Azərbaycan türkçülüyü ideyası - I

A A A
Azərbaycan türkçülüyü ideyası - I
 05.05.2012, 17:01

Faiq Ələkbərov (Qəzənfəroğlu)
AMEA Fəlsəfə, Sosiologiya və Hüquq
İnstitutunun böyük elmi işçisi, fəlsəfə üzrə
fəlsəfə doktoru 

Mədəni türkçülük və Abbasqulu Ağa Bakıxanovun milli «Tarix»i
Bizə elə gəlir ki, bu gün Azərbaycan xalqının böyük əksəriyyətini təşkil edən və daha çox «azərbaycanlı» anlayışı ilə tanınan Azərbaycan türklərinin bir millət kimi formalaşması və özünü təsdiq etməsi məsələlərinin tarixi-fəlsəfi yöndən araşdırılmasına ciddi ehtiyac var. Belə ki, digər azsaylı etnik qruplardan (talış, ləzgi, tat və b.) fərqli olaraq Azərbaycan türklərinin xeyli bir qismi öz etnik mənsubiyyətini (türklyünü) və milli dillini (türk dilini) ifadə etməkdə çətinlik çəkirlər. Şübhəsiz, bunun bir sıra subyektiv və obyektiv səbəbləri vardır.
Fikrimizcə, bu cür obyektiv və subyektiv səbəblər arasında ən mühüm olanı bu günə qədər milli və gerçək tarixin, ədəbiyyatın, fəlsəfənin və s. yazılmamasıdır. Bu cür dərsliklər və əsərlərin yoxluğu bir dövründə yeni yetişən nəslə çatdırılan biliklərin yarımçıq və qarışıq olması da bir faktdır. O da, bir gerçəklikdir ki, bu gün Azərbaycan təhsili əsasən, böhran içindədir. Bu böhranın ən pik nöqtəsi isə buradakı milli ruh yoxsulluğudur. Başqa sözlə, hazırkı Azərbaycan təhsilin də milli özünüdərk, milli özünütəyin, milli özünütəsdiq və s. ya yoxdur, ya da çox qarışıq, xaotik bir şəkildədir. Buna bariz nümunə kimi, bir qayda olaraq Təhsil Nazirliyi və TQDK arasında olan qovğaları və onların bir-birlərinə qarşı sürdükləri ittihamları göstərə bilərik. Şübhəsiz, təhsildəki milli ruh yoxsulluğu bu gün yetişən gənc nəslin hansı səviyyədə olmasının ən bariz nümunəsidir.
Hər bir milləti yaşadan və onun varlığını təsdiq edən milli ideyadır. Milli ideyanın son nöqtəsi isə milli və müstəqil dövlətin yaranmasıdır. Əgər biz Azərbaycan türkçülüyü ideyasını (Azərbaycan milli ideyasını) doğru şəkildə mənimsəsək, dünya xalqları arasında milli varlığımızı sona qədər sürdürmək çətin olmaz. Ancaq bu cür mənəvi-ideoloji məsələlərlə uğraşan bir şəxs kimi hesab edirik ki, milli kimliyini, milli dilini, milli mədəniyyətini, milli tarixini və s. vaxtında və obyektiv şəkildə qavramayan, dərk etməyən bir millət, bir toplum üçün dünya millətləri arasında özünü ifadə etmək isə çətin olar. Bu baxımdan öncəki yazılarımızın da tərkib hissəsi olaraq, Azərbaycan türkçülüyü ideyasının yaranması və inkişaf mərhələlərinə tarixi-fəlsəfi yöndən yanaşmağı zəruri hesab edirik. Bu zərurətin nəticəsi olaraq «Azərbaycan türkçülüyü ideyası» başlıqlı silsilə məqalələrimizi oxucuların diqqətinə çatdırmaq qərarına gəlmişik.
Fikrimizcə, Azərbaycan türkçülüyünün yaranması və inkişafı bütövlükdə üç mərhələdən: 1) mədəni türkçülük (dil, ədəbiyyat, tarix və s. sahələrdə türkçülük); 2) siyasi-ideoloji türkçülük (Türk birliyi, Turan birliyi və s.); 3) milli-etnik türkçülük  (Türkiyə türkçülüyü, Azərbaycan türkçülüyü, Türküstan türkçülüyü və s.) keçmişdir.
Türkçülüyün ilk mərhələsi olan mədəni türkçülüyün yaranmasına başlıca səbəb 18-ci əsrdən başlayaraq müsəlman dövlətlərinin, o cümlədən Osmanlı və Səfəvilər kimi türk imperiyalarının Avropa dövlətləri ilə müqayisədə elm və təhsil, texnoloji və başqa sahələrdə geri qalması, get-gedə tənəzzülə uğraması idi. 19-cu əsrdən etibarən türk ziyalıları bundan çıxış yolu axtarmağa başlamış və belə nəticəyə gəlmişlər ki, tənəzzüldən qurtulmaq üçün yalnız Avropa mədəniyyətini, texnologiyasını təqlid və s. yetərli ola bilməz. Bu baxımdan, onlar bir millət üçün vacib olan soykök, dil, mədəniyyət, tarix və s. məsələləri tədqiq etməyə başlamış, bununla da türkçülüyün ibtidasını, yəni mədəni türkçülüyün əsasını qoymuşlar. Mədəni türkçülük ilk dövrlərdə, bütün türk coğrafiyasında bir-birindən xəbərsiz şəkildə yaransa da, çox keçmədən ümumtürk mədəniy­yətini, ədəbiyyatını, dilini və s. hədəfləmişdi. Beləliklə, türk coğrafiyasını özündə əhatə edən mədəni «Türk birliyi», hətta «Turan birliyi» meydana çıxmışdı.
Azərbaycanda mədəni türkçülüyün meydana çıxması yeniləşmənin, maarifçiliyin və ilkin islama qayıtmanın təsiri altında XIX əsrin ikinci yarısında başlamışdır. Fikrimizcə, XIX əsrdə A.A.Bakıxanov, M.Kazımbəy, M.F.Axundzadə, H.Zərdabi və b. mədəni türk­çü­lüyün Azərbaycanda ilk nümayəndələri olmuşlar.
Çar Rusiyasının Azərbaycan türklərinin soykökünü, dilini, mədəniyyətini, tarixini saxtalaşdırmaq niyyətini ilk dəfə Abbasqulu Ağa Bakıxanov anlamış və millətini gözləyən böyük təhlükəni, yəni milli mənşəyin, dilin və mədəniyyətin assimilyasiya edilməsini görərək «Gülüsta­ni-İrəm» adlı milli ruhlu tarixi əsərini yazmışdır. Hər halda, 19-cu əsrin əvvəllərində vətəninin çar Rusiyası tərəfindən işğalı, işğaldan sonra digər millətlərlə müqayisədə Qafqaz türklərinə qarşı ayrı-seçkiliyi, eyni zamanda erməni, gürcü və b. xalq­ların alimlərinin öz millətləri uğrunda apardıqları milli mübarizə A.A.Bakıxanovu türk millətinin «Tarix»ini yazmağa sövq etmişdir. O, açıq şəkildə göstərir ki, yalnız «Tarix» vasitəsilə hər bir xalq etnoqrafiyasını, adət-ənənələrini, milli xüsusiyyətlərini öyrənir və keçmişi haqqında məlumat əldə edir.
Fikrimizcə, A.A.Bakıxanovun «Tarix»i milli «Tarix»dir və burada öz əksni tapan bilgilər Azərbaycan xalqının milli özünüdərkinə hesablanmışdır. Bu kitabla dərindən tanış olan hər bir kəs anlaya bilər ki, bu əsər «Gülüstani-İrəm» adlanıb, özü də ilk baxışda Şirvan və Dağıstan xalqlarının tarixindən bəhs edəcək təsiri bağışlasa da, əslində bu «Tarix» Qafqaz türklərinin, o cümlədən Azərbaycan türklərinin tarixidir. Eyni zamanda hiss olunur ki, burada yalnız quru bir «Tarix» yazılmamış, həm də Azərbaycan türklərinin milli mənəvi dəyərlərinin tarixi və mədəni irsi - türklərin soykökü, dili, mədəniyyəti, dövlətçi­li­yi, coğrafiyası, etnoqrafiyası və s. öz əksini tapmışdır. Demə­li, Bakıxanov bu əsərində tarixçiliyi ilə bərabər millə­tini, vətənini sevən və onu təbliğ edən bir ideoloq kimi çıxış etmişdir. A.A.Bakıxanovu özündən əvvəlki yerli tarixçilər­dən fərqləndirən başlıca cəhətləri də məhz bunda axtarmaq la­zımdır. Bu mənada, A.A.Bakıxanov «Gülüstani-İrəm» ta­ri­­xi əsəri ilə Qafqaz və Azərbaycan türklərinin həyatında yen­­i bir səhifə açmışdır. Biz heç də o fikirdə deyilik ki, Azər­bay­canın tarixini ilk dəfə A.A.Bakıxanov yazıb. Hər halda elm aləminə məlumdur ki, XIII əsrdə yaşamış Əbülhica Əl-Rəvvadinin Azərbaycan tarixinə dair «Tarixi Azərbaycan» adlı əsəri olmuşdur, lakin bu əsər tapılmamışdır. Bu mə­na­da Z.Bünyadov haqlı olaraq yazır ki, A.A.Bakıxanov Azər­bay­can elmi tarixşünaslığının banisi, onun Gülüstani-İrəm» əsəri isə akademik planlı ilk monoqrafik tədqiqatdır.
Bizə elə gəlir ki, A.A.Bakıxanov milli çalarları gizlətmək naminə bu əsərinə belə bir rəmzi ad, yəni «Gülüstani-İrəm» adını vermişdir. Əslində isə onun niyyəti rus, erməni, gürcü, fars və b. xalqların tarixçilərinə Azərbay­can türklərinin bu ərazinin aborigen milləti və vaxtilə bu­ra­da yaranmış dövlətlərin də türk dövlətləri oldu­ğu­nu bir daha göstərmək olmuşdur. Xüsusilə, bu bölgədə erməni­lə­rin, gürcülərin və b. xalqların bir-birinin ardınca milli ruhda tarixi, coğrafi əsərlər yazması A.A.Bakıxanovda da milli hissləri oyatmış, öz xalqının tarixini, mədəniyyətini və onla­rın inkişaf dinamikasını tədqiq etmişdir. Görünür, A.A.Ba­kı­xanov artıq öz dövründə türklərə bəzi qonşu xalqların, o cümlədən ermənilərin mənfur niyyətini də duy­muş və buna uyğun olaraq da Şirvan və Dağıstan xalq­la­rı­nın tarixi adı altında, Qafqaz və Azərbaycan türklərinin, bütövlükdə isə, bu bölgəyə aid olan bütün türk etnoslarının tarixini, etnoq­rafiyasını, dövlətçilik ənənələrini və mədəni irsini qələmə almışdır. Bu baxımdan A.A.Bakı­xanovun Qafqaz, o cüm­lə­dən Azərbaycan türklərinin tarixinə həsr edilmiş bu əsəri, indiyə qədər yazılmış bir çox tarixi əsərlərdən daha obyektiv, daha sanballı və daha qiymətlidir. Hər halda A.A.Bakıxanov bugünkü bəzi «tarixçilərimizin», «alimlərimizin» dolaşıq, qarmaqarışıq tarixindən daha aydın və obyektiv bir tarix yazmışdır; baxmayaraq ki, o, çar Rusiyasının əsarəti altında olan bir ölkədə yaşamış və ondan sonrakı dövrlərdə aşkar­la­nan bir çox mənbələr və abidələr onun əlində olmamışdır. Çox təəs­süflər olsun ki, A.A.Bakıxanovda olan milli ruhu indi adı­nı ziyalı, alim, tarixçi, filosof, filoloq, politoloq və s. adlanan bir çox tədqiqatçılarda görə bilmirik.
Ümumiyyətlə, fikrimizcə yeni dövrdə A.A.Bakıxanov milli ideologiyamızın, Azərbaycan ideologiyasının ilk nüma­yəndəsidir. Çağdaş anlamda ilk millilik, milli özünüdərk, milli özünəməxsusluq və s. keyfiyyətlər A.A.Bakıxanovda özünü büruzə vermişdir. Əgər kimlərsə iddia edirsə ki, milli ideologiyanın başlanğıcı, ilkin mərhələsi M.F.Axundzadə ilə başlayır, bu bir qədər mübahisəlidir. Doğrudur, M.F.Ax­und­zadə Azərbaycan fəlsəfə və ictimai-siyasi fikir tarixinə bir sıra reformaları (ilk dəfə Şərq dünyasında Avropa üslubun­da türkcə komediyalar yazmış, ərəb əlifbasının də­yi­şil­mə­si və latın əlifbasına keçilməsi təklifini irəli sürmüş, «mil­lət» sözünü siyasi-ideoloji mənada işlətmiş, konsti­tusiyalı dövlət ideyasını müdafiə etmiş və s.) daxil olmuşdur. Ancaq apardığımız tədqiqatlar əsasında belə bir nəticəyə gəlmişik ki, M.F.Axundzadədən öncə və ondan fərqli ola­raq yalnız qiyabi deyil, əyani şəkildə Qərb dünyası ilə yaxından tanış olan A.A.Bakıxanov öz dövrünün, XIX yüzilliyin ilk milli ideoloqu və milli maarifçisidir. Şübhəsiz, burada «milli ideoloq» və «milli maarifçi»lik nisbi xarakter daşıyır. Çünki bu anlayışlar ilk növbədə yeni dövrün, kapitalist münasibət­lərinin mövcudluğu şəraitində meydana çıxmışdır. Biz də, bu mənada A.A.Bakıxanovu ilk milli ideoloq və milli maarifçi hesab edirik.

Digər məqalələr

Biz kimin varisiyik: Milli Azərbaycanın, yoxsa Sovet Azərbaycanın? (05.05.2012, 17:01)
Azərbaycanda «Türk dili»nin əcnəbləşdirilməsi siyasətinin gizlinləri… (05.05.2012, 17:01)
İran Azərbaycanda 20 ildir nə axtarır: əmin-amanlıq, yoxsa anarxiya? (05.05.2012, 17:01)
Demokrat, patriot, türkçü, maarifçi - mənəviyyatımızın və ruhumuzun heykəli (05.05.2012, 17:01)
İstiqlal abidəsi - kiçik bir meydançaya sığışdırılan millət… (05.05.2012, 17:01)
Milli tarixi yarımçıq yazılmış millət… (05.05.2012, 17:01)
Türklərin Yaz bayramı necə Novruza çevrildi? (05.05.2012, 17:01)
Azərbaycan və Türkiyə: tək millət, tək bayraq, tək dövlət… (05.05.2012, 17:01)
Türk Cümhuriyyətinə nədən «Azərbaycan» adı verildi? (05.05.2012, 17:01)
Azərbaycan bayrağının mənəvi-ideoloji mənası - BUNLARI BİLMƏK MARAQLIDIR (05.05.2012, 17:01)
Türkçülük: Azərbaycan və Türkiyə türklərinin vahid milli ideyası (05.05.2012, 17:01)
Azərbaycanın türksüzləşdirilməsi kimlərin marağındadır? (05.05.2012, 17:01)
Azərbaycan türkçülüyü ideyası - II (05.05.2012, 17:01)
Azərbaycan türkçülüyü ideyası -III (05.05.2012, 17:01)
Azərbaycan türkçülüyü ideyası - IV (05.05.2012, 17:01)
Azərbaycan türkçülüyü ideyası - V (05.05.2012, 17:01)
Azərbaycan türkçülüyü ideyası - VI (05.05.2012, 17:01)
Azərbaycan türkçülüyü ideyası - VII (05.05.2012, 17:01)
Azərbaycan türkçülüyü ideyası - VIII (05.05.2012, 17:01)
Azərbaycan türkçülüyü ideyası-IX (05.05.2012, 17:01)
Azərbaycan türkçülüyü ideyası - X (05.05.2012, 17:01)
Azərbaycan türkçülüyü ideyası - XI (05.05.2012, 17:01)
Azərbaycan türkçülüyü ideyası - XII (05.05.2012, 17:01)
Azərbaycan türkçülüyü ideyası - XIII (05.05.2012, 17:01)
Azərbaycan türkçülüyü ideyası - XIV (05.05.2012, 17:01)
Azərbaycan türkçülüyü ideyası - XV (05.05.2012, 17:01)
Azərbaycan türkçülüyü ideyası - XVI (05.05.2012, 17:01)
Azərbaycan türkçülüyü ideyası - XVII (05.05.2012, 17:01)
Azərbaycan türkçülüyü ideyası - XVIII (05.05.2012, 17:01)
Azərbaycan türkçülüyü ideyası - XIX: Əhməd Cəfəroğlu (05.05.2012, 17:01)
Azərbaycan türkçülüyü ideyası - XX (05.05.2012, 17:01)
Azərbaycan türkçülüyü ideyası - XXI - Yusif Çəmənzəminli (05.05.2012, 17:01)
Azərbaycan türkçülüyü ideyası - XXII - Əbdürrəhman Fətəlibəyli-Düdənginski (05.05.2012, 17:01)
Azərbaycanda türk dili hansı statusa malikdir? (05.05.2012, 17:01)
Azərbaycan türkçülüyü ideyası – XXIII - Hüseyn Baykara (05.05.2012, 17:01)
Azərbaycan türkçülüyü ideyası – XXIV- Əlabbas Müznib (05.05.2012, 17:01)
Türk-milli azərbaycançılığı və sovet-kosmopolit azərbaycançılığı (05.05.2012, 17:01)
Azərbaycan türkçülüyü ideyası - XXV: Bəxtiyar Vahabzadə (05.05.2012, 17:01)
Nizami Gəncəvinin irsində türklük və islamlıq (05.05.2012, 17:01)
Azərbaycan türkcəsindəki ilk Quranı Osmanlı sultanına təqdim edən azərbaycanlı (05.05.2012, 17:01)
Türk dili Azərbaycan dilinə necə çevrildi? (05.05.2012, 17:01)
Türk dili Azərbaycan dilinə necə çevrildi? - II yazı (05.05.2012, 17:01)
Türk dili Azərbaycan dilinə necə çevrildi? - III yazı (05.05.2012, 17:01)
Milli ideologiya probleminə ikili baxış: milli və kosmopolit - I yazı (05.05.2012, 17:01)
Milli ideologiya probleminə ikili baxış: milli və kosmopolit - II yazı (05.05.2012, 17:01)
Milli ideologiya probleminə ikili baxış: milli və kosmopolit - III yazı (05.05.2012, 17:01)
Milli ideologiya probleminə ikili baxış: milli və kosmopolit - IV yazı (05.05.2012, 17:01)
Milli ideologiya probleminə ikili baxış: milli və kosmopolit - V yazı (05.05.2012, 17:01)
Turan yolçusu Əhməd Cavad: «Turan öylə bir müqəddəs Kəbədir ki» (05.05.2012, 17:01)
Azərbaycan mühafizəkarları və «ittihadçı»ların «islam birliyi» ideyası (05.05.2012, 17:01)
Türkçülük və azərbaycançılıq: alternativlik, yoxsa eynilik? (05.05.2012, 17:01)
Türkçülük və azərbaycançılıq: alternativlik, yoxsa eynilik? II Yazı (05.05.2012, 17:01)
Novruz barədə bilmədiklərimiz... (05.05.2012, 17:01)
“Yazıq və bədbəxt millət”in 31 mart və 26 fevral günahları… (05.05.2012, 17:01)
Milli dil məsələsi: Türk dili, yoxsa Azərbaycan dili? (05.05.2012, 17:01)
Türkiyədə «Azərbaycan variantı» baş tutacaqmı? (05.05.2012, 17:01)
Türkçülüyü azərbaycançılığa qarşı qoyanlar… (05.05.2012, 17:01)
«Azəriçilik» nəzəriyyəsi (05.05.2012, 17:01)
Azərbaycançılıq türkçülükdən ayrı tutula bilməz… (05.05.2012, 17:01)
Azərbaycanda milli əlifba probleminin ideoloji yönləri - I yazı (05.05.2012, 17:01)
Azərbaycanda milli əlifba probleminin ideoloji yönləri - II yazı (05.05.2012, 17:01)
Azərbaycan xalqı mədəniyyətə qarşı təcavüzün sancılarını çəkir (05.05.2012, 17:01)
Cəfər Cabbarlının Elxanı və Məhəmməd Əmin Rəsulzadə (05.05.2012, 17:01)
Niyə sadəcə deyə bilmirsən ki, mən türkəm? (05.05.2012, 17:01)
100 il öncə Azərbaycanda Ramazan (05.05.2012, 17:01)
«Birləşəlim, türk oğlu, bu yol millət yoludur» (05.05.2012, 17:01)
«İndi naxoşdu-milləti-İslam» (05.05.2012, 17:01)
«İttihadçı» və türkçü Sultan Məcid Qənizadə (05.05.2012, 17:01)
«Osmanlıcadan türkə tərcümə» nə deməkdir?!. (05.05.2012, 17:01)
«Özü türk oğlu türk, amma deyir türki cəhalətdir» (05.05.2012, 17:01)
«Nə qədər dolandım Turan elini» (05.05.2012, 17:01)
«Türk milləti, türk ölkəsi, türk dili» (05.05.2012, 17:01)

Комментарии

Популярные сообщения из этого блога

Глава четвертая Служба пограничных нарядов

Наставление по охране государственной границы (пограничный наряд)

Глава вторая Основы охраны государственной границы пограничными нарядами