Əbdür-Rəhman əs-Səədi. Quran Təfsiri
\^ “ƏL-BƏQƏRƏ” (“İNƏK”) SURƏSİNİN ŞƏRHİ ﭑ ﭒ ﭓ ﭔ Mərhəmətli və Rəhmli Allahın adı ilə! ﭑ ﭒ (1) Əlif. Lam. Mim. Biz artıq “Mərhəmətli və Rəhmli Allahın adı ilə!” sözlərinin şərhi haqqında yuxarıda bildirmişik. Quran surələrinin böyük bir hissəsinin başlanğıc götürdüyü “ayrı-ayrı hərflərə” gəldikdə isə, yaxşı olardı ki, onlara şərh verməkdən çəkinək, çünki bütün mövcud şərhlərdən heç biri müqəddəs mətnlərə istinad etmir. Lakin iman sahibi olan hər bir şəxs qəti bilməlidir ki, bu hərflər əyləncə xatirinə deyil, bizim dərk edə bilmədiyimiz müdrik niyyətlə bağlı nazil edilmişdir. ﭓ ﭔ ﭕ ﭖﭗ ﭘﭙ ﭚ ﭛ ﭜ (2)“Bu, (Allah tərəfindən nazil edilməsinə, haqdan gəlməsinə) heç bir şəkk-şübhə olmayan, müttəqilərə (Allahdan qorxanlara, pis əməllərdən çəkinənlərə) doğru yol göstərən Kitabdır”. Bu elə bir əz...