Müasir dövrün aktual problemi: intihar

Müasir dövrün aktual problemi: intihar Hər gün bu və ya digər xəbər saytlarında, telekanallarda, radio dalğalarında eşidirik:- “ İnsan özünə qəsd etmişdir “- o zaman belə bir sual yaranır : “nə üçün?” Bu sual hamımızı düşündürməli, bir daha belə hadisənin baş verməməsi üçün bütün imkanlarımızdan istifadə etməliyik. İntihar hadisəsi hazırda bütün dünyanı narahat edir. Yerli və beynəlxalq təşkilatlar bu istiqamətdə müəyyən işlər görür. Artıq bir neçə ildir ki, sentyabrın 10-u bir qayda olaraq Ümumdünya Səhiyyə Təşkilatının (DST) qərarı ilə intiharlara qarşı mübarizə günü kimi qeyd edilir. Rəsmi statistikaya görə hər il 1 100 000 insan ozünə qəsd edirlər. 19 milyon insanın isə özünüqəsdi uğursuz alınır. Məhkəmə ekspertlərinin fikrincə, “bədbəxt hadisələrdən ölənlər də”(dərman aparatlarından dozadan artıq istifadə, yollarda qəza, hündürlükdən düşmə) bunlar da suisid hesab olunur. Ümumdünya Səhiyyə Təşkilatı bütün ölkələr üzrə suisid göstəricilərini 3 qrupa ayırır:  Özünüqəsdin yüksək və ən yüksək səviyyəsi - əhalinin 100 min nəfərinə 20 və 20-dən çox intihar;  Özünüqəsdin orta səviyyəsi- əhalinin hər 100 min nəfərinə 10-20-yə qədər intihar;  Özünüqəsdin aşağı səviyyəsi- əhalinin hər 100 min nəfərinə 10-na qədər intihar. Ən az özünüəqəsd halları Misirdə, Haitidə və Yamaykada demək olar ki, 0-a yaxındır. Possovet ölkələrində əhalinin hər 100 min nəfərinə olan intihar halları: Ölkə ümumi Kişilər qadınlar Azərbaycan 0,6 1,0 0,3 Ermənistan 1,9 2,8 1,1 Belarusiya 25,3 x Z Gürcüstan 4,3 7,1 1,7 Qazaxıstan 25,6 43,0 9,4 Qırğızıstan 8,8 14,1 3,6 Latviya 22,9 44,0 8,2 Litva 34,1 61,3 10,4 Moldava 17,4 30,1 5,6 Rusiya 21,4 x x Tacikstan 2,6 2,9 2,3 Türkmənistan 8,6 13,8 3,5 Özbəkistan 4,7 7,0 2,3 Ykrayna 21,2 37,8 7,0 Estoniya 18,1 20,6 7,3 Tədqiqatçılar qeyd edirlər ki, intihar (suisid)hallarının 60%-i yaz-yay aylarında baş verir. Belə hesab edilir ki, intiharın əsasını , yəni 70%-ni depresiya təşkil edir. Ümumiyyətlə isə depresiya keçirən insanların 15-%-i intihar edir. Dünya Səhiyyə Təşkilatının məlumatları göstərir ki, intiharların daha çox iqtisadi və sosial baxımdan yoxsul ölkələrdə baş verməsinə baxmayaraq istisnalar da mövcuddur. Məsələn, Latın Amerikasının və Yaxın Şərqin bir çox "yoxsul" ölkələrində intiharların səviyyəsi Qərbi Avropanın "zəngin" dövlətlərinə nisbətən yetərincə aşağıdır. Bu baxımdan iqtisadi baxımdan inkişaf səviyyəsi ilə öyünə biləcək Baltikyanı ölkələrdə, Finlandiya və Macarıstanda intihar səviyyəsi ümumi Avropa göstəricisindən xeyli çoxdur. Ada dövlətlərində, məsələn, Kubada, Yaponiyada, ŞriLankada, Mavrikidə və s.-də intiharların səviyysi inanılmaz dərəcədə yüksəkdir. Din və intihar arasında asılılıq da var. Əksər islam ölkələrində intihar sayı, demək olar ki, sıfıra bərabərdir, təxminən, 100 min adama 0,1 intihar sayı düşür. Əhalisinin daha çox xristianlığa və ya induizmə tapınan ölkələrdə intihar səviyyəsi yetərincə yüksəkdir. Xristian dövlətlərindən hər 100 min əhaliyə 11,2 intihar, Hindistanda isə uyğun olaraq 9,6 intihar halı düşür. Buddist ölkələrdə bu göstərici daha yüksəkdir - 100 min adama 17,6 intihar halı qeydə alınır. Maraqlıdır ki, çin kimi ateist dövlətlərdə bu göstərici 25,6-ya bərabərdir. Xristian və buddistlər arasında özünü öldürən kişilərin sayı özünü öldürən qadınlardan 3,5 dəfə çoxdur, müsəlman və induistlərdə isə bu fərq 3 dəfə aşağıdır. Ancaq dini inanclar heç də mütləq meyar deyil. Katolik İrlandiyada intihar halı katolik İtaliyaya baxanda üç dəfə çoxdur. Protestantların çox olduğu Böyük Britaniyada isə keçmiş müstəmləkəsi Avstraliyaya baxanda iki dəfə yüksəkdir. Bütün bu ölkələr həyat səviyyəsinə və başqa göstəricilərinə görə bərabərdirlər. Ümumdünya Səhiyyə Təşkilatı intiharın (suisidin) 800 səbəbini göstərmişdir. Bunlardan 41%- məlum deyil, 19% cəzalanmanın qorxusuna görə, 18% ruhi xəstəliyə, 18% evdəki məhrumiyyətlərə, 6%- ehtirasa, 3% pul itkisinə, 1,4% - həyatdan doyduğuna, 1,2%-i fiziki xəstəliyə görə intiharları qeyd etmək olar. Doğrudur, bu səbəblərin hamısı deyil və nəzərə alsaq ki, insanların yaşına görə də onların özünü öldürmə səbəbləri müxtəlifdir. Məsələn, öz məhəbbətinə cavab almayanda, və ya xəyanətlə üzləşəndə 16 və 16 yaşa qədər olan insanlar arasında bu səbəbdən intihar halları daha çoxluq təşkil edir. Lakin 25 yaşdan sonra bu səbəbdən intihar edən edən çox az insan var. İntihar edənlər arasında müxtəlif təbəqələrin nümayəndələrinin statistikası da xeyli diqqət çəkir. Belə ki, özünü öldürənlərin arasında məktəbli və yeniyetmə, ailədə məişət zorakılığının qurbanları (bunların arasında qadın, uşaq, hətta kişilər də var), əlil, təqaüdçü, ruhi xəstə, hərbçi, məhbus və s. vardır. Təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycanda da intihar hallarına rast gəlinir. Son zamanlar isə intihar hallarının gəncləşməsi, yəni uşaqlar və gənclər arasında suisid hallarının daha çox baş verməsi narahatedici məsələlərdəndir. Belə ki, 2008-ci ildə 58, 2009-cu ildə 54, 2010-cu ildə 51, 2011-ci ildə 28, 2012-ci ildə 60, 2013-cü ildə isə 71 uşaq intihar etmişdir. Biz yazının əvvəlində suisidin səbəblərinin göstərmişdik. Sözsüz ki, insanın harada yaşamasından asılı olmayaraq, onun üzləşdiyi problemlər, xüsusilə, sosial – psixoloji problemlər demək olar ki, eynidir. Mütəxəssislər bu fikirdədir ki, 10-11 yaşlı uşaq hələ ölümlə həyatı birbirindən tam ayıra bilmir, bu iki anlayışın sərhədlərin müəyyən etmək qabiliyyətində deyil. Onlar ölümü tam mənası ilə dərk etmədiyindən bəzən buna sadəcə ətrafındakıların, ona diqqət yetirməyənlərin diqqətini cəlb etmək üçün də yol verirlər. Buna görə də 10-11 yaşlı uşaqların intiharı bir çox hallarda birmənalı şəkildə ölümə cəhd kimi qiymətləndirilmir. 13 yaşına qədər olan uşaqlar özünəqəsdə əsasən yaxınlarını narahat etmək üçün əl atırlar. Onun üçün kimin narahat olub-olmayacağını bilmək olduqca maraqlıdır. Anası tərəfindən hansısa cəza alan uşaq anasını cəzalandırmaq üçün sonunun nə olacağını tam dərk etməyərək intihara əl ata bilər. Buna görə də mütəxəssislər uşaqlara qarşı davranışlarda xüsusilə ehtiyatlı olmağa çağırır. Bu yaşa qədər olan uşaqlar arasında intiharın digər səbəbləri sırasında ailələrin dağılması, fiziki və seksual zorakılıq, komplekslər mühüm yer tutur. 14 yaşda intihara cəhdin səbələri də dəyişir. Bu yaş qrupunda artıq ilk cavabsız sevgi belə ölümə yol aça bilər. Qarşı tərəfə öz hislərini bildirməyin bir yolunun da məhz özünəqəsddən keçdiyini düşünən uşaqlar az deyil. 16-20 yaş qrupunda olanlar arasında intihar o zaman seçilir ki, həyat mənasını itirmiş olsun. Qarşılaşdıqları çətinliklərə dözə bilməyən və həyatı belə davam etməkdən qorxanlar üçün ölüm ən asan yol kimi görünür. Sualına mütəxəssislərin cavabları demək olar ki, eynidir. Qeyd edək ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünün öldürmə həddinə çatdırma) maddəsi ilə məsuliyyətə cəlb olunma nəzərdə tutulmuşdur. Lakin reallıqda bu məsələyə bir qədər fərqli nəticə alınır. Belə ki, intihar hadisəsi qeydə alınan kimi 125-ci maddə ilə cinayət işi başlanır. Bu maddə ciddi sübuta yetirilməli bir haldır. Çox vaxt insanları özünü öldürmə cinayətinə sövq edən faktorlar onun əhatəsində - ailəsində, qohumlarında və iş yerində olur. Ona görə də, özünü öldürən insanın əhatəsi bu cinayətin üstünün açılmasına maraq göstərmir. Beləlik lə də 125-ci maddə ilə açılan cinayət işi sonradan iş prosesində digər maddələrlə əvəz olunur. İntihar hallarının azalması üçün əsasən maarifləndirmə işləri aparılmalıdır. Burada, müxtəlif vasitələrdən istifadə oluna bilər: Fikrimizcə, ilk növbədə KİV-də zorakılıq və ölüm səhnələrini əks etdirən seriallara, verlişlərə qadağa qoyulmalıdır. Orta məktəblərdə “məktəb psixoloqu” sosial təsisatın fəaliyyəti gecləndirilməlidir. Bir çox ailələrdə ünsiyyət probleminin olması da keçid yaş dövrünü yaşayan uşaqlarda psixoloji çətinliklər yaradır. Bunun qarşısının alınması üçün “məktəb psixoloqu”nun valideynlərlə mütəmadi olaraq işləməsi zərurəti yaranır. Valideynlər üçün xüsusi maarifləndirici seminarların keçirilməsi, sosial çarxların hazırlanaraq, telekanallarda yayımlanmaması məqsədədmüvafiq olardı. Digər bir məsələ isə insanların, xüsusilə, uşaq və gənclərin internetdə müxtəlif saytlarda “həyat”, “ölüm” və s. bağlı yazılar, video çarxlar olmasıdır. Belə yazı və videolar onların yaşamaq arzusunu alt-üst edir. Bir çox hallarda isə intiharın ən “düzgün” seçim olduğu göstərilir. Bu mənada uşaqların və gənclərin asudə vaxtının təşkil edilməsi önəmldir. Onların maraqlarına səbəb olan, özlərini ifadə və təsdiq edə biləcək məşğuliyyətlərə cəlb olunması mücbət nəticələr verə bilər. İnformasiya və Analitik Araşdırmalar şöbəsi.

Комментарии

Популярные сообщения из этого блога

Глава четвертая Служба пограничных нарядов

Наставление по охране государственной границы (пограничный наряд)

Глава вторая Основы охраны государственной границы пограничными нарядами