Ukrayna təhlükəsizlik orqanlarında və orduda çoxlu Rusiya casusunun yuva qurduğu güman edilir

Ukrayna təhlükəsizlik orqanlarında və orduda çoxlu Rusiya casusunun yuva qurduğu güman edilir

Tarix:17:51 30/04/2014

Ukrayna Təhlükəsizlik Xidmətinin “Alfa” xüsusi təyinatlı dəstəsinin bəzi komandirləri vəzifədən kənarlaşdırılıb və onlar haqqında cinayət işi qaldırılıb. Ukrayna Prezident Administrasiyası rəhbərinin səlahiyyətlərini icra edən Sergey Paşinski deyib ki, Baş Prokurorluq antiterror əməliyyatı zamanı əmrləri yerinə yetirməkdən və atəş açmaqdan imtina edən “Alfa”nın 3 komandirinə qarşı cinayət işi açıb. O, “Alfa”nın bütün rəhbərliyinin işdən uzaqlaşdırıldığını və onlar barəsində xidməti təhqiqat aparıldığını söyləyib.
Paşinski hazırda Daxili İşlər Nazirliyi sistemində rotasiya həyata keçirildiyini qeyd etsə də, təəssüflə vurğulayıb ki, Donetsk və Luqansk vilayətlərində çalışan, əksəriyyəti qeyri-peşəkar olan və korrupsiyaya qurşanmış 4 min milisin tezliklə dəyişdirilməsi mümkün deyil. Bu səbəblə ölkənin bütün vilayətlərində (27) ərazi müdafiə taborları yaradılması qərara alınıb. Hazırda separatçıların ən aktiv olduğu Donetsk və Luqansk vilayətlərində bu taborlar 3 min nəfərdən ibarət olacaq. Taborlar Müdafiə Nazirliyinin tərkibində fəaliyyət göstərəcək və Baş Qərargaha, eləcə də yerli vilayətlərin rəhbərlərinə tabe olacaq.
Ukrayna təhlükəsizlik orqanlarında və orduda çoxlu sayda Rusiya casusunun fəaliyyət göstərdiyi güman olunur. Ukraynanın baş naziri Arseni Yasenyuk Yanukoviçin hakimiyyəti dövründə Ukraynada təhlükəsizlik sisteminin və Silahlı Qüvvələrin məqsədyönlü şəkildə dağıdıldığını bəyan edib.

Bunların yuva salmasının belə geniş miqyasda olmasının obyektiv səbəbləri var. Bunlar aşağıdakılardır:

1) Ukraina CCRİ tərkibində olanda bu "casuslar" sovet DTK-nin və sovetlərin digər xüsusi orqanlarının agentura şəbəkəsinə daxil olan vətəndaşlar idilər. Onların şəxsi dosyaları yerli DTK-larda və onların surəti Moskvada mərkəzi orqanlarda saxlanılırdı (eynilə başqa respublikalarda da belə idi). SSRİ ləğv edildikdən sonra bütün agenturanın şəxsi işlərinin dublikatı qaldı Moskvada. Məhz buna görə Rusiya milli dövlətlərdə şəraitə təsir göstərmək rıçağını öz əlində saxladığı üçün müstəqil ölkələrin hər bir vəziyyətinə təsir göstərməyi bacarır. Bu yalnız Pribaltika ölkələrində baş tutmadı. Çünki pribaltika ölkələri SSRİ zamanı gizli əməkdaşlıq edən agentura şəbəkələrini xalq qarşısında açıqladılar və onları neytrallaşdırdılar. 
Görünür Ukrainada bu şəbəkələr toxunulmadan qaldığı üçün ruslar qətiyyət orada istədikləri fitnəkarlıqları edə bilirlər. Çünki keçmiş agentlər ifşa ediləcəklərindən qorxaraq, rusların tapşırıqlarını canla-başla yerinə yetirirlər. 
Buna görə, Rusiya Ukrainada çox qısa müddətdə planlaşdırdığı qeyri-stabilliyi həyata keçirə və vətəndaş müharibəsi törədə bildi. 
Rusiya, lazım gəldikdə, istənilən keçmiş respublikada siyasi, hərbi və s. şəraiti pozmağa qabildir. Buna görə də, özünü həyasızcasına inamla aparır. 

UKRAİNADA TÖRƏDİLƏN İĞTİŞAŞLAR, ONLARIN VƏTƏNDAŞ MÜHARİBƏSİNƏ ÇEVRİLMƏSİNƏ GÖRƏ  BÜTÖVLÜKLƏ YALNIZ RUSİYA DÖVLƏT ORQANLARI MƏSULİYYƏT DAŞIYIRLAR.

BUNU HAMI BİLMƏLİDİR!!!!!!!!!!!!!!!!

BƏZİ ÖLKƏLƏRDƏ HƏMİN ŞƏBƏKƏ

DAHA USTALIQLA İSTİFADƏ 

OLUNUR. ONLAR MƏTBUAT 

ORQANLARINDA YUVA SALIBLAR!

BUNLAR DAHA TƏHLÜKƏLİDİRLƏR!





 

Комментарии

Популярные сообщения из этого блога

Глава четвертая Служба пограничных нарядов

Глава вторая Основы охраны государственной границы пограничными нарядами

Наставление по охране государственной границы (пограничный наряд)