Ermənistan-Türkiyə protokolunun mətni



Ermənistan-Türkiyə protokolunun mətni

2 sentyabr 2009 [07:29]Şərhlər: 0


Ermənistan, Türkiyə və İsveçrə XİN-i avqustun 31-də Ermənistan və Türkiyə arasında «Diplomatik münasibətlərin qurulması haqqında» Protokol, habelə «Ermənistan Respublikası və Türkiyə Respublikası arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi haqqında» Protokol imzalandığını elan ediblər. Aşağıda ikinci sənədin tam mətni təqdim edilir:

Ermənistan Respublikası və Türkiyə Respublikası: Eyni gündə imzalanmış Ermənistan Respublikası və Türkiyə Respublikası arasında diplomatik münasibətlərin qurulması haqqında Protokolu rəhbər tutaraq; Etimad və qarşılıqlı maraqlara hörmətə əsaslanan ikitərəfli münasibətlərin inkişaf etdirilməsi perspektivlərinə nəzər salaraq; siyasi, iqtisadi, enerji, nəqliyyat, mədəniyyət, elmi, texniki və digər sahələrdə ikitərəfli münasibətləri iki ölkənin ümumi maraqları əsasında inkişaf etdirməyi və yaxşılaşdırmağı qərara alaraq; beynəlxalq və regional təşkilatlar, xüsusən, BMT, ATƏT, Avropa Şurası, Avroatlantik Əməkdaşlıq Şurası, QİƏT çərçivəsində iki ölkə arasında əməkdaşlığın inkişafına yardım edərək; iki dövlətin regionun demokratik və stabil inkişafını təmin etmək naminə regionda sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsi işində əməkdaşlıq etmək məqsədlərini diqqətə alaraq; regional, millətlərarası mübahisə və münaqişələrin Beynəlxalq hüquq norma və prinsipləri əsasında həllinə sadiqliklərini təsdiq edərək; beynəlxalq ictimaiyyətin regionda və dünyada terrorçuluq, transmilli mütəşəkkil cinayətkarlıq, qanunsuz narkotik və silah ticarəti kimi sabitliyə və təhlükəsizliyə olan hədələrə yönəlmiş fəaliyyətinə fəal yardım etməyə hazır olduqlarını təsdiq edərək, aşağıdakılar barədə razılığa gəldilər:

1. Bu Protokolun qüvvəyə minməsindən sonra iki ay ərzində ümumi sərhədləri açmaq,


2. İki ölkə Xarici İşlər Nazirlikləri arasında müntəzəm olaraq siyasi məsləhətləşmələr aparmaq, iki xalq arasında tarixi müstəvidə qarşılıqlı etibarın bərpa edilməsinə yönəlmiş dialoqa başlamaq, o cümlədən mövcud problemlərin dəqiqləşdirilməsi üçün tarixi sənədləri və arxivləri elmi-qərəzsiz tədqiq etmək və tövsiyyələr formalaşdırmaq, iki ölkə arasında mövcud rabitə, nəqliyyat, energetika infrastrukturu və şəbəkələrindən maksimum istifadə etmək və bu istiqamətdə addımlar atmaq, iki ölkə arasında əməkdaşlığa stimul verilməsi məqsədilə ikitərəfli müqavilə-hüquqi bazanı inkişaf etdirmək, müvafiq idarələr arasında münasibətlərin stimullaşdırılması, ekspert və tələbə mübadiləsi vasitəsilə elm və təhsil sahəsində əməkdaşlıq etmək, iki ölkənin mədəni irsinin qorunub saxlanması məqsədilə işləmək və ümumi mədəni layihələri inkişaf etdirmək, Konsulluq münasibətləri haqqında 1963-cü il tarixli Vyana Konvensiyasına əsasən, iki ölkə vətəndaşlarına zəruri yardım göstərilməsi məqsədilə konsulluq sahəsində əməkdaşlıq qurmaq, iki ölkə arasında ticarət, turizm və iqtisadi əməkdaşlığı inkişaf etdirmək məqsədilə konkret tədbirlər görmək, təbiətin mühafizəsi məsələləri üzrə əməkdaşlıqla bağlı dialoqa başlamaq və bu sahədə əməkdaşlığı möhkəmləndirmək;


3. İkitərəfli hökumətlərarası komissiya yaratmaq barədə razılığa gəliblər. Hökumətlərarası Komissiyanın və onun alt komissiyalarının iş mexanizmlərinin işlənib hazırlanması məqsədilə bu Protokolun qüvvəyə minməsindən sonra iki ay ərzində iki xarici işlər nazirinin rəhbərliyi işə işçi qrup yaradılacaq. Bu Protokol qüvvəyə mindikdən sonra 3 ay ərzində bu mexanizmlər nazirlər səviyyəsində təsdiq ediləcək. Hokumətlərarası Komissiyanın ilk iclası adı çəkilən mexanizmlərin qəbulundan dərhal sonra keçiriləcək. Alt komissiyalar öz işinə bundan ən geci bir ay sonra başlayacaqlar və mandatları bitənə qədər arlıcıl olaraq fəaliyyət göstərəcəklər. Zərurət olara, alt komissiyaların işində beynəlxalq ekspertlər iştirak edəcək. Bu Protokolun reallaşması üzrə ikitərəfli razılaşdırılmış cədvəl və elementlər Protokolun ayrılmaz tərkib hissəsi olan əlavədə təqdim edilib. Bu Protokol və «Ermənistan Respublikası və Türkiyə Respublikası arasında diplomatik münasibətlərin qurulması haqqında» Protokol təsdiq vasitələrinin mübadiləsindən sonra gələn ayın birinci günü qüvvəyə minir.

Əlavə: Ermənistan Respublikası və Türkiyə Respublikası arasında münasibətlərin inkişaf etdirilməsi haqqında Protokolun reallaşması elementləri və cədvəli və Ermənistan Respublikası və Türkiyə Respublikası arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi haqqında Protokolun reallaşması cədvəli və elementləri 

Atılan addımlar və müddətləri 
1. Ümumi sərhədin açılması: Ermənistan Respublikası və Türkiyə Respublikası arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi haqqında Protokolun qüvvəyə minməsindən sonra iki ay ərzində.

2. Hökumətlərarası Komissiyanın və onun alt komissiyalarının iş mexanizminin işlənib hahırlanması üçün iki xarici işlər nazirinin rəhbərliyi ilə işçi qrupun yaradılması: Ermənistan Respublikası və Türkiyə Respublikası arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi haqqında Protokolun qüvvəyə minməsindən iki ay keçdikdən sonra.

3. Hökumətlərarası Komissiya və onun alt komissiyalarının iş mexanizmlərinin nazirlər səviyyəsində təsdiqlənməsi: Ermənistan Respublikası və Türkiyə Respublikası arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi haqqında Protokolun qüvvəyə mindiyi gündən sonra 3 ay ərzində.

4. Hökumətlərarası Komissiyanın ilk iclasının çağırılması: bilavasitə Hökumətlərarası Komissiyanın və onun alt komissiyalarının iş mexanizmlərinin nazirlər səviyyəsində qəbul edilməsindən sonra.

5. Aşağıdakı alt komissiyaların fəaliyyəti – siyasi məsləhətləşmələr üzrə alt komissiya – nəqliyyat, rabitə, energetika və infrastruktur məsələləri üzrə alt komissiya – hüquqi məsələlər üzrə alt komissiya – elm və təhsil məsələləri üzrə alt komissiya – ticarət, turizm və iqtisadi əməkdaşlıq məsələləri üzrə alt komissiya – təbiətin mühafizəsi məsələləri üzrə alt komissiya – tarixi müstəvi ilə məşğul olan alt komissiya – iki xalq arasında qarşılıqlı etimadın bərpa edilməsinə yönəlmiş, o cümlədən tarixi sənədlərin və arxivlərin qərəzsiz elmi tədqiqi yolu ilə problemlərin dəqiqləşdirilməsi üçün dialoq qurulması və tövsiyyələr hazırlanması – erməni, türk, İsveçrə və digər beynəlxalq ekspertlərin iştirakı ilə. Hökumətlərarası Komissiyanın ilk iclasından ən geci bir ay sonra. /TURAN/


Комментарии

Популярные сообщения из этого блога

Глава четвертая Служба пограничных нарядов

Наставление по охране государственной границы (пограничный наряд)

Глава вторая Основы охраны государственной границы пограничными нарядами