Сообщения

Сообщения за июля 21, 2013

Samux rayonu

http://maps.yandex.ru/?ll=47.701108%2C40.164294&spn=12.722168%2C5.983700&z=7&l=map

DSX-nin nəzdində sərhəd mühafizəsinin təkmilləşdirilməsi üzrə ictimai elmi işləmələr qurumunun təsisatı haqqında

DSX-nin nəzdində sərhəd mühafizəsinin təkmilləşdirilməsi üzrə ictimai elmi işləmələr qurumunun təsisatı haqqında İstənilən fəaliyyət sahəsinin hazırda və ya perspektivdə təkmilləşdirilməs i həmin sahədə müəyyən infra­srukturun yaradılmasını və onların zamanın və Dövlət rəhbərliyinin DSX-nin qarşısına qoyulan tələbatına müvafiq olaraq inkişafı məsələlərini əsaslı surətdə öyrənməyi, tədqiq etməyi və bu istiqamətdə yeni konseptual təkliflər hazırlamağı zəruriləşdirir və perspektivdə onların varlığını zəruriyyətə çevirir. Bu konseptual ideyanı gerçəkləşdirməkdən ötrü hər bir dövlət orqanının qarşısında, digər funksional əməli məsələlərin həll edilməsi ilə yanaşı sahə üzrə elmi araşdırılmaların həyata keçirilməsi qanunauyğun və təkzibolunmaz bir ehtiyacdır. Bu ehtiyacı təmin etməyin iki əsas yolu vardır: orqanın infrastrukturunun yaradılması və ya fəaliyyətin bu növünün müqavilə ilə digər səlahiyyətli təşkilatlara həvalə edilməsi. Birinci halda öz infrasrukturunu yaratmaq həm iqtisad

Millət vəkili Qənirə Paşayeva köməyə ehtiyacı olan Aygün xanımla görüşündən yazıb.

Millət vəkili Qənirə Paşayeva köməyə ehtiyacı olan Aygün xanımla görüşündən yazıb. "Qafqazinfo" həmin yazını təqdim edir: "Əmimin yas mərasimini verib, Tovuzdan Bakıya qayıdırdıq. Köməkçim zəng etdi və Aran rayonlarının birindən (rayonun dəqiq adını həmin qadını tanımasınlar deyə çəkmirəm) Aygün adlı bir qadının məni görməyə gəldiyini, dayanmadan ağladığını (habelə, cüzi maaşa çalışdığı kiçik iş yerindən çətinliklə icazə alıb gəldiyini) dedilər. Üstəlik, onun hansısa xəstəlikdən əziyyət çəkməsi səbəbindən halının heç də yaxşı olmadığını, şiddətli çarəsizliyini… dedilər. Belə bir ortamda uzaq yoldan, yasdan gəlmək də, görüşməməyə bəhanə ola bilməzdi. Gəldim, onu görən kimi öz dərdim yadımdan çıxdı. Qarşımda yaşından qat-qat böyük (yaşlı) görsənən, saçları dümağ olan, üzündəki dərin qırışlardan dərdi, ağrısı dərhal görsənən, gözləri şişkin, xəstəhal bir qadın, bir ana vardı... Mədə-bağırsaq xəstəliyindən ciddi əziyyət çəkdiyini deyirdi o qadın. Onu dinləməyə başlam

Azərbayacan Ukrayandan silah aldı

Изображение
18/7/2013 [17:33]  -  Gündəm   (539 dəfə baxılıb ) Azərbayacan Ukrayandan silah aldı Azərbaycan 2012-ci ildə Ukraynadan 3 ədəd tank əleyhinə idarə olunan raket kompleksi satın alıb.   Bu barədə Ukrayna İxraca Nəzarət Dövlət Xidmətinin hesabatında bildirilib.   Hesabatda satılan tank əleyhinə idarə olunan raket kompleksinin tipi barədə məlumat verilməyib.  Qeyd edək ki, Ukrayna Azərbaycana 2011-ci ildə 6, 2010-cu ildə isə 1 ədəd tank əleyhinə raket kompleksi satdığını açıqlayıb.  Azərbaycanın ötən dövrdə Ukraynadan əsasən «Skif» kompleksləri aldığı qeyd olunur/apa/

Cəbhə xəttində vəziyyət gərginləşib

Изображение
19/7/2013 [10:41]  -  Gündəm   (332 dəfə baxılıb ) Cəbhə xəttində vəziyyət gərginləşib Cəbhədə vəziyyət gərginləşib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Avropa.info -ya verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber və Noyemberyan rayonunun Voskevan kəndlərində yerləşən mövqelərdən, Qazax rayonunun Qızılhacılı və Quşçuayrım kəndinlərində, İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnə Qışlaq kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Mərzili, Tərtər rayonunun Göyarx, Çaylı, Goranboy rayonunun Gülüstan kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub.

Söyün Sadıqovdan Azərbaycan mətbuatına

Изображение
21/7/2013 [20:14]  -  Gündəm   (412 dəfə baxılıb ) Söyün Sadıqovdan Azərbaycan mətbuatına sensasion  MƏKTUB Font:  A   A   A   A   A Rusiya Federasiyası prezidenti Vladimir Putinin səlahiyyətli nümayəndəsi, “Milyarderlər İttifaqı”nın üzvü Söyün Sadıqov 22 İyul Milli Mətbuat günü münasibətilə Azərbaycan jurnalistlərinə təbrik ünvanlayıb. AzPolitika.info-ya daxil olan sensasiyalı təbrik mətnində deyilir:  “Əziz mətbuat nümayəndələri! Azərbaycanda mətbuatın yaradılmasının 138-ci ildönümüdür. Böyük ziyalımız Həsən bəy Zərbabinin ərsəyə gətirdiyi “Əkinci” qəzetinin dərc olunmasını milad olaraq qəbul edən Azərbaycan ictimaiyyətibu tarixi Milli Mətbuat Günü kimi qeyd edir. Müasir çağımızda mətbuatın həm də söz və düşüncə azadlığının tribunası, məlumat alma hüququnun təminatçısı olduğunu nəzərə alsaq medianın milli dövlətçilik sahəsində nə qədər böyük əhəmiyyətə malik olduğunu, xalqların idarə olunmasında necə mühüm məna daşıdığını anlaya bilərik. Təsadüfi deyil

Yasin surəsinin oxunuşu. Qari Saad əl-Qamidi

Telman İsmayılovun ticarət mərkəzi yandı

Изображение
20/7/2013 [19:17]  -  Reportaj   (756 dəfə baxılıb ) Telman İsmayılovun ticarət mərkəzi yandı  - FOTO Font:  A   A   A   A   A Moskvanın cənub-şərqində iri ticarət mərkəzi yanıb. Virtualaz.org “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, “Moskva” ticarət-topdansatış mərkəzinin sahiblərindən biri  Azrbaycan əsilli yəhudi milyarder Telman İsmayılovdur. Xəbərə görə, iyulun 20-nə keçən gecə yanğın Tverskoy bulvarında yerləşən üçmərtəbəli binanın üçüncü mərtəbəsində başlayıb, daha sonra ikinci mərtəbəyə keçib. Hadisə yerinə çoxsaylı yanğınsndürənlər briqadası cəlb olunub. Ticarət mərkəzinin administrasiyası bildirir ki, içəridə adamlar olmayıb. Yanğın əsasən söndürülsə də binada tüstülənmə xeyli davam edib.  Qeyd edək ki, “Moskva” ticarət-yarmarka kompleksi Moskvanın ən iri ticarət mərkəzlərindən biridir. Vaxtilə T.İsmayılova məxsus “Çerkizovsk” bazarı bağlananda orada işləyənlərin əksəriyyəti, o cümlədən azərbaycanlılar b

Prezident Nazirlər Kabinetinin iclasında

Изображение
18/7/2013 [20:01]  -  Siyasət   (845 dəfə baxılıb ) Prezident Nazirlər Kabinetinin iclasında nədən danışdı?  - TAM MƏTN Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclas keçirilib.   Avropa.info xəbər verir ki, iclası dövlət başçısı giriş nitqi ilə açıb: İlin altı ayının göstəricilərinin müsbət olduğunu, qarşıya qoyulan bütün vəzifələrin uğurla icra edildiyini deyən prezident İlham Əliyev bildirdi ki, bu göstəricilər ilin sonuna qədər müsbət dinamikanın qorunacağını deməyə əsas verir. İlin birinci yarısında ümumi daxili məhsul 5 faiz , qeyri–neft sektoru təxminən 11 faiz artmışdır. Əsas hədəfin qeyri-neft sektorunu inkişaf etdirməkdən ibarət olduğunu qeyd edən dövlət başçısı bu istiqamətdə çox ciddi nailiyyətlərin qazanıldığını, qeyri-neft sektorunda gedən proseslərin iqtisadiyyatın ümumi inkişafının təzahürü o

Səudiyyə Ərəbistanı Yəmən sərhədində qarşıdurma

Изображение
20/7/2013 [22:18]  -  Dünya   (174 dəfə baxılıb ) Səudiyyə Ərəbistanı Yəmən sərhədində qarşıdurma   - TƏFƏRRÜAT Qaçaqmalçılarla sərhədçilər arasında baş verən atışmada 6 nəfər ölüb, 4 nəfər də yaralanıb   Səudiyyə Ərəbistanının Yəmən sərhədində sərhədçilərlə qaçaqçı olduğu iddia edilən qrup arasında qarşıdurma baş verib.  Türkiyə mətbuatının verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanına silah və narkotik keçirməyə cəhd edən qaçaqmalçılarla sərhədçilər arasında baş verən atışmada 4 nəfəri Somali, 2 nəfəri də Yəmən vətəndaşı olmaqla 6 nəfər ölüb, 4 nəfər də yaralanıb. Hadisə ilə əlaqədar Səudiyyə Ərəbistanın rəsmi orqanları hələlik heç bir açıqlama verməyiblər.

"İslam dininin dünyada təbliğ etməliyik". İlham ƏLİYEV

Изображение
21/7/2013 [12:58]  -  Reportaj   (36 dəfə baxılıb ) "İslam dininin dünyada təbliğ etməliyik" Azərbaycan prezidenti İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul edib. İlham Əliyev deyib ki, Azərbaycanda müsəlman ölkələrinin səfirliklərinin sayı artır. Azərbaycan da öz növbəsində diplomatik nümayəndəliklərini müsəlman ölkələrində artırır: “Siyasi əlaqələr çox yüksək səviyyədədir. İqtisadi sahədə də inkişaf vardır. Ancaq hesab edirəm ki, gələcək illərdə iqtisadi sahədə əməkdaşlığa daha da böyük diqqət verilməlidir. Eyni zamanda, bizim ölkələrimiz beynəlxalq təşkilatlarda da uğurla fəaliyyət göstərirlər, bir-birinə dəstək olurlar. Ölkələrimiz Birləşmiş Millətlər Təşkilatı çərçivəsində bir-birini daim dəstəkləyibdir. İki il bundan əvvəl Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsində də müsəlman ölkələrinin səyi çox əhəmiyyətli idi. Biz bu dəstəyə görə

Rus general Azərbaycana qaçdı

Изображение
20/7/2013 [15:45]  -  Maraqlı   (3746 dəfə baxılıb ) Rus general Azərbaycana qaçdı , Rusiya hücum etdi…  - EKSKLÜZİV Dünyanın ən populyar  video oyununda  Azərbaycanla bağlı maraqlı epizodlar yer alacaq Font:  A   A   A   A   A Dünyada  video oyunların istehsalı sahəsində lider olan EA DİCE korporasiyası “Battlefield” seriyasından 4-cü oyunun pərdəarxasını qismən açıqlayıb. Avropa.info xarici mediaya istinadən xəbər verir ki, hələlik satışa çıxmayan oyunda Azərbaycanla bağlı epizodlar da olacaq. Belə ki, computer arxasında oturduğunuz zaman sizə serjant Daniel Reker rolu həvalə ediləcək. Siz “Battlefield”-in əfsanəvi “Tombstone” xüsusi təyinatlı döyüş komandasının üzvüsünüz. “Tombstone” rus ordusundan üz döndərmiş generalla əlaqə saxlamaq missiyasını yerinə yetirməlidir. General isə məhz Azərbaycana sığınıb. Burada sizin komandanız rusların hücumuna məruz qalacaq və komanda ilə birlikdə hücumdan yayınıb sağ qalmalısınız. Çünki bundan sonra sizi Çində başqa bir missiya