Azərbaycan türkçülüyü ideyası - VII

Azərbaycan türkçülüyü ideyası - VII
 23.06.2012, 11:08

Faiq Ələkbərov (Qəzənfəroğlu)
AMEA Fəlsəfə, Sosiologiya və Hüquq
İnstitutunun böyük elmi işçisi, fəlsəfə üzrə
fəlsəfə doktoru

Azərbaycan və Türkiyə türkçülərinin ideoloqu: Əli bəy Hüseynzadə
20-ci əsrin əvvəllərində H.Zərdabi, Ə.Ağaoğlu, Y.Akçuraoğlu, M.Ə.Rəsulzadə, Z.Gökalp və b. ilə yanaşı, islamçılığın və türkçülüyün, xüsusilə siyasi-ideoloji türkçülüyün ən böyük davam adamlarından biri də Əli bəy Hüseynzadə (1864-1940) olmuşdur. O, hələ 1-ci rus inqilabına (1905) qədər, əsasən mədəni türkçülüyü və mədəni turançılığı təbliğ etmişdir. Buna misal olaraq XIX əsrin sonlarında Ə.Hüseynzadənin qələm aldığı bir şeiri göstərmək olar:
Sizlərsiz ey qövmi-macar, bizlərə ixfvan (qardaş),
Əcdadımızın müştərəkən mənşəyi Turan!
Bir dindəyiz biz, həpimiz haqpərəstan;
Mümkünmü bizi ayırsın İncil ilə Quran?
Fikrimizcə, bir çox ziyalıların da təsdiqlədiyi kimi Ə.Hüseynzadə də əsil milliyyətçilik, türkçülük fəaliyyəti Türkiyədən Azərbaycana dönüşündən sonra, yəni 1904-1910-cu illərdə meydana çıxmışdır. Bu dövrdə Ə.Hüseynzadə əsas diqqətini islamçılıq və türkçülük üzərində cəmləşdirmiş, yeni ideyanın islam və türk anlayışları ətrafında yaranmasını vacib saymışdır. İslamçılıq və türkçülüyün vəhdət halından kənara çıxarılaraq, ayrı-ayrlıqda götürülüb siyasiləşdirilməsinin əleyhinə olan Ə.Hüseynzadə hesab edirdi ki, türk-müsəlman dünyasının islamçılıq və türkçlü adı altında iki yerə bölünməsi doğru deyildir: «Süni olaraq ayrıca pantürkizm, panislamizm adları ilə məslək icadına nə lüzum vardır?». Bu baxımdan Ə.Hüseynzadə hər iki ideyanın bütövlüyünü, birliyini irəli sürürdü. Ancaq əsilində o da, yaxşı anlayırdı ki, türklərin həyatında vəhdət təşkil etməklə yanaşı, ayrı-ayrılıqda da islamçılıq və türkçülüyun özünəməxsus yeri və rolu vardır. Bu baxımdan Hüseynzadə mədəni cəhətdən islamı və türklüyü bütöv şəkildə gördüyünü ifadə etsə də, siyasi cəhətdən hər bir türk millətinin milli kimliklərini (türklüklərini) və dinlərini (islamlıqlarını) tanımlarını, bilmələrini də vacib saymışdı. Deməli, Ə.Hüseynzadə nə qədər milli və dini bütövlükdən çıxış etsə də, türklərin, o cümlədən Azərbaycan türklərinin bir millət kimi təşəkkül tapmaları üçün milli və dini kimliklərini müəyyən mənada bir-birindən ayrıb siyasi iradə nümayiş etdirmələrini də zəruri hesab etmişdir.
Qeyd edək ki, bu «ikili» düstur (islamçılıq və türkçülük) 1905-1907-ci inqilab illərində və sonralar da Ə.Hüseynzadənin yaradıcılığında bu və ya digər formada öz əksini tapmışdır. Sadəcə olaraq, bu dönəmdə bir tərəfdən Hüseynzadə tərəqqipərvər islamçılıq və türkçülükdən, yəni nəzəri-fəlsəfi xarakter daşıyan «türkləş­mək, islamlaşmaq və avropalaşmaq»dan çıxış etməklə artıq «ikili» deyil, «üçlü» düsturdan bəhs etmişdir. Digər tərəfdən, o, zaman-zaman bütün müsəlmanların (ərəb, fars, türk və b.) «islam birliyi»nin, eyni zamanda bütün türklərin «turanizm» ideyası ətrafında birliyinin mümkün olmadığını görərək, siyasi-ideoloji mənada diqqətini «türk-islam» birliyinə əsaslanan «osmanlı türkçülüyü»nə yönəltmişdir. Bu baxımdan Hüseynzadənin nəzəri-fəlsəfi və dini-siyasi yaradıcılığının Azərbaycan dövründəki (1904-1910) iki istiqaməti: 1) tərəqqipərvər milli-dini birlik (tərəqqipərvər islamçılıq və türkçülüyün vəhdəti, yaxud da «islamlaşmaq, türkləşmək və avropalaşmaq» kimi formulə edilən «üçlü» düsturu; və 2) «osmanlı türkçülüyü» ideyalarını fərqləndirmək lazım gəlir.
Bizə elə gəlir ki, Ə.Hüseynzadə tərəqqipərvər milli-dini birlik (türkləşmək, islamlaşmaq və avropalaşmaq) ideyasını-«üçlü» düsturunu «Həyat»ın ilk sayında qələmə aldığı «Qəzetimizin məsləki» məqaləsində ifadə etmişdir. Bu məqaləsində o, M.F.Axundzadə, H.Zərdabi və b. sələflərindən fərqli olaraq yenilikçi ruhlu milli-dini ideyaları sistemləşdirməyə çalışaraq, onun başlıca prinsiplərini müəyyənləşdirmişdir. Bu zaman Ə.Hüseynzadə nəzəri-fəlsəfi şəklə salmağa çalışdığı «üçlü» düsturunun reallaşmasını Türkiyə, Rusiya, o cümlədən Azərbaycan çərçivəsində məhdudlaşdırmayaraq bütün türk və müsəlman dünyası bütöv­lüyündə görmüşdür.
Y.Akçuraoğluna görə, Ə.Hüseynzadə «Bizə hansı elmlər lazımdır?» məqaləsində «üçlü» (islamlaşma, turkləşmə və avropalaşma) düstura üz tutmuşdur; bu «üçlü» düstur da çox keçmədən türk aləminin hər tərəfinə yayılmış, xüsusilə Osmanlı Türkiyəsində Ziya Gökalp və b. tərəfindən dəstəklənmişdir. Bizə elə gəlir ki, birincisi bu «üçlü» düstur Ə.Hüseynzadə tərəfindən daha öncə irəli sürülmüş, yəni «Həyat»ın ilk məqaləsindəcə prinsip etibarilə müəyyənləşdirmişdir. İkincisi isə, bu «üçlü» düstur sonralar yalnız Türkiyə türkçülüyü deyil, Azərbaycan türkçülüyü ideyasının da yaranmasında mühüm rol oynamışdır. Bir sözlə, hesab edirik ki, Ə.Hüseynzadənin «üçlü» dusturu da, Ə.Ağaoğlunun «islam millətçiliyi» nəzəriyyəsi kimi bütün türk-islam dünyası üçün nə qədər ümumi xarakter daşısa da, sonda hər iki nəzəri-fəlsəfi ideyalar Azərbaycan türkçülüyü ideyasının yaranmasında zəmin rolunu oynamışlar.
Fikrimizcə, Ə.Hüseynzadə nəzəri-fəlsəfi yönlü «üçlü» düsturunu bütün türk-islam dünyası üçün irəli sürmüşdür. O, üçlü düsturunu bütün türk-islam dünyası baxımından irəli sürdüyü üçün, ondan sonralar, xüsusilə 1910-1920-ci illərdə bütün türk millətlərinin, o cümlədən Azərbaycan türklərinin (M.Ə.Rəsulzadə və b.) və Türkiyə türklərinin (Z.Gökalp və b.) eyni dərəcədə yararlanması mülahizəsi daha inandırıcı və gerçəkdir. Qeyd edək ki, Hüseynzadənin bu «üçlü» düsturunı öncə Z.Gökalp, ondan isə M.Ə.Rəsulzadə mənimsəmişdir. Bunu, M.Ə.Rəsulzadənin «Azərbaycan Cümhuriyyəti» əsərində öz əksini tapmış fikri də təsdiq edir. O yazır: «Azərbaycan bayrağındakı mavi rəng - türklüyü, yaşıl rəng - müsəlmanlığı, al rəng də - təcəddüd (yeniləşmə - F.Ə.) və inqilab rəmzi olmaq həsbilə əsirliyi tərmiz edər ki, möhtərəm Ziya Gökalp bəyin «türk millətindənəm, islam ümmətindənəm, qərb mədəniyyətindənəm» - düsturunu ifadə etmiş olur».
Ə.Hüseynzadənin yaradıcılığında ikinci məsələyə, yəni «osmanlı türkçlüyü» məsələsinə gəlincə, fikrimizcə, 1900-1910-cu illərdə Ə.Hüseynzadə nə qədər üçlü düsturdan çıxış etsə də, «osmanlı türkçülüyü»nə meyil etməklə siyasi türkçülük ideyasına yaxınlaşmışdır.  Ə.Hüseynzadənin türkçülük məsələsində isə məhz Osmanlı türkçülüyü ideyasına meyil etməsinə bir neçə faktor səbəb olmuşdur. Əsas faktorlardan biri, bəlkə də birincisi siyasi müstəqillik və güclə bağlı idi. O, türkçülüyün inkişafını, yuxarıda da qeyd etdiyimiz kimi, Y.Akçuraoğlundan fərqli olaraq Rusiyan türkçülüyündə o baxımdan görməmişdir ki, buradakı türk məmləkətləri və türklər siyasi baxımdan əsarət altında idilər. Ona görə də, Ə.Hüseynzadə hesab edirdi ki, yalnız siyasi və hüquqi cəhətdən müstəqil türk dövlətində türkçülük inkişaf edərək başqa türk ellərini öz ətrafında birləşdirə bilər. Onun fikrincə, yaxın zamanda isə türk-islam dünyasının oyanışı, inkişafı və yüksəlməsi Osmanlı dövləti, Osmanlı türklüyü ilə bağlıdır. Məhz Türkiyə türkçülüyü bütün türklər üçün güc və ideoloji mərkəzə çevrilərsə bundan Rusiya türkləri, o cümlədən Azərbaycan türkləri və b. da qazanacaqdır. Bu baxımdan müstəqil və ideoloji baxımdan daha çox təşkilatlanmış «osmanlı türkçülüyü» bütün türk dünyasının mərkəzi rolunu oynaya bilər. Eyni zamanda, o, «osmanlı türkçülüyü»nü Rusiya türkləri, o cümlədən Azərbaycan türkləri arasında aparılan ruslaşdırma siyasətinə qarşı qoymuşdur. Yəni ötən 60-70 il ərzində Qafqazda çar Rusiyasının apardığı ruslaşdırma və xristianlaşıdrma siyasətinə qarşı, Hüseynzadə türk və islam birliyi xəttini yürütmüşdür. Eyni zamanda, o, türkçülüyü və islamçılığı farsçılıq ideolojisinə də qarşı qoymuşdur.
Deməli, Ə.Hüseynzadənin «osmanlı türkçülüyü»nü bütün türk-islam dünyasının oyanışı və birliyi kimi görməsinə başlıca amil, başqa türk millətlərindən (Azərbaycan türkləri, Krım türkləri, Türküstan türkləri, İran türkləri və b.) fərqli olaraq onların siyasi müstəqilliyə və gücə sahib olmaları ilə bağlı olmuşdur. O hesab etmişdir ki, məhz Türkiyə türkçülüyü bütün türk millətləri üçün bir güc və ideoloji mərkəzə çevirildiyi təqdirdə başqa türk elləri, o cümlədən Azərbaycan türkləri də uğur qazana bilərlər. Ona görə də, Ə.Hüseynzadənin «osmanlı türkçülüyü»nü bütün türklüyün nüvəsi kimi götürməsini Azərbaycan türkçülüyü ideyasına ziddiyyət deyil, əksinə təkanverici amil kimi baxmaq lazımdır.
Ə.Hüseynzadənin «osmanlı türkçülüyü» ideyasını irəli sürməsində ikinci amil milli mənəvi dəyərlərlə bağlı olmuşdur. Y.Akçuraoğlunu təbrincə desək, İstanbulu islam və türk dünyasının siyasi və ideoloji mərkəzi kimi görən Hüseynzadə siyasətdə olduğu kimi, dil və ədəbiyyatda da, mərkəzi Osmanlı olmaq üzrə türkçülüyə, yəni osmanlı türkçülüyünə, hətta panturançılığa təkan verən ilk ziyalıdır.
Ə.Hüseynzadə «Yazımız, dilimiz və «ikinci il»imiz» (1909) məqaləsində Türkiyənin İstanbul şivəsinin ortaq türkcə olmasını əsaslandırmaq üçün yazır ki, ayrı-ayrı türk ləhcələrini inkişaf etdirməkdənsə vahid türkcə üzərində düşünmək lazımdır. Onun fikrincə, əlifba və dil ilə bağlı islahatçı ideyaların, ancaq Qafqazda, xüsusilə Tiflisdə M.F.Axundzadə, M.Rza, M.Şahtaxtlı və b. tərəfindən irəli sürülməsi düşündürücüdür: «Üç yüz milyon islamın əlifbasının altmış-yetmiş milyon türkün imlasını bir hökmi qaraquşilə türkün, islamın mərkəzindən uzaq olan yuvalarından birdən dəyişmək istəyirlər! Halbuki, böylə mühüm bir əmr üçün kəndilərində lazım gələn məlumatdan əsər belə yox! Türkün imlasını islahı üçün deyil, sərf və nəhvi mükəmməl bilmək, bəlkə bütün türklərin tarixinə, ədəbiyyatına, etnoqrafiyasına, fonologiyasına haqı ilə aşina bulunmaq tələb edər». Fikrimizcə, bu məsələ də Ə.Hüseynzadə tamamilə haqlı idi. Belə ki, Türkiyə türkcəsindən ayrı Azərbaycan türkcəsinin inkişafında, eləcə də əlifba islahatı məsələsində əvvəlcə çar Rusiyası, sonralar Sovet Rusiyası ideoloqlarının maraqlı, hətta icraçı olmaları təsadüfi olmamışdır. Hər iki halda məqsəd bir idi: Azərbaycanı türk dünyasından, xüsusilə cənubi Azərbaycan və Türkiyə türklərindən dən ayırmaq. Bu məqsədlə çar Rusiyasının M.F.Axundzadəyə, M.Şahtaxtlıya və b., Sovet Rusiyasını isə N.Nə­rimanova, S.Ağamalıoğluna və b. bu məsələdə şərait yaratmaları başa düşüləndir. Ona görə də, Ə.Hüseynzadənin ruslaşdırmaq siyasətinə qarşı irəli sürdüyü «osmanlı türkçülüyü» ideyasına əsasən, haqq qazandırmamaq mümkün deyildir.
Bunu, Ə.Hüseynzadənin Azərbaycan Cümhuriyyəti (1918-1920) dövründə qələmə aldığı «Azərbaycanda düşündüklərim» adlı məqaləsi də təsdiq edir. 1918-ci ildə Türkiyə hökuməti tərəfindən Ə.Ağaoğlu ilə birlikdə Azərbaycanda milli dövlət qurulması məsələsində Cümhuriyyətin ideoloqları ilə fikir mübadiləsi aparmaq üçün gələn Ə.Hüseynzadə yazır: «Hilali-Əhməriyənin bayrağı bizimkinin eyni olan fəqət al rəngli milli bayrağında bəyaz hilal qarşısında beş şualı yerinə səkkiz şüualı bir yıldız bulunan məmləkətdən, Qafqasiya Azərbaycanından, Azərbaycan Cümhuriyyətindən, daha doğrusu Qafqasiya Türk dövlətindən bir az bəhs etmək istərəm». O qeyd edir ki, Azərbaycan türk dövlətini çiyin-çiyinə qoruyan Türkiyə və Azərbaycan türkləri bir-birlərini mükəmməl anlayırlar: «…Çünki Azərbaycan avam xalqı ilə Anadolu köylüsünün dili lap bir-birinin eynidir! Bir-birini anlamayanlarsa rus məktəblərində yetişib lisanları ruslaşmış olan Azərbaycan oxumuşları isə İstanbulun seçilmişlər ailəsinə məxsus istilahlar işlədən şəxslərdir». Azərbaycan və Türkiyə türklərinin bir-birinə qovuşmasını tarixi hadisə, təbii bir cərəyan kimi qəbul edən Hüseynzadənin fikrincə, hər iki türk millətinin bir-birinə qarışması ilə bütün türk milləti müasirləşmiş, güclənmiş və bütövlşəmiş olacaqdır. Belə ki, imperializm, nasiyonalizm və sosializm cərəyanların faciəli fəaliyyət mərkəzinə çevrilən Azərbaycan, Azərbaycan türkləri bu müxtəlif yaxıcı, yıxıcı və əzici cərəyanların altında nə edəcəyi bilmədi, mühakiməsini itirdi. Ancaq Türkiyə türklərinin onların imdadına çatması ilə yalnız Azərbaycan deyil, həm də Türkiyə türkləri də xilas oldu.
Deməli, Ə.Hüseynzadə Azərbaycan türkçülüyü məfkurəsinin gerçəkliyi çevrilərək onun əsasında siyasi və hüquqi cəhətdən müstəqil Azərbaycan Cümhuriyyətinin yarandığını görərək, iki müstəqil türk dövlətindən (Azərbaycan və Türkiyədən) və onların bir-birinə dayaq olmasından bəhs etmişdir. Doğrudur, tanımış alim T.Svyatovski yazır ki, həmin dövrdə Ə.Hüseynzadə Cənubi Qafqaz bölgəsi üçün üç seçənəkdən: 1) Qafqaz federasiyasından; 2) müstəqil türk, gürcü və erməni dövlətlərindən; və 3) Qafqaz türklərinin Türkiyəyə birləşməsindən bəhs etmişdir. Fikrimizcə, bu seçənəklər arasında Ə.Hüseynzadə Azərbaycan Cümhuriyyətinin müstəqil bir türk dövləti kimi var olmasını daha vacib hesab etmişdir. Bunu, Hüseynzadə Azərbaycan Cümhuriyyəti Rusiya tərəfindən işğal edildikdən sonra yazdığı məqalələrində də bu və ya başqa formada ifadə etmişdir.

Digər məqalələr

Biz kimin varisiyik: Milli Azərbaycanın, yoxsa Sovet Azərbaycanın? (23.06.2012, 11:08)
Azərbaycanda «Türk dili»nin əcnəbləşdirilməsi siyasətinin gizlinləri… (23.06.2012, 11:08)
İran Azərbaycanda 20 ildir nə axtarır: əmin-amanlıq, yoxsa anarxiya? (23.06.2012, 11:08)
Demokrat, patriot, türkçü, maarifçi - mənəviyyatımızın və ruhumuzun heykəli (23.06.2012, 11:08)
İstiqlal abidəsi - kiçik bir meydançaya sığışdırılan millət… (23.06.2012, 11:08)
Milli tarixi yarımçıq yazılmış millət… (23.06.2012, 11:08)
Türklərin Yaz bayramı necə Novruza çevrildi? (23.06.2012, 11:08)
Azərbaycan və Türkiyə: tək millət, tək bayraq, tək dövlət… (23.06.2012, 11:08)
Türk Cümhuriyyətinə nədən «Azərbaycan» adı verildi? (23.06.2012, 11:08)
Azərbaycan bayrağının mənəvi-ideoloji mənası - BUNLARI BİLMƏK MARAQLIDIR (23.06.2012, 11:08)
Türkçülük: Azərbaycan və Türkiyə türklərinin vahid milli ideyası (23.06.2012, 11:08)
Azərbaycanın türksüzləşdirilməsi kimlərin marağındadır? (23.06.2012, 11:08)
Azərbaycan türkçülüyü ideyası - I (23.06.2012, 11:08)
Azərbaycan türkçülüyü ideyası - II (23.06.2012, 11:08)
Azərbaycan türkçülüyü ideyası -III (23.06.2012, 11:08)
Azərbaycan türkçülüyü ideyası - IV (23.06.2012, 11:08)
Azərbaycan türkçülüyü ideyası - V (23.06.2012, 11:08)
Azərbaycan türkçülüyü ideyası - VI (23.06.2012, 11:08)
Azərbaycan türkçülüyü ideyası - VIII (23.06.2012, 11:08)
Azərbaycan türkçülüyü ideyası-IX (23.06.2012, 11:08)
Azərbaycan türkçülüyü ideyası - X (23.06.2012, 11:08)
Azərbaycan türkçülüyü ideyası - XI (23.06.2012, 11:08)
Azərbaycan türkçülüyü ideyası - XII (23.06.2012, 11:08)
Azərbaycan türkçülüyü ideyası - XIII (23.06.2012, 11:08)
Azərbaycan türkçülüyü ideyası - XIV (23.06.2012, 11:08)
Azərbaycan türkçülüyü ideyası - XV (23.06.2012, 11:08)
Azərbaycan türkçülüyü ideyası - XVI (23.06.2012, 11:08)
Azərbaycan türkçülüyü ideyası - XVII (23.06.2012, 11:08)
Azərbaycan türkçülüyü ideyası - XVIII (23.06.2012, 11:08)
Azərbaycan türkçülüyü ideyası - XIX: Əhməd Cəfəroğlu (23.06.2012, 11:08)
Azərbaycan türkçülüyü ideyası - XX (23.06.2012, 11:08)
Azərbaycan türkçülüyü ideyası - XXI - Yusif Çəmənzəminli (23.06.2012, 11:08)
Azərbaycan türkçülüyü ideyası - XXII - Əbdürrəhman Fətəlibəyli-Düdənginski (23.06.2012, 11:08)
Azərbaycanda türk dili hansı statusa malikdir? (23.06.2012, 11:08)
Azərbaycan türkçülüyü ideyası – XXIII - Hüseyn Baykara (23.06.2012, 11:08)
Azərbaycan türkçülüyü ideyası – XXIV- Əlabbas Müznib (23.06.2012, 11:08)
Türk-milli azərbaycançılığı və sovet-kosmopolit azərbaycançılığı (23.06.2012, 11:08)
Azərbaycan türkçülüyü ideyası - XXV: Bəxtiyar Vahabzadə (23.06.2012, 11:08)
Nizami Gəncəvinin irsində türklük və islamlıq (23.06.2012, 11:08)
Azərbaycan türkcəsindəki ilk Quranı Osmanlı sultanına təqdim edən azərbaycanlı (23.06.2012, 11:08)
Türk dili Azərbaycan dilinə necə çevrildi? (23.06.2012, 11:08)
Türk dili Azərbaycan dilinə necə çevrildi? - II yazı (23.06.2012, 11:08)
Türk dili Azərbaycan dilinə necə çevrildi? - III yazı (23.06.2012, 11:08)
Milli ideologiya probleminə ikili baxış: milli və kosmopolit - I yazı (23.06.2012, 11:08)
Milli ideologiya probleminə ikili baxış: milli və kosmopolit - II yazı (23.06.2012, 11:08)
Milli ideologiya probleminə ikili baxış: milli və kosmopolit - III yazı (23.06.2012, 11:08)
Milli ideologiya probleminə ikili baxış: milli və kosmopolit - IV yazı (23.06.2012, 11:08)
Milli ideologiya probleminə ikili baxış: milli və kosmopolit - V yazı (23.06.2012, 11:08)
Turan yolçusu Əhməd Cavad: «Turan öylə bir müqəddəs Kəbədir ki» (23.06.2012, 11:08)
Azərbaycan mühafizəkarları və «ittihadçı»ların «islam birliyi» ideyası (23.06.2012, 11:08)
Türkçülük və azərbaycançılıq: alternativlik, yoxsa eynilik? (23.06.2012, 11:08)
Türkçülük və azərbaycançılıq: alternativlik, yoxsa eynilik? II Yazı (23.06.2012, 11:08)
Novruz barədə bilmədiklərimiz... (23.06.2012, 11:08)
“Yazıq və bədbəxt millət”in 31 mart və 26 fevral günahları… (23.06.2012, 11:08)
Milli dil məsələsi: Türk dili, yoxsa Azərbaycan dili? (23.06.2012, 11:08)
Türkiyədə «Azərbaycan variantı» baş tutacaqmı? (23.06.2012, 11:08)
Türkçülüyü azərbaycançılığa qarşı qoyanlar… (23.06.2012, 11:08)
«Azəriçilik» nəzəriyyəsi (23.06.2012, 11:08)
Azərbaycançılıq türkçülükdən ayrı tutula bilməz… (23.06.2012, 11:08)
Azərbaycanda milli əlifba probleminin ideoloji yönləri - I yazı (23.06.2012, 11:08)
Azərbaycanda milli əlifba probleminin ideoloji yönləri - II yazı (23.06.2012, 11:08)
Azərbaycan xalqı mədəniyyətə qarşı təcavüzün sancılarını çəkir (23.06.2012, 11:08)
Cəfər Cabbarlının Elxanı və Məhəmməd Əmin Rəsulzadə (23.06.2012, 11:08)
Niyə sadəcə deyə bilmirsən ki, mən türkəm? (23.06.2012, 11:08)
100 il öncə Azərbaycanda Ramazan (23.06.2012, 11:08)
«Birləşəlim, türk oğlu, bu yol millət yoludur» (23.06.2012, 11:08)
«İndi naxoşdu-milləti-İslam» (23.06.2012, 11:08)
«İttihadçı» və türkçü Sultan Məcid Qənizadə (23.06.2012, 11:08)
«Osmanlıcadan türkə tərcümə» nə deməkdir?!. (23.06.2012, 11:08)
«Özü türk oğlu türk, amma deyir türki cəhalətdir» (23.06.2012, 11:08)
«Nə qədər dolandım Turan elini» (23.06.2012, 11:08)
«Türk milləti, türk ölkəsi, türk dili» (23.06.2012, 11:08)
 
Oxunub: 1161
Çap variantı
Məktub göndər
Facebook-da paylaş

Комментарии

Популярные сообщения из этого блога

Глава четвертая Служба пограничных нарядов

Наставление по охране государственной границы (пограничный наряд)

Глава вторая Основы охраны государственной границы пограничными нарядами