«Müharibə olmayacaq, amma…»

«Müharibə olmayacaq, amma…»

«Müharibə olmayacaq, amma…»
Bölmə :
Müsahibə
Yayım tarixi :
Bu gün [00:53]
Baxılıb :
3551 dəfə
Font ölçüsü :
İlham İsmayıl: «Beynəlxalq güclər torpaqlarımızın azadlığına nail olmağa imkan vermir»
«Kimlərsə öz şərtlərini diktə eləmək üçün Azərbaycanla Ermənistan arasında daim gərgin bir vəziyyət saxlayırlar»
Cəbhə bölgəsində yaranan son gərginlik əslində Qarabağ probleminin dondurulmuş münaqişə olmadığını bir daha isbat etdi. Bəzi analitiklər münaqişə ilə bağlı artıq yeni situasiyanın yarandığını, hətta yaxın gələcəkdə müharibənin olacağını istisna etmirlər. Amma beynəlxalq güclər, xüsusilə Rusiya bizə torpaqlarımızı azad etməyə imkan verəcəkmi? Prezidentlərin Soçi görüşündə nə baş verəcək və s. suallara Təhlükəsizlik Araşdırmaları Mərkəzinin rəhbəri, Milli Təhlükəsizlik Nazirliyinin sabiq əməkdaşı, politoloq İlham İsmayılla söhbətimizdə cavab axtarmağa çalışdıq.
 
- İlham müəllim, son günlər cəbhə xəttində baş verən hadisələri necə dəyərləndirirsiniz?

- Azərbaycan-Ermənistan münasibətlərində gərginlik və ya yumşalmalar, atəşkəsin pozulması və sair məsələlər bizdən o qədər də asılı deyil. Baş verənlər dünyada gedən qlobal proseslərin təzahürüdür. Bu məsələ Rusiya, Amerika, Fransa, Britaniya və digər ölkələrdən asılı olan ümumi proseslərin tərkib hissəsidir. Son olaraq cəbhə xəttində baş verənlərə görə birbaşa münaqişə tərəflərindən kiməsə ittiham irəli sürmək olmur. Bu münaqişə özümüzdən asılı olsaydı, baş verənlərin bizim və ya Ermənistanın səhvi olduğunu birbaşa demək olardı. Burda bizə məlum olmayan və həm də məlum olan müəyyən qızışdırıcı faktorlar var. Kimlərsə öz şərtlərini diktə eləmək üçün Azərbaycanla Ermənistan arasında daim gərgin bir vəziyyət saxlayırlar. Tutaq ki, dünya güclərinin geosiyasi layihələrinə Azərbaycan və ya Ermənistan həddindən artıq həssas yanaşanda və ya həddindən artq biganə münasibətdə olanda dərhal cəbhə xəttində bir gərginlik yaradılır. İkincisi, unutmayın ki, biz də dünyanın bir hissəsi olduğumuza görə hazırkı gərginliklərdən kənar qala bilməzdik. Ukraynada, İraqda, Fələstində baş verən hadisələrin fonunda bizdə də gərginliyin artması gözlənilən idi. Əslində Qarabağ münaqişəsi yalnız bizim deyil, dünyanın problemidir.

- Azərbaycan tərəfdən əsas ittihamlar Rusiyaya yönəlib. Mətbuat məlumatlar yaydı ki, Ermənistandakı 102-ci hərbi bazada xidmət edən təlim görmüş snayperlər bizə qarşı istifadə olunur...

- Rusiyanın istəyi onların strateji baş planlarında öz əksini tapıb. Rusiya Qafqazda möhkəmlənmək istəyir. Onlara təkcə Ermənistan deyil, Azərbaycan da lazımdır. Amma bu şəraitdə Azərbaycan onunla bir yerdə sona qədər ola bilmir. Rusiya bunun fərqindədir. Ona görə də Rusiyanın erməniləri provakasiyaya çəkməklə Azərbaycanı onlara qarşı daha kəskin mövqe sərgiləməyə təhrik etməsi istisna deyil.  Əgər bu halda Azərbaycanın müəyyən uğurları olsa, Rusiya Ermənistana deyə bilər ki, vəziyyət gərgindir, 2-3 rayon boşaltmalısan! O da mümkündür ki, bu hadisələrin fonunda Rusiya Ermənistana bir-iki irad tutmaqla Azərbaycanı özünə tərəf çəksin. Bu gün Azərbaycan balanslı siyasət yürüdür. Bu hal Rusiya üçün məqbul sayılmır. Ukrayna hadisələrindən sonra heç də Qafqazda vəziyyətin Amerika tərəfindən gərginləşdirilməsində qəti maraqlı deyil.  Rusiya anlayır ki, amerikalı rəsmilər son aylarda bir neçə dəfə 7 rayonun qaytarılmasını ön plana çəkiblər. Sabah ABŞ Prezidenti də Putin kimi Azərbaycan və Ermənistan Prezidentlərini görüşə dəvət edə bilər. Bu halda kart-blanş Rusiyanın əlindən alınmış olacaq. Amerika qeyd etdiyim planı nə vaxtsa həyata keçirə bilər. Ona görə də Rusiya özünü bölgənin söz sahibi kimi göstərmək üçün nə desən edə bilər. Düşünürən ki, bu işdə Rusiyanın əli var. Əslində Azərbaycanı sıxmaq məqsəd deyil, Ermənistanı bir az tənbeh edərək, Bakını da qismən razı salmaqla, bölgəyə nəzarəti öz əlində saxlamaq niyyətindədir.

- İlham müəllim, 90-ci illərdə Qarabağ müharibəsi zamanı siz də hüquq mühafizə sisteminin əməkdaşı kimi cəbhə xətti ilə mütəmadi təmasda olubsuz. Məlumdur ki, o zaman ruslar ermənilərə döyüşlərdə açıq dəstək veriblər, müəyyən əməliyyatları birbaşa özləri qurublar. Bəs indiki halda müharibə olsa, onların əməkdaşlığı necə təsəvvür oluna bilər?

- Son baş verən lokal bir əməliyyat idi, miqyası hətta kiçikdən də bir az aşağı idi. Ola bilər, bu işdə rusların birbaşa iştirakı olmasın, amma göstəriş və təlimatları olsun. Yəni 14 nəfərin ölümü elə bir məsələdir ki, biz də analoji hücumu təşkil edib, ermənilərdən 14 hərbçi və daha artığını öldürə bilərik. Rusiyanın  birinci Qarabağ müharibəsində iştirakı faktdır, o tərəfdən də iştirak ediblər, bu tərəfdən də. Tutaq ki, 91-92-ci illərdə ruslar biz tərəfdən əməliyyatlarda iştirak edirdilər. Amma sonra ermənilər tərəfdə olublar.

- Bəs bu hadisələrin inkişaf perspektivlərini necə görürsünüz?

- Yaxın günlərdə Prezidentlərin Soçidə görüşü olacaq. Düzdür, bu görüşdən ciddi bir şey gözlənilmir. Əgər Rusiya Azərbaycanı qane edəcək addımlar atmasa, Qafqazda münasibətlər yenə gərginləşəcək. Bu halda perspektivdə ABŞ-ın hansı addımlar atacağını bilmək olmaz. Düşünməyin ki, ABŞ-ın hansısa addımları Azərbaycanı sevməsi və ya Ermənistanı dəstəkləməsindən irəli gələcək. Amerikanın məqsədi Rusiyanı zəiflətmək, Ukraynadan sonra Qafqazda da gərginlik yaradıb Moskvanı daha da gərgin bir vəziyyətdə saxlamaqdır. Vaşinqtonun bu perspektiv planını Rusiya görə bilir və bilir ki, Qafqazda vəziyyətin gərginləşməsi həm də Şimali Qafqaza, Rusiya ərazisinə keçə bilər.

- Qərb Rusiyaya qarşı sanksiyaların tətbiqinə başlayıb. Rusiya sıxıldıqca Qərblə iqtisadi-siyasi əlaqələri olan qonşu ölkələrə zərər verməyəcəyinə təminat varmı? Yaralı ayının pəncəsinə düşmək təhlükəsi var…

- Əksinə, bu situasiyada Azərbaycan üçün müəyyən güzəştlər yaranıb. Moldovadan, Polşadan, Gürcüstandan kənd təsərrüfatı, emal olunmuş məhsulların Rusiya bazarına buraxılmaması Azərbaycan üçün böyük bir bazar yaradıb. Tutaq ki, Jirinovskinin bizi, Azərbaycanı tərifləməsi "ayı xidməti"dir. Çünki Jirinovskinin necə fiqur olmasını dünya bilir. Rusiya perspektidə Jirinovski kimi addımlar atsa, bu bizə "ayı xidməti" olacaq. Ancaq biz bu sanksiyalar dövründə ağıllı siyasət yürüdə bilsək, ancaq qazanc əldə edə bilərik.

- Yeri gəlmişkən, Soçi görüşündə Ermənistana təzyiqlər olacağını deyirsiz. Amma bir çox analitiklər Azərbaycana təzyiq olacağını proqnozlaşdırırlar. Məsələn, belə bir ssenari də mümkün sayılır ki, Rusiya müəyyən rayonları azad etməklə öz ordusunu əraziyə yeridəcək...

- Bu baş versə, çox pis hal olacaq. 2-3 rayonun geri qaytarılması müqabilində əraziyə rus qoşunlarının yerləşdirilməsi Azərbaycan üçün böyük tələdir. Bu zaman ATƏT-də Amerika və Fransanın fəaliyyəti başqa bir istiqamət ala bilər. Ən azından onlar təklif edir ki, 7 rayon boşaldılandan sonra rus-fransız-amerikalı sülhməramlı kontingent əraziyə yerləşdirilsin. Düşünürəm ki, Azərbaycan rəhbərliyi 2-3 rayonun qaytarılması müqabilində belə addıma getməməlidir.

-  Tərəflər Soçidən əliboş dönsələr, müharibənin alovlanması təhlükəsi varmı?

- Müharibə olmayacaq. Gərginliklər, fəlakətlər olacaq, əsgərlər öləcək, amma bu müharibəyə gətirib çıxarmayacaq. Çünki müharibə Azərbaycanla Ermənistanın iradəsindən asılı olan məsələ deyil. Daha doğrusu Ermənistana müharibə ümumiyyətlə, lazım deyil, torpaqları işğal edib oturublar. Biz isə torpaqlarımızın azadlığını istəyirik. Bu istiqamətdə konkret addımlar atmağa başlayacağımız təqdirdə beynəlxalq güclər buna imkan verməyəcək.

Onu da qeyd edim ki, son hadisələr fonunda informasiya məkanımızın ekstremal vəziyyətə hazır olmadığı bəlli oldu. Bizim informasiya təbliğatımız ciddi şəkildə axsayır, xeyrimizə görünən yalan informasiyalar əks reaksiyalar yaradır. Sabah biz həqiqətən  döyüşdə uğur qazansaq, bu  istehza ilə qarşılanacaq. İndi sosial şəbəkələrə və bəzi medaia orqanlarına baxsanız görəcəksiniz ki, Ağdam və Füzuli artıq bizim nəzarətimizdədir. Belə yalan məlumatları yaymaq kimə lazımdır? Gələcəkdə belə işlərin olmamasına fikir vermək lazımdır.

 İdrak Abbasov

Bu gün [00:53]: «Müharibə olmayacaq, amma…»
Bu gün [00:50]: İcra başçısı ilə iş adamının qalmaqalı davam edir
Bu gün [00:44]: “Bu qələbəmizi şəhidlərimizə ithaf edirik” - VİDEO
Bu gün [00:37]: “Qarabağ” dəstəksiz qalmayacaq
Bu gün [00:30]: Erməni katolikosu II Qareqin Allahşükür Paşazadəyə məktub ünvanlayıb
Bu gün [00:24]: Paltaryuyan maşında şorba bişirən çinli - VİDEO
Bu gün [00:17]: Evin qırmızı “həkimi”
Bu gün [00:11]: Bürclər - 6 avqust
Bu gün [00:09]: Uşaqlar əsasən qarpızdan zəhərlənir
5/8/2014 [23:58]: Güləşçimiz ermənini məğlub edərək çempion oldu
5/8/2014 [23:44]: “Belə getsə, həyatıma qəsd edəcəm...”
5/8/2014 [23:37]: Bakcell abunəçilərinin nəzərinə!
5/8/2014 [23:27]: «Müharibənin iqtisadi zərərini qarşılamaq gücündəyik»
5/8/2014 [23:26]: «Rusiyaya qarşı sanksiyalar Azərbaycana təsir etməyəcək»
5/8/2014 [23:21]: Bakıda dava salan gürcü azarkeşlər danışdılar
5/8/2014 [23:11]: Azərbaycanda jurnalistin azyaşlı qızı 6-cı mərtəbədən düşərək öldü
5/8/2014 [23:05]: Ermənilərin yaraladığı qız danışdı - VİDEO
5/8/2014 [23:01]: Mətbuat Şurası və SOCAR müsabiqə elan etdi
5/8/2014 [23:00]: Prezident Administrasiyasının vəzifəli şəxsi qəzaya düşdü
5/8/2014 [22:59]: “Tarixdə ilk dəfə Xəzərlə Aralıq dənizi birləşdi...”
5/8/2014 [22:54]: Azercell yeni “Uğurlu SMS” stimullaşdırıcı lotereyasına başlayır
5/8/2014 [22:53]: “Dağlıq Qarabağ KTMT-nin çətiri altına düşmür”
5/8/2014 [22:47]: Yaralı qız evə buraxıldı
5/8/2014 [22:45]: Azərbaycan informasiya müharibəsinə hazırdımı?
5/8/2014 [22:41]: Azay Quliyev ATƏT PA-nın Prezidentinə müraciət edib
5/8/2014 [22:39]: “Şəfa” stadionunun adı dəyişdirildi
5/8/2014 [22:36]: Hava proqnozu - 6 avqust
5/8/2014 [22:31]: Başı qopan qız ölmədi
5/8/2014 [22:28]: “Bundan belə Qəzza siyasətini müdafiə edə bilməyəcəyəm”
5/8/2014 [22:20]: Yaponiyadan Rusiyaya zərbə
5/8/2014 [22:19]: Əfqanıstanda Amerika ordusunun generalı qətlə yetirilib
5/8/2014 [22:15]: Cəbhədəki son hadisələr erməni qadınları ağlar qoyub - FOTOLAR
5/8/2014 [21:51]: Luqanskda girov götürülən azərbaycanlılar qaçaraq xilas olublar
5/8/2014 [21:43]: Aeroport yolunda dəhşətli qəza: 10 maşın əzilib
5/8/2014 [21:42]: Onlar döyüşə hazırlaşır
5/8/2014 [21:33]: Qəzzadan xəbər var
5/8/2014 [21:28]: “Soçi görüşü Moskva üçün sonuncu testdir”
5/8/2014 [21:25]: Ermənistanın keçmiş nazir müavini atəşkəsin pozulmasında Rusiyadan şübhələnir
5/8/2014 [21:22]: Berti Foqts başsağlığı verib
5/8/2014 [21:12]: Cəbhədə son vəziyyət: Tərtərdə şiddətli atışma
5/8/2014 [20:46]: Ölkə rəhbərliyi Ağdama gedir
5/8/2014 [20:35]: Hökümət ipoteka şərtlərini sadələşdirir
5/8/2014 [20:28]: Türkiyə təyyarəsində həyəcanlı anlar
5/8/2014 [20:25]: Yeddi qeyri-hökumət təşkilatının bank hesabına həbs qoyulub
5/8/2014 [20:11]: “Azadlıq” qəzeti fəaliyyətini bərpa edib
5/8/2014 [19:54]: Azərbaycan hərbçiləri Melkonyanın taborunda döyüşmüş ermənini məhv ediblər
5/8/2014 [19:50]: Xalq artisti cəbhədəki döyüşlərdən danışdı
5/8/2014 [19:28]: Azərbaycanda «facebook» fəalı 10 sutka həbs olunub
5/8/2014 [19:16]: Ermənistanın müdafiə naziri və Rusiya səfiri görüşüblər
5/8/2014 [18:54]: Prokurorluğun əməkdaşlarına ali xüsusi rütbələr verilib - SİYAHI
5/8/2014 [18:30]: Güləşçimiz ermənini diz çökdürdü
5/8/2014 [18:23]: TQDK vaxtı uzatdı
5/8/2014 [17:44]: Saytlar postları necə “alır”?
5/8/2014 [17:22]: Ermənistanla sərhəddə “boşaldıldığı” deyilən Əlibəyli kəndində toy mərasimi - VİDEO
5/8/2014 [17:16]: Türkiyə Silahlı Qüvvələrinin komandanlığı Zakir Həsənova müraciət etdi
5/8/2014 [16:57]: Baş Prokurorluqdan Arif Yunusun həbsi barədə AÇIQLAMA
5/8/2014 [16:55]: Əli Həsənov cəbhədən danışdı- MÜSAHİBƏ
5/8/2014 [16:47]: Fransa cəbhədə gərginliyin artmasından narahatdır
5/8/2014 [16:42]: Rusiya “MiQ-29”ları Ermənistan üzərində havaya qaldırıldı
5/8/2014 [16:41]: Rəşid Mahmudov şou əhlini “topa tutdu” - “Onlar üçün Vətən ancaq puldur”
5/8/2014 [16:33]: Azərbaycan daha bir zabitini itirdi
5/8/2014 [16:26]: Cəbhədə şiddətli atışma başladı
5/8/2014 [16:09]: Dövlət xidməti ehtiyatda olan zabitlərin çağırışı barədə
5/8/2014 [16:09]: Sumqayıt şəhərinin mərkəzində öküzlə “öküz” davranışı - VİDEO
5/8/2014 [16:07]: Dərs ili uzadıldı: Qərar açıqlandı - VİDEO
5/8/2014 [16:03]: Ordumuzun Füzuli və Ağdam istiqamətində irəliləməsi barədə RƏSMİ AÇIQLAMA
5/8/2014 [15:27]: Ordumuzun Füzuli və Ağdam istiqamətində irəlilədiyi barədə xəbər yayıldı
5/8/2014 [15:14]: Azərbaycanda zəlzələ baş verdi
5/8/2014 [14:54]: Dünyanın ən güclü 35 ordusu - SİYAHI
5/8/2014 [14:44]: Britaniyalı deputat Qarabağda atəşkəs rejiminin pozulmasından narahatdır
BÜTÜN ARXIV BIR SIRADA

Комментарии

Популярные сообщения из этого блога

Глава четвертая Служба пограничных нарядов

Наставление по охране государственной границы (пограничный наряд)

Глава вторая Основы охраны государственной границы пограничными нарядами