Azərbaycan-Rusiya sərhədlərinin delimitasiyası üzrə hökumətlərarası komissiya
Azərbaycan-Rusiya sərhədlərinin delimitasiyası üzrə iclas keçirilib
Rusiya nümayəndə heyəti Xaçmaz rayonuna gəlib
Aynur Əliyeva
15.04.2010 17:53
Kateqoriya: Siyasət
ANS TV
Baxılıb: 219
Azərbaycan-Rusiya sərhədlərinin delimitasiyası üzrə hökumətlərarası komissiyanın növbəti iclası bu gün Azərbaycanın Xaçmaz rayonunda öz işinə başlayıb. Rusiya prezidentinin sərhədlərin delimitasiyası və demarkasiyası üzrə xüsusi nümayəndəsi Aleksandr Qolovinin başçılıq etdiyi nümayəndə heyəti Xaçmazın rayon mərkəzində qarşılanıb. Toplantı isə Nabrandakı istirahət mərkəzlərindən birində keçirilib. Azərbaycan tərəfdən nümayəndə heyətinə başçılıq edən hökumətlərarası komissiyanın həmsədri, xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib ki, indiyədək Rusiya ilə Azərbaycan sərhədlərinin delimitasiya məsələlərinin 95 faizi müsbət həll edilib, razılaşdırılmamış ərazi ilə bağlı isə bu iclasda müzakirələr aparılacaq.
“Bu gün iki məsələ gündəlikdə var- dövlət sərhədinin delimitasiya prosesini davam etdirmək. Biz ümid edirik ki, bu danışıqlarda qalan üç sahə üzrə də müəyyən razılaşmalara nail ola bilək, onun üzərində işləyirik. İkinci məsələ Samur çayının suyunun qorunması və səmərəli istifadə olunması və bölünməsidir, tərəflər arasında bu barədə hökumətlərarası saziş var. Azərbaycan-Rusiya arasında bu sazişin razılaşdırılması üzərində danışıqları davam etdiririk”,- deyə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib.
Qeyd edək ki, həmişə olduğu kimi Azərbaycan tərəfdən nümayəndə heyətində Torpaq və Xəritəçəkmə Komitəsinin sədri, Dövlət Sərhəd Xidmətinin rəhbəri və sərhədyanı rayonların icra başçıları təmsil olunub. Rusiyadan da bu toplantıya ölkənin anoloji qurumlarının təmsilçiləri qatılıb. Komissiyanın növbəti iclası öz işini sabah yekunlaşdıracaq.
Комментарии
Отправить комментарий