Azərbaycan türkçülüyü ideyası - XXV: Bəxtiyar Vahabzadə

Azərbaycan türkçülüyü ideyası - XXV: Bəxtiyar Vahabzadə
 14.11.2012, 10:13

Faiq Ələkbərov (Qəzənfəroğlu)
AMEA Fəlsəfə, Sosiologiya və Hüquq
İnstitutunun böyük elmi işçisi, fəlsəfə üzrə
fəlsəfə doktoru

Şairin yaradıcılığında milli istiqlal və milli dil məsələsi

Sovetlər Birliyi dövründə (1920-1991) milli məsələ ilə bağlı əsas problemlərdən biri də beynəlçiləçilik-mərkəçziçlik adı altında milli mədəniyyətin, milil dilin, milli ədəbiyyatın , yaxud da bütövlükdə milli-mənəvi dəyərlərimizin saxtalaşdırılması olmuşdu. Belə ki, sovet ideoloqları kommunizm, sinfisiz cəmiyyət qurmaq şüarı ilə Azərbaycan xalqının keçmişinə aid bötün  mədəni-fəlsəfi irsini, o xümlədən mədəniyyətini, ədəbiyyatın, tarixini və s. təftiş edərək  müstəmləkəçilik maraqlarına uyğunlaşdırmağa çalışmışlar. Şübhəsiz, bütün bunlar cavabsız qalmamış və ayrı-ayrı dönəmlərdə milli ruhlu mütəfəkkirlərimiz Azərbaycan milli ideyasının yaşadılması uğrunda mücadilə aparmışlar.
Xüsusilə, 1940-1950-ci illərdə hər hansı bir Azərbaycan mütəfəkkirinin milliliyə azacıq meyilliliyi belə müstəmləkəçiliyə-mərkəzçiliyə qarşı çıxış kimi qiymətləndirilirdi. Bu dövrdə milli mədəniyyət və dinlə bağlı irəli sürülən əsas mülahizələrdə zərdüştilik Azərbaycanda fəlsəfi fikrin rüşeymi kimi göstərildiyi halda, «Kitabi-Dədə Qorqud»a tarixi, fəlsəfi və elmi ədəbiyyat kimi lazımi qiyməti verilmir, üstəlik feodalizmin qalığı kimi tənqid olunurdu. Buna səbəb də, «Kitabi-Dədə Qorqud»un «Avesta»dan fərqli olaraq, birmənalı şəkildə türk mədəni irsinə aid olması idi. Bu baxımdan ziyalıların əksəriyyəti milli mədəniyyətə və ədəbiyyata ya müraciət etmir, ya da yalnız tənqid yazmaqla məşğul olurdular. Az-az mütəfəkkirlər isə özlərində cəsarət taparaq milli mədəniyyət və milli özünəməxsusluğu önə çəkirdilər.
Fikrimizcə, 1950-ci illərdən başlayaraq milli mədəniyyət, milli dil, milli ədəbiyyat yolunda çalışa, bir sözlə Azərbaycan millli ideyasını müdafiə edən mütəfəkkirlərimizdən biri də Bəxtiyar Vahabzadə olmuşdur. Sovetlər Birliyi dövründə B.Vahabzadənin yaradıcılığında Azərbaycan milli ideyasına münasibət isə, iki istiqamətdə: 1) Azərbaycanın ikiyə bölünməsi və işğalı; 2) milli dil ilə bağlı öz əksini tapmışdır.
İlk olaraq Azərbaycanın bütövlüyü məsələsi adı altınja milli istiqlal ideyasının ədəbiyyatda yaşadan Vahbazadə «Gülüstan» roeamasında Vətənin iki yerə parçalanmasının siyasi-ideoloji səbəblərini göstərmişdir. O, bu əsərini qələmə almaqla şimali Azərbaycanın Rusiyaya birləşməsini bayram kimi qeyd edənlərə tutarlı cavab vermişdir. O demək istəmişdir ki, əslində o o zaman olduğu kimi, indii də hər iki Azərbaycan işğal altındadır. Bununla da, artıq bu poemasında filosof şair Srvet Rusiyasının əsarətinə qarşı ciddi etirazını ifadə etmişdir. Çünki  o vaxt da, indi də Azərbaycanı iki yerə bölunməsində farslar və ruslar mühüm rol oynamışlardır:
Bir xalqı yarıya böldü qılınc tək.
Öz sivri ucuyla bu lələk qələm,
Dəldi sinəsini Azərbaycanın…
Kəsdilər səsini Azərbaycanın.
Bəs, Azərbaycanın taleyi ilə bağlı hökm verənlər kimlər idilər? Cavab aydındır: ruslar və farslar. Şair yazır ki, bunu Azərbaycan xalqı bilməli və öz sözünü yenidən deməlidir:
                                   Tərəflər kim idi? Hər ikisi yad.
                                   Yadlarmı edəcək bu xalqa imdad?!
                                   Qoy qalxsın ayağa ruhu Tomrisin.
                                   Babəkin qılıncı parlasın yenə.
                                   Onlar bu şərtlərə sözünü desin.
Vahabzadə məsələni açıq şəkildə qoyaraq sual edirdi ki, bu yadları Vətənə kim çağırmışdır? Əgər onlar çağırılmamış «qonaq»lardırsa Azərbaycanın taleyini də həll edə bilməzlər. Azərbaycanın taleyini yalnız onun öz oğulları, Oğuz xaqanın nəsili həll etməlidir. O, Oğuz xaqanın nəsli ki, indi onu əsarət altında saxlayanlardan biri-fars onu «xər», digəri-rus isə «baran» adlandırır. Bizə elə gəlir ki, artıq bu poemasında Vahabzadə yalnız çar Rusiyasına deyil, Sovet Rusiyasının ağalığına da qarşı çıxmışdır.
Qeyd edək ki, Vahabzadəki bu milli ruh, Vətənin bütövlüyü rəmzi altında Azərbaycanda milli ideyasının yaşadılması digər poema və şeirlərində də özünü büruzə vermişdi. Bu baxımdan Vahabzadənin Azərbaycan-türk mütəfəkkiri Cəlil Məmmədquluzadənin «Anamın kitabı» əsərinə həsr etdiyi eyni adlı şeiri də ibrətamizdir. Bu şerində də o göstərir ki, bir vaxtlar Azərbaycanı ərəblər işğal edib hansı vəziyyətə salmışdılarsa, indi də Azərbaycanın durumu ondan fərqli deyildir. Vahabzadə yazır:
Tapdandı anamın şərəfi, şanı,
Bizdən sərvət alıb söz gətirdilər.
Bu boyda ölkəni - Azərbaycanı
Bir ərəb qızına cehiz verdilər.
Doğrudan da, ruslar-bolşeviklər Azərbaycanın şərəfini, şanını tapdala­yaraq onun sərəvətini Moskvaya daşıdılar, bütün bunların əvəzində isə quru söz - «Bütün ölkələrin proletariatları birləşin!» gətirdilər. Bu şüara görə, guya bütün millətlər eyni hüquqa və azadlıqlara malik idilər. Ancaq keçmiş SSRİ  dövründə şimali Azərbaycanın sərvəti Rusiyaya və başqa sovet respublikalarına, Cənubi Azərbaycanın sərvəti isə Tehrana daşıdığı halda, bunun müqabilində hər iki Azərbaycanın əldə etdiyi quru «kommunizm» və «şah demokratiyası» utopiyaları omuşdur. Üstəlik, sovet və pəhləvi rejiminin apardığı siyasət nəticəsində cənubdakı azərbaycanlılar qardaşına «bəradər», anasına «madər», şimaldakı azərbaycanlılar isə uyğun olaraq «brat» və «mama» demişlər. Çox təəssüflər olsun ki, bunun izləri bu gün də qalmaqdadır. Bu mənada Vahabazadə ilə yüz faiz razılaşırıq ki, bütün bunlar nağıl deyil tarxdir:
Bunlar nağıl deyil, tarixdir, ancaq
Tarixin hökmünə, könül yaxşı bax!
Gəl bilək, insanmı, zamanmı haqsız
Gah ona, gah buna biz yamaq olduq.
Kiçik komamızı qoyub çıraqsız,
Özgənin qəsrində biz çıraq olduq.
Maraqlıdır ki, Vahabzadə yalnız Azərbaycanı işğal altında saxlayan Mərkəzi və onun ideoloqlarına deyil, Sovet Rusiyasının Azərbaycandakı əlaltılarını da tənqid hədəfi kimi götürür, onları «ölü canlar» adlındırırdı. Çünki bu «ölü canlar» Azərbaycanın milli maraqlarını müdafiə etməkdənsə Mərkəzə yaltaqlıq edir, üstəlik millətin mənafeyini, qeyrətini və namusunu müdafiə edənləri satırdılar.  Vahabzadə yazır:
Mən düşmənəm, düşmənəm belə «ölü canlara»,
Gündən qaçıb həmişə kölgə axtaranlara…
Onlar ortada yeyib, qıraqdasa gəzdilər,
Namusu xərcləməkdən onlar çəkinməzdilər.
Vahabzadə hesab edirdi ki, bu cür «ölü canlar» diri ikən, sağ ikən ölüdürlər. Çünki belələrinin heç bir məsələdə mövqeyi bəlli deyildir. Çox güman ki, Vahabzadəni bu cür yazmağa sövq edən 1950-1960-cı illərdə Azərbaycanda ana dilinin dövlət dili olması, eləcə də əlifbanın və məktəblərin milililəşdirilməsi, ilə bağlı gedən müzakirələr idi. Həmin müzakirələr zamanı isə, bəzi Azərbaycan rəhəbərləri və ziyalıları ikiüzlü mövqe nümayiş etdirərək, Vahabzadənin təbrincə desək, «orta yol tutub nə «hə», nə də «yox» dedilər». Milli maraqların müdafiəsinin zəruri olduğu bir vaxtda Vahabzadə üzünü «ölü canlar»a tutaraq deyirdi ki, sakitcə bir otaqda lal kimi durmaqdansa, qayların başında düşmənlə qartal kimi döyüşmək lazımdır. Çünki hər hansı bir millət öz haqları uğrunda mübarizə aparmırsa, artıq bu yaşamaq deyil, sürünmək deməkdir. Görünür, bunu nəzərə alaraq Vahabzadə yazırdı:
Bir rəngi yox, göylərin min rəngini sevirəm.
Bir gülü yox, güllərin çələngini sevirəm.
Mən çıxmağa təpə yox, uca dağ istəyirəm;
Həyatı həyat kimi yaşamaq istəyirəm,
Yaşamaq istəyirəm.
Bu həyatı həyat kimi yaşamaq istəyən yalnız Vahabzadənin deyil, bir millətin Azərbaycan türklərinin arzusu və ümidi idi. Çünki Azərbaycanı işğal etdikdən sonra sox keçmədi ki, Sovet Rusiyası yalnız Azərbaycanın var-dövlətinə, sərvətinə deyil, milli-mənəvi dəyərlərinə də əl uzatdı. Böyük bir tarixi və mədəniyyəti olan milləti assimilyasiya etmək üçün bütün vasitələrdən istifadə etdi. Belə ki, proletar mədəniyyəti adı altında Dədə Qorquddan, kommunizm dini adı ilə islam dinindən, siniflərin tarixi adı ilə milli tarixdən, sovet milləti adı ilə türk mənsubiyyətindən, Leninin dilində danışmalıyıq deyə Azərbaycan türk dilindən məhrum etməyə çalışdı. Bizə elə gəlir ki, Vahabzadənin bütün bunlara etiraz olaraq qələmə aldığı şeirlərindən biri də «Azərbaycan oğluyam»dır. Adından da göründüyü kimi, şair bu şeirində milli özünəməzxsusluqları - milli tarixi, milli mənsubiyyəti, milil mədəniyyəti, milli adət-ənənələri və s. irəli çəkmişdi. O, xüsusilə milli tarixə işarə edərək yazır:
Azərbaycan oğluyam,
Min ildir öz adımın
Keşiyində durmuşam,
Silahım olmayanda
Nifrətimi barıttək
Qəlbimə doldurmuşam…
Hünər göstərməyincə
Adsız yaşamışam mən.
Dədəm Qorqud ad verdi
Mənə öz hünərindən.
Vahabzadə «Hörümçək tor bağladı» şeirində də milli tarixin danılmasına qarşı çıxaraq, Azərbaycan-türk millətinin uydurma tarixini yazanlara və burada milli kimliyimizi saxtalaşdıranlara etiraz etmişdi. Çünki həmin dövrdə üç cildlik «Azərbaycan tarixi»ni qələm alanlar iddia edirdilər ki, azərbaycanlılar milliyyətcə türk deyil, yalnız türklərin-səlcuqların 11-12-ci əsrlərdə Azərbaycana yürüşlərindən sonra türk dilində danışan irandilli, yaxud da qafqazdilil bir xalqdır. Vahabzadə isə milli tarixin bu cür yazılmasına və azərbaycanlıların türk kimliyinə danılmasına cavab olaraq yazırdı:
Uydurma tarix bizi anamızdan ayrıb
Yad anadan alınmış bələkdə qundaqladı,
Təməlimiz laxladı.
Bu xalqın tarixini düz bildirən, düz yazan
Tarix kitablarında hörümçək tor bağladı.
Milli dil məsələsinə gəlincə, Vahabzadənin bu dvördə qələmə aldığı «Latın dili» poeması, «Ana dili» şeiri və başqa əsərləri Azərbaycan-türk dilinin qorunması və yaşadılması yolunda atılmış çox mühüm addımlar olmuşdur. Xüsusilə, SSRİ rəhbərləri və ideoloqlarının türk dilini Azərbaycan dili ilə əvəz etdikdən sonra, daha çox onun statusunu aşağı salmaları, bunun əvəzində rus dilini az qala dövlət dili elan etməyə çalışmaları Azərbaycan cəmiyyətinin müxtəlif təbəqələrində əks-sədasız ötüşməmişdir. O, bu xür əsərlər yazmaqla SSRİ rəhbərlərinin və ideoloqlarının nəzərinə çatdırırdı ki, hər hansı millətin anna dilinə qarşı assimilyasiya yürütmək, onu məhv etmək deməkdir. Bu mənada Azərbaycan xalqı üçün anna dilinin varlığı hər şeydən bnəmlidir. Vahabzadə «Ana dili» şeirində yazırdı:
Bu dil, - bizim ruhumuz, eşqimiz, canımızdır,
Bu dil, - bir-birimizlə  əhdi-peymanımızdır.
Bu dil, - tanıtmış bizə bu dünyada hər şeyi .
Bu dil, - əcdadımızın bizə qoyub getdiyi
Ən qiymətli mirasdır, onu gözlərimiz tək
Qoruyub, nəsillərə biz də hədiyyə edək.
Maraqlıdır ki, Vahabzadə bu şeirində «Azərbaycan dili» sözündən istifadə etməmişdir. Fikrimizcə, bununla da şair-mütəfəkir «Ana dili» dedikdə, dolayısıyla Azərbaycan türk dilinin nəzərdə tutmuşdur. Çünki bu dilin adı 1937-ci ildə dəyişdirilib «Azərbaycan dili» adlanıdırılsa da, əslində onun ruhu, mahiyyəti, məzmunu və mənası türk dili olaraq qalırdı. Bunu, Vahabzadənin aşağıdakı sətirləri də ifadə edir:
Ana dilim, səndədir xalqın əqli, hikməti,
Ərəb oğlu Məcnunun dərdi səndə dil açmış.
Ürəklərə yol açan Füzulinin sənəti,
Ey dilim, qüdrətinlə dünyalara yol açmış.
Səndə mənim xalqımın qəhrəmanlıqla dolu
Tarixi varaqlanır
Səndə neçə minillik mənim mədəniyyətim,
Şan-şöhrətim saxlanır.
Mənim adım, sanımsan,
Namusum, vicdanımsan.
Vahabzadə «Ana dili»nin əhəmiyyətini göstərmək üçün onu da qeyd edirdi ki, milləti bir millət kimi ifadə edən, onu digər millətlər içərisində tanıtdıran onun dilidir. Əgər bir millətin «ana dili» yoxdursa, o millət də deməli yoxdur. Bu baxımdan hesab edirik ki, Vahabzadə bu şeirini Ana Qanunda dövlət dili statusunda olmasına baxmayaraq, rus dilindən sonra ikinci dərəcəli dil kimi işlədilməsinə etiraz olaraq yazmışdı:
Bu dil, - tanıtmış bizə bu dünyada hər şeyi,
Bu dil, əcdadımızın bizə qoyub getdiyi
Ən qiymətli mirasdır, onu gözlərimz tək
Qoruyub  nəsillərə biz də hədiyyə verək.
Ey öz doğma dilində danışmağı ar bilən,
Bunu iftixar bilən
Modalı ədabazlar
Qəlbinizi oxşamır qoşmalar, telli sazlar.
Qoy bunlar mənim olsun.
Ancaq Vətən çörəyi, bir də ana ürəyi,
Sizlərə qənim olsun.
Vahabzadə bu gün olduğu kimi, o vaxtlar ana dilinə yuxarıdan aşağı baxan, bu mənada 5-6 dil bildiyi halda doğma dilini doğru-dürüst bilməyənləri tənqid atəşinə tutmuşdu. Bizə elə gəlir ki, bu zaman Vahabzadə yalnız «ana dili»nə xor baxanlara deyil, eyni zamanda onu ikinci dərəcəli dil olaraq görmək istəyən Sovet rəhbərliyini və onun ideoloqalrını da hədəf almışdı. Əslində sovet rəhbərlərini və ideoloqlarına cavab vermək üçün, «ana dili»nə xor baxanları tənqid hədəfi seçilməsi bir vasitə idi.

Digər məqalələr

Biz kimin varisiyik: Milli Azərbaycanın, yoxsa Sovet Azərbaycanın? (14.11.2012, 10:13)
Azərbaycanda «Türk dili»nin əcnəbləşdirilməsi siyasətinin gizlinləri… (14.11.2012, 10:13)
İran Azərbaycanda 20 ildir nə axtarır: əmin-amanlıq, yoxsa anarxiya? (14.11.2012, 10:13)
Demokrat, patriot, türkçü, maarifçi - mənəviyyatımızın və ruhumuzun heykəli (14.11.2012, 10:13)
İstiqlal abidəsi - kiçik bir meydançaya sığışdırılan millət… (14.11.2012, 10:13)
Milli tarixi yarımçıq yazılmış millət… (14.11.2012, 10:13)
Türklərin Yaz bayramı necə Novruza çevrildi? (14.11.2012, 10:13)
Azərbaycan və Türkiyə: tək millət, tək bayraq, tək dövlət… (14.11.2012, 10:13)
Türk Cümhuriyyətinə nədən «Azərbaycan» adı verildi? (14.11.2012, 10:13)
Azərbaycan bayrağının mənəvi-ideoloji mənası - BUNLARI BİLMƏK MARAQLIDIR (14.11.2012, 10:13)
Türkçülük: Azərbaycan və Türkiyə türklərinin vahid milli ideyası (14.11.2012, 10:13)
Azərbaycanın türksüzləşdirilməsi kimlərin marağındadır? (14.11.2012, 10:13)
Azərbaycan türkçülüyü ideyası - I (14.11.2012, 10:13)
Azərbaycan türkçülüyü ideyası - II (14.11.2012, 10:13)
Azərbaycan türkçülüyü ideyası -III (14.11.2012, 10:13)
Azərbaycan türkçülüyü ideyası - IV (14.11.2012, 10:13)
Azərbaycan türkçülüyü ideyası - V (14.11.2012, 10:13)
Azərbaycan türkçülüyü ideyası - VI (14.11.2012, 10:13)
Azərbaycan türkçülüyü ideyası - VII (14.11.2012, 10:13)
Azərbaycan türkçülüyü ideyası - VIII (14.11.2012, 10:13)
Azərbaycan türkçülüyü ideyası-IX (14.11.2012, 10:13)
Azərbaycan türkçülüyü ideyası - X (14.11.2012, 10:13)
Azərbaycan türkçülüyü ideyası - XI (14.11.2012, 10:13)
Azərbaycan türkçülüyü ideyası - XII (14.11.2012, 10:13)
Azərbaycan türkçülüyü ideyası - XIII (14.11.2012, 10:13)
Azərbaycan türkçülüyü ideyası - XIV (14.11.2012, 10:13)
Azərbaycan türkçülüyü ideyası - XV (14.11.2012, 10:13)
Azərbaycan türkçülüyü ideyası - XVI (14.11.2012, 10:13)
Azərbaycan türkçülüyü ideyası - XVII (14.11.2012, 10:13)
Azərbaycan türkçülüyü ideyası - XVIII (14.11.2012, 10:13)
Azərbaycan türkçülüyü ideyası - XIX: Əhməd Cəfəroğlu (14.11.2012, 10:13)
Azərbaycan türkçülüyü ideyası - XX (14.11.2012, 10:13)
Azərbaycan türkçülüyü ideyası - XXI - Yusif Çəmənzəminli (14.11.2012, 10:13)
Azərbaycan türkçülüyü ideyası - XXII - Əbdürrəhman Fətəlibəyli-Düdənginski (14.11.2012, 10:13)
Azərbaycanda türk dili hansı statusa malikdir? (14.11.2012, 10:13)
Azərbaycan türkçülüyü ideyası – XXIII - Hüseyn Baykara (14.11.2012, 10:13)
Azərbaycan türkçülüyü ideyası – XXIV- Əlabbas Müznib (14.11.2012, 10:13)
Türk-milli azərbaycançılığı və sovet-kosmopolit azərbaycançılığı (14.11.2012, 10:13)
Nizami Gəncəvinin irsində türklük və islamlıq (14.11.2012, 10:13)
Azərbaycan türkcəsindəki ilk Quranı Osmanlı sultanına təqdim edən azərbaycanlı (14.11.2012, 10:13)
Türk dili Azərbaycan dilinə necə çevrildi? (14.11.2012, 10:13)
Türk dili Azərbaycan dilinə necə çevrildi? - II yazı (14.11.2012, 10:13)
Türk dili Azərbaycan dilinə necə çevrildi? - III yazı (14.11.2012, 10:13)
Milli ideologiya probleminə ikili baxış: milli və kosmopolit - I yazı (14.11.2012, 10:13)
Milli ideologiya probleminə ikili baxış: milli və kosmopolit - II yazı (14.11.2012, 10:13)
Milli ideologiya probleminə ikili baxış: milli və kosmopolit - III yazı (14.11.2012, 10:13)
Milli ideologiya probleminə ikili baxış: milli və kosmopolit - IV yazı (14.11.2012, 10:13)
Milli ideologiya probleminə ikili baxış: milli və kosmopolit - V yazı (14.11.2012, 10:13)
Turan yolçusu Əhməd Cavad: «Turan öylə bir müqəddəs Kəbədir ki» (14.11.2012, 10:13)
Azərbaycan mühafizəkarları və «ittihadçı»ların «islam birliyi» ideyası (14.11.2012, 10:13)
Türkçülük və azərbaycançılıq: alternativlik, yoxsa eynilik? (14.11.2012, 10:13)
Türkçülük və azərbaycançılıq: alternativlik, yoxsa eynilik? II Yazı (14.11.2012, 10:13)
Novruz barədə bilmədiklərimiz... (14.11.2012, 10:13)
“Yazıq və bədbəxt millət”in 31 mart və 26 fevral günahları… (14.11.2012, 10:13)
Milli dil məsələsi: Türk dili, yoxsa Azərbaycan dili? (14.11.2012, 10:13)
Türkiyədə «Azərbaycan variantı» baş tutacaqmı? (14.11.2012, 10:13)
Türkçülüyü azərbaycançılığa qarşı qoyanlar… (14.11.2012, 10:13)
«Azəriçilik» nəzəriyyəsi (14.11.2012, 10:13)
Azərbaycançılıq türkçülükdən ayrı tutula bilməz… (14.11.2012, 10:13)
Azərbaycanda milli əlifba probleminin ideoloji yönləri - I yazı (14.11.2012, 10:13)
Azərbaycanda milli əlifba probleminin ideoloji yönləri - II yazı (14.11.2012, 10:13)
Azərbaycan xalqı mədəniyyətə qarşı təcavüzün sancılarını çəkir (14.11.2012, 10:13)
Cəfər Cabbarlının Elxanı və Məhəmməd Əmin Rəsulzadə (14.11.2012, 10:13)
Niyə sadəcə deyə bilmirsən ki, mən türkəm? (14.11.2012, 10:13)
100 il öncə Azərbaycanda Ramazan (14.11.2012, 10:13)
«Birləşəlim, türk oğlu, bu yol millət yoludur» (14.11.2012, 10:13)
«İndi naxoşdu-milləti-İslam» (14.11.2012, 10:13)
«İttihadçı» və türkçü Sultan Məcid Qənizadə (14.11.2012, 10:13)
«Osmanlıcadan türkə tərcümə» nə deməkdir?!. (14.11.2012, 10:13)
«Özü türk oğlu türk, amma deyir türki cəhalətdir» (14.11.2012, 10:13)
«Nə qədər dolandım Turan elini» (14.11.2012, 10:13)
«Türk milləti, türk ölkəsi, türk dili» (14.11.2012, 10:13)

Комментарии

Популярные сообщения из этого блога

Глава четвертая Служба пограничных нарядов

Наставление по охране государственной границы (пограничный наряд)

Глава вторая Основы охраны государственной границы пограничными нарядами