Zərdüşt peyğəmbərin doğulduğu yer
Tehrana daşınan tarixi abidələr, Zərdüşt peyğəmbərin doğulduğu yer - kürdləşdirilən Sərdəşt -ARAŞDIRMA -FOTOLENT
Lent.az-ın layihəsi: “Güney Azərbaycanı tanıyaq”Bölmə: SİYASƏT
18 Fevral 2012 18:03
Sərdəşt , yoxsa Zərdüşt şəhəri
Mahalın coğrafi yeri
Sərdəşt mahalı 1411 kvadrat kilometr ərazi ilə Qərbi Azərbaycan əyalətinin cənub-qərbində, dəniz səviyyəsindən 1480 metrə yüksəklikdə, İraqla qonşuluqdadır. Mahalın mərkəzi Sərdəşt şəhəri İraq sərhədindən 30 km aralıda Girdəsar dağının ətəyində yerləşir. Məşhur Qəndil silsilə dağları mahalın Şimal - Qərbindədir. Sərdəşt Şimal və Şimal-Şərqdən Soyuqbulaq (Mahabad dəyişdirilmiş adı) və Piranşəhr, Şərqdən Bukan və Soyuqbulaq və Cənub-Şərqdən Kürdüstan əyalətinin Bukan şəhəri ilə qonşudur.
Mahal, həmçinin İraqla 100 kilometrlik uzunluğunda sərhədə malikdir. Sərdəşt bitki örtüyü ilə zəngin olan dağlıq və sıx meşəliklərdən ibarətdir. Mahalın hərbi və strateji baxımdan əhəmiyyətli olan məşhur dağları Höynəmal, Döyzə, İbrahim Calal, Nəstan, Turxan, Sürügüm və Girdəsardır. Orada sıx palıd, mazo, yabanı meynəliklər, əncir, nar və armud ağaclarından ibarət sıx meşələr mövcuddur.
Əhalisinin sayı
2011-ci ilin statistikasına görə Sərdəşt mahalının əhalisi 118000 nəfərdir. Əhalinin 79 faizi şəhərlərdə, 21 faizi isə kəndlərdə yaşayır. Əhalinin 21,31 faizi 15 yaşdan aşağı, 74,63 faizi 15-64 yaş arası, 0,45 faizi isə 65 yaşdan yuxarı yaş qrupuna aiddir.
2006-cı ilin statistikasına əsasən, mahal əhalisinin 6-24 yaş qrupuna aid olan qisminin 58,5 faizi təhsil alıb. Təhsil alan kişilər 83,55 faiz, təhsil alan qadınlar isə 91,44 faiz təşkil edir. Mahalda ümumiyyətlə uşaqların 19,92 faizi, yeniyetmələrin 49,77 faizi və gənclərin 49,24 faizi təhsil almaqdadır.
Bölgən əhalisinin çoxu sünni məzhəblidir.
Şəhərin adının etimologiyası
Sərdəştin adı ilə bağlı bəzi tarixçilər yazırlar ki, şəhərinə adı Zərdüşt peyğəmbərin doğulduğu yerdir. Elə ad da buna işarədir. Sonradan «Zərdüşt» adı dəyişdirilərək «Sərdəşt» kimi rəsmiləşdirilib. Onlar Sərdəşt yaxınlığında yerləşən Hörmüzabad, Vəliyə və Leyla kəndlərində mövcud olan atəşgahları öz nəzəriyyələrinə sübut kimi göstərirlər.
İnzibati bölgü
Sərdəşt mahalı inzibati ərazi bölgüsü baxımından iki yerə - Mərkəzi və Vəzinə bölgəsinə bölünüb. Mahalın üç şəhəri (Sərdəşt, Rəbt, Mirava), 8 kənd rayonu (Alan, Bask Kölsə, Bəryaci, Kürəksərdəşt, Şimalimükrian, Cənubi Mərhəmətabad, Kürəknəleyin, Məlkari) var.
Kürdləşdirilən Sərdəşt
Etnik tərkibinə görə bu mahal Qərbi Azərbaycanın qarışıq bölgələrindən sayılır. Burada Azərbaycan türkləri ilə yanaşı, süryani kürdcəsində, mokriyani ləhcəsində danışan köçəri kürd tayfaları da yaşayır. İraq - Qərbi Azərbaycan əyaləti sərhədlərində köçəri həyat sürən bu tayfaların bir qismi mərkəzi hökumətin həyata keçirdiyi tədbirlər nəticəsində Sərdəşt mahalının şəhər və kəndlərində oturaq həyata başlayıb. Bu proses 1980-ci ildən - İran-İraq müharibəsindən sonra daha da sürətləndirilib.
Baxımsız iqtisadiyyat, iqlim və təbii yerlər
İqtisadi baxımdan ölkənin başqa yerləri ilə normal əlaqə yolları olmadığından, bölgəyə ayrılan büdcə yetərsiz olduğundan, habelə başqa bu sayaq amillərə görə Sərdəşt iqtisadi cəhətdən inkişaf etməyib, sənaye yox səviyyəsindədir. Əhali əsasən əkinçilik, maldarlıq və xırda ticarətlə məşğul olur. Mahal sərhəddə yerləşdiyi üçün burada sərhəd ticarəti də daha geniş yayılıb. Bölgədə yaşayan kürdlərin çoxu İraqdakı kürdlərlə qaçaq mal mübadiləsi ilə məşğul olur. Başqa bölgələrlə müqayisədə burada iş qabiliyyəti olan insanların çoxu işsizdir.
Sərdəştlə İraq arasında Kilə və Bijvə adlı iki sərhəd bazarı və gömrük mövcuddur. Bura gətirilən mallar Qərbi Azərbaycan, Kürdüstan və başqa əyalətlərə göndərilir.
Buranın iqlimi soyuq və rütubətlidir. İlin təxminən 101 günü şaxta olur, ortalama yağıntı səviyyəsi 933 millimetrdir. Sərdəştdə yuxarı temperatur ortalama +35, aşağı temperatur isə ortalama -11 dərəcədir.
Bölgənin özünəməxsus iqliminə, coğrafi şəraitinə və yeni texnologiyaların burada geniş yayılmamasına görə bir çox yerdə əkinçilik və maldarlıq köhnə, ənənəvi üsulla həyata keçirilir. Mahalın əkin əraziləri (sulu və dəmyə) 31166 hektardır.
Burada əsasən, buğda, arpa və dənli bitkilər əkilir. Alma bağları ilə yanaşı, mahala xas qara üzüm əsas bağçılıq məhsullarından hesab edilir. Əhalinin bir qisminin gəlir mənbəyi isə bölgədə əkilən tütündəndir.
Təbiəti
Sərdəştin əsas düzənlikləri Ağlan, Divalan, Silkətan, Vərnə, Mürdvav, Kəpran və Külfədən ibarətdir. Bölgədə qonur ayı, meşə dələsi, qaya dələsi, samur, canavar, tülkü, çita, dağ keçisi, qoç, kaftar, dovşan və müxtəlif quşlar, o cümlədən yırtıcı quşlar, eləcə də kəklik var.
Sərdəşt mahalının görməli yerləri çoxdur. Burada bir çox yerə və meşəyə insan ayağı dəymədiyindən təbii gözəlliklərini qoruyub saxlaya bilib. Xıdırabad, Bivəran və Zəmiran kəndləri bölgəsində mövcud olan meşələr buranın ən gözəl yerləri hesab edilir. Bunlardan başqa Sərdəştin görməli yerlərindən bir neçəsini aşağıda qeyd edirik:
Girav bulağı. Qazlı suyu olan bu bulaq minerallarla zəngindir və müalicəvi xarakterə malikdir.
Şalmaş şəlaləsi. Alman kəndi yaxınlığında olan bu şəlalə üç qoldan ibarətdir və bölgənin ən gəzməli yerlərindən hesab edilir.
Zab çayı. Bu çay hündür dağların arasından axdığı üçün dərin dərələr və döngələrdə bitki örtüyü, meşələrlə zəngin gözəl ərazilərin əmələ gəlməsinə səbəb olub. Bu çayın ətrafı bölgənin gözəl yerlərindən sayılır.
Sərdəştin köhnə hamamı. Bura eyni halda tarixi abidədir. İlyas Ağa parkı ilə bir yerdə maraqlı istirahət yerlərindən biridir.
Bivəran kəndi. Bu kənd təbiətinin gözəlliyi ilə yanaşı, yay aylarında həddindən artıq soyuq və qış aylarında isti olan bulaqları ilə məşhurdur. Bölgə əhalisinin ən çox baş çəkdiyi gözəl yerlərdən biridir.
Qalatası körpüsü. Bu körpünün sütunlarının bir çoxu təbii qayalardan ibarət olduğu üçün maraqlı görünüşə malikdir. Körpü Kiçik Zab çayının üzərində, Mirava-Soyuqbulaq yolunun üstündə, Qalatası kəndinin yaxınlığında inşa edilmiş tarixi körpüdür. Körpünün dəqiq tikilmə tarixi bəlli olmasa da, bəziləri onun Mövlana adlı birisi tərəfindən inşa edildiyini, bu üzdən də ona həm də “Mövlana körpüsü» deyildiyini bildirirlər.
Sərdəşt bölgəsində bir sıra tarixi yerlərin mövcud olmasına baxmayaraq, dövlət tərəfindən burada ciddi arxeoloji qazıntı və araşdırma işlərinin aparılmasına şərait yaradılmadığı üçün öyrənilməyib. Müstəqil araşdırmaçı və tarixçilər bölgədə Babil, Asur, Hit, Mitani, Lülubi, Urartu, Midiya, Manna və başqa mədəniyyət nümunələrinin olduğuna dair iddialar irəli sürürlər.
Rəbt təpəsində aparılan məhdud arxeoloji qazıntı və araşdırmaya görə orada qədim şəhər mövcud olub. Şəhərin qalığı olduğu iddia edilən ərazinin döşəməsi diqqət və səliqə ilə düzülmüş həndəsi formalı daş örtüyündən ibarətdir. Eyni halda buradan naxışlı saxsı qablar, kərpiclər və üzərində mixi xəttində yazılar olan boyalı saxsı qablar tapılıb. Bu nümunələrin Manna mədəniyyətinə aid olduğu bildirilir.
Üşnü (Üşnəviyyə) mahalı haradır?
Ərazisi, əhalisi, inzibati bölgüsü
Üşnü mahalı 1193 kvadrat kilometrə ərazi ilə Qərbi Azərbaycan əyalətinin Cənub Qərbində, dəniz səviyyəsindən 1524 metrə yüksəklikdə yerləşir. Mahal şimaldan Urmiya şəhəri, şərqdən Sulduz, cənubdan Piranşəhər, qərbdən isə Türkiyə Cümhuriyyəti və İraqla sərhəddə yerləşir. Üşnü mahalının mərkəzi olan Üşnü şəhəri əyalət mərkəzi Urmiya şəhərindən 70 kilometrə aralıdadır.
Üşnü şəhərinin adı müxtəlif kitabələr və daş yazılarda «Üçnü», «Üşnə», «Üşnünak» kimi qeyd edilib.
Son statistikalara görə, mahalın əhalisinin sayı 72000, mahal mərkəzinin əhalisinin sayı isə təxminən 32000 nəfərdir.
Mahalda Azərbaycan türkləri və kürdlər qarışıq şəkildə yaşamaqdadır.
Üşnü mahalının iqlimi mülayim iqlim hesab edilir. Burada yayda ortalama temperatur müsbət 27, qış aylarında isə mənfi 11 dərəcə təşkil edir.
İnzibati ərazi bölgüsünə görə, mahal iki bölgəyə (Mərkəzi və Nalus), iki şəhərə (Üşnü və Nalus), dörd kənd rayonuna (Şimali Üşnəviyyə, Dəşti Bil, Şimali Üşnəviyyə, Hıq) bölünüb.
Məşğulluq
Üşnü mahalı münbit torpaqlara, geniş və zəngin yaylaqlara malikdir. Mahalda öncələr tütünçülük daha geniş yayıldığı üçün ölkədə «Üşnü» («Üşnü vijə») adlı siqaret bu bölgənin dörd növdə tütünü ilə hazırlanırdı.
Üşnü mahalında 5000 hektardan çox ərazidə alma, gilas, albalı, qoz və s. bağları mövcuddur. Mahalın gilası dadı ilə bütün ölkədə məşhurdur.
Bunlardan başqa, orada buğda, noxud, şəkər çuğunduru, kartof, yağlı bitkilər əkilir. Yaxın keçmişə kimi bölgədə düyü əkini də yayğın idi.
Üşnü mahalı bitki örtüyü ilə zəngin yaylaqlar və otlaqlara malik olduğu üçün burada maldarlıq geniş yayılıb. Hazırda mahalda 400 min başdan çox qoyun və iri buynuzlu mal-qara saxlanıldığı üçün Qərbi Azərbaycan əyaləti, eləcə də ətraf əyalətləri ət və süd məhsullarına olan tələbatının əhəmiyyətli qismini təmin edir.
Tehrana daşınan tarixi abidələr
Bölgədə tapılan Kiləşin daş kitabəsi Tehran muzeyində saxlanılır. 170 sm hündürlüyündə və üzərində Urartu və Asur dillərində yazı olan kitabə miladdan öncə 8-ci yüzilliyə aiddir. Tarixçilərin dediyinə görə, bu kitabə Urartu padşahı İşpunianın göstərişi əsasında mahalın Qərb yüksəkliklərində İraqla sərhəddə yerləşdirilibmiş. Həmin dövrə aid olan başqa iki kitabədə bölgədə Tehran muzeyinə aparılıb.
Tarixi kitablarda həmişə Üşnünü çox sulu və yaşıl bağlara malik şəhər kimi qeyd ediblər. İbni Hoqəl “Nehzətül Qulub” kitabında Üşnü haqqında yazıb.
Üşnünün əsas görməli yerləri
Qlatuk parkı - şəhərin şimalında, şəhərlə dağların bitişdiyi ərazidə yerləşir;
Fərhəngiyan parkı - Şəhərin Cənub, Qərb və Şimalında yerləşən geniş bağlar;
Şəhərin qərbi ilə axan Glaz çayının sahilləri;
Mirnava təbii parkı - Üşnü şəhərinin 8 kilometrliyində, Kiləşin dağların ətəyində yerləşən meşələr;
Şeyx Məhəmməd Həngilan parkı - şəhərin Qərbində, Rəndula dağının ətəyində və Üşnü yaylasına bitişik çox saylı bulaqları ilə tanınan təbii meşə zolağı;
Urmiya-Üşnü yolunun üstündə yerləşən, çoxsaylı gözəl bulaqlara malik Kani Əjdəha təbii parkı;
Şəhərin ətrafında və mahalın bir çox yerlərində mövcud olan yaylaqlar…
Təqdim etdi:
Orta Doğu Araşdırma Mərkəzinin (ODAM) Güney Azərbaycan qrupu
- Oxunub: 676 dəfə
- Bookmarka əlavə edin
Bu bölməyə aid digər xəbərlər.
- • 23:35 - Vasif Talıbovdan çağırış
- • 18:47 - Prezidenti İlham Əliyev Fransanın nəqliyyat nazirini qəbul edib - FOTO
- • 18:03 - Tehrana daşınan tarixi abidələr, Zərdüşt peyğəmbərin doğulduğu yer - kürdləşdirilən Sərdəşt - ARAŞDIRMA - FOTOLENT
- • 15:04 - Elmar Məmmədyarov Meksikada səfərdədir
- • 14:03 - Avropa Azərbaycan Cəmiyyətinin təşəbbüsü ilə Lordlar Palatasında müzakirə
- • 13:43 - Dunya Miyatoviç “Zaman” qəzetinin Avropadakı ofislərinə hücumu pisləyib
- • 12:02 - Sankt-Peterburqdakı Azərbaycan diasporuna etiraz
- • 20:04 - Prezident Şahdağ qış-yay turizm kompleksində-FOTOLENT
- • 17:59 - Almaniyadan Azərbaycana Qarabağ dəstəyi
- • 16:03 - Azərbaycanın Türkiyəyə mesajları
- • 14:39 - Azərbaycan Avropa Hərəkatının prezidenti istefa verdi
- • 14:31 - Qaradağlı soyqırımının 20-ci il dönümü anıldı - FOTOLENT
- • 14:15 - Minsk Qrupunun formatının dəyişdirilməsi gündəmdədir
- • 13:56 - Komitə sədri: “Azərbaycanlıların qanı yerdə qalmayacaq”
- • 13:28 - Stiven Spilberq erməniləri təkzib etdi
- • 13:25 - Milli Məclisdə Xocalı soyqırımı ilə bağlı xüsusi iclas keçiriləcək
- • 13:14 - Fransa səfiri Qaradağlı soyqırımına həsr olunmuş tədbirə gəlmədi
- • 12:51 - Bayram Səfərov: “Saakyanla bir masa arxasında oturmayacağam”
- • 10:29 - Kanadada Ermənistan-Azərbaycan münaqişəsinə dair konfrans keçirilib
- • 10:27 - Xocalı soyqırımının 20-ci ildönümü dünyanın müxtəlif ölkələrində qeyd olunacaq
- • 18:50 - Türkiyə parlamentində Xocalı soyqırımı ilə bağlı qanun təklifi müzakirəyə çıxarılacaq - FOTO
- • 17:20 - Prezident İlham Əliyev Qusar rayonuna səfər edib
- • 16:03 - Polşa Sabir Rüstəmxanlıya medal verdi
- • 14:01 - Bahar Muradova: “Bir neçə ölkədə Xocalı soyqırımının tanınması barədə qərarın qəbul edilməsini gözləyirik”
- • 13:58 - YAP icraçı katibindən İctimai Palataya ittiham
- • 13:58 - Bahar Muradova: “İran ehtiyatlı olmalıdır”
- • 13:52 - Sarkozi prezidentliyə namizəd olacağını rəsmən bəyan etdi
- • 11:37 - XİN sözçüsü: “Azərbaycan qlobal oyunçuya çevrilir” – MÜSAHİBƏ
- • 11:35 - Qəbələ RLS-in statusu ilə bağlı danışıqların növbəti raundu keçirilib
- • 11:35 - Azərbaycan G-20 toplantısına dəvət edildi
- • 10:38 - İlqar İbrahimoğlu Türkiyədə millət vəkilləri ilə Xocalıdan danışıb - FOTO
- • 10:22 - Elin Süleymanov ADT baş katibi ilə görüşüb - FOTO
- • 19:32 - Prezident İlham Əliyev NATO-nun baş katibi ilə görüşüb - FOTOLENT
- • 18:48 - Əbülfəz Qarayev İtaliyada görüşlər keçirib - FOTOLENT
- • 18:43 - “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin səkkizinci cildi çapdan çıxıb
- • 15:33 - Meriya Müsavata “yox” dedi
- • 12:59 - Pakistanda Heydər Əliyev guşəsi açılıb - FOTOLENT
- • 12:49 - “Bu, İran-fars dövlətinin olum-ölüm məsələsidir...” - MÜSAHİBƏ
- • 19:15 - Prezident İlham Əliyev serbiyalı həmkarını təbrik edib
- • 18:10 - İsrail səfiri: “İranın terror aktlarında iştirakı danılmazdır”
- • 18:09 - Ramil Usubov Britaniya səfiri ilə görüşüb
- • 17:07 - Ziyafət Əsgərov: “Özümüzü aldatmayaq…”
- • 16:11 - Prezident İlham Əliyev Belçikaya işgüzar səfərə gedib
- • 15:14 - Senator Castin Redi: “Xocalı faciəsi tarixin ən və qanlı hadisələrdən biridir”
- • 14:07 - Elmar Məmmədyarov BƏƏ xarici işlər naziri ilə görüşüb
- • 14:00 - Ədalət Partiyasının keçmiş sədr müavini yeni təşkilat yaradıb
- • 13:42 - Arif Rəhimzadə Ədliyyə Nazirliyinin qurumunu tənqid etdi
- • 12:58 - Parlamentdə “Eurovision” və duz müzakirələri
- • 12:53 - Bahar Muradova: “Qonşular sarıdan bəxtimiz gətirməyib”
- • 12:52 - Oqtay Əsədov: “İranda Azərbaycana qarşı təhdidlərlə məşğul olan qüvvələr var”
Комментарии
Отправить комментарий