Saakaşviliyə Azərbaycanda vəzifə verilə bilərmi?

- Ətraflı
- Yaradılıb 22.11.2016 09:14
- Baxış sayı: 28
Font ölçüsü
Ekspertlər sabiq gürcü prezidentin Azərbaycanda yaşamaq və işləmək imkanlarını dəyərləndirdilər
Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Odessa qubernatoru vəzifəsindən istefa verdikdən və Ukrayna hakimiyyətinə qarşı ağır ittihamlar irəli sürdükdən sonra onun bu ölkədən çıxarılacağı barədə ötən həftə xəbərlər yayıldı.
Bildirilirdi ki, Saakaşvilinin Ukrayna vətəndaşlığına xitam veriləcəyi və ölkədən deportasiya ediləcəyi gözlənilir. Xəbərlər prokuror tərəfindən təkzib olunsa da təhlükənin qaldığı bir sıra media orqanlarında yazılmaqdadır. M.Saakaşvilinin Azərbaycanla, Azərbaycan hakimiyyəti ilə dost olduğu bəllidir. O, Ukraynadan çıxarılacağı halda Azərbaycana gələ bilərmi? Azərbaycanda ona yaşamaq və hansısa vəzifədə işləmək imkanı yaradıla bilərmi? Bu, baş versə, Saakaşvilini özünə düşmən görən Rusiya necə qarşılayar?
Politoloq Şahin Cəfərli bildirdi ki, Mixail Saakaşvili Ukraynanın tamhüquqlu vətəndaşıdır və onun ölkədən deportasiyası üçün öncə vətəndaşlıqdan məhrum edilməsi tələb olunur: “Saakaşvili özü bildirmişdi ki, prezident Poroşenkoya yaxın bəzi şəxslər onu vətəndaşlıqdan məhrum etmək barədə plan qurur. Bir qədər sonra xəbər yayıldı ki, Ukrayna hökuməti onu Gürcüstana ekstradisiya edəcək. Lakin bu xəbər və iddialar təsdiqini tapmadı. Ukraynanın baş prokuroru bəyan etdi ki, Ukrayna öz vətəndaşlarını başqa dövlətlərə təhvil vermir.
Saakaşvili Ukraynada siyasi iddia ortaya qoyub və öz siyasi hərəkatını formalaşdırmağa başlayıb. Belə bir məqamda ona qarşı siyasi təqiblər nə Ukrayna iqtidarına, nə də müxalifətdəki siyasi qüvvələrə və oliqarxlara sərf eləməz, çünki bu təqiblər Saakaşvilinin reytinqinin yüksəlməsinə və narazı kütlələrin onun ətrafında birləşməsinə gətirib çıxarar.
Bu səbəblə düşünürəm ki, Saakaşvilinin siyasi fəaliyyətinə ciddi maneçilik törədilməyəcək. Amma onu çox çətin siyasi rəqabətin gözlədiyini əminliklə söyləmək olar. Ənənəvi siyasi qüvvələr və onların əlaqədə olduğu oliqarxik dairələr bütün gücləri ilə çalışacaqlar ki, Saakaşvili Ukrayna siyasətində uğur qazana bilməsin.
Saakaşvilinin özünün könüllü olaraq Ukraynanı tərk etməsi variantı isə istisnadır. Qeyd etdiyim kimi, o, bu ölkədə hakimiyyətə gəlmək planları qurur. Ona görə də onun Azərbaycana gəlməsi ehtimalından danışmaq aktual deyil".
Gənc Demokratlar İnstitutunun rəhbəri Yeganə Hacıyeva öncə qeyd etdi ki, Saakaşvilinin Ukraynadan çıxarılması bu məqam üçün o qədər də inandırıcı görünmür. Ən azından prezident Poroşenkonun idarəçiliyi müddətində bunun baş verməsi o qədər də inandırıcı deyil. Saakaşvili Ukraynaya məhz prezidentin dəvəti ilə gəlib və istefa verənə qədər iki ilə yaxın bir müddətdə Odessanın qubernatoru vəzifəsinə işləyib: “Əlbəttə, bu, o demək deyil ki, onun ölkədən çıxarılması heç zaman baş verə bilməz. Amma hələlik Saakaşvili və tərəfdarları geniş siyasi güc və yeni qüvvələrdən ibarət hərəkat yaradaraq Ali Radaya erkən seçkilərə nail olmaq niyyətindədirlər. Qeyd edim ki, bu hərəkat keçən il başlanmış, bütün ölkə boyu gənclərin, yeni nəsil media və gənclər qurumlarının təmsil olunduğu antikorrupsiya platformasının əsasında formalaşır. Əgər Saakaşvili Ukraynadan çıxarılsa və ya özü öz istəyi ilə Azərbaycana gəlmək istəsə, bu istəyinin reallaşması, həmçinin vəzifəyə təyinatı mümkün olması məsələsinə gəldikdə, Saakaşvili özü Azərbaycana gəlmək və burada fəaliyyət göstərmək sevdasına çətin ki, düşsün. Azərbaycan Gürcüstanla regional iqtisadi, təhlükəsizlik və siyasi aspektlərdən strateji tərəfdaş və dost münasibətlərindədir. Saakaşvili özü şəxsən Azərbaycan hökuməti və cəmiyyəti ilə dost münasibətindədir. Emosional olsa da ağıllı siyasətçi olan Saakaşvili heç bir halda bu münasibətlərə xələl gəlməsinə razı olmaz”.
Ekspertin fikrincə, Saakaşviliyə burada yaşamaq və işləmək imkanı yaradılması nəzəri olaraq mümkündür. Amma praktik olaraq buna sadəcə ehtiyac yoxdur: “Azərbaycan özü prezident İlham Əliyevin rəhbərliyi ilə hazırda reformların həyata keçirilməsi mərhələsindədir. Biz maliyyə sferasında reformların, bank sektorunun etibarlılığının artırılması istiqamətində reformların, manatın və bazar iqtisadiyyatının liberallaşması, ən əsas gəlirlərin aktiv diversifikasiya mərhələsindəyik. Çünki bu proses burada pilləli olaraq davam edir. Digər tərəfdən də, Azərbaycanda hər hansı bir məmur vəzifəsi Saakaşvilinin özü üçün o qədər də cazibədar olmaz.
Nəzəri olaraq Saakaşvilinin Azərbaycanda fəaliyyət göstərməsinə gəlsək, əlbəttə, bu, Rusiya ilə münasibətlərə müəyyən qədər təsir edə bilər. Amma hər hansı bir fərd üzündən ölkələrarası münasibətlərdə xüsusi gərginliyin olması inandırıcı olmazdı. Çünki baş verən son hadisələr, müşahidə edilən qlobal siyasi mənzərə, istər Suriyadakı əməliyyatlar, istərsə də ABŞ, Bolqarıstan və Moldova seçkiləri göstərdi ki, güc olaraq Rusiya dünyadakı təməl proseslərə daha böyük təsir gücünə malikdir".
Dosye.az

Комментарии
Отправить комментарий