Lavrov (RF XİN) Nalbandyana “Səsini kəs! Protokolları imzala” deyib

Lavrov Nalbandyana:


 “Səsini kəs! 


Protokolları imzala” deyib

12 oktyabr 2009 [09:49]Şərhlər: 0


Lavrov Nalbandyana məhz belə deyib. Bildiyiniz kimi ötən şənbə Sürixdə Ermənistan və Türkiyənin xarici işlər nazirləri Edvard Nalbandyan və Əhməd Davudoğlu iki ölkə arasında münasibətlərin normallaşdırılmasına dair protokollara imza atıblar.

İmzalanma mərasimi iki ölkə nazirləri arasında onların yekun çıxışlarının mətnilə bağlı yaranan fikir ayrılığı səbəbindən az qala baş tutmayacaqdı.

“Kommersant” qəzetinin yazdığına görə isə, Sürix Universitetində yaranan qarışıqlığı Rusiyanın xarici işlər naziri Sergey Lavrov aradan qaldırıb. Belə ki, o, son məqamda “Səsini kəs! Protokolları imzala və yox ol!” sözlərinin qeyd olunduğu kağızı ermənistanlı həmkarına ötürüb. /ANS PRESS/




Комментарии

Популярные сообщения из этого блога

Глава четвертая Служба пограничных нарядов

Наставление по охране государственной границы (пограничный наряд)

Глава вторая Основы охраны государственной границы пограничными нарядами