Azərbaycanın daxili işlər naziri
Azərbaycanın daxili işlər naziri anasının qatilini niyə bağışladı? - GİZLİ TARIX 18.04.2013, 16:31 1978-ci il iyunun 30-da Azərbaycanda törədilən bu hadisə bütün SSRİ-ni silkələmişdi. Azərbaycan SSR Ali Sovetinin deputatı, respublika daxili işlər naziri general-leytenant Arif Heydərovun xidməti kabinetində güllələnməsi sülhün və əmin-amanlığın carcısı missiyası ilə çıxış edən, eyni zamanda Qərb dövlətlərilə “soyuq müharibə” aparan Sovet İttifaqına başucalığı gətirə bilməzdi. Arif Heydərovla birgə kabinetdə olan müavini, general Səlahəddin Kazımov və köməkçisi – podpolkovnik Əziz Səfixanov da qətlə yetirilmişdi. Bu nə terror idi, nə də dövlət çevrilişinə cəhd. Şuşa həbsxanasının zabiti Ziya Muradovun törətdiyi bu hadisə ilə bağlı təfərrüatlar sonralar açıqlansa da, sözügedən olay zaman-zaman xırdalanıb və hər dəfə fərqli prizmalardan izah olunub. Modern.az saytının məlumatına görə, Azərbaycanın daxili işlər naziri Arif Heydərovun qətlə yetiri...