Azərbaycan türkü — Səlahəddin Əyyubi
Azərbaycan türkü — Səlahəddin Əyyubi 19.10.2016 12:16 Bölmə: Maraqlı Oxunma sayı: 10745 Uzun illər öncə Əbülfəz Elçibəyin bir xatirəsini oxumuşdum. Bir gün Qahirə Universitetinin tarix fakultəsinin bir tələbəsi ilə tanış olur. Tələbə Elçibəydən haralı olduğunu soruşur və aldığı cavabdan sonra "siz Səlahəddin Əyyubinin vətənindənsiniz deyir". Həqiqətən də uzun illər boyu tarixə kürd kimi təqdim edilən bu böyük sərkərdə və dövlət xadimi əslində Azərbaycan türkü olub. İndi bu cümlələri oxuyan bir çox oxucu dodağını büzüb "bütün dünyanı türk çıxardırsız, bu qədər də olmaz" deyəcək. Onlara isə məsləhət görürəm ki, orta əsr ərəb salnaməçisi İbn Hellikanın "Görkəmli adamların ölüm tarixi" əsərini vərəqləsinlər. Tarixçi əsərində qeyd edir: "Şirkuh deyib ki, bizim soykökümüz Göy Böridir. Yəni Boz Qurd soyundan gəlirik. Səlahəddinin atası Eyyub Azərbaycanda Urmiya, Xoy, Zəngəzur və İrəvan boylarında, Kərkük boylarında, Naxçıvanda, Göyçədə ...