Əl öpən ruhənilərə
13:18 25 Noyabr 2015
3880 dəfə oxunubÇap versiyası
3880 dəfə oxunubÇap versiyası
Əl öpən ruhənilərə səslənirəm. Bunu biləsiniz. Dinimizdə əl öpmək yasaqlanmışdır. Allah Rəsulu bunu başqa dinlərə məxsus edib qadağan etmişdir. Əgər dinimizdə belə bir ədəb qaydası olsaydı mənbələrimizdən bunun doğruluğunu təsdiq edən Quran ayələri və hədislər oxuyardıq. Rast gələrdik. Dində olmayan əməldir. Din adına yönəltdiyiniz üçün belə deyirəm. Bu yasağı pozub özünüzə haqq qazandırırsınız. Bunu bir kənara qoyuruq.
Siz əlini öpdüyünüz və qarşısında səcdə etdiyiniz şəxs qədər valideynlərinizin əlindən öpüb qarşısında səcdə edirsinizmi? Səmimi olun. Bunu etmisiniz? Yox. Bunu da kənara qoyaq.
Başqa ölkələrin ruhanilərinin əlindən öpdüyünüz qədər öz ölkənizin ruhanilərinin əlini öpmüsünüzmü? Öpmüsünüzsə yaxşı edibsiz. Bundan sonra öpməyin. Sizin üçün deyirəm. Allah insanı Özünə ibadət etmək üçün yaradıb.
Bir dəfə Allah Rəsulu bir məclisə daxil olanda oturanlar ayağa qalxır. Amma Peyğəmbər icazə vermir. Allah Rəsulu onlara buyurur ki, mən gələndə ayağa qalxmayın. Əgər Allahın elçisi özü gələndə ayağa qalxmağı qadağan edibsə onda siz kimə əyilir, iki qat olur və əlini öpürsüz. Hörmətin başqa formaları da var. Dinən icazəli olmayan hörməti etməyiniz qəbul da deyil. Sonra car çəkirsiz ki, burda nə qəbahət var. Başqa nə olmalıdır ki? Siz islam dinini insanlara düzgün təbliğ etmirsiz.
Bölgələrdən dövlət idarələrinə məktub göndərib özünüzü haqlı çıxarmağa çalışmaq əvəzinə dininizi elmi şəkildə öyrənin. Bu məsələdə dövlət qurumları haqlıdırlar. Siz haqsız.
Sonda sizə şeyxin qabağında iki qat olub əyilməyin və əl öpməyin bəyənilmədiyi barəsində olan hədisi demək istəyirəm. Ənəs ibn Malik (Allah ondan razı olsun) deyir: Bir şəxs dedi: "Ya Rəsulullah! Bizdən biri qardaşı ilə (yaxud hörmət etdiyi bir şəxslə) qarşılaşanda onun qabağında əyilib əlini öpə bilərmi?". Allah Rəsulu dedi ki, "xeyir olmaz". Soruşdu: "Bəs əlindən tutub onunla salamlaşa və qucaqlaşa bilərmi (türkcə musahafa deyilir, ya baş başa vurmaq və ya sadəcə qucaqlaşıb aralanırsan)?". Peyğəmbər: "Bəli" - buyurdu. Bununla da Allah Rəsulu əllə görüşməyi və qucaqlaşmağı icazəli hesab edib, ancaq qarşısında əyilib iki qat olmağı və əldən öpməyi icazəli hesab etməyib. Bu hədisi Tirmizi rəvayət edib. Hədis etibarlıdır. Başqa mənbələrdə də var. Bir rəvayətdə də bir yəhudinin gəlib peyğəmbərin əlini öpməsi qeyd olunur. Bu adət yəhudilikdə olduğu üçün Peyğəmbərimiz onun dininə hörmət mənasında islamı qəbul etdikdən sonra əl öpməyin islamda xoş olmadığını bildirib. Bu hədisi də Tirmizi rəvayət edib. Əl öpmək haqqında bir çox hədislər vardır. Allahın Rəsulunun əlinin öpülməsi icazəli hesab edilsə belə, dini rütbəsi yüksək şəxslərin əlinin öpülməsi islam
alimləri tərəfindən birmənalı qarşılanmayıb. Yəni xoş qarşılanmayıb. Bununla bağlı Qurani Kərimdə ayə və başqa əməl ediləcək icazə olduğunu bilmirəm. Olsa belə bəzi məsələlər var ki, islamı təmsil edən yaşadığı cəmiyyətdə xoş qarşılanmayan əməllərdən çəkinməlidir. Bunu özümə və dostlarıma xatırlatma üçün yazıram.
Müəllifin digər yazıları
- Əl öpən ruhənilərə
- Allahın qısqanması barəsində mənə deyilən böhtana cavab
- Övlad üçün gözəl ad seçmək
- Əgər qız istədiyi oğlana ərə getmək istəyirsə...
- Cinsi əlaqəyə girdiyi qızlara əvvəlcə çılpaq namaz qıldırır -Dəhşət
- İslam çoxarvadlılığa icazə verirmi?
- “Cin ayrıdır, şeytan ayrı”
- Şəriət kəbini olmadan ailə qurduğun qadın sənə halaldırmı?
- Çirkin əməli necə leqallaşdırmaq olar?! - ASPEKT
- Qadın evlənib ərinin evinə yerləşdikdən sonra...
- İslamda 8 mart təbrikinə necə baxılır?
- Terrora qurşanmamaq üçün
- Həcc ziyarətlərinin şərtlərini asanlaşdırmaq haqqında
- “Yeddi həlakedici günahdan uzaq durun!”
- Yer fırlanır?
- Yas yerlərində israfçılıq davam edir
- Efirlərə ekspert kimi kimləri dəvət etməli?
- Qarğış, bəddua, söyüş – İslami baxış
- Başa sarıq bağlamaq
- Süni mayalanma haramdırmı?
- Fransa terroru barədə qısa xülasə - Təhlil
- Məscidin fəziləti
- Allahın mesajı barədə qısa nəsihət
- Bir qulun nəzir verməsi və istixarə etməsi
- Aşura mərasimində anlaşılmazlığa yol verməyək
- Məhərrəmlikdə toy, Aşura günü ehsan yeməli, yoxsa oruc tutmalı?!
- Marşurut xəttində özbaşınalıq
- Qadın heyvan kəsə bilər?!
- Qadınları döyməyə şəriətimiz necə baxır?
- Bacısını öldürən qız günahını Allahın üstünə ataraq qeyd edir ki...
- Aşura gününü tətil elan etmək dinimizdə yoxdur
- Molla əmi mənim bəxtim açılmır. Mənə bir əlac edə bilərsənmi?
- Qohumlarla əlaqə saxlamaq, onların şəxsi işinə qarışmamaq!
- Qurban bayramında münasibətlər pozulub və qız tərəfi nişanı geri qaytarıb
- İnsan olan hər bir kəs bu yazını oxumalıdır
- Tələbə olanlara nəsihət
- Ərinə xəyanət edən qadın, anadan iyrənən övladlar – Bu yazını hamı oxumalıdır
- Cənnət haqqında
- Məscidin fəziləti
- Sən kimsən deyənə adını demək borcundur
- "Mən Allah haqqında heç bir şeyi yalan demirəm”
- Günəş tutulanda nə etmək lazımdır
- Qadın imansızlığı: Əri ilə aralarında olan söz-söhbətləri başqalarına danışan qadınların imandan nəsibləri qalmayıb
- Halal nədir, niyə halaldır? Haram nədir niyə haramdır?
- Ey qadınlar, cahiliyyə dövründə olduğu kimi açıq-saçıq gəzməyin
- Türkiyəli və Azərbaycanlı Harun Yahyaçılarla qısa tanışlıq
- Strategiya.az-dan Adnan Oktar tərəfdarlarına tutarlı cavab
- Kim namaz kimi əməldən soruşsa inşallah deyə bilərsənmi?
- Allahı təkləşdirmək və bilməməzliyin üzrlü olub olmaması
- Hamilə qadınlarla bağlı İslam dini nə deyir?
- Sədəqə
- "Rüşvət və zinakar qadının zinadan qazandığı”
- Özünü həzrət elan edənlərin tənqidi
- Azərbaycanda nurçuluğun təhlükəli tərəfləri
- Qadınlara 8 Mart təbriki!
- Televiziya efirlərinə qonaq dəvət etmək və onlara hörmət göstərmək
- Müğənnidən dini ekspert olmaz
- Peyğəmbərin yaxşılığa dəvəti
- Şalvarsız aksiya şeytani bir yoldur
- İslam dininə görə şahmat oynamaq haqqında
- Parçalanmağa səbəb olmayaq, birləşək
- "Cihada" çağıran tullablara aldanmayın!
- Kişinin həyat yoldaşında bəyəndiyi 98 keyfiyyət
- Hər gün sevməliyik
- Hər gün sevgililər günü olsun
- "Cihada" çağrışa aldanmayın
- Azərbaycanda təhlükəli hesab edilən təkfirçilərin bəzi fikirləri
- Azərbaycanda təhlükəli hesab edilən təkfirçilərin bəzi fikirləri
- Kişinin kişi ilə münasibəti və bunların islamda olan acı sonluğu
- Qibləni ancaq Allah dəyişə bilər
- Özünü yandıranlara!
- Dili hifz etmək
- Soyunmağa normal baxan müğənnilər
- Kişilər sürmə çəkə bilər?
Комментарии
Отправить комментарий