Təhsil nazirindən saxta diplomlu müəllimlər haqqında AÇIQLAMA

Təhsil nazirindən saxta diplomlu müəllimlər haqqında AÇIQLAMA

Təhsil nazirindən saxta diplomlu müəllimlər haqqında  AÇIQLAMA
Bölmə :
Araşdırma
Yayım tarixi :
Bu gün [00:15]
Baxılıb :
375 dəfə
Font ölçüsü :
Təhsil naziri onların barəsində qərar qəbul etməyə tərəddüd edir
Ekspert Nadir İsrafilov: «Saxta diplomların ən əsas səbəblərindən biri universitetlər arası köçürmələrdir»
Təhsil naziri Mikayıl Cabbarov Vyaçeslav Sapunovun bloquna verdiyi müsahibədə orta məktəblərdə 2 minə yaxın saxta yollarla diplom almış müəllimin çalışdığını deyib. Təhsil nazirinin sözlərinə görə, saxta diplomlu müəllimlərin dəqiq sayı bilinməsə də, onların əsasən rayonlardakı orta məktəblərdə dərs dediyi dəqiq bilinir: "Bu gün biz onların hamısını adbaad bilirik. Əldə etdiyimiz bütün məlumatları, o cümlədən onlara saxta diplom verənlərin adlarını da Baş Prokurorluğa vermişik. Onların arasında təhsil sistemindəki rəhbərlər də var. Mənim bildiyimə görə, Baş Prokurorluq onlarla bağlı iki dəfə məlumat yayıb. Hələ ki biz elə "müəllimlər"i dayandıracaq icazəni ala bilməmişik, siz nədən danışırsınız? Çirkabın mənbəyini bağlamadan suyu necə təmizləmək olar?"

Nazir həmin müəllimlərin hələ də orta məktəblərdə çalışdığına diqqət çəkib: "Hələ ki, onlar işləyirlər. 2 min saxta diplomlu müəllimin birdən işdən çıxarılması bütün hallarda 2 min adamın işdən çıxarılması deməkdir. Digər tərəfdən, 2 min adamın hamısını birdən işdən çıxarıb onları kiminlə əvəz edəcəyik? Çətin dilemmadır. Özü də onların çoxu kənd məktəblərində dərs deyirlər. Və nəhayət, o insanların arasında, sadəcə, yalanın qurbanı olan insanlar var. Onlar tələbə olduqlarına ürəkdən inanıblar, dərsə, məşğələlərə gedib-gəliblər. Onlar üçün xüsusi jurnallar, cədvəllər açıq olub. Bundan başqa, onlar vakant yerlərə elan olunmuş müsabiqə üçün nazirliyə sənəd də təqdim ediblər. Sənədlərin yoxlanması prosesi zamanı aydın olub ki, Təhsil Nazirliyi belə diplomlar verməyib".

"Mənim vaxtımda da nə qədər saxta diplomlar aşkarlanmışdı"

Eks-nazir Misir Mərdanov publika.az-a açıqlamasında bu məsələnin Mikayıl Cabbarov tərəfindən bilərəkdən gündəmə gətirildiyinə inanmadığını deyib: "Nazir yaxşı adamdır, onun bu işdə marağı olmaz. Nazir nə deyib ki? Bunu hər zaman deyirik. Nazir deyib ki, saxta diplomla çalışan müəllimlər var. Mənim vaxtımda da nə qədər saxta diplomlar aşkarlanmışdı. İndi də yeni nazir deyir ki, 2 min diplom saxtadır. Hamı bilir ki, bütün bunların günahkarı kimdir. Onlara iş açılıb. Burada bizlik heç bir günah yoxdur".

"2 min müəllim işdən azad olunsa müəllim çatışmazlığı yaranacaq"

Təhsil eksperti Nadir İsrafilov deyir ki, saxta diplom məsələsi son 5-6 ildir ki, dəfələrlə gündəmə gəlib. Bu məsələdə səbəblər məlum, səbəbkarlar naməlumdur: "Saxta diplomların necə yaranması məsələsi müxtəlif şəkillərdə izah edilir. O qədər bu barədə yazılır, deyilir ancaq bir nəticəsi olmur. Passiv iştirakçıları həbs edilib, ancaq aktiv iştirakçılar yenə gizlin saxlanılıb. Məsələni araşdırmaq üçün işi Baş Prokurorluğun Korrupsiya ilə Mübarizə Baş İdarəsinə verdilər. Onlar elan etdilər ki, bu sahədə istintaq gedir. Saxta diplomlarla bağlı olan statistika hər yerdə başqa cür göstərilir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası başqa rəqəm deyir, Təhsil Nazirliyi başqa rəqəm. Yeni təhsli naziri bir daha bu məsələnin üzərinə qayıdıb. Nazir 2 min saxta diplomla işləyən müəllimi birdən-birə işdən çıxarmağın mümkün olmadığını deyib. Onsuzda hər il 2-3 min vakant yerlər əmələ gəlir. İndi 2 min müəllim də işdən azad olunsa, o zaman müəllim çatışmazlığı yaranacaq".
Ekspertin fikrincə, saxta diplomların olmasının ən əsas səbəblərindən biri universitetlər arası köçürmələrdir. Onun sözlərinə görə, xarici ölkələrdə təhsil alan tələbələr müəyyən kursu bitirdikdən sonra Azərbaycan universitetlərinə köçürülürdü: "Bakı Dövlət Universitetinin hüquq fakültəsinə 100 yer var idi. Ancaq bu fakultənin məzunlarının sayı 150 olurdu. Heç kim soruşmurdu ki, 100 yer olduğu halda 150 uşaq necə bu fakultədən məzun olub? Biz həmişə demişik ki, xaricdə təhsil bizdə ən nüfuzlu sahədir. Ancaq indi fikir versəniz görərsiniz ki, xaricdə oxuyan tələbələr sonuncu kursları gəlib respublikamızın ali məktəblərində bitirirlər".

Nadir İsrafilovun fikrincə, saxta diplom məsələsində səbəbkarlar məlumdur. Çünki diplomun üzərində möhür, imza və s. var. Ancaq bu məsələni neçə illərdir ki, yubadırlar: "Məsələyə birmənalı yanaşmaq olmur. Lisenziyasız fəaliyyət göstərən universitetlərin də diplomları saxta hesab olundu. Ondan sonra nə qədər uşaq küçələrdə qalıb. Əgər universitet lisenziyasız işləyib, saxta diplom veribsə burada tələbənin günahı nədir? O universitenin lisenziyasız olduğunu hardan bilsin? Fakt odur ki, tələbə illərlə o universitetdə oxuyub, əziyyət çəkib. Sovet dönəmində belə bir qayda var idi. Hər hansı bir müəllim ixtisasından fərqli bir sahədə 2 ay çalışmışdısa, həmin müəllim ixtisaslaşmış kadr hesab olunur. Onun işdən azad olunmasına imkan verilmirdi. Bu baxımdan Təhsil Nazirliyinin mövqeyi doğrudur. Bu gün Müəllimlər Universitetinin 11 filialı var. Əgər tələbə hər hansı bir filiala qəbul olub, orda tədris alırsa hardan bilə bilər ki, bu universitet saxta diplom verəcək? Təhsil Nazirliyi saxtalığın mahiyyətini açıqlamır. Yəni imzamı saxtadır, yoxsa möhürmü? Bunu heç kim açıqlamır."  

22 min 332 saxta diplom...

Saxta diplom məsələsi daim mətbuatın gündəmində olub. 2012-ci ildə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə məsələylə bağlı ciddi rəqəmlər açıqladı. M.Abbaszadə 1992-2011-ci illər ərzində 22 min 332 nəfər TQDK-nın "qara baza"sına düşüb və hazırda həmin şəxslər saxta diplomlarla fəaliyyət göstərir. TQDK sədri çıxışında belə faktların bir daha baş verəcəyinin gözlənmədiyini vəd etmişdi: "Çünki hər il diplom alanda onların əmri bu bazaya daxil olacaq".

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi bir neçə ildir ki, saxta diplomlarla bağlı araşdırma aparır. Araşdırma zamanı Azərbaycan Müəllimlər İnstitutunun və Gəncə Dövlət Universitetinin kütləvi şəkildə saxta diplomlar satdığı barədə faktlar üzə çıxıb. 

Aysel İsgəndərli

Комментарии

Популярные сообщения из этого блога

Глава четвертая Служба пограничных нарядов

Глава вторая Основы охраны государственной границы пограничными нарядами

Наставление по охране государственной границы (пограничный наряд)