Türkiyə Silahlı Qüvvələrinin komandanlığı Zakir Həsənova müraciət etdi

Türkiyə Silahlı Qüvvələrinin komandanlığı Zakir Həsənova müraciət etdi

Türkiyə Silahlı Qüvvələrinin komandanlığı Zakir Həsənova müraciət etdi
Bölmə :
Cəmiyyət
Yayım tarixi :
5/8/2014 [17:16]
Baxılıb :
18788 dəfə
Font ölçüsü :
1996-cı ildə Azərbaycanla Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında saziş imzalanmışdı. Bu sazişə əsasən, hər il silahlı qüvvələrimizdə xidmət edən hərbi qulluqçularımız Gülhanə Hərbi Tibb Akademiyasında müalicə və müayinədən keçirlər. Amma son günlər cəbhədə yaşanan olaylar zamanı yaralanan hərbçilərmizin hamısı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə məxsus olan hərbi tibb müəssisələrində müayinə və müalicə alırlar.

Bunu açıqlamasında Müdafiə Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Dərgahlı iki əsgərimizin müalicə üçün Türkiyəyə aparıldığı barədə saytımıza verilən məlumatı şərh edərkən deyib.

Nazirlik rəsmisi onu da deyib ki, Türkiyə Silahlı Qüvvələrinin milli müdafiə naziri, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, müxtəlif qoşun komandanları Milli Ordumuzun Ermənsitanın kəşfiyyat-təxribat hücumlarının qarşısını alarkən şəhid olmuş hərbçilərimizin ölümündən kədərləndiklərini bildirib və ailələrinə başsağlığı veriblər.

“Yaralananlara isə şəfa diləyiblər”.

“Onlar müdafiə naziri, general-polkovnik Zakir Həsənova müraciət ünvanlayaraq, Türkiyə Silahlı Qüvvələri Komandanlığının Azərbaycan Müdafiə Nazirliyilə həmrəy olduğunu, Azərbaycana Türkiyə Silahlı Qüvvələrinin dəstək olduğunu ifadə ediblər”, - deyə Vaqif Dərgahlı vurğulayıb.(modern.az)

Комментарии

Популярные сообщения из этого блога

Глава четвертая Служба пограничных нарядов

Наставление по охране государственной границы (пограничный наряд)

Глава вторая Основы охраны государственной границы пограничными нарядами