Türkiyə AB-dən imtina edib Şanxay Əməkdaşlıq Təşkilatına üz tutarsa...

Türkiyə AB-dən imtina edib Şanxay Əməkdaşlıq Təşkilatına üz tutarsa...

           ELÇİN MİRZƏBƏYLİ, BU SİZİN İSTƏYİNİZDİR? YA Kİ RUSİYANIN?

Font ölçüsü
Elçin Mirzəbəyli: “Bəlkə də belə bir perspektiv Azərbaycan-Türkiyə əlaqələrinə, bütövlükdə türk dünyasına daha çox fayda verə bilər”
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyənin Avropa İttifaqına qoşulmağa ehtiyacı yoxdur və əvəzində Çin, Rusiya və Mərkəzi Asiya ölkələrinin üstünlük təşkil etdiyi təhlükəsizlik blokuna qoşula bilər.
(BU, YANLIŞ FİKİRDİR. ÇÜNKİ ƏRDOĞAN PUTİNİN ƏSİL
NİYYƏTİNİ BİLMİR VƏ TƏSƏVVÜR ETMİR! AZƏRBAYCAN KİMİ ONUN KƏŞFİYYATI DA GÜCSÜZDÜR, TƏƏSSÜFLƏR OLSUN!)
Milli.az BBC-yə istinadən bildirir ki, NATO üzvü olan Türkiyənin 11 il ərzində aparılan danışıqlardan sonra Aİ-ə üzv olması perspektivləri hazırda daha uzaqda görünür. Avropa liderləri Türkiyəni tez-tez demokratik azadlıqların vəziyyətinə görə tənqid edirlər, Ankara isə Qərb liderlərinin “amiranə tonda danışmasını” çətinliklə qəbul edir...
“Türkiyə özünü sərbəst hiss etməlidir. Deməməlidir ki, “nəyin bahasına olursa-olsun Aİ-də olmalıyam. Bu mənim fikrimdir”.  “Hurriyet” qəzeti isə Pakistan və Özbəkistan səfərindən yenicə dönmüş cənab Ərdoğandan sitat gətirib. “Niyə Türkiyə Şanxay Beşliyində olmamalıdır? Mən bu barədə cənab Putinə, cənab Nazarbayevə və Şanxay Beşliyində olanlara dedim”, o əlavə edib: “Ümid edirəm ki, əgər işlər yaxşı gedərsə, mən Türkiyənin Şanxay Beşliyinə üzvlüyü barədə düşünəcəyəm. Bu Türkiyəyə daha da sərbəstlik verəcək”.
Qeyd edək ki, R.T.Ərdoğan hələ baş nazirliyi dövründə də AB-dən imtina cavabı alandan sonra Putinlə görüşündə bənzər mövqedən çıxış etmişdi.
Çin, Rusiya və dörd Mərkəzi Asiya ölkəsi - Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan 2001-ci ildə Şanxay Əməkdaşlıq Təşkilatını yaradıb. Təşkilat radikal İslamdan gələn təhdidlər və Əfqanıstandan qonşu ölkələrə yayılan narkotik qaçaqmalçılığı ilə mübarizə edən regional təhlükəsizlik bloku rolunu oynayır.
Türkiyə 2013-cü ildə bu təşkilatda dialoq üzrə tərəfdaş statusunu alıb.
Avropa Birliyi keçən ilin bu vaxtlarında məlum təyyarə olayından sonra Rusiya ilə “soyuq müharibə” dövrünü yaşayan Türkiyəyə “yaşıl işıq” yandırmışdı. Operativ şəkildə Ankara ilə danışıqlar bərpa edildi, Suriya qaçqınlarına yardımın qarşılığında Türkiyəyə 3 milyard avroluq dəstək veriləcəyi, həmçinin ölkə ilə vizasız gediş-gəlişin təmin olunacağı bildirildi. Lakin sonrakı mərhələdə Brüssel Türkiyənin qarşısına bəzi müddəaları – xüsusilə də terrorçularla bağlı – qəbulolunmaz olan 70-dən artıq şərt irəli sürdü, nəticədə Ankara Avropa Birliyindən imtina həddinə çatdı. Son bəyanatlarında Türkiyə rəhbərliyi Avropa Birliyinə düşünmək üçün vaxt verib. Əgər AB “daşı” ətəyindən tökməsə, Ankara birdəfəlik bu qurumdan imtina qərarını açıqlaya bilər. Elə Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüklə bağlı R.T.Ərdoğanın mövqeyi də Qərbə bir xəbərdarlıqdır.
Politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a açıqlamasında Ankaranın mövqeyini normal saydığını vurğuladı: “Türkiyə prezidentinin Avropa İttifaqına vaxt verməsi təbii qəbul olunmalıdır. Türkiyə uzun illərdir ki, müxtəlif bəhanələrlə İttifaqın qapısından içəri buraxılmır. Türkiyə, xüsusilə də Ədalət və İnkişaf Partiyasının hakimiyyətdə olduğu ilk illərdə Avropa İttifaqının bütün tələblərini yerinə yetirdi. Bu tələblərin icrası nəticəsində terrorçubaşı Abdulla Öcalan az qala Türkiyədəki siyasi proseslərin aparıcı fiqurlarından birinə çevrildi, həbsxanada oturduğu halda ölkənin gündəmini müəyyənləşdirdi, PKK-nın siyasi qanadının Türkiyə parlamentinə yolu açıldı, çeşidli etnik və dini açılımlar və daha nələr... başladıldı. Türkiyənin təməl hədəflərindən uzaqlaşdırılması, türk insanın min illər ərzində mövcudluğunu qoruyub saxlayan, ona ayağı dəydiyi hər yerdə dövlət qurmaq və onu qorumaq kimi genetik bir kod verən dəyərləri unutması istiqamətində davranışlar sərgiləndi, Türkiyə yaxın qonşularla münaqişəyə, türk millətini ən ağır bəşəri cinayətdə ittiham edən işğalçı Ermənistanla protokol imzalamağa sövq edildi və nəticə əldə olunmadı. Avropa İttifaqı hər dəfə yeni bəhanələr tapdı. Bütün bunları görmək üçün bəlkə də bu qədər uzağa getmək lazım deyildi. Amma Türkiyənin iqtisadi maraqları Ankaranı manevr etmək məcburiyyəti qarşısında qoymuşdu. İndi reallıqlar dəyişib. Brexitdən sonra Avropa İttifaqının perspektivləri ilə bağlı müəyyən şübhələr yaranıb və indi Avropa İttifaqına vaxt vermək daha asandır. Buna əsas verən amillərdən biri də, Türkiyədə çevrilişə cəhd edən FETO-çulara və PKK-çılara Avropa İttifaqının bəzi ölkələrində sığınacaq verilməsi, onlardan Türkiyə əleyhinə kampaniyalarda istifadə olunmasıdır”.
Image result for Politoloq Elçin Mirzəbəyli
E.Mirzəbəylinin sözlərinə görə, bütün bunlar Rəcəb Tayyib Ərdoğana daha açıq şəkildə və təbii ki, haqlı olaraq danışmağa imkan yaradıb. Ancaq politoloq Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olmasını Avropa İttifaqı ilə əlaqələndirməyin tərəfdarı deyil: “Qərbdə ŞƏT-ə isti münasibət olmasa da, Şanxay Əməkdaşlıq Təşkilatı bir iqtisadi əməkdaşlıq platformasıdır və bura daxil olan dövlətlərin geosiyasi hədəflərinin fərqliliyi ŞƏT-in hərbi-siyasi platformaya çevrilməsinə imkan verməyəcək. ŞƏT geniş iqtisadi imkanları olan bir platformadır. ŞƏT Avrasiya ərazisinin 60 faizini əhatə edir. Quruma üzv olan ölkələrin əhalisinin sayı 3 milyard 40 milyon nəfərə çatır. Yəni ŞƏT Türkiyə üçün həm də böyük bir bazardır. Niyə də Türkiyə bu nəhəng ərazidən öz maraqları üçün istifadə etməsin?”
Bəs, Türkiyənin bu quruma üzvlüyü halında Azərbaycan üçün hansı perspektivlər açılacaq?
E.Mirzəbəyli: “Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatında müşahidəçi statusu ilə təmsil olunur və təşkilata üzv olan ayrı-ayrı dövlətlərlə geniş iqtisadi, siyasi və hərbi əməkdaşlıq əlaqələri var. Bu baxımdan Türkiyənin ŞƏT-ə üzv olması Azərbaycan üçün heç bir narahatlıq yaratmır. Əksinə, bəlkə də belə bir perspektiv Azərbaycan-Türkiyə əlaqələrinə, bütövlükdə türk dünyasına daha çox fayda verə bilər”.
Dosye.az

Комментарии

Популярные сообщения из этого блога

Глава четвертая Служба пограничных нарядов

Наставление по охране государственной границы (пограничный наряд)

Глава вторая Основы охраны государственной границы пограничными нарядами