Bakının mərkəzində qəribə hadisə: inək dükanları dağıtdı -FOTOLENT


Bakının mərkəzində qəribə hadisə: inək dükanları dağıtdı -FOTOLENT



Bölmə: HADİSƏ
17 Fevral 2012 12:13
 

Polis və vətəndaşları inəyi saxlaya bilmir


Bu gün Bakının küçələrində dəlisov inək peyda olub. Hadisə şahidlərinin Lent.az-ın “qaynar xətti”nə verdiyi məlumata görə, Yasamal rayonundakı “Beşmərtəbə” adlanan ərazidə yerləşən “5 Qazan” restoranı yaxınlığında 1 inək dükanları dağıda-dağıda qaçır.

Post Patrul Xidmətinin əməkdaşları və vətəndaşlar inəyi tutaraq sakitləşdirməyə çalışsalar da buna nail ola bilmirlər.

Yasamal rayon Polis İdarəsindən Lent.az-a faktı təsdiqləyiblər. Bildiriblər ki, qəssabxanalardan birindən qaçmış inək 1 apteki dağıdıb, xeyli dükana ziyan vurub və ”Sovetski” məhəlləsinə doğru istiqamətlənib. Qəssabxananın işçiləri və ətrafdakılar inəyi tutmağa çalışırlar. 

Nizam RZA

Комментарии

Популярные сообщения из этого блога

Глава четвертая Служба пограничных нарядов

Наставление по охране государственной границы (пограничный наряд)

Глава вторая Основы охраны государственной границы пограничными нарядами