Rusiyadan sifarişlə alınmış hərbi texnika Azərbaycana gətirilir

Rusiyanın hərbi texnikaları 

Azərbaycana gəlir

Rusiyanın hərbi texnikaları Azərbaycana gəlir
İQTİSADİYYAT -- 09-avqust-14 14:53 --
A+ A- A

















Onların arasında ağır odatanların 6 maşından ibarət ikinci partiyası da yer alacaq

Rusiyanın “Uralvaqonzavod” müəssisəsi (UVZ) yaxın günlərdə Azərbaycandan aldığı sifariş üzrə hərbi texnikanın yeni partiyasını Bakıya göndərəcək. Bu barədə APA-ya müəssisədən məlumat verilib.

Azərbaycana göndəriləcək hərbi texnikanın arasında TOS-1A “Solntsepyok” ağır odatanlarının (oqnemyotnaya sistema) 6 maşından ibarət ikinci partiyası yer alacaq.

Bundan başqa, müəssisə Azərbaycanın sifariş verdiyi TMM-6 mexanikləşdirilmiş körpüləri və İMR-3M mühəndis-istehkam maşınlarının ilk partiyasını Azərbaycana göndərir. Azərbaycana ilk olaraq 3 ədəd İMR-3M yola salınacaq.

TOS-1A “Solntsepyok” ağır odaatanlarının atəş məsafəsi 6 min metr, bir raketin məhvetmə sahəsi isə raketin tipindən asılı olaraq 25 min kvadratmetrdən 40 min kvadratmetrədəkdir (2.5-4 hektar).

Qeyd edək ki, Azərbaycan 2011-ci ildə UVZ müəssisəsinə 100 ədəd T-90S tankı, 100 ədəd BMP-3M, 18 ədəd 2S31 “Vena”, 18 ədəd 2S19 “Msta-S” özüyeriyən haubitsası, 18 ədəd TOS-1A “Solntsepyok” ağır odaatanı, həmçinin TMM-6 mexanikiləşdirilmiş körpüləri, MTU-90M tank körpüsalanları, bu il isə İMR-3M mühəndis istehkam maşınları sifariş verib.


Aktual.az
Xəbər 871 dəfə oxunub.


Комментарии

Популярные сообщения из этого блога

Глава четвертая Служба пограничных нарядов

Глава вторая Основы охраны государственной границы пограничными нарядами

Наставление по охране государственной границы (пограничный наряд)