Azərbaycanın sahilyanı şəhərlərinin birində
…Azərbaycanın sahilyanı şəhərlərinin birində baş vermiş güclü zəlzələ sakinlərin adi həyat ritmini pozur. Təbii fəlakət zamanı şəhərdəki məscidin qərb divarı uçur və bu səbəbdən məscid bağlanır. Nəticədə yerli sakinlər qəzəblənirlər və iğtişaşlar başlayır. Onlar öz aralarında dalaşırlar və aydınlaşdırmağa çalışırlar ki, məscidin bağlanmasından sonra harada namaz qılmaq olar. Və bu vəziyyətdə onların yaxınlıqdakı məscidlərə köçürülməsi məsələsi gündəmə gəlir… Yəqin ki, bu sətirləri oxuyanlar belə ağlasığmaz əhvalatın nə vaxtsa Azərbaycanda baş verdiyinə heç vaxt inanmazlar. Üstəlik bu əhvalatın hansısa kinodan götürüldüyünü də ağıllarına gətirməzdilər. Axı Azərbaycan kimi ölkədə zəlzələdən dağılan məscidin bağlanmasından sonra məscid üstündə dalaşan sakinləri uydurmaq hansı sarsaq ssenaristin ağlına gələ bilərdi? Lakin belə görünür ki, bu cür sarsaq ssenarini yazanlar var. Özü də onlar kino rejissorları yox, Amerika ordusunun Mülki İşlər və Psixoloji Əməliyyatlar Komandanlığı...