«Türk qanı təmizliyini mühafizə etmək hər bir azəri türkünün müqəddəs borcudur»
Azərbaycan
mühacirətinin ən tanınmış nümayəndələrindən biri də, Almaniyada
yaradılmış Azərbaycan Milli Birlik Məclisinin rəhbəri, eyni zamanda
Azərbaycan legionunun komandiri və «Azadlıq» radiosu «Azərbaycan»
redaksiyasının baş redaktoru Əbdürrəhman Fətəlibəyli-Düdənginski
(1908-1954) olmuşdur. 1940-1960-cı illərdə Almaniyada bolşevizmə qarşı
bir tərəfdən ictimai-siyasi fəaliyyətlə məşğul olan Düdənginski digər
tərəfdən isə ideoloji-fəlsəfi savaş aparmış və Azərbaycan türkçülüyü
idyeasını yaşatmağa çalışmışdır. Bu məqsədlə 2-ci Dünya Müharibəsi
illərində (1939-1945) yaranmış Azərbaycan Milli Birlik Məclisinin
rəhbəri vəzifəsinə seçilən Düdənginski, Almaniyanın SSRİ üzərində qələbə
əldə edəcəyi təqdirdə Azərbaycanın müstəqillik qazanacağına inanmışdı.
Düdənginski
özü də sonralar yazırdı ki, həmin dövrdə bu təşkilat təsadüfən
yaranmamışdır. «Milli Birliy»in yaranmasına başlıca səbəb Azərbaycan
Sovet Rusiyası tərəfindən işğal olduqdan sonra ən çox təcavuzə uğraması,
yəni milli mənsubiyyəti, milli dili və tarixi tamamilə saxtalaşdırılmış
yeganə millət olması olmuşdur. Əbdürrəhman bəy yazır: «Tarixin bəzi
saxtakarlarının bu cür «səylərinə» görə Azəri türkləri Qafqazda yad xalq
kimi hesab olunurdular və buna görə də, bütün xalqlar öz əsil adları
ilə tanınanda bizə əmr olundu ki, «azərbaycanlı» adlanaq. Bütün xalqlar
öz rəmzlərindən istifadə edə bildiyi halda, bizə əmr olunmuşdu ki, türk
rəmzi olan ulduz və ayparanı ləğv edək. Heç kimin ixtiyarı yox idi ki,
«türk» və «müstəqillik» sözündən istifadə etsin».
Bu baxımdan
Almaniyanın yardımı ilə Azərbaycanı yenidən azad etmək üçün əvvəlcə
Azərbaycan Qərargahı, daha sonra Azərbaycan Milli Birlik Məclisini
yaratdıqlarını deyən Düdənginski yazır: «Qərargah öz işi ilə yanaşı, ilk
siyasi tələblərini bildirdi:
1) Azərbaycan rəmzlərinin bərpası (burada Almaniyanın digər dövlətin rəmzini dəyişdiromək hüququ nəzərdə tutulurdu)
2) Milli
adın bərpası (nəzərdə tutulurdu ki, «azərbaycanlı milləti» yoxdur
«Azəri türkü» var. Və alman hakimiyyəti bizi «azərbaycanlı» adlandırmağa
məcbur etməklə Stalinin siyasətini davam etdirir)».
Düdənginski
yazır ki, əsas məqsədlərindən biri azərbaycanlıları yenidən türkə
çevirmək və rəmzlərini bərpa etmək idi. Bunun üçün Azərbaycanın milli
maraqları müəyyənləşdirilməli və milli iradəsi nümayəiş etdirilməli idi:
«Bütün bunlar Azərbaycanın təşkilat və hissələrinin nümayəndələrinin
iştirakı ilə qurultayın çağırılmasına gətirib çıxartdı ki, birləşək və
dünyaya eşitdirək ki, biz Azəri türkləri vətənimizin müstəqilliyi
uğrunda mübarizə aparırıq və öz qanımızla bir ağanın digəri ilə əvəz
olunmasına imkan vermək fikrində deyilik».
Beləliklə, 1943-cü il
noyabrın 6-11-də «Milli Birliy»in təşəbbüsü ilə Milli Azərbaycan
Qurultayı keçirilmiş və həmin qurultayda Düdənginski məruzə ilə çıxış
etmişdir: «Biz çar valilərinə, bolşevik əsarətinə dözmədiyimz kimi, hər
hansı bir millətin hakimiyyətinə də dözməyəcəyik. Azərbaycanı
azərbaycanlılar idarə etmiş və yenə onlar idarə edəcəkdir».
Düdənginski,
məruzəsində daha sonra qeyd etmişdir ki, «Milli Birliy»in əsas məqsədi
bolşevizmin məhv edilməsi və Azərbaycanın müstəqilliyidir. Azərbaycan
müstəqillik əldə etdikdən sonra milli mədəniyyət və milli dil-türk dili
bərpa olunacaq, Milli Akademiaya yarıdılacaq və sinfi mübarizə son
veriləcəkdir: «Yeni Azərbaycanda daxili münaqişələrə, sinfi müharibələrə
yer ola bilməz. Biz yol verə bilmərik ki, Yeni Azərbaycanda köhnə
hadisələrin hesabğı aparılsın. Biz xalqımızın gücünü bu cür dağıdıcı işə
sərf edə bilmərik. Xalqın bütün enerjisi yaradıcı, mədəni işə
istiqamətləndiriləcək. Tam sərbəstlik yaratmaq və işləmək imkanı
bolşeviklərin dövründə kim olmasına baxmayaraq, hər bir azərbaycanlıya
veriləcək. Yeni Azərbaycanda bir-birilə mücadilə aparan siniflər ola
bilməz. Vahid zəhmətkeş Azərbaycan xalqı olacaq. Biz Azərbaycanda
yaşayan digər millətlərin zəhmətkeşlərinə qonaqpərvər münasibət
bəsləyəcək, təki onlarda bizimlə çalışmaq həvəsi olsun».
Dünyaya
milli mənsubiyyətlərini «azəri türkü» kimi qələmə verən «Milli Birliy»in
rəhbərləri başda Düdənginski olmaqla Almaniyadan Azərbaycanın
müstəqilliyini tanıması tələbi ilə də çıxış etmişlər. O yazır: «Biz
Azəri türkləri Alimaniyanı və alman xalqını tanıyırdıq və tanıyırıq.
Bizim üçün onun dövlət idarəçilik formasının heç bir əhməiyyəti yoxdur,
bu alman xalqının daxili məsələsidir. Bu zaman Milli sosialist
hakimiyyəti alman xalqını təmsil edirdi və hətta Mili sosialist
nəzəriyyənin yaradıcısı filosof Reyxkansler A.Rozenberq bizi qəbul etdi.
Müstəqilliyimizin imperiyanın dağılmasından 1-2 ay əvvəl qəbul olunması
böyük əhəmiyyət daşımır. Əsas odur ki, bu Azərbaycan xalqının öz
oğullarının qanı və fəaliyyəti hesabına əldə etdtiyi dəyərli
nailiyyətdir. Əgər Milli Sosisalist Almaniyası Azərbaycanın
müstəqilliyini tanıdısa, heç bir şübhə yoxdur ki, demokratik dövlətlər
bəşəriyyətə bolşevizmə qarşı mübarizə ilə xidmət etmiş Azərbaycanı heç
bir tərəddüsüz qəbul edəcəklər».
Dudənginski Milli Birliyin
varlığını Azərbaycan milli idyeasının varlığı kimi qəbul edirdi: «Bizim
üçün Milli Birlik hər şeydən üstündür, xüsusilə də: partiya, qrup,
sinif, qohum, qəbilə maraqlarından. Çünki Milli Birlik müstəqillikdir.
Bizim heç birimiz ayrı-ayrılıqda və yaxud partiya və qrup şəklində həmin
şəraitdə heç nə edə bilməzdik, bütün gücümüzü birləşdirərək Vətənimizin
bayrağını yüksəklərə qaldırdıq». O, Azərbaycanın milli varlıq
ideyasını belə ifadə edirdi: «İndiki görünməmiş müharibədə biz öz
sevimli Azərbaycanımızın azadlığı və xalqımızın ölüm fəlakətindən xilas
edilməsi uğrunda mübarizə edirik. Arzumuz türk kültürümüzü, adət və
ənənlərimizi mühafizə edə bilmək, türk qanımızı saxlamaqdan ibarətdir».
Hətta, o, bu məqsədlə rəhbərlik etdiyi təşkilatın adından soydaşlarının
türk qızları ilə deyil, əcnəbilərlə ailə qurulmasını qadağan etmişdir:
«Türk qanı təmizliyini mühafizə etmək hər bir azəri türkünün müqəddəs
borcudur».
Müharibədən sonrakı illərdə Almaniyada-Münhendə
ictimai-siyasi fəaliyyətini davam etdirən Düdənginski burada nəşr olunan
«Azərbaycan» (1951) jurnalının və «Azadlıq» radiosunun «Azərbaycan»
redaksiyasının (1953-1954) redaktoru olmuşdur. O, müharibədən sonrakı
illərdə də Azərbaycan milli ideyasını müdafiə etmişdi: «İndi isə biz
yalnız ona görə yaşayırıq ki, yenidən silahı əlimizə alaq və bütün
xalqımızla birgə bolşevizmə qarşı azadlıq, müstəqillik, demokratiya və
bütün Yer kürəsində əbədi sülh uğrunda mübarizə aparaq!
Böyük Tanrım, Böyük Tanrım!
Sən bizim qanımızı yerdə qoyma!».
Qeyd
edək ki, Əbdürrəhman bəy SSRİ casuslarının əli ilə qətlə yetirilmiş
şəhid övladlarımızdan biridir. Onun dəfn mərasimində Azərbaycan
Cümhuriyyətinin banisi və ideoloqu, türk millətinin böyük oğlu Məhəmməd
Əmin Rəsulzadənin dediyi sözlər çox dəyərlidir. Rəsulzadə öncə
xatırladır ki, 2-ci Dünya müharibəsi illərində (1943-cü ildə) almanların
təklifi ilə, Azərbaycan Milli Komitəsinin başçısı sifəti ilə Almaniyada
olmuş və onlarla Azərbaycan-Almaniya məsələlərini müzakirə etmişdir.
Rəsulzadə Almaniyda olduğu dövrdə Düdənginski ona məktub yazaraq, Milli
Komitənin yaranmasından dolayı sevincini ifadə etmişdir: «Mərhaba, çox
möhtərəm Məhəmməd Əmin! Əziz yurdumuz Azərbaycanın yorulmaz hürriyyət
mücahidi olan Sizi cəbhədəki bütün əsgərlərimiz adına salamlayıram».
Rəsulzadə
bildirir ki, Azərbaycan Milli Komitəsi hitlerçi almanlara məqsəd və
məramlarını anlada bilməmişdir. Çünki Hitler heç bir komitəni
tanımadğını bəyan etmiş və «Rabitə Heyətlərinin» qurulmasını əmr
etmişdir. Azərbaycan «Rabitə Heyətinin» başına isə Düdənginski
gətirilmişdir. Rəsulzadə daha sonra deyir ki, iş bu hala gəlincə, mayor
Fətəlibəyliyə uğur diləyərək milli ideyalara sadiq qalacağı müddətdə,
onu mənən müdafiə edəcəyini bəyan etmişdir.
Rəsulzadə hesab edir
ki, Fətəlibəyli Milli Qurultay çağıraraq Milli Birlik məclisini
yaradarkən də milli ideyalara sadiq qalmışdır: «Mərhum hərarətli bir
vətənsevər və atılqan bir mücahiddir. Bildiyimiz fəaliyyət sahəsinə hələ
atılmadan, cəbhədə adı duyulmayan bir əsgər ikən, hadisəlrin axarı ilə
üzə çıxan hissiyyatı onun səmimi bir vətənsevər olduğunu göstərir». Bu
fikirlərinin yekunu olaraq Rəsulzadə sonda bildirir ki: «Qurtuluşu
həyata keçiriləcək hürr və müstəqil vətəndə adları şan və şərəflə
anılacaq qurbanlar arasında indi xatirəsini andığımız mərhum da
olacaqdır».
Bizə elə gəlir ki, Rəsulzadənin Düdənginski haqqında
dediyi dəyərli sözləri bu günümüz üçün nəinki aktuallığını itirməmiş,
əksinə bu cür şəhid ölvdlarımızın yad edilməsi baxımından çox böyük
əhəmiyyət kəsb edir. Bu baxımdan Düdgənginski abidəsi Azərbaycanın hər
bir guşəsində həm mənəvi, həm də maddi baxımdan ucaldılmalıdır.
Комментарии
Отправить комментарий