Azərbaycan türkçülüyü ideyası - XXII - Əbdürrəhman Fətəlibəyli-Düdənginski

Azərbaycan türkçülüyü ideyası - XXII - Əbdürrəhman Fətəlibəyli-Düdənginski
 04.10.2012, 10:30

Faiq Ələkbərov (Qəzənfəroğlu)
«Türk qanı təmizliyini mühafizə etmək hər bir azəri türkünün müqəddəs borcudur»
Azərbaycan mühacirətinin ən tanınmış nümayəndələrindən biri də, Almaniyada yaradılmış Azərbaycan Milli Birlik Məclisinin rəhbəri, eyni zamanda Azərbaycan legionunun komandiri və «Azadlıq» radiosu «Azərbaycan» redaksiyasının baş redaktoru Əbdürrəhman Fətəlibəyli-Düdənginski (1908-1954) olmuşdur. 1940-1960-cı illərdə Almaniyada bolşevizmə qarşı bir tərəfdən ictimai-siyasi fəaliyyətlə məşğul olan Düdənginski digər tərəfdən isə ideoloji-fəlsəfi savaş aparmış və Azərbaycan türkçülüyü idyeasını yaşatmağa çalışmışdır. Bu məqsədlə 2-ci Dünya Müharibəsi illərində (1939-1945) yaranmış Azərbaycan Milli Birlik Məclisinin rəhbəri vəzifəsinə seçilən Düdənginski, Almaniyanın SSRİ üzərində qələbə əldə edəcəyi təqdirdə Azərbaycanın müstəqillik qazanacağına inanmışdı.
Düdənginski özü də sonralar yazırdı ki, həmin dövrdə bu təşkilat təsadüfən yaranmamışdır. «Milli Birliy»in yaranmasına başlıca səbəb Azərbaycan Sovet Rusiyası tərəfindən işğal olduqdan sonra ən çox təcavuzə uğraması, yəni milli mənsubiyyəti, milli dili və tarixi tamamilə saxtalaşdırılmış yeganə millət olması olmuşdur. Əbdürrəhman bəy yazır: «Tarixin bəzi saxtakarlarının bu cür «səylərinə» görə Azəri türkləri Qafqazda yad xalq kimi hesab olunurdular və buna görə də, bütün xalqlar öz əsil adları ilə tanınanda bizə əmr olundu ki, «azərbaycanlı» adlanaq. Bütün xalqlar öz rəmzlərindən istifadə edə bildiyi halda, bizə əmr olunmuşdu ki, türk rəmzi olan ulduz və ayparanı ləğv edək. Heç kimin ixtiyarı yox idi ki, «türk» və «müstəqillik» sözündən istifadə etsin».
Bu baxımdan Almaniyanın yardımı ilə Azərbaycanı yenidən azad etmək üçün əvvəlcə Azərbaycan Qərargahı, daha sonra Azərbaycan Milli Birlik Məclisini yaratdıqlarını deyən Düdənginski yazır: «Qərargah öz işi ilə yanaşı, ilk siyasi tələblərini bildirdi:
1)  Azərbaycan rəmzlərinin bərpası (burada Almaniyanın digər dövlətin rəmzini dəyişdiromək hüququ nəzərdə tutulurdu)
2)  Milli adın bərpası (nəzərdə tutulurdu ki, «azərbaycanlı milləti» yoxdur «Azəri türkü» var. Və alman hakimiyyəti bizi «azərbaycanlı» adlandırmağa məcbur etməklə Stalinin siyasətini davam etdirir)».
Düdənginski yazır ki, əsas məqsədlərindən biri azərbaycanlıları yenidən türkə çevirmək və rəmzlərini bərpa etmək idi. Bunun üçün Azərbaycanın milli maraqları müəyyənləşdirilməli və milli iradəsi nümayəiş etdirilməli idi: «Bütün bunlar Azərbaycanın təşkilat və hissələrinin nümayəndələrinin iştirakı ilə qurultayın çağırılmasına gətirib çıxartdı ki, birləşək və dünyaya eşitdirək ki, biz Azəri türkləri vətənimizin müstəqilliyi uğrunda mübarizə aparırıq və öz qanımızla bir ağanın digəri ilə əvəz olunmasına imkan vermək fikrində deyilik».
Beləliklə, 1943-cü il noyabrın 6-11-də «Milli Birliy»in təşəbbüsü ilə Milli Azərbaycan Qurultayı keçirilmiş və  həmin qurultayda Düdənginski məruzə ilə çıxış etmişdir: «Biz çar valilərinə, bolşevik əsarətinə dözmədiyimz kimi, hər hansı bir millətin hakimiyyətinə də dözməyəcəyik. Azərbaycanı azərbaycanlılar idarə etmiş və yenə onlar idarə edəcəkdir».
 Düdənginski, məruzəsində daha sonra qeyd etmişdir ki, «Milli Birliy»in əsas məqsədi bolşevizmin məhv edilməsi və Azərbaycanın müstəqilliyidir. Azərbaycan müstəqillik əldə etdikdən sonra milli mədəniyyət və milli dil-türk dili bərpa olunacaq, Milli Akademiaya yarıdılacaq və sinfi mübarizə son veriləcəkdir: «Yeni Azərbaycanda daxili münaqişələrə, sinfi müharibələrə yer ola bilməz. Biz yol verə bilmərik ki, Yeni Azərbaycanda köhnə hadisələrin hesabğı aparılsın. Biz xalqımızın gücünü bu cür dağıdıcı işə sərf edə bilmərik. Xalqın bütün enerjisi yaradıcı, mədəni işə istiqamətləndiriləcək. Tam sərbəstlik yaratmaq və işləmək imkanı bolşeviklərin dövründə kim olmasına baxmayaraq, hər bir azərbaycanlıya veriləcək. Yeni Azərbaycanda bir-birilə mücadilə aparan siniflər ola bilməz. Vahid zəhmətkeş Azərbaycan xalqı olacaq. Biz Azərbaycanda yaşayan digər millətlərin zəhmətkeşlərinə qonaqpərvər münasibət bəsləyəcək, təki onlarda bizimlə çalışmaq həvəsi olsun».
Dünyaya milli mənsubiyyətlərini «azəri türkü» kimi qələmə verən «Milli Birliy»in rəhbərləri başda Düdənginski olmaqla Almaniyadan Azərbaycanın müstəqilliyini tanıması tələbi ilə də çıxış etmişlər. O yazır: «Biz Azəri türkləri Alimaniyanı və alman xalqını tanıyırdıq və tanıyırıq. Bizim üçün onun dövlət idarəçilik formasının heç bir əhməiyyəti yoxdur, bu alman xalqının daxili məsələsidir. Bu zaman Milli sosialist hakimiyyəti alman xalqını təmsil edirdi və hətta Mili sosialist nəzəriyyənin yaradıcısı filosof Reyxkansler A.Rozenberq bizi qəbul etdi. Müstəqilliyimizin imperiyanın dağılmasından 1-2 ay əvvəl qəbul olunması böyük əhəmiyyət daşımır. Əsas odur ki, bu Azərbaycan xalqının öz oğullarının qanı və fəaliyyəti hesabına əldə etdtiyi dəyərli nailiyyətdir. Əgər Milli Sosisalist Almaniyası Azərbaycanın müstəqilliyini tanıdısa, heç bir şübhə yoxdur ki, demokratik dövlətlər bəşəriyyətə bolşevizmə qarşı mübarizə ilə xidmət etmiş Azərbaycanı heç bir tərəddüsüz qəbul edəcəklər».
Dudənginski Milli Birliyin varlığını Azərbaycan milli idyeasının varlığı kimi qəbul edirdi: «Bizim üçün Milli Birlik hər şeydən üstündür, xüsusilə də: partiya, qrup, sinif, qohum, qəbilə maraqlarından. Çünki Milli Birlik müstəqillikdir. Bizim heç birimiz ayrı-ayrılıqda və yaxud partiya və qrup şəklində həmin şəraitdə heç nə edə bilməzdik, bütün gücümüzü birləşdirərək Vətənimizin bayrağını yüksəklərə qaldırdıq».  O, Azərbaycanın milli varlıq ideyasını belə ifadə edirdi: «İndiki görünməmiş müharibədə biz öz sevimli Azərbaycanımızın azadlığı və xalqımızın ölüm fəlakətindən xilas edilməsi uğrunda mübarizə edirik. Arzumuz türk kültürümüzü, adət və ənənlərimizi mühafizə edə bilmək, türk qanımızı saxlamaqdan ibarətdir». Hətta, o, bu məqsədlə rəhbərlik etdiyi təşkilatın adından soydaşlarının türk qızları ilə deyil, əcnəbilərlə ailə qurulmasını qadağan etmişdir: «Türk qanı təmizliyini mühafizə etmək hər bir azəri türkünün müqəddəs borcudur».
Müharibədən sonrakı illərdə Almaniyada-Münhendə ictimai-siyasi fəaliyyətini davam etdirən Düdənginski burada nəşr olunan «Azərbaycan» (1951) jurnalının və «Azadlıq» radiosunun «Azərbaycan» redaksiyasının (1953-1954) redaktoru olmuşdur. O, müharibədən sonrakı illərdə də Azərbaycan milli ideyasını müdafiə etmişdi: «İndi isə biz yalnız ona görə yaşayırıq ki, yenidən silahı əlimizə alaq və bütün xalqımızla birgə bolşevizmə qarşı azadlıq, müstəqillik, demokratiya və bütün Yer kürəsində əbədi sülh uğrunda mübarizə aparaq!
                        Böyük Tanrım, Böyük Tanrım!
                        Sən bizim qanımızı yerdə qoyma!».
Qeyd edək ki, Əbdürrəhman bəy SSRİ casuslarının əli ilə qətlə yetirilmiş şəhid övladlarımızdan biridir. Onun dəfn mərasimində Azərbaycan Cümhuriyyətinin banisi və ideoloqu, türk millətinin böyük oğlu Məhəmməd Əmin Rəsulzadənin dediyi sözlər çox dəyərlidir. Rəsulzadə öncə xatırladır ki, 2-ci Dünya müharibəsi illərində (1943-cü ildə) almanların təklifi ilə, Azərbaycan Milli Komitəsinin başçısı sifəti ilə Almaniyada olmuş və onlarla Azərbaycan-Almaniya məsələlərini müzakirə etmişdir. Rəsulzadə Almaniyda olduğu dövrdə Düdənginski ona məktub yazaraq, Milli Komitənin yaranmasından dolayı sevincini ifadə etmişdir: «Mərhaba, çox möhtərəm Məhəmməd Əmin! Əziz yurdumuz Azərbaycanın yorulmaz hürriyyət mücahidi olan Sizi cəbhədəki bütün əsgərlərimiz adına salamlayıram».
Rəsulzadə bildirir ki, Azərbaycan Milli Komitəsi hitlerçi almanlara məqsəd və məramlarını anlada bilməmişdir. Çünki Hitler heç bir komitəni tanımadğını bəyan etmiş və «Rabitə Heyətlərinin» qurulmasını əmr etmişdir. Azərbaycan «Rabitə Heyətinin» başına isə Düdənginski gətirilmişdir. Rəsulzadə daha sonra deyir ki, iş bu hala gəlincə, mayor Fətəlibəyliyə uğur diləyərək milli ideyalara sadiq qalacağı müddətdə, onu mənən müdafiə edəcəyini bəyan etmişdir.
Rəsulzadə hesab edir ki, Fətəlibəyli Milli Qurultay çağıraraq Milli Birlik məclisini yaradarkən də milli ideyalara sadiq qalmışdır: «Mərhum hərarətli bir vətənsevər və atılqan bir mücahiddir. Bildiyimiz fəaliyyət sahəsinə hələ atılmadan, cəbhədə adı duyulmayan bir əsgər ikən, hadisəlrin axarı ilə üzə çıxan hissiyyatı onun səmimi bir vətənsevər olduğunu göstərir». Bu fikirlərinin yekunu olaraq Rəsulzadə sonda bildirir ki: «Qurtuluşu həyata keçiriləcək hürr və müstəqil vətəndə adları şan və şərəflə anılacaq qurbanlar arasında indi xatirəsini andığımız mərhum da olacaqdır».
Bizə elə gəlir ki, Rəsulzadənin Düdənginski haqqında dediyi dəyərli sözləri bu günümüz üçün nəinki aktuallığını itirməmiş, əksinə bu cür şəhid ölvdlarımızın yad edilməsi baxımından çox böyük əhəmiyyət kəsb edir. Bu baxımdan Düdgənginski abidəsi Azərbaycanın hər bir guşəsində həm mənəvi, həm də maddi baxımdan ucaldılmalıdır.

Digər məqalələr

Biz kimin varisiyik: Milli Azərbaycanın, yoxsa Sovet Azərbaycanın? (04.10.2012, 10:30)
Azərbaycanda «Türk dili»nin əcnəbləşdirilməsi siyasətinin gizlinləri… (04.10.2012, 10:30)
İran Azərbaycanda 20 ildir nə axtarır: əmin-amanlıq, yoxsa anarxiya? (04.10.2012, 10:30)
Demokrat, patriot, türkçü, maarifçi - mənəviyyatımızın və ruhumuzun heykəli (04.10.2012, 10:30)
İstiqlal abidəsi - kiçik bir meydançaya sığışdırılan millət… (04.10.2012, 10:30)
Milli tarixi yarımçıq yazılmış millət… (04.10.2012, 10:30)
Türklərin Yaz bayramı necə Novruza çevrildi? (04.10.2012, 10:30)
Azərbaycan və Türkiyə: tək millət, tək bayraq, tək dövlət… (04.10.2012, 10:30)
Türk Cümhuriyyətinə nədən «Azərbaycan» adı verildi? (04.10.2012, 10:30)
Azərbaycan bayrağının mənəvi-ideoloji mənası - BUNLARI BİLMƏK MARAQLIDIR (04.10.2012, 10:30)
Türkçülük: Azərbaycan və Türkiyə türklərinin vahid milli ideyası (04.10.2012, 10:30)
Azərbaycanın türksüzləşdirilməsi kimlərin marağındadır? (04.10.2012, 10:30)
Azərbaycan türkçülüyü ideyası - I (04.10.2012, 10:30)
Azərbaycan türkçülüyü ideyası - II (04.10.2012, 10:30)
Azərbaycan türkçülüyü ideyası -III (04.10.2012, 10:30)
Azərbaycan türkçülüyü ideyası - IV (04.10.2012, 10:30)
Azərbaycan türkçülüyü ideyası - V (04.10.2012, 10:30)
Azərbaycan türkçülüyü ideyası - VI (04.10.2012, 10:30)
Azərbaycan türkçülüyü ideyası - VII (04.10.2012, 10:30)
Azərbaycan türkçülüyü ideyası - VIII (04.10.2012, 10:30)
Azərbaycan türkçülüyü ideyası-IX (04.10.2012, 10:30)
Azərbaycan türkçülüyü ideyası - X (04.10.2012, 10:30)
Azərbaycan türkçülüyü ideyası - XI (04.10.2012, 10:30)
Azərbaycan türkçülüyü ideyası - XII (04.10.2012, 10:30)
Azərbaycan türkçülüyü ideyası - XIII (04.10.2012, 10:30)
Azərbaycan türkçülüyü ideyası - XIV (04.10.2012, 10:30)
Azərbaycan türkçülüyü ideyası - XV (04.10.2012, 10:30)
Azərbaycan türkçülüyü ideyası - XVI (04.10.2012, 10:30)
Azərbaycan türkçülüyü ideyası - XVII (04.10.2012, 10:30)
Azərbaycan türkçülüyü ideyası - XVIII (04.10.2012, 10:30)
Azərbaycan türkçülüyü ideyası - XIX: Əhməd Cəfəroğlu (04.10.2012, 10:30)
Azərbaycan türkçülüyü ideyası - XX (04.10.2012, 10:30)
Azərbaycan türkçülüyü ideyası - XXI - Yusif Çəmənzəminli (04.10.2012, 10:30)
Azərbaycanda türk dili hansı statusa malikdir? (04.10.2012, 10:30)
Azərbaycan türkçülüyü ideyası – XXIII - Hüseyn Baykara (04.10.2012, 10:30)
Azərbaycan türkçülüyü ideyası – XXIV- Əlabbas Müznib (04.10.2012, 10:30)
Türk-milli azərbaycançılığı və sovet-kosmopolit azərbaycançılığı (04.10.2012, 10:30)
Azərbaycan türkçülüyü ideyası - XXV: Bəxtiyar Vahabzadə (04.10.2012, 10:30)
Nizami Gəncəvinin irsində türklük və islamlıq (04.10.2012, 10:30)
Azərbaycan türkcəsindəki ilk Quranı Osmanlı sultanına təqdim edən azərbaycanlı (04.10.2012, 10:30)
Türk dili Azərbaycan dilinə necə çevrildi? (04.10.2012, 10:30)
Türk dili Azərbaycan dilinə necə çevrildi? - II yazı (04.10.2012, 10:30)
Türk dili Azərbaycan dilinə necə çevrildi? - III yazı (04.10.2012, 10:30)
Milli ideologiya probleminə ikili baxış: milli və kosmopolit - I yazı (04.10.2012, 10:30)
Milli ideologiya probleminə ikili baxış: milli və kosmopolit - II yazı (04.10.2012, 10:30)
Milli ideologiya probleminə ikili baxış: milli və kosmopolit - III yazı (04.10.2012, 10:30)
Milli ideologiya probleminə ikili baxış: milli və kosmopolit - IV yazı (04.10.2012, 10:30)
Milli ideologiya probleminə ikili baxış: milli və kosmopolit - V yazı (04.10.2012, 10:30)
Turan yolçusu Əhməd Cavad: «Turan öylə bir müqəddəs Kəbədir ki» (04.10.2012, 10:30)
Azərbaycan mühafizəkarları və «ittihadçı»ların «islam birliyi» ideyası (04.10.2012, 10:30)
Türkçülük və azərbaycançılıq: alternativlik, yoxsa eynilik? (04.10.2012, 10:30)
Türkçülük və azərbaycançılıq: alternativlik, yoxsa eynilik? II Yazı (04.10.2012, 10:30)
Novruz barədə bilmədiklərimiz... (04.10.2012, 10:30)
“Yazıq və bədbəxt millət”in 31 mart və 26 fevral günahları… (04.10.2012, 10:30)
Milli dil məsələsi: Türk dili, yoxsa Azərbaycan dili? (04.10.2012, 10:30)
Türkiyədə «Azərbaycan variantı» baş tutacaqmı? (04.10.2012, 10:30)
Türkçülüyü azərbaycançılığa qarşı qoyanlar… (04.10.2012, 10:30)
«Azəriçilik» nəzəriyyəsi (04.10.2012, 10:30)
Azərbaycançılıq türkçülükdən ayrı tutula bilməz… (04.10.2012, 10:30)
Azərbaycanda milli əlifba probleminin ideoloji yönləri - I yazı (04.10.2012, 10:30)
Azərbaycanda milli əlifba probleminin ideoloji yönləri - II yazı (04.10.2012, 10:30)
Azərbaycan xalqı mədəniyyətə qarşı təcavüzün sancılarını çəkir (04.10.2012, 10:30)
Cəfər Cabbarlının Elxanı və Məhəmməd Əmin Rəsulzadə (04.10.2012, 10:30)
Niyə sadəcə deyə bilmirsən ki, mən türkəm? (04.10.2012, 10:30)
100 il öncə Azərbaycanda Ramazan (04.10.2012, 10:30)
«Birləşəlim, türk oğlu, bu yol millət yoludur» (04.10.2012, 10:30)
«İndi naxoşdu-milləti-İslam» (04.10.2012, 10:30)
«İttihadçı» və türkçü Sultan Məcid Qənizadə (04.10.2012, 10:30)
«Osmanlıcadan türkə tərcümə» nə deməkdir?!. (04.10.2012, 10:30)
«Özü türk oğlu türk, amma deyir türki cəhalətdir» (04.10.2012, 10:30)
«Nə qədər dolandım Turan elini» (04.10.2012, 10:30)
«Türk milləti, türk ölkəsi, türk dili» (04.10.2012, 10:30)

Комментарии

Популярные сообщения из этого блога

Глава четвертая Служба пограничных нарядов

Наставление по охране государственной границы (пограничный наряд)

Глава вторая Основы охраны государственной границы пограничными нарядами