Oğlan uşaqları arasında intihara cəhd
Azərbaycanda daha çox oğlan uşaqları intihara cəhd edir
24 İyun 2016 08:51 (UTC+04:00)
Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycanda uşaqlar arasında intihara cəhdlər daha çox oğlanlar tərəfindən edilir.
Bunu Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin böyük məsləhətçisi Pərviz Əliyev deyib.
Onun sözlərinə görə, bütün illərdə intihar edən uşaqlar arasında oğlanlar üstünlük təşkil edib. Oğlanlar yeniyetmə dövrlərində - 14-15 yaşlarında intihara daha çox cəhd edirlər.
Komitə rəsmisi oğlanların hansı səbəbdən intihara daha çox cəhd etməsini öyrənmək üçün araşdırmaların aparılmasına ehtiyac olduğunu deyib: “Təəssüf ki, belə bir araşdırma aparılmayıb. Məncə, bununla bağlı bir araşdırma aparmaq lazımdır”.
Azərbaycanda 15-16 yaşdan sonra uşaqlar arasında intihar halları artır
O deyib ki, statistikaya əsasən, 2014-cü illə müqayisədə 2015-ci ildə uşaq intiharlarının sayı azalıb. 2014-cü ildə ölümlə nəticələnən uşaq intiharlarının hər biri ilə bağlı prokurorluq orqanlarında Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə (özünüöldürmə həddinə çatdırma) 13 iş, 2015-ci ildə isə 7 iş açılıb.
Hər bir uşaq intiharı ilə bağlı araşdırma apardıqlarını deyən P.Əliyev qeyd edib ki, prokurorluq orqanlarının komitəyə verdiyi məlumatlara və komitənin özünün apardığı araşdırmalara əsasən, uşaq intiharları daha çox ailədə baş verən münaqişələrin, zorakılıq hallarının, uşaqlara etinasız münasibət göstərilməsinin, uşağın fikirlərinin dinlənilməməsinin nəticəsi kimi meydana çıxır.
DİGƏR XƏBƏRLƏR
Комментарии
Отправить комментарий