Türkiyə səfiri: "İşğal olunmuş Azərbaycan torpaqları boşaldılmasa sərhədlər açılmayacaq"

17 noyabr 2009 [11:29]Şərhlər: 0
Türkiyənin Azərbaycandakı səfiri: "Türkiyə sərhədlərin açılmasının şərtlərini bütün dünyaya açıq şəkildə bəyan edib"
"Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılmasına dair məsələ qapanıb. Türkiyə gərəkli addımları atdı, yolun ortasına qədər getdi. Bundan sonra Ermənistan tərəfinin addım atması gərəkdir. Sərhədlərin açılmasının şərtlərini Türkiyə bütün dünyaya açıq şəkildə bəyan edib. Bu da işğal olunmuş Azərbaycan torpaqlarının boşaldılmasıdır". Bunu Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıc bəyan edib.
Səfir onu da deyib ki, Azərbaycanla Türkiyə arasında yaxın vaxtlarda viza rejimi də sadələşdiriləcək. Gələcəkdə isə viza rejiminin ümumiyyətlə ləğv edilməsi gözlənilir. H.Kılıçın sözlərinə görə, Türkiyə 2007-ci ildən bu yana Azərbaycan vətəndaşlarına viza tətbiq etmir. Azərbaycan vətəndaşları isə 1 ay müddətinə Türkiyəyə vizasız gedə bilərdilər. İndi isə bir Azərbaycan vətəndaşı 3 ay müddətində Türkiyədə vizasız qala biləcək. Eynilə bura gələn Türkiyə vətəndaşı da 3 ay müddətində Azərbaycanda vizasız qala biləcək.
"Bu normaldır. Gələcəkdə inşallah biz şəxsiyyət vəsiqələri ilə səyahət edəcəyik. Bunları da önümüzdəki illərdə planlaşdıracağıq. Qardaşlar arasında bu cür şeylərin aradan götürülməsi lazımdır. Xarici işlər nazirləri səviyyəsində imzalanma olacaq. İmzalanma mərasimi gələn ay, ilin sonundan öncə olacaq", deyə Türkiyə səfiri bildirib. /ANS PRESS/

Bütün hüquqlar qorunur.
Veb-saytın materiallarından istifadə zamanı "Dəyərlər" AİN-ə istinad (www.deyerler.org) zəruridir

Комментарии
Отправить комментарий