənimsəməsi ilə kifayətlənməmişlər: «Azərbaycan türklərinin hüquqlarına, hürriyyət və istiqlaliyyətlərinə qovuşması üçün mücadiləyə də səsləmişlər». Başqa sözlə, onlar Azərbaycan türklərinin milli azadlıq, mütərəqqi mədəniyyət mücadiləsində xalqın arzularını, ideyalarını və bu ideyaları gerçəkləşdirməyə çalışan millət qəhrəmanlarını tərənnüm etmişlər. Bu baxımdan H.Baykaranın realistlər və romantiklər arasında apardığı müqayisə də maraqlıdır: «Romantiklər cəmiyyətin yaralarını sağaltmağa çalışırdılar. Realistlər isə cəmiyyətin yarasına doğrudan-doğruya neştəri batırır və axan irini təmizləyərək cəmiyyətin yaralarını sağaltmağa çalışırdlar».
Bununla da, H.Baykara bir sıra əsərlərində sübut etməyə çalışmışdır ki, milli azadlıq hərəkatı Azərbaycanın daxilində baş qaldırmışdır. Çünki əvvəllər də, hazırda da xalqa bəzən yanlış bir fikir təl­qin edilir ki, Azərbaycana millətçilik, türkçülük və bu kimi milli ideyalar kənardan-xaricdən gətirilmişdir. Bu, qətiyyən doğru deyil. Milli ideyaların beşiyi Azərbaycan xalqı, Azərbaycan türkləri özü olmuşdur. Bu baxımdan milli ideologiyanın başlıca qaynağı Azərbaycan türklərinə məxsus milli mənəvi dəyərlər olmuşdur. Milli mənəvi dəyərlərin ideyalar şəklində forma­laş­­ması isə birdən-birə baş verməmişdi, o təkamül nəticə­sin­də, tarixi şəraitə uyğun olaraq ortaya çıxmış və forma­laş­mış­dır. H.Baykara yazır: «Azərbaycana milliyyətçilik fikrini Əhməd Ağaoğlu Fransadan, Əli bəy Hüseynzadə, Məhəm­məd Əmin Rəsulzadə İstanbuldan gətirdiyi düşüncəsi yanlış və əsassızdır. Şəraitin yetişmədiyi bir zamanda kənardan heç kim, heç bir fikir gətirib toplum həyatına yerləşdirə bilməz».
Onun fikrincə, fəhlə sinfi şüurunun bolşeviklər tərəfindən Azərbaycana gətirilməsi hekayəsi də başdan-başa uydurmadır. Çünki H.Cavid («Şeyda») və başqalarının əsərlərində istismar edənlərlə istismar olunanlar mövzusuna toxunulmuşdu. Ancaq bu dövrdə türk işçiləri və kapitalistləri rus və ermənilərə qarşı birgə mübarizə aparmışlar. O yazır: «İşğalçı, millətçi kommunist rejimi stiqlalı ideyapsını irədli sı üçün mücadiləyə də səsləmişlər"rını və bu ideyaları gerçəkləşdiazərbaycanlı işçiləri tətil hüququndan məhrum etmiş və yarım əsrdən çoxdur ki, onları bir qarın çörək pulu qazanmaq üçün işlədir. Kommunistlər gummunistlər rın çörək pulu qazanmaq üçün işqlədirdən Azərbaycana gətirilməsi hekayəsi başdan-başa uydurmadır. ya çar təhkimçilik rejimini ləğv etmişlər, əvəzində isə sovet təhkimçilik-köləlik rejimini yaradaraq, «kolxoz» adı altında kəndliləri istismar edirlər».
Göründüyü kimi, H.Baykara Azərbaycan türkçülüyü ideyası və onun gerçək təcəssümü olan müstəqil və milli Azərbaycan uğrunda ömrünün sonuna qədər mübarizə aparmış şəhidlərimizdəndir. Bunu, onun ömrünün son illərində qələmə aldığı şeirlərindən, bayatlarından da görmək olar:
Düşmənlərimə müjdə, bən qəlbimdən xəstəyəm,
Sonsuz həsrətlərimlə bir dəvamlı yasdayam.
Bəni burada sanmayın, bən hər gün Qafqazdayam…
Siz canımı gömərsiniz, canım bu ana yurda,
Qəlbimin güllərini göndərin doğma yurda.
Sovursunlar Qafqazın o coşğun rüzgarına,
Bən umutsuz ölmədim eyimsərəm yarına…

Digər məqalələr

Biz kimin varisiyik: Milli Azərbaycanın, yoxsa Sovet Azərbaycanın? (17.10.2012, 09:37)
Azərbaycanda «Türk dili»nin əcnəbləşdirilməsi siyasətinin gizlinləri… (17.10.2012, 09:37)
İran Azərbaycanda 20 ildir nə axtarır: əmin-amanlıq, yoxsa anarxiya? (17.10.2012, 09:37)
Demokrat, patriot, türkçü, maarifçi - mənəviyyatımızın və ruhumuzun heykəli (17.10.2012, 09:37)
İstiqlal abidəsi - kiçik bir meydançaya sığışdırılan millət… (17.10.2012, 09:37)
Milli tarixi yarımçıq yazılmış millət… (17.10.2012, 09:37)
Türklərin Yaz bayramı necə Novruza çevrildi? (17.10.2012, 09:37)
Azərbaycan və Türkiyə: tək millət, tək bayraq, tək dövlət… (17.10.2012, 09:37)
Türk Cümhuriyyətinə nədən «Azərbaycan» adı verildi? (17.10.2012, 09:37)
Azərbaycan bayrağının mənəvi-ideoloji mənası - BUNLARI BİLMƏK MARAQLIDIR (17.10.2012, 09:37)
Türkçülük: Azərbaycan və Türkiyə türklərinin vahid milli ideyası (17.10.2012, 09:37)
Azərbaycanın türksüzləşdirilməsi kimlərin marağındadır? (17.10.2012, 09:37)
Azərbaycan türkçülüyü ideyası - I (17.10.2012, 09:37)
Azərbaycan türkçülüyü ideyası - II (17.10.2012, 09:37)
Azərbaycan türkçülüyü ideyası -III (17.10.2012, 09:37)
Azərbaycan türkçülüyü ideyası - IV (17.10.2012, 09:37)
Azərbaycan türkçülüyü ideyası - V (17.10.2012, 09:37)
Azərbaycan türkçülüyü ideyası - VI (17.10.2012, 09:37)
Azərbaycan türkçülüyü ideyası - VII (17.10.2012, 09:37)
Azərbaycan türkçülüyü ideyası - VIII (17.10.2012, 09:37)
Azərbaycan türkçülüyü ideyası-IX (17.10.2012, 09:37)
Azərbaycan türkçülüyü ideyası - X (17.10.2012, 09:37)
Azərbaycan türkçülüyü ideyası - XI (17.10.2012, 09:37)
Azərbaycan türkçülüyü ideyası - XII (17.10.2012, 09:37)
Azərbaycan türkçülüyü ideyası - XIII (17.10.2012, 09:37)
Azərbaycan türkçülüyü ideyası - XIV (17.10.2012, 09:37)
Azərbaycan türkçülüyü ideyası - XV (17.10.2012, 09:37)
Azərbaycan türkçülüyü ideyası - XVI (17.10.2012, 09:37)
Azərbaycan türkçülüyü ideyası - XVII (17.10.2012, 09:37)
Azərbaycan türkçülüyü ideyası - XVIII (17.10.2012, 09:37)
Azərbaycan türkçülüyü ideyası - XIX: Əhməd Cəfəroğlu (17.10.2012, 09:37)
Azərbaycan türkçülüyü ideyası - XX (17.10.2012, 09:37)
Azərbaycan türkçülüyü ideyası - XXI - Yusif Çəmənzəminli (17.10.2012, 09:37)
Azərbaycan türkçülüyü ideyası - XXII - Əbdürrəhman Fətəlibəyli-Düdənginski (17.10.2012, 09:37)
Azərbaycanda türk dili hansı statusa malikdir? (17.10.2012, 09:37)
Azərbaycan türkçülüyü ideyası – XXIV- Əlabbas Müznib (17.10.2012, 09:37)
Türk-milli azərbaycançılığı və sovet-kosmopolit azərbaycançılığı (17.10.2012, 09:37)
Azərbaycan türkçülüyü ideyası - XXV: Bəxtiyar Vahabzadə (17.10.2012, 09:37)
Nizami Gəncəvinin irsində türklük və islamlıq (17.10.2012, 09:37)
Azərbaycan türkcəsindəki ilk Quranı Osmanlı sultanına təqdim edən azərbaycanlı (17.10.2012, 09:37)
Türk dili Azərbaycan dilinə necə çevrildi? (17.10.2012, 09:37)
Türk dili Azərbaycan dilinə necə çevrildi? - II yazı (17.10.2012, 09:37)
Türk dili Azərbaycan dilinə necə çevrildi? - III yazı (17.10.2012, 09:37)
Milli ideologiya probleminə ikili baxış: milli və kosmopolit - I yazı (17.10.2012, 09:37)
Milli ideologiya probleminə ikili baxış: milli və kosmopolit - II yazı (17.10.2012, 09:37)
Milli ideologiya probleminə ikili baxış: milli və kosmopolit - III yazı (17.10.2012, 09:37)
Milli ideologiya probleminə ikili baxış: milli və kosmopolit - IV yazı (17.10.2012, 09:37)
Milli ideologiya probleminə ikili baxış: milli və kosmopolit - V yazı (17.10.2012, 09:37)
Turan yolçusu Əhməd Cavad: «Turan öylə bir müqəddəs Kəbədir ki» (17.10.2012, 09:37)
Azərbaycan mühafizəkarları və «ittihadçı»ların «islam birliyi» ideyası (17.10.2012, 09:37)
Türkçülük və azərbaycançılıq: alternativlik, yoxsa eynilik? (17.10.2012, 09:37)
Türkçülük və azərbaycançılıq: alternativlik, yoxsa eynilik? II Yazı (17.10.2012, 09:37)
Novruz barədə bilmədiklərimiz... (17.10.2012, 09:37)
“Yazıq və bədbəxt millət”in 31 mart və 26 fevral günahları… (17.10.2012, 09:37)
Milli dil məsələsi: Türk dili, yoxsa Azərbaycan dili? (17.10.2012, 09:37)
Türkiyədə «Azərbaycan variantı» baş tutacaqmı? (17.10.2012, 09:37)
Türkçülüyü azərbaycançılığa qarşı qoyanlar… (17.10.2012, 09:37)
«Azəriçilik» nəzəriyyəsi (17.10.2012, 09:37)
Azərbaycançılıq türkçülükdən ayrı tutula bilməz… (17.10.2012, 09:37)
Azərbaycanda milli əlifba probleminin ideoloji yönləri - I yazı (17.10.2012, 09:37)
Azərbaycanda milli əlifba probleminin ideoloji yönləri - II yazı (17.10.2012, 09:37)
Azərbaycan xalqı mədəniyyətə qarşı təcavüzün sancılarını çəkir (17.10.2012, 09:37)
Cəfər Cabbarlının Elxanı və Məhəmməd Əmin Rəsulzadə (17.10.2012, 09:37)
Niyə sadəcə deyə bilmirsən ki, mən türkəm? (17.10.2012, 09:37)
100 il öncə Azərbaycanda Ramazan (17.10.2012, 09:37)
«Birləşəlim, türk oğlu, bu yol millət yoludur» (17.10.2012, 09:37)
«İndi naxoşdu-milləti-İslam» (17.10.2012, 09:37)
«İttihadçı» və türkçü Sultan Məcid Qənizadə (17.10.2012, 09:37)
«Osmanlıcadan türkə tərcümə» nə deməkdir?!. (17.10.2012, 09:37)
«Özü türk oğlu türk, amma deyir türki cəhalətdir» (17.10.2012, 09:37)
«Nə qədər dolandım Turan elini» (17.10.2012, 09:37)
«Türk milləti, türk ölkəsi, türk dili» (17.10.2012, 09:37)
 

Комментарии

Популярные сообщения из этого блога

Глава четвертая Служба пограничных нарядов

Наставление по охране государственной границы (пограничный наряд)

Глава вторая Основы охраны государственной границы пограничными нарядами