Rusiya və Gürcüstanla Azərbaycan arasında sərhədlərin delimitasiyası və demarkasiyası, Xaçmaz rayonunun Xraxoba və Uryanoba sərhəd kəndlərində


www.sia.az

Qərib Məmmədov: “Cənab Ramiz Mehdiyev müvafiq orqanlara xüsusi göstəriş verib"_EKSKLÜZİV - müsahibə


Rusiya və Gürcüstanla Azərbaycan arasında sərhədlərin delimitasiyası və demarkasiyası, Xaçmaz rayonunun Xraxoba və Uryanoba sərhəd kəndlərində vətəndaşlığı olmayan insanların torpaq problemləri, Rusiya-Azərbaycan arasında razılaşdırılmayan sərhəd əraziləri və bələdiyyələr tərəfindən vətəndaşlara qanunla icazə verilməyən yerlərdə torpaq sərəncamlarının verilməsi ilə bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov SİA-ya eksklüziv müsahibə verib.



- Rusiya ilə Azərbaycan arasında sərhədlərin delimitasiyası və demarkasiyası əlaqədar keçiriləcək İşçi Qrupunun görüşü nə vaxta planlaşdırılıb?



- Azərbaycan və Rusiya sərhədlərinin delimitasiyası və demarkasiyası üçün ekspertlər səviyyəsində dəqiqləşdirmələr aparılır. Rusiya ilə Azərbaycan arasında sərhədlərin uzunluğu 390 kilometrdir. Hazırda razılaşdırılmayan üç məntəqə qalır. Azərbaycan və Rusiya sərhədlərinin müəyyənləşdirilməsi üçün iki ölkə arasında dövlət komissiyaları fəaliyyət göstərir.



Hələlik hər iki ölkənin sərhədyanı ərazisinin 95 faizi razılaşdırılıb. Rusiya ilə razılaşdırılmamış təxminən 3 sahə qalıb.

Bunlardan biri “stık” adlanan ərazidir. Bu, Balakən rayonunun ərazisində Rusiya, Gürcüstan və Azərbaycanın sərhədlərinin birləşdiyi yerdir.

İkinci, “Su qovşağı” adlanan ərazidir, orada da böyük bir iş qalmayıb, ekspertlərin müəyyən rəyləri var.

Üçüncüsü isə Xaçmaz rayonu ərazisindəki meşə sahəsidir.



Biz artıq bununla bağlı Rusiyada səfərdə olmuşuq və müzakirələr aparmışıq. İndi biz Rusiyadan nümayəndə heyətini gözləyirik. Azərbaycan sərhədlərinin müəyyənləşdirilməsi üçün mütəxəssislər razılaşdırılmamış ərazilərdə olublar.

Onlar gələndə yenidən ekspertlər səviyyəsində iş aparılacaq. Diplomatik kanallarla görüşün vaxtı dəqiqləşdikdən sonra razılaşdırılmamış ərazilərin müəyyənləşdirilməsini həllini tapa bilər.



Qeyd etmək istərdim ki, İşçi Qrupunun görüşləri bizdən asılı məsələ deyil. Bizim işimiz işçi qrupunun görüşünə aidiyyatı məsələləri hazırlayıb daxil etməkdir. Əvvəlki tapşırıqlar əsasında araşdırmalar aparılır və hər iki tərəfin materialları hazır olduqdan sonra diplomatik yolla müəyyənləşir. Qarşı tərəfdən vaxt müəyyən olunduqdan sonra biz görüşəcəyik.



- Bəs Gürcüstanla sərhələrin razılaşdırılması məsələsi nə yerdədir?



- Gürcüstanla sərhədlərin delimitasiyası ilə bağlı danışıqlar davam etdirilir. Gürcüstanla Azərbaycan sərhədlərinin müəyyənləşdirilməsi üçün mütəxəssislər razılaşdırılmamış ərazilərdə olublar. Delimitasiya üzrə Azərbaycan-Gürcüstan komissiyasının daha iclasının keçirilməsi nəzərdə tutulur. Gürcüstanla Azərbaycanın sərhədləri 490 kilometrdir, bunun 300 kilometri razılaşdırılıb.

Təxminən 180 kilometr ərazi qalır ki, onunla bağlı da komissiya səviyyəsində həm Gürcüstan tərəfindən, həm də Azərbaycan tərəfindən işlər aparılır. Hər iki tərəfin iştirakı ilə ekspertlər səviyyəsində iş aparılır.



Gürcüstanla sərhədlərin delimitasiyası məsələsi ilə bağlı materiallar artıq hazırdır və müzakirələr aparılması üçün biz Gürcüstan tərəfinin nümayəndələrinin gəlişini gözləyirik. Komissiya bu məsələləri müzakirə etkidən sonra qərar qəbul edilə bilər.



- Xaçmaz rayonunun Xraxoba və Uryanoba sərhəd kəndləri vətəndaşlığın olmaması üzündən torpaq problemləri mövcuddur. Həmin kəndlərdə torpaq islahatlarının aparılması gözlənilirmi?



- Bəli, bu barədə vətəndaşlar tərəfindən müraciətlər daxil olub. Müraciətlərdə onlar Azərbaycan vətəndaşlığını qəbul etdiklərini qeyd ediblər. Belə olan təqdirdə, müvafiq qurumların rəhbərləri, daha doğrusu Prezident Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyev xüsusi göstəriş verib.



Bizim mütəxəssislər müvafiq yerlərdə vəziyyətlə yaxından tanış olub və Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı ilə birlikdə ziddiyyət yaradan məqamlar araşdırılıb. Bununla bağlı islahat aparılması zəruri hesab olunan Xraxoba və Uryanoba kəndlərində müvafiq tədbirlər görülür. Hazırda bu iş bu gündə davam edir.



- Qərib müəllim, bütün bu problemlərin yaranması Rusiya-Azərbaycan arasında mövcud olan razılaşdırılmayan sərhəd əraziləri məsələsi ilə bağlıdır?



- Yox, bu sərhəd predimeti deyil, SSR vaxtında bilirsiniz ki, Rusiyadan və Dağıstandan vətəndaşlar öz mal-qaralarını Sabirabada, Saatlıya, Biləsuvara və digər rayonların ərazisinə gətirərək orada qışlama dövrünü keçirirdilər. Yayda isə bizim təsərrüfatlar Dağıstanda yay otlaqlarına gedirdilər. Belə maldarlıq düşərgələri olan yerlərdə elə olur ki, uzun müddət yol gələn insan da, heyvan da yorulur.

Nəticədə köçəri maldarlıq təsərüfatı ilə məşğul olan insan həmin ərazidə düşərgə salıb, dincəlir. Bəzən elə olur ki, həmin ərazilərdə onlar kənd salırlar. Hətta onların orada qəbirəstanlığları da var. Amma, bütün bunların heç bir hüququ əsası yoxdur.



Onların ciblərində Rusiya pasportu var və Rusiya vətəndaşlarıdırlar. Halbuki, sərhəd xəttindən bu yerlər 6-70 kilometr arasında dəyişir. Xaçmazın lap yaxınlığında, Xaçmaz hara, sərhəd hara. Görün nə qədər arada məsafə var. Vətəndaşlarımız dəfələrlə onlarla bağlı bizə müraciətlər ediblər ki, köçərilər yerli Azərbaycan vətəndaşlarının təsərrüfat işlərinə mane olurlar.

Onlar həmin yerlərdə oturublar və heç bir vergi ödəmək istəmirlər. Hətta onların torpaq sərəncamı belə Xaçmaz rayon İcra Hakimiyyəti başçısı tərəfindən xəbərsiz verilir. Ona görə də onlar Azərbaycan vətəndaşlığını qəbul etdikdən sonra biz onlara hüquqi baxımdan qayğı göstərəcəyik.



- Bəzi bələdiyyələr tərəfindən vətəndaşlara qanunla icazə verilməyən yerlərdə torpaq sərəncamlarının verilməsi ilə bağlı qeyri-qanuni hallar mövcuddur. Bu məsələyə münasibətiniz necədir?



- Bilirsiniz, biz həmişə bu məsələ ilə bağlı narahatçılığımızı bildirmişik. Qanun qanundur, bu hər kəs üçün eynidir. Ona görə o tipli yerlərdə, elə olur ki, bəzi bələdiyyələr qeyri-qanuni olaraq qonşu bələdiyyənin yerinə Sərəncam verib. Qanunla qadağan olunan yerlərdə, komunukasiya, elektrik xətti, neft boru kəməri, su və qaz kəmərləri olan ərazilərdə qeyri-qanuni olaraq sərəncam verirlər. Vətəndaşlarda elə bir günah yoxdur, vətəndaş bilməlidir ki, qanunla icazə verilməyən yerlərdə ev tikmək olmaz.



Onlar elə bilirlər ki, bələdiyyənin sərəncamı vətəndaşa tam hüquqi təminat verir. Amma əslində elə deyil, bunun hüquqi əsası yoxdur. Bələdiyyənin sərəncamı sadəcə olaraq ilkin bir addımdır. Onun doğruluğu üçün Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəşəkmə Komitəsi araşdırma aparır və əgər qanuna müvafiqdirsə, o zaman ona həmin satışa çıxarılan ərazinin Plan ölçüsünü verir.



Hazırda da bu cür faktlar mövcuddur və biz müvafiq orqanlara vaxtaşırı məlumatlar veririk. Ən əsası isə, təbi ki, biz elə yerlərə sənəd vermirik. Bu cür hallarda isə vətəndaş başlayır ki, söz-söhbət yaratmağa, xoşagəlməz söhbətlər danışırlar. Biz heç vaxt qeyri-qanuni yerlərə sənəd verə bilmərik.




Mənbə: Vasif Həsənli 14:43 / 30.10.2009

Комментарии

Популярные сообщения из этого блога

Глава четвертая Служба пограничных нарядов

Наставление по охране государственной границы (пограничный наряд)

Глава вторая Основы охраны государственной границы пограничными нарядами