Сообщения

Сообщения за июля 3, 2016
Изображение
Astrofizik Cəfər Quluzadə: “Quran Məhəmməd peyğəmbərin öz zəkasının məhsuludur” Açıqlama   Bu Gün, 03:06   Baxış: 7 663     Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasının müdiri, professor Cəfər Quluzadə ilə müsahibəni təqdim edirik. - İlk sualımı belə qoyacağam. Tez-tez eşidirik ki, kainat nizamlıdır. Kainat həqiqətənmi nizamlıdır, yoxsa keşməkeşlə doludur, xaotikdir? - Kainatda ümumi bir nizam var. Ancaq kainat heç zaman sabit deyil, sakit şəkildə bir yerdə durmur. Orada hər şey hərəkətdədir. Ulduzlar, ulduz topaları, qalaktikalar - hamısı hərəkətdədir. Kainat bütövlükdə genişlənməkdədir. Son zamanlara qədər belə güman edilirdi ki, kainatda genişlənmə zəifləyib. Amma son elmi araşdırmalar göstərib ki, genişlənmədə zəifləmə yoxdur. - Bu genişlənmə nə zamana qədər davam edəcək? Bizi nə gözləyir?  - Çox mürəkkəb məsələdir. Buna birmənalı cavab vermək çətindir. İnsan zəkası kainatı müəyyən sərhədə qədər dərk edə bilir. Məsələn, biz s