Azərbaycan-İran sərhədində 18 yaşlı əsgərimiz güllələnib
GÜNDƏM : Azərbaycan-İran sərhədində 18 yaşlı əsgərimiz güllələnib Sayta qoyulub: 14:43 13.12.2009 (21 dəfə oxunub ) Bu gecə Cəlilabad rayonunda bədbəxt hadisə baş verib. Belə ki, Azərbaycan-İran sərhədi yaxınlığında yerləşən N zastavasının əsgəri, Bərdə rayonunun Əylicə kənd sakini 18 yaşlı Qasımzadə Vüqar Simon oğlu güllə yarası alıb. Yaralı təcili olaraq Ləkin sahə xəstəxanasına çatdırılıb və ona ilkin yardım göstərilib. Vüqar Qasımzadə sonra Cəlilabad Mərkəzi Rayon xəstəxanasına gətirilib, lakin bütün cəhdlərə baxmayaraq o, dünyasını dəyişib.