Azərbaycan türkçülüyü ideyası - V

Azərbaycan türkçülüyü ideyası - V
 05.06.2012, 13:01

Faiq Ələkbərov (Qəzənfəroğlu)
AMEA Fəlsəfə, Sosiologiya və Hüquq
İnstitutunun böyük elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru 

Əhməd bəy Ağaoğlu və türk-islam millətçiliyi
Azərbaycan türk ziyalıları A.A.Bakıxanov, M.F.Axund­zadə, H.B.Zərdabi, Ş.C.Əfqani və başqalarının XX əsrin əvvəllərində, ilk məfkurə davamçılarından biri, bəlkə də birincisi Azərbaycan türk ideoloqu və mütəfəkkiri Əhməd bəy Ağaoğlu olmuşdur. İslamı dərindən mənimsəməklə yanaşı, Azərbaycan türkləri arasında ilk dəfə Ə.Ağaoğlu «türk-islam millətçiliyi» elmi-rasional nəzəriyyəsini irəli sürmüş, sonralar onu dini-siyasi birlik kimi də qavramışdır. Azərbaycan türk mühacir ziyalılarından Mirzə Bala Məmmədzadə və Hüseyn Baykaranın mülahizələrinə görə də, bu dövrün ziyalılarından Ə.Ağaoğlu islamçılığa daha çox üstünlük vermiş, geniş və dərin, nəzəri şəkildə «türk-islam millətçiliyi»ni təbliğ etmişdir. Başqa sözlə, onların fikrincə 1900-cu illərdə Ağaoğlu bir müsəlman ziyalısı kimi əsasən, islamda islahatlar aparmaqla müsəlman millətlərinin tənəzzüldən qurtarıb tərəqqisinə və yüksəlişinə çalışmışdır.
Fikrimizcə, islamçılığın siyasiləşməsi, yəni «türk-islam millətçiliyi» nəzəriyyəsinin yaranması milli məsələnin gündəmə gəlməsi üçün təkanverici rol oynamış, həmin ideyanın əsasında siyasi türkçülük (türk xalqlarının birliyi) və daha sonra etnik-milli türkçülük (Azərbaycan türkçülüyü) təşəkkül tapmışdır. Şübhəsiz, islamçılıqdan türkçülüyə, türkçülükdən Azərbaycan türkçülüyünə gedən yol təkamül nəticəsində baş vermişdir. Bu baxımdan, Ə.Ağaoğlu həmin dövrdə «türk-islam millətçiliyi» uğrunda mübarizə aparsa da, türkçülüyə də meyil etmiş və bununla da, Azərbaycan mili-türk ideyasının meydana gəlməsinə zəmin hazırlamışdır.
Ə.Ağaoğlunun islamçılığa əsaslanan «türk-islam millətçiliyi» nəzəriyyəsi isə onun «İslama görə və islamda qadın», «Müsəlman xalqlarının vəziyyəti», «Panislamizm və onun xarakteri», «Axund, İslam  və Hatifülqeyb» və digər əsərlərində, həmçinin çoxsaylı elmi-nəzəri məqalələrində öz əksini tapmışdır.
Fikrimizcə, Ə.Ağaoğlunun elmi-rasional islamçılıqdan kənara çıxıb siyasi islamçılığa - «islam millətçiliyi»nə meyil etməsində ən başlıca amil Qafqazda ruslaşdırma, farslaşdırma siyasəti, o cümlədən 1905-1906-cı illərdə çar Rusyasının əli ilə baş verən erməni-türk münaqişəsi və s. olmuşdur. Bütün bunlar bir daha göstərir ki, Ə.Ağaoğlu islamçılığın elmi-nəzəri əsaslarının yaranmasından sonra bu hərəkatın siyasiləşməsinin tərəfdarı olsa da, dövründə baş verən hadisələr onun özünü də «Gənc türklər» kimi, daha tez siyasi islamçılığa-«türk-islam millətçiliyi»nə üz tutmağa sövq etmişdir.
Bütövlükdə, o, 1900-1910-cu illərdə tərəqqipərvər islamçılığa əsaslanan türk-islam millətçiliyi nəzəriyyəsi ilə bağlı iki məsələyə diqqət yetirilməsini zəruri sayırdı: 1) islam dünyasının fəlakətlərinin səbəbləri obeyktiv təhlil edilməli və islam millətlərinin qurtuluş yolu ruhanilərin təbliğ etdiyi islamda deyil, tərəqqipərvər ruhlu islamda axtarılmalı; 2) dini kimliklə (islamla) milli kimlik (türklük), dini özünütəyinlə (islamçılıqla) milli özünütəyin (türkçülük) isə bir-birinə nəinki ziddir, hətta bir-birini tamamlayır.
1890-cı illərdə Parisdə təhsil alarkən Avropanın təzyiqindən sarsılmış islam dünyasının fəlakətlərinin səbəblərini axtaran Ş.C.Əfqani şəxsən həmsöhbət olduğu Ə.Ağaoğluna dərin təsir bağışlamışdır. Həmin təsir altında Ağaoğlu 1899-cu ildə «Kaspi» qəzetində nəşr olunan bir məqaləsində qeyd edirdi ki, əslən Həmədandan olan Əfqani özündə cəsarət tapıb birinci olaraq müsəlmanların ailə və cəmiyyət həyatlarının köhnəldiyini, çağdaş dövrə uyğun olmadığını və bunlara səbəb ruhanilərin özlərinin köhnəlməsi, hakimiyyyətin kütlüyü və nadanlığı olduğunu qeyd etmişdir. Ağaoğlunun fikrincə, Şərqdə nümunəvi ictimai xadim olan bu şəxs, eyni zamanda özünün gələcək davamçılarının fəaliyyəti üçün proqram tərtib etmiş və bu davamçıların inkişaf etdirməli olduqları ideyaları göstərmişdir.
«Müsəlman xalq­larının vəziyyəti» (1903-1904) silsilə məqalələrində Ş.C.Əfqani kimi, hazırda islam dünyasının yarımcan vəziyyətdə olması fikrini qəbul edən Ağaoğlunun fikrincə, taleyin zərbələrindən sarsılıb məyus olmuş müsəlmanlar indi gəzib bu fəlakətin onların üzərinə haradan gəldiyini axtarır və vəziyyəti düzəltmək haqqında fikirləşirlər. «İslama görə və islamda qadın» əsərində də Ə.Ağaoğlu qeyd edirdi ki, müsəlmanların islahat dövrünü keçmələrinin vaxtı çatmışdır. Müsəlmanların qurtuluşu üçün isə, islahatlar ilk növbədə qadınlara azadlıq verilməsindən və əlifbanın islahından başlamalıdır. Eyni zamanda, o, müsəlmanları qəflət yuxusundan oyatmaq üçün, Əfqani kimi müsəlman islahatçısının yolunu gözləyirdi. Ağaoğlu hesab edirdi ki, hər bir müsəlman milləti ilkin islama əməl etməklə, milli mənəvi dəyərlərə sahib çıxmaqla yanaşı, qərb mədəniyyətinin müsbət dəyərlərini də mənimsəməli və Avropa millətləri kimi inkişaf etməlidirlər. Çünki islam bədbinlik deyil, nikbinlik və tərəqqipərvərlik dinidir.
Bizə elə gəlir ki, Ağaoğlu «Panislamizm və onun xarakteri» məqaləsində «panislamizm»in, yəni «türk-islam millətçiliyi»nin elmi-nəzri əsaslarını verməyə çalışmışdı. Onun fikrincə, panislamizm ideyası islamın özündə, onun nəzəriyyə və tarixində ehtiva edilmişdir: «Quran, hər cür millətçiliyə düşməndir. Ümumbəşərilik demək olan islam milli əlahiddəliyi, irqi ayrı-seçkiliyi, silki xurafat və ənənələri zəiflətməyə çalışır. İslama görə, ona iman gətirən bütün insanlar qardaşdırlar, hamı Allah və Quran qarşısında bərabərdir.  Nə türk, nə ərəb, nə fars, nə hindu, nə zənci, nə ağ var: hamı müsəlmandır, bərabər və birdir, hamı eyni bir Atanın, sevən bir Atanın (Allahın - F.Ə.) övladlarıdır, fərq yalnız Ona itatət edənin dərəcəsindədir. Bu ideya Quranda ümumi müddəa şəklində deyil, aydın və rəsmi şəkildə ifadə edilmişdir: «müsəlmanlar qardaşdırlar».
«İslam, Axund və Hatifülqeyb» (1904) adlı əsərində ən çox islamla bağlı olaraq yaranmış mövhumata, xurafata, dini fanatizmə və s. diqqət yetirən Ə.Ağaoğlu ruhanilərə başa salmaq istəmişdir ki, onların islamın adı ilə bağlı gördükləri işlər bu dinə mənfi təsir göstərmiş, onun qüdrətini zəiflətmişdir. Axundlar islamın xadimi olduqları halda, uzun zamandır ki, bu dini odlara yaxmış, bununla da büiün dünyada islamın nüfuzuna xələl gəlmişdir. Hatifülqeyb də hər bir millət arasında yüzlərlə məzhəbin, təriqətin olmasının günahkarı din xadimləri olduğunu göstərir. Əsərdən məlum olur ki, müsəlmanların çoxu islamın, Quranın əsil mahiyyətini bilmir və burada da əsas günahkar din xadimləridir.
Ə.Ağaoğlunun fikrinə görə, Məhəmməd peyğəmbərin (s.) təlimi Allahın təlimidir və islam haqqında fikir yrütümək üçün Quran əsas götürülməlidir. Onun fikrinə görə, islamdakı Allah anlayışı hər şeyin ondan baş verdiyi və hər şeyin ondan qayıtdığı sonuncu «səbəblər səbəbidir». Allah həyatı, ölümü, zamanı, məkanı özündə ehtiva edir, özü isə bunların heç biri ilə məhdud deyildir.
Ağaoğlunun fikrincə, islamda meydana gələn təriqətlər, təlimlər sonralar yaranmış və onlar islamın mahiyyəti ilə uyğun gəlmir. Çünki islam tək Həqiqətin, Allahın iradəsinin ifdasiə olub, dəyişilməzdir. Bu mənada şiəlik, çünnilik, vəhabilik, babilik və s. kimi təriqətlər, məzhəblər islamın ruhuna ziddir. Əslində bu təriqətlər, məzhəblərin vasitəsilə vahid olan bir dini parçalamaq isə onun tənəzzülünə çalışmaq deməkdir.
O, əcnəbilər tərəfindən ortaya atılmış bir anlayış olmasına baxmayaraq, bir müddət panislamizmi («pan» yunanca hamısı, bütövlük mənasını verir) müsəlman-türk dünyasının oyanışı və inkişafı uğrunda mübarizə aparan qüvvələrə verilmiş müsbət bir məfhum kimi qəbul etmişdi. Ola bilsin ki, Ə.Ağaoğlunun «panislamizm» anlayışına ilk dövrlərdə, bu cür münasibəti sonralar, həmin məfhumun «islam birliyi» uğrunda mübarizə aparan bütün qüvvələrə verilmiş ümumi siyasi-ideoloji bir ada çevirilməsində də müəyyən rolu olmuşdu. Ancaq bütün hallarda Ə.Ağaoğlu da Ə.Hüseynzadə kimi, «panislamizm» dedikdə, bütün «ittihadi-islam» tərəfdarlarını deyil, yalnız onun mötədil (orta) mövqedən çıxış edən «ağılı ünsürlər»ini, yəni tərəqqipərvər hissəsini nəzərdə tutmuşdu.
Bunu, sonralar Ə.Ağaoğlunun Ə.Hüseynzadə kimi, «panislamizm» anlayışına dəyişən münasibəti də göstərir. O, sonralar bu anlayış ətrafında Avropa, o cümlədən Rusiya millətçilərinin yaratdığı mənfi obrazı aradan qaldırmaq üçün qeyd edirdi ki, «müsəlmanlar qardaşdırlar» prinsipini irəli sürən islam müsəlmanlar arasında qardaşlığa, ittifaqa və ittihada əsaslanır: «Fəqət bu ittihad və ittifaqımız avropalıların ixtirası və onları təqlid yolu ilə Rusiya ermənilərinin də istilah etdikləri «panislamizm» deyildir. Yəni bizim «ittihadımız» slavyan milləti arasında mövcud olan «panslavizm» fikri kimi ümumislamları da bir dövlətə ilhaq etmək və yaxud bir nöqtəyə ictima edərək, aləmi-xristianiyyəyə qarşı qiyam etmək fikri deyildir… Kaş ki, bizdə dəxi böylə bir əsaslı fikir və mərkəzi-ictimaimiz ola idi də. Biz müsəlmanlar da böylə bir məsləkə xidmət etməklə iftixar edər idik. Fəqət nərədə bu fikir, nərədə bu mərkəz?!  Böylə bir xəyaldan ibarət bulunan «panislamizm» fikirinə deyil, heç olmazsa ittihadi-islamiyyə-şəriyyəmizə xidmət etsələr də çox təşəkkür edər idik». Bununla da, Ə.Ağaoğlu «panislamizm»in müsəlmanların vahid dövlətinin, yaxud da federasiyasının yaradılması uğrunda mübarizə aparan bir cərəyan kimi verilməsinin əleyhinə çıxmışdı. O, belə qənaətə gəlmişdi ki, islamçılıq daha çox islam qanunları əsasında mənəvi birliyə nail olmaqdır.
Fikrimizcə, Ə.Ağaoğlu islamçılıq ideyası uğrunda mübarizədə türklüyü onun əsas silahlarından biri kimi görmüş, bu baxımdan «türk-islam millətçiliyi» dedikdə daha çox türk-müsəlman birliyini ifadə etmişdi. Bu baxımdan «Kaspi», «Həyat» və «İrşad» qəzetlərində dərc olunan məqalələrində o, ruslaşdırmaya, farslaşdırmaya, o cümlədən erməni millətçiliyinə qarşı çıxaraq milli mənsubiyyət məsələsinə geniş yer vermiş, türk adət-ənənələri və mədəniyyətini təbliğ etmiş, sünni-şiə ayrılıqlarına qarşı olmuş, milli hüquq və azadlıqlarından bəhs etmişdir.
Onun fikrincə, çar hökumətinin siyasəti isə, sadə rusların türklərə olan münasibətindən tamam fərqlidir. Belə ki, sadə ruslarla türk-tatarlar arasında gizli bir doğmalıq, yaxınlıq vardır, çünki rusların damaralarında türk-tatar qanı çoxdur. Tatarların bir neçə yüz il davam etmiş hökmranlığı hədər getməmiş, hər iki irq bir-birinə möhkəm qaynayıb qarışmışdır. Bir sözlə, ruslarla türk-tatarlar aralarındakı din ayrılığına baxmayaraq, tatarların öz antropoloji xüsusiyyətlərini qoruyub saxlamaqla yanaşı, bir çox rus ailələrinin də damarlarından tatar qanı axır. Ancaq türk-tatarlarla ruslar arasındakı bu doğmalığa, yaxınlığa rəğmən, 1-ci rus inqilabına qədər çar Rusiyası «mənfur məzhəbçilik-ruslaşdırma siyasəti» aparmış, onları ən mühüm hüquqlardan belə məhrum etmişdir.
Ə.Ağaoğlu açıq şəkildə qeyd edir ki, heç bir iş görmədən, əmək sərf etmədən, sutkada 18 saat yataraq, kef edərək fövqəltəbii möcüzələrlə 18 saat işləyən, əl-ələ verib yaşayan xalqlarla rəqabət aparmağı düşünmək çox yanlışdır və daha belə yaşamaq yaramaz. Artıq özümüzü cansız, ölü portretlərin yerinə qoymaqdan əl çəkməli, işləməli, özümüz özümüzün qeydinə qalmalı, ehtiyaclarımız barədə düşünməli və onun təmin edilməsi üsullarını öyrənməliyik: «İndi bütün Rusiya qarşısı alınmaz və qüdrətli bir tərzdə yeniləşdiyi bir dövrdə biz müsəlmanlar da yeniləşməliyik, əks təqdirdə biz yenə geridə  qalacayıq, yenə hamı bizi ötüb keçəcək». Ağaoğlu qeyd edir ki, Rusiyada həyata keçirilən islahatlardan maksimum yararlanmaq, yeni həyat formaları arasında başımızı itirməmək, həmin formalara ağlabatan tərzdə uyğunlaşmaq, ətrafmızıdakı xalqların səviyyəsinə çatmaq və özümüzə layiqli yer tumaq lazımdır: «Bundan ötrü isə: 1) elə bu saat, dərhal ictimai həyatda bizim zəifliyimizin, indiferentliyimizin, dava-dalaşın, şəxsi qərəzliyin bütün səbəblərini bir kənara atmalıyıq; 2) hər yerdə və hər işdə ağla, zəkaya, işguzarlığa, biliklərə, namusluluğa üstünlük verməli, onları yerlibazlığın, qohumbazlığın və şəxsi qərəzliyin kölələrinə çevirməməliyik; 3) müsəlmanlara hər yerdə və hər işdə, həmçinin müsəlman ziyalılarına tam etimad göstərilməli, onları özləri üçün rəhbər seçməli, onların məsləhət və göstərişlərinə əməl etməlidirlər, çünki yeni həyatın tələblərini, bu tələblərin təmin edilməsi üsullarını ən yaxşı bilən həmin ziyalılardır».
Ə.Ağaoğlunun bu tezislərində açıq aşkar siyasi ünsürlər də öz əksini tapmışdır. Çünki o, Rusiyadakı müsəlman türkləri eyni ideyanı, dini və etnik mənsubiyyəti nəzərə almaqla, birləşməyə çağırır və əsas yükü ziyalıların çiyininə qoyurdu. Birinci növbədə ziyalılar bütün qüvvələrini cəmləşdirməli, gecə-gündüz yorulmaq bilmədən işləməli və ölkə yeni həyata qədəm qoyduğu andan etibarən buna hazır olmalıdırlar. Ağaoğlunun fikrincə, ziyalılar Qafqazda müsəlman türklərin çoxluq təşkil edən bir millət olduğuna görə, mövcud olan rəsmi dövlət orqanları və başqa təşkilatları, eyni zamanda diyarın özünü hərtərəfli öyrənməlidirlər. Əgər bu baş verərsə, onda türklər Qafqazın ən sanballı ünsürü kimi diyarın həyatında onun sayına və mövqeyinə uyğun yer tuta biləcək və indiyə qədər olduğu kimi kənarda qalmayacaqdır.
20-ci əsrin əvvəllərində, xüsusilə 1900-1910-cu illərdə Azərbaycanda islamçılığın ən görkəmli nümayəndəsi, sovet ədəbiyyatında da etiraf olunduğu kimi «Azərbaycan burjaziyasının ideoloqu» Ə.Ağaoğlu Azərbaycan milli ideologiyasının formalaşmasında mühüm rolu olmuşdur. Ə.Ağaoğlunu həmin dövrdə digər fikirdaşlarından fərqləndirən əsas cəhət islam əsasında türksoylu dövlətlərin, hətta islam dövlətlərinin arasında «türk-islam birliyi»nin - türk-islam millətçiliyinin yarana bilməsi inancı olmuşdur.

Digər məqalələr

Biz kimin varisiyik: Milli Azərbaycanın, yoxsa Sovet Azərbaycanın? (05.06.2012, 13:01)
Azərbaycanda «Türk dili»nin əcnəbləşdirilməsi siyasətinin gizlinləri… (05.06.2012, 13:01)
İran Azərbaycanda 20 ildir nə axtarır: əmin-amanlıq, yoxsa anarxiya? (05.06.2012, 13:01)
Demokrat, patriot, türkçü, maarifçi - mənəviyyatımızın və ruhumuzun heykəli (05.06.2012, 13:01)
İstiqlal abidəsi - kiçik bir meydançaya sığışdırılan millət… (05.06.2012, 13:01)
Milli tarixi yarımçıq yazılmış millət… (05.06.2012, 13:01)
Türklərin Yaz bayramı necə Novruza çevrildi? (05.06.2012, 13:01)
Azərbaycan və Türkiyə: tək millət, tək bayraq, tək dövlət… (05.06.2012, 13:01)
Türk Cümhuriyyətinə nədən «Azərbaycan» adı verildi? (05.06.2012, 13:01)
Azərbaycan bayrağının mənəvi-ideoloji mənası - BUNLARI BİLMƏK MARAQLIDIR (05.06.2012, 13:01)
Türkçülük: Azərbaycan və Türkiyə türklərinin vahid milli ideyası (05.06.2012, 13:01)
Azərbaycanın türksüzləşdirilməsi kimlərin marağındadır? (05.06.2012, 13:01)
Azərbaycan türkçülüyü ideyası - I (05.06.2012, 13:01)
Azərbaycan türkçülüyü ideyası - II (05.06.2012, 13:01)
Azərbaycan türkçülüyü ideyası -III (05.06.2012, 13:01)
Azərbaycan türkçülüyü ideyası - IV (05.06.2012, 13:01)
Azərbaycan türkçülüyü ideyası - VI (05.06.2012, 13:01)
Azərbaycan türkçülüyü ideyası - VII (05.06.2012, 13:01)
Azərbaycan türkçülüyü ideyası - VIII (05.06.2012, 13:01)
Azərbaycan türkçülüyü ideyası-IX (05.06.2012, 13:01)
Azərbaycan türkçülüyü ideyası - X (05.06.2012, 13:01)
Azərbaycan türkçülüyü ideyası - XI (05.06.2012, 13:01)
Azərbaycan türkçülüyü ideyası - XII (05.06.2012, 13:01)
Azərbaycan türkçülüyü ideyası - XIII (05.06.2012, 13:01)
Azərbaycan türkçülüyü ideyası - XIV (05.06.2012, 13:01)
Azərbaycan türkçülüyü ideyası - XV (05.06.2012, 13:01)
Azərbaycan türkçülüyü ideyası - XVI (05.06.2012, 13:01)
Azərbaycan türkçülüyü ideyası - XVII (05.06.2012, 13:01)
Azərbaycan türkçülüyü ideyası - XVIII (05.06.2012, 13:01)
Azərbaycan türkçülüyü ideyası - XIX: Əhməd Cəfəroğlu (05.06.2012, 13:01)
Azərbaycan türkçülüyü ideyası - XX (05.06.2012, 13:01)
Azərbaycan türkçülüyü ideyası - XXI - Yusif Çəmənzəminli (05.06.2012, 13:01)
Azərbaycan türkçülüyü ideyası - XXII - Əbdürrəhman Fətəlibəyli-Düdənginski (05.06.2012, 13:01)
Azərbaycanda türk dili hansı statusa malikdir? (05.06.2012, 13:01)
Azərbaycan türkçülüyü ideyası – XXIII - Hüseyn Baykara (05.06.2012, 13:01)
Azərbaycan türkçülüyü ideyası – XXIV- Əlabbas Müznib (05.06.2012, 13:01)
Türk-milli azərbaycançılığı və sovet-kosmopolit azərbaycançılığı (05.06.2012, 13:01)
Azərbaycan türkçülüyü ideyası - XXV: Bəxtiyar Vahabzadə (05.06.2012, 13:01)
Nizami Gəncəvinin irsində türklük və islamlıq (05.06.2012, 13:01)
Azərbaycan türkcəsindəki ilk Quranı Osmanlı sultanına təqdim edən azərbaycanlı (05.06.2012, 13:01)
Türk dili Azərbaycan dilinə necə çevrildi? (05.06.2012, 13:01)
Türk dili Azərbaycan dilinə necə çevrildi? - II yazı (05.06.2012, 13:01)
Türk dili Azərbaycan dilinə necə çevrildi? - III yazı (05.06.2012, 13:01)
Milli ideologiya probleminə ikili baxış: milli və kosmopolit - I yazı (05.06.2012, 13:01)
Milli ideologiya probleminə ikili baxış: milli və kosmopolit - II yazı (05.06.2012, 13:01)
Milli ideologiya probleminə ikili baxış: milli və kosmopolit - III yazı (05.06.2012, 13:01)
Milli ideologiya probleminə ikili baxış: milli və kosmopolit - IV yazı (05.06.2012, 13:01)
Milli ideologiya probleminə ikili baxış: milli və kosmopolit - V yazı (05.06.2012, 13:01)
Turan yolçusu Əhməd Cavad: «Turan öylə bir müqəddəs Kəbədir ki» (05.06.2012, 13:01)
Azərbaycan mühafizəkarları və «ittihadçı»ların «islam birliyi» ideyası (05.06.2012, 13:01)
Türkçülük və azərbaycançılıq: alternativlik, yoxsa eynilik? (05.06.2012, 13:01)
Türkçülük və azərbaycançılıq: alternativlik, yoxsa eynilik? II Yazı (05.06.2012, 13:01)
Novruz barədə bilmədiklərimiz... (05.06.2012, 13:01)
“Yazıq və bədbəxt millət”in 31 mart və 26 fevral günahları… (05.06.2012, 13:01)
Milli dil məsələsi: Türk dili, yoxsa Azərbaycan dili? (05.06.2012, 13:01)
Türkiyədə «Azərbaycan variantı» baş tutacaqmı? (05.06.2012, 13:01)
Türkçülüyü azərbaycançılığa qarşı qoyanlar… (05.06.2012, 13:01)
«Azəriçilik» nəzəriyyəsi (05.06.2012, 13:01)
Azərbaycançılıq türkçülükdən ayrı tutula bilməz… (05.06.2012, 13:01)
Azərbaycanda milli əlifba probleminin ideoloji yönləri - I yazı (05.06.2012, 13:01)
Azərbaycanda milli əlifba probleminin ideoloji yönləri - II yazı (05.06.2012, 13:01)
Azərbaycan xalqı mədəniyyətə qarşı təcavüzün sancılarını çəkir (05.06.2012, 13:01)
Cəfər Cabbarlının Elxanı və Məhəmməd Əmin Rəsulzadə (05.06.2012, 13:01)
Niyə sadəcə deyə bilmirsən ki, mən türkəm? (05.06.2012, 13:01)
100 il öncə Azərbaycanda Ramazan (05.06.2012, 13:01)
«Birləşəlim, türk oğlu, bu yol millət yoludur» (05.06.2012, 13:01)
«İndi naxoşdu-milləti-İslam» (05.06.2012, 13:01)
«İttihadçı» və türkçü Sultan Məcid Qənizadə (05.06.2012, 13:01)
«Osmanlıcadan türkə tərcümə» nə deməkdir?!. (05.06.2012, 13:01)
«Özü türk oğlu türk, amma deyir türki cəhalətdir» (05.06.2012, 13:01)
«Nə qədər dolandım Turan elini» (05.06.2012, 13:01)
«Türk milləti, türk ölkəsi, türk dili» (05.06.2012, 13:01)



Şərh əlavə et

   Adınız:
   Email ünvanınız:

* Şərh:

  
 



 
Son xəbərlər
24.09.2013, 23:01
 Abdulla Gül BMT-ni Qarabağ münaqişəsini həll etməyə çağırdı
24.09.2013, 23:00
 Azərbaycanda hərbi formalara dəyişiklik edildi
24.09.2013, 22:41
 Fərhad Əliyevin qardaşı: “İlham Əliyevi dəstəkləyirik”
24.09.2013, 22:20
 Fatih Terim "Qalatasaray"dan getdi
24.09.2013, 22:07
 Prezidentliyə namizədlər teledebatda üz-üzə gəldilər - VİDEO
24.09.2013, 21:49
 Ələkrəm Hümbətovdan Azərbaycana qarşı separatçı çıxış
24.09.2013, 20:14
 Keçmiş əri Gültəkin Hacıbəylini məhkəməyə verdi
24.09.2013, 19:09
 Prezident fəxri adlar verdi - SİYAHI
24.09.2013, 18:35
 “Borçalı” Cəmiyyətin parçalanmış obrazını yaratmağa çalışırlar - BƏYANAT
24.09.2013, 18:25
 Bakıya yağan güclü yağış “Reytinq” qəzetini "vurdu"
24.09.2013, 18:21
 Qorxmaz Hüseynov: “Əhalinin 24 saat fasiləsiz içməli su ilə təmin olunmasına çalışırıq” - MÜSAHİBƏ
24.09.2013, 17:58
 Prezidentliyə namizədin “ailə sirləri”...
24.09.2013, 17:53
 Oqtay Gülalıyev bıçaqlanmış oğlunun durumu haqda danışdı
24.09.2013, 17:34
 Meriya Bakının yağışdan sonrakı vəziyyətinə özünəməxsus “don geyindirdi”
24.09.2013, 17:14
 Sevinc Babayevanın ölümü ilə bağlı ekspertizanın nəticələri açıqlanıb
24.09.2013, 17:02
 Eldəniz Quliyev Ələkrəm Hümmətovun müdafiəsinə qalxdı
24.09.2013, 16:52
 Rəsul Quliyev səs yazısını TƏKZİB etdi: “Danışmışıq, amma bu montajdır”
24.09.2013, 16:51
 Züqanov “Qarabağ” plenumu ÇAĞIRIB: Azərbaycanlı kommunistlər Moskvaya gedir
24.09.2013, 16:39
 Tam Yeni Nissan Tiida 2013 təqdim edildi
24.09.2013, 16:30
 Fərəc Quliyev özünə yeni müavin təyin etdi
24.09.2013, 16:26
 Prezidentliyə namizədin mətbuat mərkəzinin rəhbərinin oğlu bıçaqlandı
24.09.2013, 16:20
 QHT Alyansının “ekzit-pol”la bağlı tenderinin qalibi məlum oldu
24.09.2013, 16:07
 Hafiz Hacıyev Cəmil Həsənli ilə eyni yerdə mitinq keçirəcək
24.09.2013, 15:34
 Sərkisyan Putin qarşısında Bakının gücünü etiraf etdi
24.09.2013, 15:22
 Rəsul Quliyevlə Sülhəddin Əkbərin şok telefon danışığı - AUDİO
24.09.2013, 15:05
 Məcburi köçkünlərin köçürülməsi başa çatdı
24.09.2013, 14:56
 İlham Əliyev ATƏT rəsmisi ilə seçki hazırlığını müzakirə edib
24.09.2013, 14:47
 Gənclər Cəmil Həsənlini sorğu-sual edəcək
24.09.2013, 14:40
 Fuad Muradov Avropa Parlamentində görüş keçirəcək
24.09.2013, 14:38
 Azərbaycanda korrupsiya faktlarının yeni STATİSTİKASI
24.09.2013, 14:28
 İrandan Azərbaycana ciddi xəbərdarlıq: “Seçkilərə müdaxilə yolverilməzdir”
24.09.2013, 14:23
 Rövnəq Abdullayev klubları cərimələdi
24.09.2013, 14:15
 Uşaqlarda özünə güvənc...
24.09.2013, 13:54
 Kukla Teatrının direktoru: “Orta məktəbə gedib teatrı gözdən saldılar" - MÜSAHİBƏ
24.09.2013, 13:49
 Yazıçılar Birliyi Nəriman Nərimanova “yiyə durdu”
24.09.2013, 13:44
 Deputatlar yağışın bölgələrə vurduğu zərərlə maraqlanıblar?
24.09.2013, 13:31
 Namizədlərin mitinq hazırlığı: Araz Əlizadə mitinq edənləri “dar düşüncəlilər” adlandırdı
24.09.2013, 13:28
 Milli Şura regionlara çıxır: Cəmil Həsənli Şirvanda mitinq təyin ETDİ
24.09.2013, 13:24
 TQDK rezidenturanın boş yerlərinə qəbul elan etdi
24.09.2013, 13:05
 İTV-dən namizədlər üçün ödənişli təşviqat vaxtı ilə bağlı AÇIQLAMA

Müəlliflər
Elza Alışova Demirdağ

 Uşaqlarda özünə güvənc...

Mahir Qabiloğlu

 Arvadla kişinin fərqi öləndə olur

Vüqar Tofiqli

 Ağdamın təhsil sistemi - Xatirələr yada düşür...

Anzulə Əmirova

 Azyaşlı övladlarınızı “xəstəliyə” yoluxdurmayın!

Yolruh Atalı

 Səmimilik - Yaxşılıq - Pislik

İşıqlı Atalı

 Üzeyir Hacıbəyli fədakarlığı

Faiq Ələkbərov (Qəzənfəroğlu)

 «Türk milləti, türk ölkəsi, türk dili»

Fazil Mustafa

 “Mən müxalifəti dəstəkləyəcəyəm”

Aqil Camal

 Ölməyə Suriya yaxşı?!.

Elman Cəfərli

 Satrap təfəkkürü

Elmin Nuri

 Kodların məxfi dili


Abunə
Email ünvanını daxil edin
 

 
   

Комментарии

Популярные сообщения из этого блога

Глава четвертая Служба пограничных нарядов

Наставление по охране государственной границы (пограничный наряд)

Глава вторая Основы охраны государственной границы пограничными нарядами