Əsgər çağırışı ilə bağlı şok faktlar
Əsgər çağırışı ilə bağlı şok faktlar Xəstə kasıb övladlarının varlı uşaqları əvəzinə hərbiyə göndərilməsi iddiası var; daha 64 nəfər psixi xəstə də orduya göndərilibmiş İyulun 1-dən hərbi çağırış başlayıb. Artıq 10 gündür Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yerli şöbələrində gənclər müayinə olunur, həqiqi hərbi xidmətə göndərilirlər. Gələn məlumatlar onu deməyə əsas verir ki, SHXÇDX yarananda ona olan ümidlər artıq puç olub. General Arzu Rəhimovun rəhbərlik etdiyi qurum vərəmli və psixi xəstələri orduya göndərir. “Hürriyyət” qəzeti yazır ki, müayinədən keçən kasıb övladlarında xəstəlik tapıldığı halda buna göz yumulur, onlar xəstə olmayan varlı övladlarının əvəzinə hərbi xidmətə göndərilirlər. Qəzet iyulun 1-dən 10-na kimi hərbi xidmətə göndərilən və vərəm aşkarlanıb geri qaytarılan gənc əsgərlərin siyahısını da təqdim edib: 1. Məmmədov Tural Habil oğlu 03.07.2013 SHXÇDX- nin Qobustan şöbəsi 2. Əzizov Nəcməddin Cəfərəddin oğlu 03.07.2013 SHXÇDX-ni...