Azərbaycanda intihar halları niyə artıb? - 2013-cü il.

Azərbaycanda intihar halları niyə artıb?

  • 15 İyul 2013

Azərbaycanda intihar halları niyə artıb?

  • 15 İyul 2013

Azərbaycanda intihar halları niyə artıb?

  • 15 İyul 2013
Cəmi iki ay öncə özünə sui-qəsd etməyi düşünən 25 yaşlı Ülviyyə hazırda Nabran istirahət zonasında yay tətilini keçirir.
“Heç kimi vecimə almıram, yola verirəm, məni əsəbiləşdirən hadisələrdən uzaq qaçıram, həyata daha dolğun baxıram”, fikrindən daşınmış qadın deyir.
Cəmi iki ay öncə isə, o, başqa vəziyyətdə olub, işsizlik, şəxsi həyatın yoxluğu və ən əsası, ailədaxili təzyiqlərə görə intihara cəhd edib, sonradan peşman olsa belə.
“Günorta idi, evdə anam və bacımla mübahisə etdim. Dedim ki, özümü öldürərəm, elə bildilər ki, naz edirəm. Mən də bir anlığa stolun üstündəki şüşə qrafini sındırdım və çilik-çilik parçalarla qolumu kəsməyə başladım”, hadisəni təsvir edən Ülviyyəni, özünün dediyinə görə, bacısı və anası ölümdən qaytarıb.
Ülviyyə intihar etsəydi, bu səbəbdən həyatını itirmiş yüzlərlə insandan biri ola bilərdi.
2013-cü il üçün rəsmi statistika hazır olmasa da, mediadakı məlumatların müşahidəsi göstərir ki, Azərbaycanda təkcə may ayında 46, apreldə isə 66 intihar hadisəsi baş verib.
Mütəxəssislərin fikrincə, Azərbaycanda intihar hallarının əsas səbəbi məişət problemləridir.
Mətbuatda rəsmi statistikaya istinadla yayılmış məlumata görə, ötən il Azərbaycanda 482 intihar hadisəsi qeydə alınıb.
Mütəxəssislər bu rəqəmlərin “daha yüksək” olduğunu hesab edir, çünki intihar hadisələri adətən ailələrin açıqlamaq istəmədiyi mövzulardandır.

Sevgi və xəyanət

Elə Ülviyyənin anası da qızının intihara cəhd etdiyini qohumlarına bildirməyib. Lakin Ülviyyə üçün son hədd, anası ilə arasında iş tapa bilmədiyi üçün “ərə getməyə” məcbur edilməsi barədə söz-söhbət olub.
Qonşu tibb bacısının müdaxiləsilə özünə gələn Ülviyyə deyir ki, intihara cəhd etdiyi üçün sonradan onu peşmanlıq hissi bürüyüb.
“Hamı yaşayır, sənsə ölüb gedirsən. İnsan özü üçün yaşayır, tək olur və tək mübarizə aparmalı olur”, ölümdən dönmüş qadın belə düşünür.
Ülviyyə ilə həmyaşıd olan Aygün İbrahimova (müsahib adının gizli saxlanmasını istədiyindən, ad şərtidir) isə üç il öncə etdiyi intihar cəhdindən indi də peşman deyil.
“Məğlub olmuşdum, insan məğlub olanda yox olmaq istəyir, həm də adam intihar etmək istəyəndə qərar vermir”, deyən İbrahimovanın intihar səbəbi sevgilisinin ona "xəyanət etməsi" olub.
“Xəyanət etmişdi, boynuna da almırdı. Hamının yanında məni aşağılamışdı. Buna dözə bilmirdim” intihara qərar verdiyi zaman ruh vəziyyətini açıqlayır.
İbrahimova "böyük miqdarda" sakitləşdirici dərmanlar içib, lakin anasının onu həkimə aparması ilə sağ qalıb.
Ailənin tək övladı olan İbrahimova deyir ki, anası indiyə kimi onun əslində intihar etmək istədiyini bilmir.
“Mədə xəstəliyim də olduğundan anam elə bildi ki, sadəcə dərmanlar əks təsir göstərib və mədəmi yuduzdurdu”.

Sonrakı peşmançılıq

Psixoloq Elnur Rüstəmov hesab edir ki, adətən bütün intihar edənlər “peşman olub geri qayıtmaq istəyir”.
“Hər bir insanın həyatı boyunca intihar fikri ağlından keçir, amma bunun həyata keçirilməsi ani bir qərardır. Özlərini asanların boyun nahiyəsinə baxanda, çırmaq izləri görunür, o deməkdir ki, peşman olur, amma özünü qurtara bilmir”, Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Rüstəmov bildirir.
Onun sözlərinə görə, insanlar daha çox diqqət cəlb etmək üçün “göstərişli intiharlara” əl atır. Ən çox da, ailədaxili konfliktlər üzündən. Digər səbəblər isə, sosial qayğılar və psixoloji xəstəliklərdir.
“Ailə daxilində həll edilməmiş konfliktlər sonradan intiharla sonuclanır, ən çox da çıxış yolu tapa bilməməyə görə”.

Yeniyetmə intiharı

Psixoloq müşahidələrinə əsasən deyir ki, bu səbəblə intihar edənlərin əksəriyyəti yeniyetmələrdir.
“Onlar çox vaxt şikayətlənir ki, ailəmdə məni başa düşmürlər, anlamırlar. Təəssüf ki, valideynlər uşaq tərbiyəsini aldıqlarını telefon və bilgisayarla məhdudlaşdırır”.
Yeniyetmə intiharını yeniyetməlik dövrünü psixologiyası ilə əlaqələndirən mütəxəssis deyir ki, ailə övladını əsasən bir istiqamətə yönləndirir, bu isə, gəncin kənar insanlara qulaq asmasına səbəb olur.
“Dərs oxu, kənara getmə, mən sənə güvənirəm”, deyilir. Eyni zamanda, məktəbə getdiyi 10 dəqiqə ərzində on dəfə zəng vurur valideyn. Sual yaranır, güvənirsənsə, zənglər nəyə lazımdır? Bu, o deməkdir ki, güvənmirsən”, Rüstəmov bu tip məsələlərin şüuraltı iz qoyduğunu güman edir.
Bu isə, gəncin ətrafdan təcrid olunması, özgüvəninin istəməsi və özünə qapılmasına səbəb olur.
18-35 yaş arasında olan intiharlar səbəblərinə gəldikdə isə, mütəxəssis səbəbləri cəmiyyətdə də axtarır. “Elə ölkədə yaşayırıq ki, hər şey var, heç nə yoxdur”, psixoloq deyir.
"Sevgi məsələləri"nə görə intihar edənlər barədə psixoloq deyir ki, milli ədəbiyyatda sevgi dastanlarının əksəri “əzablar üzərində qurulub”.
“Sevirsənsə, əzab çəkməlisən. Heç bir çıxış yolu göstərilmir. İstər “Leyli və Məcnun”, istərsə də, “Xosrov və Şirin”də sevgi ülvi göstərilir, amma sevgi uğrunda mozaxist bir düşüncə qoyulur”, Rüstəmovun sözlərinə görə, bunlar insanlara şüutaltı təsir göstərir.
Saytlarda dərc olunmuş rəsmi statistikaya görə, ötən il intihar edənlərdən 34 nəfəri yeniyetmədir.

İnformasiya, yoxsa maarifləndirmə?

Psixoloq deyir ki, o, mediada intihar xəbərlərinin birbaşa verilməsinə “qarşıdır”.
“Bu istər-istəməz psixoloji təsir kimi ortaya çıxır, yeniyetmə və digər psixoloji durumu zəif və ya çətin vəziyyətdə olan insan bu xəbərləri oxuduqda, psixoloji təsirə məruz qalır”.
Psixoloqun fikrincə, mediaya "sızan" belə xəbərlər əsasən, məsələnin cinayət yönünü araşdıran Daxili İşlər Nazirliyi və tibbi ekspertiza aparan Səhiyyə Nazirliyi tərəfindən verilir, əslində isə həm də, pxisoloji araşdırma aparılmalıdır.
Rüstəmovun sözlərinə görə, mediada kriminal xəbərlərin əvəzinə maarifləndirmə aparılmalıdır. Ailə-yeniyetmə münasibətləri isə məktəb proqramlarına daxil edilməlidir.
Çünki, beş minə yaxın məktəb olsa da, bu sayda psixologiya ixtisası üzrə təcrübəli mütəxəssislər “yox dərəcəsindədir”.
Mütəxəssis araşdırmalarına görə, intihar etmə vasitələri arasında asma, kəsici alətlərdən istifadə, hündürlükdən atma, minik vasitələrinin qabağına keçmə, özünü yandırma hallarına rast gəlinir, ən çoxu isə ilk üçlükdür.
Dövlət Statistika Komitəsinin mediada yayılmış məlumatlarına görə, ölkədə intihar sayları ilbəil artır. Belə ki, 2008-ci ildə 138 olan bu rəqəm ötən il 482 olub.
DİN-in ötən il üçün verdiyi və lent. az saytında dərc olunmuş məlumatlara görə, ötən il intihar edənlərdən 320 nəfəri kişi, 105-i isə qadın olmaqla 34-ü məktəbli və yeniyetmə, 19-u hərbçi, beşi isə məhbus olub. Ölkədə kəndlərə nisbətən şəhərlərin, əsasən də Bakının intihar payı digər yerlərdən daha çoxdur.

Bu barədə daha geniş

 

Комментарии

Популярные сообщения из этого блога

Глава четвертая Служба пограничных нарядов

Наставление по охране государственной границы (пограничный наряд)

Глава вторая Основы охраны государственной границы пограничными нарядами