AZƏRBAYCANDA İNTİHAR OLAYLARININ ŞOK SƏBƏBLƏRİ
AZƏRBAYCANDA İNTİHAR OLAYLARININ ŞOK SƏBƏBLƏRİ

Psixoloq Dəyanət Rzayev: “Bizdə intiharların əsas səbəbi sosial ədalətsizlikdir”
Psixoloq Şükran Dədəyev: “Məktəblərimizdə psixoloji xidmət zəif olduğuna bu hallar baş verir”
Sabiq polis rəisi Mahmud Hacıyev: “Dəhəşətlisi də odur ki, son vaxtlar yeniyetmələr çox intihar edir”
“Xaricdə hüquq mühafizə orqanları və psixoloji mərkəzlər, məhkəmə psixatriyası ilə məşğul olan alimlər, məhkəmə psixologiyası ilə məğul olan psixoloqlar ortaya müəyyən layihə qoyurlar”
Rəsmi məlumata görə, Azərbaycanda 2013-cü ildə ölkə üzrə 415 intihar faktı, 2015-ci ildə isə bu rəqəm 535 nəfər olub. Uşaqlar arasında intihar faktı 2013-cü ildə 18, 2015-ci ildə 29 olub. 2016-ci il ilə bağlı hələ rəsmi statistika açıqlanmasa da, KİV-də yayılan informasiyalar əsasında demək olar ki, ölkədə intihar faktları daha da artıb. Təkcə bu yazı qələmə alınan günün birinci yarısınadək rəsmi olaraq iki intihar xəbəri verilib. Bir fakta görə, Şəki rayon sakini 1957-ci il təvəllüdlü Vəli Əmrah oğlu Uruciyev özünü Kiş çayı üzərindəki Qoxmuq körpüsündən ataraq intihar edib. Digər fakta görə isə Klinik Tibbi Mərkəzdə müalicə olunan 1955-ci il təvəllüdlü Həsən Xanoğlan oğlu Eminov boğazını ülgüclə kəsərək, özünü öldürüb. Bildiyimiz kimi, Milli Məclis ötən ay “ Psixoloji yardım haqqında” qanun hazırlayıb. Bu qanunun icrası nə vaxt həyata keçiriləcək, bəlli deyil. Amma bu qanunun səmərəli icrasına cəmiyyətin çox böyük ehtiyacı var. Çünki dəyişən dünyamızda problemlər çoxalır. Boşanmaların sayının çox olması, ailə-məişət zəminində problemlər, ailədə doğmaların bir-birinə aqressiv davranışları insanları intihar etməyə vadar edən səbəblərdən biridir. İnsan işdə, cəmiyyətdə problemlə üzləşir. Amma bu sıxıntıları normal, mehriban bir ailədə içindən ata bilərsən. Cəmiyyətdə olan sosial bəabərsizliyi, işdə, məktəbdə olan sıxıntıları insanlar ailədə unuda bilər.
Son vaxtlar yeniyetmələr arasında da intihar halları çoxalıb. Bu, daha çox sevgi məsələləri ilə bağlı olsa da, burada boşanmaların rolu da istisna deyil. Çünki boşanan qadınlar yenidən ailə qurduqda, birinci həyat yoldaşından olan uşaqlarını da özü ilə aparır. Ögey ata yanında isə uşaqlar psixoloji sarsıntı yaşayırlar. Ekspetlərin fikrincə, İntihar hallarını artmasının müxtəlif səbələri var.
Psixoloq Dəyanət Rzayev bildirdi ki, dünya statistikasına görə, 40 yaşdan yuxarı insanlar, norkomanlar, havadan əziyyət çəkən, xəstəliyə tutulan

Ekspertin fikrincə, “Psixoloji yardım haqqında” qanunun icrası əhalinin psixoloji durumuna kömək edə bilər: “Ancaq qanunda nəzərdə tutulan nə varsa, onu düzgün etmək lazımdır. Psixoloji mərkəzlərə peşəkarları cəlb etmək lazımdır. Psixoloji mərkəzlərin fəaliyyətini düzgün tənzimləmək lazımdır. Ancaq bu, vaxt tələb edən prosesdir”-dedi D.Rzayev.
Psixoloq onu da vurğuladı ki, əsas ailələrin sosial durmunu yaxşılaşdırmaq lazımdır: “Gərək sosial ədalət olsun, insanlarla ailədə, məktəbdə, iş yerlərində düzgün rəftar olunsun. İnsanlara maddi, mənəvi yardım olunmalıdr”.
D. Rzayev əlavə etdi ki, əvvəlki illərə nisbətən xəstələrin sayında da artım var və bu da intihhar hallarının artmasına səbəb olan başlıca faktorlardandır.
Psixoloq Şükran Dədəyev isə bildirdi ki, intiharların olması təbiidir: “Bu, bütün dünyada baş verir. İntiharın səbəbləri müxətlif ola bilər: sosial,

Ş.Dədəyev diqqətə çatdırdı ki, ailə institutlarını yaratmaq birinci məsələdir: “Əsas onu inkişaf etdirməkdir. Əgər ailə institutları yaradılacaqsa, o da orta ümumtəhsil məktəblərindəki psixoloji xidmət kimi olacaqsa, onun da bir nəticəsi olmayacaq. Orada peşəkar kadrların inkişafına şərait yaratmaq lazımdır. Son dövrlərdə intiharların artması göstərir ki, hökmən dövlət bu işlərlə ciddi məğul olmalıdr. Ailə institutu səmərli işləsə, ailələrə kömək edəcək. Sosial problem də elə onların gördükləri işin bir hissəsi olacaq. Sosial gərginlik və başqa psixoloji problemlər intiharlara səbəbdir. Ailə institutlarında o səbəblər araşdırılır. Sonra xəstəlik müayinə olunur. Əvvəlcə arxadakı səbəbləri araşdırmaq lazımdır. Intihar və ya psixoloji halların yaranması artıq sonrakı prosesdir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu işə ciddi yanaşır. Ailə institutlarının fəaliyyətinin səmərəli olması onların sonrakı işindən asılı olacaq. Bu böyük movzudur”.

Keçmiş polis rəisi vuğuladı ki, intihar hadisəsi baş verəndə hər bir detalı araşdırmaq lazımdır: “Özünü öldürmə dərəcəsinə çatdırma cinayət qanunvericiliyində ayrıca maddədir. Birinci hüquq mühafizə orqanları bunu araşdırmalıdr ki, həmin vətəndaşı özünü öldürmə dərəcəsinə çatdıran fakt olubdurmu? Tutaq ki, özünü öldürmə dərəcəsinə çatdıran hal olmayıb, buna baxmayraq intihar edib. Ona görə, xaricdə hüquq mühafizə orqanları və psixoloji mərkəzlər, məhkəmə psixatriyası ilə məşğul olan alimlər, məhkəmə psixologiyası ilə məğul olan psixoloqlar ortaya müəyyən layihə qoyurlar. Həmin layihə ilə hökumət rəhbərliyinə müraciət edirlər. Araşdırırlar ki, son dövrlər ölkənin hansı ərazisində, hansı yaşda olanlar, ilin hansı fəslində, ailə büdcəsi necə olan vətəndaşlar intihar edir. Bunlar hamısı araşdırılır və proqram tərtib olunur, bunu da hökumətə təqdim edirlər”.
“Dəhəşətlisi də odur ki, son vaxtlar yeniyetmələr çox intihar edir”-dedi M.Hacıyev
Ekspert qeyd etdi ki, kütləvi informasiya vasitələri intiharı da, kriminalı da işıqlandıra bilər: “SSRİ dönəmində “çürük” bir qadağa var idi ki, belə şeyləri televiziyada vermək olmaz. Bu halların işıqlandırılması qanunazidd hərəkət deyil”.
M.Hacıyev onu da vurğuladı ki, “Psixoloji yardım haqqında” qanun qəbul olunması yaxşıdır: “Ancaq kütləvi surətdə hamıya psixoloji yardım etmək nəyə lazmdır? Bir də ki, qanuna əməl edən kimdir. Cammaatın dərdi-səri başından aşır. Kim gedib psixoloji mərkəzlərdə müyyən psixoloji yardımlar qəbul edəcək. Hər 100 nəfərdən 5-6 nəfər gedə-getməyə. Bu könüllülük prinsipi əsasında olmalıdr. Məcburi qaydada etmək olmaz”.
Şamo EMİN, Hurriyyet.org
* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Комментарии
Отправить комментарий