Ermənistan Azərbaycanın işğal etdiyi torpaqlarını boşaltmadıqca səhədlərin açılması müzakirə mövzusu ola bilməz”, - deyə səfirliyin açıqlamasında qeyd edilib.



Türkiyə səfirliyi: "Azərbaycan mətbuatı yanlış informasiya yayır"

12 oktyabr 2009 [20:08]Şərhlər: 0


Türkiyə baş naziri Rəcəb Təyyub Ərdoğan sədri olduğu “Ədalət və Dirçəliş” partiyasının mərkəzi ofisində Türkiyə ilə Ermənistan arasında imzalanmış protokolları dəyərləndirib.

Baş nazir Ermənistanla olan problemlərin müzakirə yolu ilə həllində səmimi olduqlarını qeyd edir, bu problemlər həll olunduqda türk və erməni milləti arasında hərtərəfli əməkdaşlıq yaranacağını vurğulayır. “Biz hökumət olaraq belə bir yol açdıq, son söz Türkiyə parlamentinindir”, - deyə R.Ərdoğan imzalanmış protokolların perspektivinə toxunub.

Daha sonra baş nazir Azərbaycan ilə Ermənistan arasında Dağlıq Qarabağ və işğal altındakı torpaqlar məsələsi həllini tapdıqda Türkiyə cəmiyyətinin Türkiyə ilə Ermənistan arasında əlaqələrin normallaşdırılmasını daha çox mənimsəyə biləcəyinə işarə edir. “Biz xarici işlər nazirimizin imzaladığı protokolları parlamentə tövsiyyə edərik, amma parlament bunları qəbul etmək üçün Azərbaycan və Ermənistan məsələsini qaldıracaq”, - deyə baş nazir parlamentdə baş verə biləcək davranışlara toxunub. R.Ərdoğan Cənubi Qafqazın möhkəm sülh və rifahın hökm sürdüyü bölgə halına gəlməsini, ixtilafların həllini və bütün sərhədlərin eyni vaxtda açılmasını istədiyini ifadə edib. “Ermənistan Azərbaycan torpaqlarından çıxmadığı halda Türkiyə bunu məqbul hesab edə bilməz, mən bu mövzunu B.Obamaya da söylədim və bu məsələni sürətləndirmələrini istədim”, - deyə baş nazir mövqeyini açıqlayıb. 

Adı çəkilən mövzu ilə bağlı Türkiyənin Azərbaycan səfirliyi bu gün mətbuata açıqlama yayıb. Səfirlik adı çəkilən protokolların imzalanmasından sonra Azərbaycan mətbuatında Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması kimi yanlış informasiyalar getməsi ilə bağlı narahatlığını ifadə edir.

“Türkiyə hökumətinin bildirdiyi kimi, Ermənistan Azərbaycanın işğal etdiyi torpaqlarını boşaltmadıqca səhədlərin açılması müzakirə mövzusu ola bilməz”, - deyə səfirliyin açıqlamasında qeyd edilib.

Eyni zamanda, açıqlamada heç bir məsələnin Türkiyə-Azərbaycan birliyindən önəmli olmadığı, sərhədlərin açılmasının Dağlıq Qarabağ və işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsilə paralel gedəcəyi vurğulanır. “Türkiyə Cənubi Qafqazdakı məsələlərə tam şəkildə yanaşır, bölgədə sülh, asayiş və əməkdaşlıq durumunun yaranması üçün bütün bağlı sərhədlərin açılması yolunda səy göstərir və dünya ictimaiyyəti də Türkiyənin bu mövqeyini bilir”, - deyə səfirliyin açıqlamasında qeyd olunur.

Son olaraq, açıqlamada Azərbaycan xalqının Türkiyəyə güvənməsi, yanlış və qərəzli xəbərlərə etibar etməməsi xahiş edilir./Turan



Комментарии

Популярные сообщения из этого блога

Глава четвертая Служба пограничных нарядов

Наставление по охране государственной границы (пограничный наряд)

Глава вторая Основы охраны государственной границы пограничными нарядами