SƏRHƏDİN MÜHAFİZƏSİNDƏ FASİLƏSİZ MÜŞAHİDƏ
SƏRHƏDİN MÜHAFİZƏSİNDƏ FASİLƏSİZ MÜŞAHİDƏ Bu gün mən "təsadüfən" bir tarixi məxəzi oxuduğum zaman minillər bundan əvvəl Azər türklərinin ərazilərinin mühafizəsində sərhəd mühafizəçilərindən necə istifadə etmələri haqqında bir yazıya rast gəldim və onu bu günümüzün Dövlət Sərhəd Xidmətinin xətti bölmələrinin sərhədçi zabit və əsgərləri üçün təqdim etməyi istədim. BUDUR HƏMİN MƏTN: Asur çarları sərhəd bölgələrində çoxlu casus və gözətçilərdən istifadə edirdilər Turuk döyüşçülərinin hərəkət istiqaməti, məqsədi, sayı, gücü və girdiyi bölgələrdə əhali ilə davranışı barədə mütəmadi olaraq asur böyüklərinə məlumat verilirdi. Hətta, türük sərhədlərindəki Aşahitim kanalının ağzında oturan gözətçinin raportunda: "turuk səmtindən bu tərəfə bir ulaq keçdi(N83) kimi əhəmiyyətsiz kiçik bir xəbər də yer tuturdu. Asurları ən çox narahat edən məlumat turuk dəstələrinin kiçik və ya böyük qüvvə ilə b