“Google” ermənilərin qanını qaraltdı
“Google” şirkəti ermənilərin qanını qaraldıb.Bölmə: DÜNYA
20 Fevral 2012 13:12
Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, fevralın 18-də “Google” şirkətinin onlayn tərcümə
xidməti “Google translate” “erməniləri sevirəm” cümləsini ingilis dilinə tərcümə etmək istəyənləri təəccübləndirib.
Bu cümlə ingilis dilində “I love Turkey”, yəni Türkiyəni sevirəm kimi tərcümə olunub.
“Google translate” tərcümə
xidmətində yaşanan bu fərqli tərcümədən ilk şikayətlənən livanlı erməni fəalı Seruj Bagdasaryan olub və
bundan sonra dünyadakı erməni diasporu hərəkətə keçib.
Erməni diasporundan gələn təpgidən sonra “Google”
məsələyə müdaxilə edib və düzgün tərcümə təmin olunub.
Ancaq “Google translate” sisteminə kimlərin və necə müdaxilə edərək belə bir iş gördükləri ilə bağlı isə “Google”
hər hansı açıqlama yaymayıb. Amerikada yaşayan ermənilər “Google”, “Apple” və “Microsoft”-u anti-erməni
mövqe ortaya qoymaqda günahlandırırlar.
Qeyd: Amma biz belə şeylərə heç reaksiya verməzdik!... (və o, aylarla qalardı...). F.S.
Quqlenin bu fəaliyyətindən Azərbaycan dilinə tərcümə ilə bağlı saysız-hesabsız nümunələr gətirmək olar. Lakin...
təəssüf ki, gerçəklikdən qaçmaq mümkünsüzdür. F.S.
Bu qeydimlə razılaşmayan olsa, nümunələr gətirə bilərəm. Mən özüm dəfələrlə Azərbaycan dilinə edilən belə
tərcümələri görüb Google-yə yazmışam, amma heç bir cavab almamışam. Çünki məndən başqa bunu müdafiə
edən, bildiyim kimi, olmayıb. F.S.
Biz - çox laqeydik! Allah dadımıza çatsın!
Комментарии
Отправить комментарий