Azərbaycan türkçülüyü ideyası - II

Azərbaycan türkçülüyü ideyası - II
 12.05.2012, 15:50

Faiq Ələkbərov (Qəzənfəroğlu)
M.F.Axundzadənin dünyagörüşündə türkçülük və «farsçılıq»
XIX əsrin I yarısında Azərbaycanda milli «Tarix» ilə milli özünüdərkin təməlini qoyan, onun milli mənşəyinin, dilinin, mədəniyyətinin, coğrafiyasının müəyyənləşməsində başlıca rol oynayan A.A.Bakıxanovdursa, XIX əsrin ikinci yarısında milli ideologiyanın əsas prinsiplərinə çevrilən ideyaları, sözün həqiqi mənasında millətin gündəliyinə gə­ti­rən M.F.Axundzadə, H.B.Zərdabi və Ş.C.Əfqanidir. On­la­rın milli əməlləri sayəsində milli özünüdərk prosesi milli ide­ya­ların yaranmasına səbəb oldu. Başqa sözlə, Qafqaz Azə­r­bay­canında milli ideologiyanın təzahürlərinin meydana çıxmasında və Qərb mədəniyyətinin bu bölgədə yayıl­ma­sın­da onların böyük rolu oldu. Bu ziyalılar həm nəzəri ide­ya­la­rı, həm də novatorluqları ilə milli ideologiyanın təşəkkülü pro­sesinə təkan vermiş və Qərb mədəniyyətinin müsbət cə­hət­lərini vaxtında görərək müsəlmanlar, o cümlə­dən Azər­bay­can türkləri arasında yaymışlar. Son dövrlərdə aparılan elmi araşdırmalarda da A.A.Bakıxanov, Mirzə Kazım bəy, M.F.Axundzadə, H.Zərdabi və C.Əfqaninin adlarının milli ideologiyanın, milli azadlıq, milli oyanış hərəkatının təşək­kü­lünün nümayəndələri kimi çəkilməsi, bu fikrimizi bir daha təsdiq edir.
Fikrimizcə, son dövrlərdə bu ziyalıların, özəlliklə Mirzə Fətəli Axund­zadə­nin yaradıcılığı təfsir edilərkən bəzi məqamlar, o cümlədən ideoloji məna daşıyan türkçülük və «farsçılıq» bir-birindən fərqləndirilməmiş və buna görə də onun islama radikal münasibətinin əsil mahiyyəti nəzərdən qaçırılmışdır. Belə ki, SSRİ dövründəki elmi tədqiqtaçılar tərəfindən M.F.Axundzadə birmənalı şəkildə materializmin, ateizmin, inqilabi-demokratiyanın Azərbaycanda banisi sayıldığı halda, indi də bəzi tədqiqatçılar onu yeri gəldi-gəlmədi milli ideoloqa çevirir, yaxud da möminləşdirməyə cəhd göstərir­lər. Əlbəttə, M.F.Axundzadənin Azərbaycan türk­lərinin tarixində, milli mənəviyyatında oynadığı mühüm rolu inkar etmək mümkün deyildir. Lakin bu, heç də onun yara­dıclığındakı məhdud cəhətləri, milli mənəviyyatımızla uzlaş­mayan bəzi məqamları qeyd etməyimizə əngəl olmamalıdır.
M.F.Axundzadənin bütün əsərləri ilə tanışlıq bizə de­mə­yə əsas verir ki, onun yaradıcılığında milli-mənəvi kim­lik, fəlsəfi dünyagörüş baxımından iki əsas təsir duyulur: tür­k­çülük və «farsçılıq». Fikrimizcə, Axundzadənin yara­dıcı­lığının ilk dövrlərində türkçülük - türk mənşəyinə, türk dilinə, türk mədəniyyətinə bağlılıq daha üstün olmuş­dur. Ən azı o, gənc vaxtlarında və sonralar, təxminən 1860-cı illərin ortalarına qədər türk ruhu ilə yazıb-yaratmış, məşhur ko­me­diyaları və başqa əsərlərində Azərbaycan türk millətinin inkişafı, oyanışı uğrunda mübarizə aparmışdır. Əlbəttə, Azərbaycanın cənubundan Şəkiyə gəlmiş bir türk ailəsində anadan olan, türk dilində dil açan, 1845-ci ildə milli mənşəyi türkmən kimi göstərilən və farscanı mədrəsədə öyrənən Axundzadənin belə bir yol tutması təbii idi. Belə ki, 1845-ci ilin oktyabrında, Tiflisdə şeyxülislam, Tiflis axundu Mə­həm­­mədəli və başqa 23 nəfərin imzası ilə yazılmış Axun­d­zadəyə aid «şəhadətnamə»də yazılır: «Onun nəsli türkmən tayfasındandır. Bu nəsil uzun zamanlar Azər­baycanda yaşayıb, ölkənin nəcib adamlarından sayılıb, həmişə xalq arasında əziz tutulmuşlar». Deməli, Axundzadə fars, rus və b. millətçilərin təsiri altına düşmə­miş­dən öncə, milli mənşəyini türkmən kimi göstərmiş və «türk» adına xidmət etmişdir. Bu baxımdan Axundzadənin 1845-ci ildə ona aid olan bir şəhadətnamədə milli mənşəyini türkmən kimi göstərməsi, ömrünün son çağlarında özünü «zahirən türk» adlandırıb, kökünün fars nəslinə bağla­masından daha gerçəkçidir.
Bir türk kimi də M.F.Axundzadənin yaradıcılığının ilk dövrlərində türkçülük ruhu hakim idi ki, türk ziyalıları A.A.Bakıxanovun, İ.Qutqaşınlının, Q.Zakirin və başqaları­nın ona təsiri daha çox duyulurdu. XIX əsrin 40-cı illərinin sonu, 50-ci illərindən başlayaraq M.F.Axund­zadənin Azər­bay­canda türk ədəbi dilinin inkişafında və bu dildə ədəbiyyatın yaranmasında göstərdiyi xidmətlər buna bariz nümunədir.
M.F.Axundzadənin milli, türkçülük əməllərindən biri kome­diya­larını doğma dilində yazması və bu dilin saflaşdırılma­sın­dakı rolu olmuşdur. Bu isə o deməkdir ki, bu əməlləri ilə Axund­zadə türk dilinə, türk ədəbiyyatına və türk xalqına xidmət etmişdir. Deməli, Axundzadə yaradıcı­lığının ilk dövrlərində türk kimi düşünmüş, bir türk olaraq türk dilində komediyalar yazmış və bu zaman yerli xalqın, yəni türklərin ləhcəsini və orfoqrafiyasını nəzərə almışdır. Bu komediyalar yeni açılan «rus-tatar» məktəbi adlanan məktəblərdə bir dərslik kimi istifadə olunmasa da, türk və müsəlman dünyasının ədəbiyyatına ciddi dəyişikiliyə səbəb olmuşdur. Bu dəyişiklik başlıca olaraq özünü qəzəl, mərsiyə, mədhiyyə və bu kimi sxolastik ədəbiyyatla yanaşı, yeni bir realist, tənqidi ədəbiyyatın yaranmasında da göstər­di. Beləliklə, M.F.Axundzadə komediyaları, povesti ilə türk və müsəlman dünyasında yeniliklər etmiş bir türk ziyalısıdır.
Türkcə yazdığı komediyalar və povestindən sonra Axun­dzadənin yeni əlifba layihəsini ortaya atması heç də təsadüfi deyildi, əksinə başladığı milli işlərinin davamı idi. Çünki Azərbaycan türklərinə məxsus türk dili forma­laşmasında və ədəbiyyatın yaranma­sında fəal iştirak edən Axundzadənin bundan sonra, ərəb əlifba­sında dəyişiklik etmək fikrinə düşməsi, tamamilə məntiqə uyğundur. Fikrimizcə, əlifba layihəsini də Axundzadə öncə Qafqaz - Azərbaycan türklərinin əlifbası kimi işləyib hazır­lamışdır.
Çox keçmir ki, Axundzadə Dağıstanda tətbiq olunan latın əlifbası ilə yaxından tanış olur. Bundan sonra Axun­dzadədə yeni fikir yaranır: ərəb əlibasından imtina edib latın əlifbasına keçmək. Onun bu ideyası türk və müsəlman dövlətləri arasında ilk dəfə Azərbaycanda 1922-ci ildən tətbiq edilməyə başlamışdı.
M.F.Axundzadənin Qərb mədəniyyətinin təsiri ilə irəli sürdüyü ideyalarından biri də «millət» anlayışını gündəmə gətirməsi və ona tərif verməsidir. O, Azərbaycan türk millə­ti­nin ziyalıları arasında ilk dəfə «millət» sözünü fəlsəfi-ideo­lo­ji mənada işlətmiş, milli kimliyi əks etdirən «millət»lə dini mənadakı «millət» anlayışlarını bir-birindən fərqlən­dir­miş­dir. Qərb mədəniyyətinin təsiri alıtnda, türk və müsəlman dünyasında ilk dəfə konstitusiyalı dövlət ideya­sını da o, irəli sürmüşdür. M.F.Axundzadəyə görə, konstitusiyalı dövlət üçün zəruri olan məsələlərdən biri də dinin dövlətdən ayrı olma­sı­dır.
Axundzadə bu dövrdə islamla haki­miy­yətdə əsas yer tutub xalqı çapıb-talayan ruhaniləri eyni səviyyədə tuturdu. Halbuki ruhanilərin əməlinə görə, nə islam, nə də onun peyğəmbəri günahkar ola bilməz. Fikrimizcə, bu məsələyə münasibətdə daha ob­yektiv möv­qe­ni M.F.Axundza­də deyil, H.Zərdabi, Ş.C.Əfqani, Ə.Hü­seynzadə, Ə.Ağa­oğlu, M.Ə.Rəsulzadə və b. tutmuşdur.
Əlifba islahatı uğrunda mübarizə apardığı bir dövrdə - 1860-cı illərin ortalarından, Axundzadədə «farsçılıq» baş qaldırmış və ən maraqlısı odur ki, həmin dövrdən etibarən o, eyni zamanda islam dinini hədəf götürmüşdür. Dünyagö­rü­şündə baş verən bu dəyişikliklə Axundzadə türk milləti, türküçülük uğrunda başladığı işi axıra qədər davam etdirə bilməmiş, daha doğrusu, buna, onda baş qaldıran «farsçı­lıq» əngəl olmuşdur. Buna ən bariz nümunə isə «Kəma­lüd­döv­lə məktubları» və həmin əsərindən sonra Mirzə Melkum xana, Manukci Sahibə, Cəlaləddin Mirzə və b. yazdığı mək­tub­lardır. Təsadüfi deyil ki, Axundzadənin 1866-67-ci illər­də qələmə aldığı «Kəmalüddövlə» əsərinin qəhrəmanı Kə­ma­lüddövlə də İrana səyahət edərək, burada islami fana­tiz­mi «ifşa edir». İndinin özündə də, əvvəllər də bir çox təd­qi­qat­çılar Axundzadənin bu əsərdə islamı olduqca sərt şəkildə tən­qid etməsini başqa yerə yozmuş, məsələnin əsil ma­hiy­yə­ti­nə varmamış, yaxud da varmaq istəməmişlər. Burada mən­tiqi bir sual da yarana bilər ki, Axundzadənin islamı kəskin şəkildə tənqid etməsi Azərbaycan müsəlmanlarına, ümumiyyətlə islam aləminə lazım idimi və bu, hər hansı müsbət nəticələr verdimi? Fikrimizcə, Axundzadənin islama qarşı tutduğu radikal mövqenin, hazırda Azərbaycan xalqı­nın milli ideologiyasının yaranmasında hansı rol oynaması məsələsi öz həllini tapmamış qalır. Eyni zamanda bu çox incə məsələdir və obyektiv izahına ehtiyac vardır. Bu baxım­dan Axundzadənin islama qarşı yönəlmiş mövqeyinin və bun­dan irəli gələn mülahizələrinin milli ideologiyamıza mənfi, yoxsa müsbət təsirinin olduğu xüsusi tədqiqat tələb edir.
Fikrimizcə, Axundzadə də ömrünün son dövrlərində «farsçılığ»ın yaranması bir neçə amillə bağlı ola bilər. Birincisi, mümkündür ki, Qafqazın Rusiyanın tərkibində olduğu bir vaxtda, Axund­zadə yalnız İran xalqının azadlığı və xoşbəxtliyi uğrunda mübarizə aparmağı və hətta bunu, əsaslandırmaq üçün o, özünü farslarla da əlaqələndirməyi məqsədəuyğun hesab etmişdir. Bizə elə gəlir ki, bəlkə də, bununla Axundzadə İrana nə üçün can yandırdığını əsaslandırmağa çalışmışdır. İkincisi, ola bilər Axundzadə əlifba layihəsinin Qafqazda və Türki­yə­də reallaşdıra bilmədiyinə görə, bunun İranda həyata ke­çi­ril­məsi naminə özünü fars mənşəli kimi qələmə vermişdir. Üçüncüsü, mümkündür ki, Axundzadənin milli mənşə məsələsində belə bir qənaətə gəlməsində, ən yaxın dostu, «ruhül-qüds» saydığı erməni zadəganların­dan Mirzə Mel­kum xanın, İranın Tiflisdəki baş konsulu fars Mirzə Hüseyn xanın, rus məmur və ziyalılarının (Nikolayi və b.) və masonların mühüm rolu olmuşdur. Onlar Axundzadənin diqqətini türk mənşəyin­dən, Azərbaycan türk millətinin azadlığı və bütövlüyü uğrunda mübarizədən yayındırmağa müəyyən dərəcədə nail olmuşlar. Əgər Axundzadə milli mən­şə məsələsində türklü­yün­ün üzərində sona qədər dayan­say­dı, onda onun mübarizəsinin hədəfində yalnız Azərbaycan türk millətinin azadılğı və xoşbəxtliyi duracaqdı. Bu isə, nə İran İmperiyasını qorumaq istəyən farslara, nə Türkiyənin Şər­qin­də və Qafqazda dövlət yaratmaq istəyən ermənilərə, nə də onların havadarı olan və bu bölgədə əbədi nüfuz sahibi omaq istəyən ruslara və masonlara sərf edirdi. Bu mənada onların milli mənşə və başqa ideoloji məsələlərdə Axundza­də­yə müəyyən təsiri qaçılmazdır. Əks təqdirdə türk məmlə­kətində - Azərbaycanda dünyaya gələn, türk dilində dil açan, əvvəlcə nəslini türkmən kimi göstərən, türkcə kome­di­ya­lar və povest yazan, türk insanını maarifləndirməyə çalışan Axund­zadənin milli kökünü sonralar türklüklə ya­naşı, həm də farslarla bağlamasına başqa nə səbəb ola bilər?
Yuxarıdakı fikirlərimizi ümumiləşdirərək hesab edirik ki, Axundzadə erməni, fars və rus millətçilərinin təsiri altında ona süni şəkildə aşılanan farsçılığı önə çəkərək, onda gənc yaşlarında təbii şəkildə yaranan türkçülüyü, sonralar həmin səviyyədə davam etdirə bilməmişdir. Belə ki, hələ XIX əsr­dən başlayaraq Azərbaycan türkünün şüuruna, qafasına zor­la yeridilən «sən türk deyil, farssan», «sən türk deyil, iran­lısan (persiyan)», «sən türk deyil, tatarsan» ideyaları Axund­zadə­dən də yan keçməmişdir. Bunun da nəticəsində Axundzadə ömrünün son çağlarında türklərin tarixini, mədəniyyətini, dövlətçiliyini təbliğ etməkdənsə, müəyyən qədər farsların tarixini, mədəniyyətini, dövlətçiliyini tərən­nüm etmiş, hətta farsların dini hesab etdiyi zərdüştlüyün əsas­larını və s. öyrənməyə başlamışdır. Ola bilsin ki, bu, Axundzadə tərəfindən bir ədəbi piryom idi. Lakin istənilən halda kənar təsirlər heç də Axundzadənin nə fars olması, nə də fars millətinin nümayəndəsi kimi farslara xidmət etməsi anlamını verə bilməz. Həmin dövrün şəraiti ilə bağlı Axund­za­dəyə müəyyən kənar təsirlər olsa da, ancaq bu təsirlər Axundzadəni nə fars, nə də iranlı edə bilməmişdir.
Çünki bütün hallarda Axundzadənin irsindən ən çox yararlanan Azər­bay­can türk milləti olmuşdur. Axundzadə nə qədər öm­rü­nün son çağlarında İran xalqının - farsların azadlığını, sivil millətə çevrilməsini qarşısına məqsəd qoymuş olan bir şəxs təsiri bağışlasa da, onun ideyaları İranda deyil, Azərbay­canda, xüsusilə, bu ölkənin quzeyində yaşayan Qafqaz türkləri arasında daha çox yayılmış və qəbul edilmişdir. Xüsusilə, onun türkcə yazdığı komediyaları və povesti, yeni əlifba layihəsi, eləcə də Qərb mədəniyyətinin təsiri altında irəli sürdüyü bir çox ideyaları - konstitusiyalı dövlət, dinin dövlətdən ayrı olması, azad və milli mətbuatın yaranması və s. məhz bu dövrdən etibarən Azərbaycanın şimalında ya­ran­mağa başlayan milli ideologiyaya xidmət etmişdir.

Digər məqalələr

Biz kimin varisiyik: Milli Azərbaycanın, yoxsa Sovet Azərbaycanın? (12.05.2012, 15:50)
Azərbaycanda «Türk dili»nin əcnəbləşdirilməsi siyasətinin gizlinləri… (12.05.2012, 15:50)
İran Azərbaycanda 20 ildir nə axtarır: əmin-amanlıq, yoxsa anarxiya? (12.05.2012, 15:50)
Demokrat, patriot, türkçü, maarifçi - mənəviyyatımızın və ruhumuzun heykəli (12.05.2012, 15:50)
İstiqlal abidəsi - kiçik bir meydançaya sığışdırılan millət… (12.05.2012, 15:50)
Milli tarixi yarımçıq yazılmış millət… (12.05.2012, 15:50)
Türklərin Yaz bayramı necə Novruza çevrildi? (12.05.2012, 15:50)
Azərbaycan və Türkiyə: tək millət, tək bayraq, tək dövlət… (12.05.2012, 15:50)
Türk Cümhuriyyətinə nədən «Azərbaycan» adı verildi? (12.05.2012, 15:50)
Azərbaycan bayrağının mənəvi-ideoloji mənası - BUNLARI BİLMƏK MARAQLIDIR (12.05.2012, 15:50)
Türkçülük: Azərbaycan və Türkiyə türklərinin vahid milli ideyası (12.05.2012, 15:50)
Azərbaycanın türksüzləşdirilməsi kimlərin marağındadır? (12.05.2012, 15:50)
Azərbaycan türkçülüyü ideyası - I (12.05.2012, 15:50)
Azərbaycan türkçülüyü ideyası -III (12.05.2012, 15:50)
Azərbaycan türkçülüyü ideyası - IV (12.05.2012, 15:50)
Azərbaycan türkçülüyü ideyası - V (12.05.2012, 15:50)
Azərbaycan türkçülüyü ideyası - VI (12.05.2012, 15:50)
Azərbaycan türkçülüyü ideyası - VII (12.05.2012, 15:50)
Azərbaycan türkçülüyü ideyası - VIII (12.05.2012, 15:50)
Azərbaycan türkçülüyü ideyası-IX (12.05.2012, 15:50)
Azərbaycan türkçülüyü ideyası - X (12.05.2012, 15:50)
Azərbaycan türkçülüyü ideyası - XI (12.05.2012, 15:50)
Azərbaycan türkçülüyü ideyası - XII (12.05.2012, 15:50)
Azərbaycan türkçülüyü ideyası - XIII (12.05.2012, 15:50)
Azərbaycan türkçülüyü ideyası - XIV (12.05.2012, 15:50)
Azərbaycan türkçülüyü ideyası - XV (12.05.2012, 15:50)
Azərbaycan türkçülüyü ideyası - XVI (12.05.2012, 15:50)
Azərbaycan türkçülüyü ideyası - XVII (12.05.2012, 15:50)
Azərbaycan türkçülüyü ideyası - XVIII (12.05.2012, 15:50)
Azərbaycan türkçülüyü ideyası - XIX: Əhməd Cəfəroğlu (12.05.2012, 15:50)
Azərbaycan türkçülüyü ideyası - XX (12.05.2012, 15:50)
Azərbaycan türkçülüyü ideyası - XXI - Yusif Çəmənzəminli (12.05.2012, 15:50)
Azərbaycan türkçülüyü ideyası - XXII - Əbdürrəhman Fətəlibəyli-Düdənginski (12.05.2012, 15:50)
Azərbaycanda türk dili hansı statusa malikdir? (12.05.2012, 15:50)
Azərbaycan türkçülüyü ideyası – XXIII - Hüseyn Baykara (12.05.2012, 15:50)
Azərbaycan türkçülüyü ideyası – XXIV- Əlabbas Müznib (12.05.2012, 15:50)
Türk-milli azərbaycançılığı və sovet-kosmopolit azərbaycançılığı (12.05.2012, 15:50)
Azərbaycan türkçülüyü ideyası - XXV: Bəxtiyar Vahabzadə (12.05.2012, 15:50)
Nizami Gəncəvinin irsində türklük və islamlıq (12.05.2012, 15:50)
Azərbaycan türkcəsindəki ilk Quranı Osmanlı sultanına təqdim edən azərbaycanlı (12.05.2012, 15:50)
Türk dili Azərbaycan dilinə necə çevrildi? (12.05.2012, 15:50)
Türk dili Azərbaycan dilinə necə çevrildi? - II yazı (12.05.2012, 15:50)
Türk dili Azərbaycan dilinə necə çevrildi? - III yazı (12.05.2012, 15:50)
Milli ideologiya probleminə ikili baxış: milli və kosmopolit - I yazı (12.05.2012, 15:50)
Milli ideologiya probleminə ikili baxış: milli və kosmopolit - II yazı (12.05.2012, 15:50)
Milli ideologiya probleminə ikili baxış: milli və kosmopolit - III yazı (12.05.2012, 15:50)
Milli ideologiya probleminə ikili baxış: milli və kosmopolit - IV yazı (12.05.2012, 15:50)
Milli ideologiya probleminə ikili baxış: milli və kosmopolit - V yazı (12.05.2012, 15:50)
Turan yolçusu Əhməd Cavad: «Turan öylə bir müqəddəs Kəbədir ki» (12.05.2012, 15:50)
Azərbaycan mühafizəkarları və «ittihadçı»ların «islam birliyi» ideyası (12.05.2012, 15:50)
Türkçülük və azərbaycançılıq: alternativlik, yoxsa eynilik? (12.05.2012, 15:50)
Türkçülük və azərbaycançılıq: alternativlik, yoxsa eynilik? II Yazı (12.05.2012, 15:50)
Novruz barədə bilmədiklərimiz... (12.05.2012, 15:50)
“Yazıq və bədbəxt millət”in 31 mart və 26 fevral günahları… (12.05.2012, 15:50)
Milli dil məsələsi: Türk dili, yoxsa Azərbaycan dili? (12.05.2012, 15:50)
Türkiyədə «Azərbaycan variantı» baş tutacaqmı? (12.05.2012, 15:50)
Türkçülüyü azərbaycançılığa qarşı qoyanlar… (12.05.2012, 15:50)
«Azəriçilik» nəzəriyyəsi (12.05.2012, 15:50)
Azərbaycançılıq türkçülükdən ayrı tutula bilməz… (12.05.2012, 15:50)
Azərbaycanda milli əlifba probleminin ideoloji yönləri - I yazı (12.05.2012, 15:50)
Azərbaycanda milli əlifba probleminin ideoloji yönləri - II yazı (12.05.2012, 15:50)
Azərbaycan xalqı mədəniyyətə qarşı təcavüzün sancılarını çəkir (12.05.2012, 15:50)
Cəfər Cabbarlının Elxanı və Məhəmməd Əmin Rəsulzadə (12.05.2012, 15:50)
Niyə sadəcə deyə bilmirsən ki, mən türkəm? (12.05.2012, 15:50)
100 il öncə Azərbaycanda Ramazan (12.05.2012, 15:50)
«Birləşəlim, türk oğlu, bu yol millət yoludur» (12.05.2012, 15:50)
«İndi naxoşdu-milləti-İslam» (12.05.2012, 15:50)
«İttihadçı» və türkçü Sultan Məcid Qənizadə (12.05.2012, 15:50)
«Osmanlıcadan türkə tərcümə» nə deməkdir?!. (12.05.2012, 15:50)
«Özü türk oğlu türk, amma deyir türki cəhalətdir» (12.05.2012, 15:50)
«Nə qədər dolandım Turan elini» (12.05.2012, 15:50)
«Türk milləti, türk ölkəsi, türk dili» (12.05.2012, 15:50)

Şərhlər
Tural
12-05-2012
Azərbaycan xalqı dünyada azəri, azərbaycanlı, Azərbaycan türkü, azəri türkü və Türk kimi müxtəlif adlarla adlandırılır. Bunlardan yalnız Azərbaycanlı və Türk adları daha doğrudur. Çünki, azəri adı altında bəlkə də tarixdə bir türk tayfası olub, ancaq, hal hazırda bu ad daha çox fars şovinizminə xidmət edir. Onlar bu adı qədim İrandilli xalqla əlaqələndirməyə çalışırlar. Azəri türkü, Azərbaycan türkü məsələsinə gəldikdə isə, bu adlar sanki, türkləşdirilmiş türk olmayan xalq adına bənzəyir. Türkiyədəki türklər sadəcə türk adlanır. Onlar özlərinə Türkiyə türkü demirlər. Belə olan halda, Azərbaycan türkü demək sanki, saxta səslənir. Məsələn Tarkan məşhur Türkiyə müğənnisidir və digər müğənnilər özlərini Tarkana oxşatmaq istəyirlər. Azərbaycanın Tarkanı dedikdə, bilirsən ki, söhbət əsl Tarkandan getmir. Sadəcə ona bənzəyən birisidir. Azərbaycan türkü dedikdə də, sanki, belə səslənir ki, söhbət əsl türkdən getmir, sadəcə Türkiyədəki türklərə bənzəyən türkləşmiş xalqdan söhbət gedir. Bu halda millətimizin adı ya sadəcə Türk, ya da sadəcə Azərbaycanlı olsa daha doğru seçim olar.

Resad
13-05-2012
Belke Azərbaycanda Azərbaycançılıq ideyası demk isteyirmishsen? bele olan halda onda türkçülük ve Azərbaycançılıq arasındakı müəyyən ferqli və oxşar cehetlər də həll olmuş olar. Bax İlham Memmedzadenin kitabı Bakı 2010-cu il

Mehin
13-05-2012
Tural,azerbaycanli adlanan 1 millet yoxdur.Biz Azerbaycan turkuyuk,Qazax,qirgiz,ozbek turkleri de var.Nece ki evveller Oguz tukleri ve Anadolu turkleri adlandiridilar.Indi de Azerbaycan turkleri adlanir.Umumiyyetle, baliq ba$dan iylener.Ba$da oturanlar istemirler ki,bizlere turk desinler."Turk" kelmesini e$idende,ne ise,xoflanirlar.

Tural
14-05-2012
Salam Mehin, mən də bilirəm ki, tarixdə azərbaycanlı adlı millət olmayıb. Azərbaycanlı adlı millət ilk dəfə 1938-də Stalinin hakimiyyəti dövründə yaradılıb. Ona qədər biz türk adlanmışıq. Ancaq, bir vaxtlar Osmanlı dövründə Anadoluda yaşayan türklərə osmanlı milləti deyilirdi. Bu Osmanlı dövlətçiliyi üçün yaradılmış ad idi. Eyni zamanda da hal hazırda bizim millət konstitusiyada azərbaycanlı adlanır. Bunu da dövlətçiliklə əlaqələndirirlər. Azərbaycan türkü, azəri türkü kimi adlar iki başlı səslənir. Ona görə bu adların doğru olmadığını fikirləşirəm. Mən xalqımızın ya sadəcə türk, ya da sadəcə azərbaycanlı adlanmasını istəyirəm. Gerçək millət adı olaraq isə türk adlanmaq daha gözəl olardı.

V.Həsənoğlu
16-05-2012
Faiq müəllim, siz də qeyd etdiyiniz kimi,Axundzadə ömrünün son illərində İran xalqının azadlığı və xoşbəxtliyi üçün çalışırdı.Amma mən burda ona qarşı hansısa təsirlərin olması fikrinə o qədər də inanmıram.Çünki Axundzadənin özü novator insanıydı və ömrünün kamil vaxtında kimlərinsə təsirinə düşməyi inandırıcı görsənmir.Məncə məsələyə başqa kontekstdə yanaşmaq lazımdır: beləki türklər hər zaman İranı özlərinin vətəni hesab etmişlər.Hətta XX əsrin əvvəllərində böyük qəhrəmanlıqlar göstərmiş türk fədailəri Səttarxan və Bağırxan belə İran xalqının azadlığı üçün vuruşmuşlar.Buna görə də Axunzadənin İran xalqının azadlığını müdafiə etməsi o qədər də təəccüblü görsənməməli bu hərəkət türk xalqının azadlığının müdafiəsi kimi başa düşülməlidir..Axı Cənubda türklər həmişə Şimaldakından 3-4 dəfə çox olmuşlar.İranı son min il ərzində demək olar ki türklər idarə etmişlər.Doğrudan da İran(böyük bir hissəsi) elə türklərin vətəni və Azərbaycanın bir parçasıdır.Ümumiyyətlə İran xalqı deyiləndə əsasən türklər başa düşülməlidir.Çünki elə indinin özündə də İranda yaşayan əhalinin böyük hissəsini türklər təşkil edirlər.İndiki fars-molla rejimi bu rəqəmləri gizlətməyə yaxud təhrif etməyə çalışsa da Tehran əhalisinin 2/3 hissəsini türklərin təşkil etdiyi məlumdur.Ümumiyyətlə, milli-ideoloji problemlərimizi işıqlandırmaq həm gərəkli,həm də gərgin zəhmət tələb edən işdir.Bu baxımdan sizi alqışlayır, yeni yaradıcılığ uğurları və eyni zamanda bu səpkidə yazılarınızın davamlı olmasını arzulayıram.

Комментарии

Популярные сообщения из этого блога

Глава четвертая Служба пограничных нарядов

Наставление по охране государственной границы (пограничный наряд)

Глава вторая Основы охраны государственной границы пограничными нарядами