“Ucuz ölüm” statistikası böyüyür – ARAŞDIRMA

Az qala hər gün kiminsə intihar, özünə qəsd etməsi barədə xəbərlər
eşidirik. Bu, son vaxtlar adi bir hala çevrilib. Həm də bunlar rəsmi
qeydə alınan və ictimaiyyətə açıqlanan intihar hadisələridir.
Ekspertlərin fikrincə, getdikcə artan intiharların gerçək statistikası
daha yüksəkdir və əsl rəqəmləri əks etdirmir. Hətta bir ayda 30-40,
bəzən 50-yə yaxın intiharın baş verdiyi deyilir.
2012-ci ildə rəsmən qeydə alınan intihar hadisələrinin statistikasına baxaq: Daxili İşlər Nazirliyinin hesablamalarına görə ötən il Azərbaycanda
482 nəfər - 320 kişi, 105 qadın həyatına qəsd edib. İntihar edənlər arasında müxtəlif təbəqələrin nümayəndələrinin statistikası da xeyli diqqət çəkir. Belə ki, ötən il özünü öldürənlərin 34-ü məktəbli və yeniyetmə, 19-u hərbçi, 5-i məhbus olub.
Müqayisə göstərir ki, intihar nəticəsində dünyasını dəyişənlərin sayı az qala yol qəzalarında ölənlərin yarısına bərabərdir. Ümumilikdə 2012-ci ildə baş vermiş yol qəzalarında 1168 nəfər dünyasını dəyişib. Bunların 79-u məktəb yaşlı uşaq və yeniyetmələrin, 393-ü piyadaların payına düşür.
Maraqlıdır ki, istər intiharların, istərsə də avtomobil qəzalarının qurbanlarının sayında artım 2010-cu ildən bəri daha çox müşahidə edilir.
Son illər hamımızın az qala adi qarşıladığımız özünə qəsdin bu şəkildə artmasına səbəb nədir?
Deyək ki, özünəqəsdin artımı təkcə Azərbaycanda deyil, bütün dünyada müşahidə olunur. Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, son 45 ildə intiharların sayı 60 faiz artıb. Maraqlıdır ki, intiharlar həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdə də mövcuddur. Təşkilatın yaydığı hesabatda deyilir ki, 2000-ci ildən bəri dünyada baş verən intiharların sayı 1 milyona çatıb və bunun da müxtəlif səbəbləri var.
“Çiçəklənən” statistika
Bütün dünyada olduğu kimi, Azərbaycanda da əhalinin artımı və təbii ölümü ilə bağlı hesablamalar aparılır. Amma ölkədə baş verən intihar halları istisnadır. Belə ki, nə qədər qəribə olsa da, nə Dövlət Statistika Komitəsinin hesabatlarında, nə də Səhiyyə və Daxili İşlər nazirliklərində özünə qəsd edənlər barədə statistik məlumatları tam şəkildə əldə etmək mümkün deyil. Adını çəkdiyimiz hər üç dövlət qurumunda ölkədə intihar edənlər barədə ayrıca statistikanın aparılmadığını deyirlər. Ekspertlər isə deyirlər ki, əslində dövlət strukturlarında bu cür hesablamalar aparılır və hazırda ən azı Daxili İşlər Nazirliyində illik hesabatlarda intihar edənlərin statistikası da əksini tapır. Ancaq son illər intiharların sayı sürətlə artdığı üçün rəsmi statistikada bu rəqəmlər gizlədilir.
Ayrı-ayrı təşkilatların son bir necə ildə apardığı tədqiqatlar isə göstərir ki, ölkəmizdə özünə qəsd edərək dünyasını dəyişənlərin sayı 2000-ci illə müqayisədə 2 dəfədən çox artıb. Ekspertlər son illər Azərbaycanda qeydə alınan intiharların 60 faizdən çoxunun məhz sosial problemlərdən qaynaqlandığı qənaətindədir. Məsələn, Demokratiya və Qadın Təşəbbüsləri İctimai Birliyi 2008-ci ildə apardığı araşdırmalarda həmin il Azərbaycanda 170 intiharın baş verdiyini müəyyənləşdirib. Bu hadisələr zamanı intiharların 138-i ölümlə nəticələnib. Təşkilat sorğu əsasında müəyyən edib ki, həmin il ən çox intihar hadisəsi may ayında qeydə alınıb. Belə ki, 2008-ci ilin mayında ölkə üzrə 23 intihardan 19-u ölümlə nəticələnib. Sonrakı ayda baş vermiş 21 intiharın isə hamısı ölümlə bitib. Maraqlıdır ki, 2008-ci ildə ən az intihar sonuncu aya təsadüf edib. Belə ki, dekabr ayında cəmi 4 intihar olub və bunun 2-si ölümlə nəticələnib.
2008-ci il ərzində Azərbaycanda baş verən intiharların cins və yaş qrupu üzrə bölgüsü də diqqəti çəkir. Həmin il qeydə alınmış 170 intihardan 114-ü kişilərin payına düşüb. Yaş qruplarına gəlincə, 2008-ci ildə özünə qəsd edənlərin arasında 35-55 yaşında olanlar üstünlük təşkil edib – 69 nəfər. Bu göstərici üzrə ikinci yerdə 16-15, üçüncü yerdə 25-35 yaş arasında intihar edənlərdir. Həmin il özünə qəsd edənlər arasında ən az paya malik 5-12 yaşlı uşaqlar (2 nəfər) olub.
2008-ci ildə intihar edən kişilər arasında ən kiçiyi 12, ən böyüyü 78, qadınlar arasında isə müvafiq olaraq 16, 82 yaş təşkil edib.
2009-cu ildə isə Azərbaycanda 202 intihar baş verib ki, bunun da 165-i ölümlə nəticələnib. Həmin il ən çox intihar sentyabra (23 intihar) ən azı isə aprelə (10 hadisə) təsadüf edib. İl ərzində baş verən bu hadisələrin 138-i kişilərin, 66-sı qadınların payına düşür. İntiharların yaş qrupları üzrə bölgüsünə gəlincə, bu sıralamada birinci yeri yenə də orta yaş təbəqəsi, yəni 35-55 yaş arasında olanlar (57 nəfər) tutur. Məktəb yaşlı uşaqlar arasında isə 15 nəfər özünə qəsd edib. 2009-cu ildə intihar edənlərin ən kiçiyinin 11, ən böyüyünün 79 yaşı olub.
Daha çox özlərini asırlar
Azərbaycanda intiharların artım tendensiyası 2010 və 2011-ci illərdə də davam edib. Belə ki, 2010-cu ildə ölkədə baş vermiş 312 intihardan 289-u ölümlə nəticələnib. Həmin il ən çox intihar aprel və sentyabrda baş verib. 2011-ci ildə isə Azərbaycanda ölümlə nəticələnən intiharların sayı 414 olub. Beləliklə, Azərbaycanda intihar qurbanlarının illər üzrə ümumi artım tendensiyasına baxaq: 2008-ci ildə 138, 2009-cu ildə 165, 2010-cu ildə 289, 2011-ci ildə 414, 2012-ci ildə 482 nəfər.
İntihar vasitələrinə gəlincə, son 3 ilin analoji hadisələri göstərir yaşamaqdan bezənlərin əksəriyyəti özünü asmaqdan daha çox istifadə edir. Sıralamada özünü asanlar (3 ildə 410 nəfər) birinci, müxtəlif kəsici alətlərdən istifadə edənlər (52 nəfər) ikinci, özünü hündürlükdən atanlar (39 nəfər) üçüncü yerdədirlər. Özünü avtomobil, qatar metro və digər minik vasitələrinin altına atanların sayı azdır. Əvvəllər ən çox qadınlar özlərini yandırmaqla intihar edirdisə, artıq kişilərlə faiz nisbəti bərabərləşib. Necə deyərlər, 50-50-yə. Əgər asılma üsulundan cəmiyyətin bütün təbəqələri istifadə edirsə, özünü zəhərləməkdən və hündür yerdən atmaqdan təhsilli şəxslər daha çox “yararlanırlar”.
Azərbaycanda intihar hallarının sürətlə artmasının səbəblərinə gəlincə, əldə olunan statistika bunun daha çox sosial qayğılardan doğduğunu göstərir. Amma nə qədər qəribə olsa da, əksər hallarda intiharların səbəbləri barədə məlumat verilmir. Məsələn, 2008-ci ildə Azərbaycanda 170 intihardan 160-ın, 2009-cu ildə 202 intihar hadisəsindən 154-ün, 2010-cu ildə 312 özünə qəsddən 244-ün səbəbləri bilinmir. Səbəbi bəlli olanlar arasında 2008-ci ildə birinci yeri “sosial problemlər” (4 hadisə), 2009-cu ildə “Ailə məişət münaqişəsi” (21), 2010-cu ildə isə “xəstəlik” (23) tutub.
İntiharın 4 səbəbi
Həkim, psixoterapevt Fəxriyyə Məmmədova Lent. az-a açıqlamasında son illər intihar hadisələrinin sürətlə artmasında cəmiyyətin inkişafının da mühüm rol oynadığını deyib. Onun sözlərinə görə, cəmiyyət inkişaf etdikcə istəyinə nail ola bilməyən insanların depressiya və stresslə üzləşməsi halları da böyüyür: “İntihar təkcə Azərbaycanın yox, bütün dünyanın problemdir. Hesablamalara görə, hazırda bütün dünyada hər 40 saniyədə 1 intihar hadisəsi baş verir. Amma intiharları tək bir faktorla bağlamaq düzgün deyil və insanların özünə qəsd etməsinin müxtəlif səbəbləri ola bilər. Məsələn, valideynlər arasındakı münaqişə, psixi pozuntular, sosial vəziyyət, bioloji və genetik amillər, şiddətə meyllilik və digər səbəblər intihara gətirib çıxara bilir”.
O, intihara səbəb olan amilləri 4 qrupa bölür: sosial, psixoloji, bioloji və genetik problemlər. Onun sözlərinə görə, cəmiyyətin sosial xarakteri ilə bağlı səbəblər və regionlar üzrə intihar faizində də fərqlilik özünü göstərir. Daha kasıb şəraitdə yaşayan, iş və məişət qayğıları ilə yüklənən, ailə bağları zəif olan sosial təbəqələrdə intihar faizi yüksək olur: “Təəssüf ki, bizdə intiharların səbəbi ilə bağlı məlumata çox az rast gəlinir. Əslində, intihar ilə bağlı məlumatların gizlədilməsinin mənası yoxdur. Əksinə, bu statistika tam açıq olmalıdır ki, insanlar özləri ondan nəticə çıxarıb neqativ hallardan, psixoloji sıxıntılardan yayına bilsinlər”.
Bununla belə, Fəxriyyə Məmmədova əmindir ki, problemin gizlədilməsi deyil, əksinə onun öyrənilməsi, ictimaiyyətin maariflənməsi, sosial-psixoloji dəstək yolu ilə intihar hadisələrinin sürətli artımının qarşısının almaq mümkündür. Onun sözlərinə görə, intiharların artması bütövlükdə cəmiyyət üçün neqativ hal sayılmaqla yanaşı, insanların psixologiyasına da mənfi təsir edir. Bu səbəbdən də intiharların qarşısının alınması üçün sosial institutlar yaradılmalıdır, intihara səbəb olan amillər aradan qaldırılmalıdır.
Yeri gəlmişkən, mövzu ilə bağlı rəyini öyrəndiyimiz psixoloqlar bu məsələdə Azərbaycana hər yöndən yaxın olan Türkiyə təcrübəsindən istifadə etməyin vacibliyini önə çəkirlər. Ekspertlərin ümumi rəyi bundan ibarətdir ki, intiharların qarşısının alınması yolları bu fəaliyyətə cəlb olunan sosial institutların gördüyü işlərin miqyasından və onların potensial qüvvəsindən asılı olaraq, makrososium səviyyəsində aparıla bilər.
Mütəxəssislərin fikrincə, intiharı önləmək üçün yaradılan mərkəzlər əsasən, 3 bölmədən ibarət olur: telefon xidməti, ambulator yardım və intensiv yardımı icra edən stasionar. Ancaq Azərbaycanda tam şəkildə fəaliyyət göstərən belə mərkəzlər yoxdur və onun bölmələri bu və ya digər səhiyyə strukturlarının tərkibindədir. Elə bu səbəbdən intiharla bağlı hüquqi prosedurların və qanunvericilik bazasının təkmilləşdirilməsi ilə yanaşı, səhiyyə xidmətlərinə dövlət nəzarətinin gücləndirilməsi vacib şərt sayılır.

Комментарии
Отправить комментарий