"Sərhəd-keçid məntəqələrində yaradılmış tibb məntəqələrində də qan analizi vermək mümkün olacaq"

İran səfiri: "sərhəd-keçid məntəqələrində yaradılmış tibb məntəqələrində də qan analizi vermək mümkün olacaq"

13 yanvar 2010 [21:26]Şərhlər: 0


Fevralın 1-dən etibarən Azərbaycan vətəndaşları İrana vizasız keçə biləcəklər. Yəni bu tarixdən Azərbaycan vətəndaşları üçün viza rejiminin birtərəfli qaydada ləğvi haqda İran hökumətinin çıxardığı qərarın icrasına başlanacaq. Bu barədə ANS-ə İranın Azərbaycandakı səfiri Məhəmməd Bağır Bəhrami bildirib. 

"Biz uzun müddət idi ki, iki ölkə arasında viza rejiminin aradan qaldırılmasını istəyirdik və bu məsələ ilə bağlı danışıqlar aparıldı. İki ölkənin xarici işlər nazirləri arasında memerondum imzalandı. Biz belə qarara gəldik ki, İslam İnqilabının başlanmasının ildönümünün birnci öngünlüyündən, yəni fevralın 1-dən bunu tətbiq etməyə başlayaq", - deyə səfir qeyd edib. 

Viza rejimi ləğv olunsa da İrana getmək istəyənlər QİÇS-ə qarşı qan analiz verməli olacaqlar. Bu isə bəzi ərazilərdə sadələşdirilmiş qaydada həyata keçiriləcək. Belə ki, sərhəd-keçid məntəqələrində yaradılmış tibb məntəqələrində də qan analizi vermək mümkün olacaq.

"Əvvəllər viza alanlar tibbi müayinədən keçməli idilər. Bu problem yaranmasın deyə, mən konsulluq idarəsinə tapşırıqlar verdim ki, onlar Gəncə, Astara, Cəlilabad, Biləsuvarda həkimlərlə danışsınlar ki, sərhədi keçmək istəyənlər yerindəcə analiz verib, sənəd ala bilsinlər", - deyə səfir vurğulayıb.

Səfir bildirib ki, İran vətəndaşlarının Azərbaycana vizasız gəlməsi üçün Azərbaycana müraciət edilib. 

"İran vətəndaşlarının Azərbaycana vizasız gəlməsi ilə bağlı biz bir neçə dəfə Azərbaycan XİN-ə müraciət etmişik. Ümid edirik ki, Azərbaycan tərəfi də bunun icrası üçün müəyyən addımlar atacaq", - deyə Məhəmməd Bağır Bəhrami əlavə edib./ANS/



Комментарии

Популярные сообщения из этого блога

Глава четвертая Служба пограничных нарядов

Наставление по охране государственной границы (пограничный наряд)

Глава вторая Основы охраны государственной границы пограничными нарядами